|
Xronometraj metodu ilә müşahidә aparılması
Qaydalarının tәsdiq edilmәsi barәdә
Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin
Qәrarı Azәrbaycan Respublikasının Baş
naziri A. RASİ-ZADӘ
Bakı şәhәri, 13 yanvar 2001-ci il Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin Xronometraj metodu ilә müşahidә aparılması Qaydaları 1. Ümumi müddәalar 1.1. Bu Qaydalar Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә uyğun olaraq, vergi orqanları tәrәfindәn vergi ödәyicilәrinin gәlir götürmәk üçün istifadә etdiklәri, yaxud vergi tutulan obyektlәrin saxlanılması ilә bağlı olan istehsal, anbar, ticarәt vә digәr binalarda (bundan sonra-obyektlәr) qanunvericiliklә müәyyәn edilmiş qaydada xronometraj metodu ilә müşahidә aparılması qaydalarını müәyyәn edir. 1.2. Müşahidә aparılmasının mәqsәdi vergi ödәyicilәrinin obyektlәrindә istehsal hәcminin vә malların (işlәrin, xidmәtlәrin) satış dövriyyәsinin müәyyәn edilmәsidir. 2. Müşahidәnin tәşkili 2.1. Vergi orqanları tәrәfindәn aşağıdakı hallarda müşahidә aparıla bilәr: 2.1.1. vergi ödәyicilәrinin tәqdim etdiklәri vergi bәyannamәlәrinin araşdırılması zamanı onların obyektlәrindә müşahidә aparılması zәrurәti yarandıqda; 2.1.2. әlavә dәyәr vergisi ödәyicisi kimi qeydiyyatdan keçmәdәn fәaliyyәt göstәrәn vergi ödәyicilәrinә mәxsus obyektlәrdә әlavә dәyәr vergisi üzrә vergi öhdәliklәrinin aşkar edilmәsi zәrurәti yarandıqda; 2.1.3. obyektdә aparılan sonuncu müşahidәdәn sonra istehsal hәcminin vә ya satış dövriyyәsinin artması (azalması) barәdә vergi ödәyicisi tәrәfindәn vergi orqanlarına rәsmi müraciәt olunduqda. 2.2. Vergi ödәyicilәrinin obyektlәrindә müşahidә aparılması müşahidәyә hazırlıqdan, bilavasitә müşahidәnin aparılmasından, müşahidә mәlumatlarının ümumilәşdirilmәsindәn, tәhlilindәn vә nәticәlәrinin rәsmilәşdirilmәsindәn ibarәtdir. 2.3. Hәr bir konkret halda müşahidә aparılmasının zәruriliyi vergi orqanının rәhbәri tәrәfindәn әsaslandırılır vә onun rәhbәri (rәhbәrin müavini) Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq olunmuş forma üzrә müvafiq qәrar çıxarır. 2.4. Vergi ödәyicisinin uçotda olduğu vergi orqanının müraciәtinә әsasәn vergi ödәyicisinin fәaliyyәt göstәrdiyi әrazinin vergi orqanı tәrәfindәn müşahidә keçirilә bilәr. Bu halda müşahidәnin keçirilmәsi barәdә qәrar vergi ödәyicisinin fәaliyyәt göstәrdiyi әrazinin vergi orqanının rәhbәri (rәhbәrin müavini) tәrәfindәn qәbul edilir. Müşahidәnin nәticәlәri müraciәt etmiş vergi orqanına bildirilmәlidir. 2.5. Müşahidә vergi orqanlarının vәzifәli şәxsi (şәxslәri) tәrәfindәn aşağıdakı ardıcıllıqla hәyata keçirilir: 2.5.1. müşahidә vergi ödәyicisinә әvvәlcәdәn xәbәrdarlıq edilmәdәn başlanılır vә onun iş vaxtı әrzindә aparılır. Vergi orqanının vәzifәli şәxsi (şәxslәri) bilavasitә müşahidәyә başlayarkәn, vergi orqanının müşahidәnin aparılması haqqında qәrarını vergi ödәyicisinә tәqdim edir; 2.5.2. obyektin müşahidәdә iştirak edәn nümayәndәsinin şәxsiyyәti müәyyәnlәşdirilir, hüquqi vә ya fiziki şәxsin bütün rekvizitlәri onun hüquqi sәnәdlәrinә istinad etmәklә dәqiqlәşdirilir; 2.5.3. müşahidәnin aparılması obyektin normal fәaliyyәtinә maneçilik törәtmәmәlidir; 2.5.4. müşahidә zamanı müәyyәn edilmiş göstәricilәr hәr iş gününün sonunda müvafiq qaydada rәsmilәşdirilir; 2.5.5. müşahidә 15 iş günündәn çox olmayan müddәtdә aparıla bilәr. Zәruri hallarda vergi orqanının rәhbәrinin qәrarı ilә müşahidәnin keçirilmәsi әlavә 15 iş günü müddәtinә uzadıla bilәr. 2.6. Zәruri hallarda müşahidәyә başlamazdan әvvәl müşahidә aparılmalı olan obyektdә malın (işin, xidmәtin) qiymәtini müәyyәn etmәk mәqsәdilә nәzarәt qaydasında mal (iş, xidmәt) alqısı hәyata keçirilir vә bu cәlb edilmiş müşahidәçilәrin iştirakı ilә müvafiq qaydada rәsmilәşdirilir. 2.7. Müşahidә keçirilәn zaman vergi ödәyicilәrinin eyni xüsusiyyәtli vә ya eyni cinsli mallara (işә, xidmәtә) tәtbiq etdiklәri qiymәtlәrin nәzarәt qaydasında mal alqısı zamanı rәsmilәşdirilmiş qiymәtlәrdәn 30 faizdәn çox (aşağı vә ya yuxarı) fәrqli müәyyәnlәşdirilmәsi faktları aşkar edildikdә, istehsal hәcmi vә ya satış dövriyyәsi nәzarәt qaydasında mal alqısı zamanı rәsmilәşdirilmiş qiymәtlәr nәzәrә alınmaqla hesablanır. 2.8. Müşahidәnin nәticәlәri müәyyәn edilmiş gündәlik göstәricilәr әsasında orta günlük göstәrici hesablanmaqla ümumilәşdirilir vә bu barәdә müvafiq akt tәrtib olunur. 2.9. Müşahidәnin nәticәlәri ümumilәşdirilәrkәn onun göstәricilәrinin müvafiq dövrlәrin göstәricilәri ilә müqayisәliliyi tә`min edilir. 2.10. Tәrtib olunmuş aktlar müşahidәdә iştirak edәn vergi orqanının vәzifәli şәxsi (şәxslәri), vergi ödәyicisi (onun sәlahiyyәtli nümayәndәsi) tәrәfindәn imzalanır. 2.11. Müşahidә aparılarkәn vergi ödәyicisi (onun sәlahiyyәtli nümayәndәsi) tәrәfindәn gәlir götürmәk üçün istifadә etdiklәri, yaxud vergi tutulan obyektlәrin saxlanılması ilә bağlı olan istehsal, anbar, ticarәt binalarında vә digәr sahәlәrdә әhali ilә pul hesablaşmalarının aparılması qaydalarının pozulması, vergitutma obyektlәrinin uçotunun aparılmaması, aksiz markaları ilә markalanmalı olan malların markalanmadan vә ya saxta aksiz markaları ilә markalanmaqla istehsalı, satışı vә saxlanılması faktları, habelә qanunsuz vә ya yalançı sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәr vә ya müәssisәlәr aşkar edildikdә, Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada inzibati xәta haqqında protokol tәrtib olunur. 2.12. Vergi ödәyicisi vergi orqanının vәzifәli şәxsinin (şәxslәrinin) müşahidә aparmaq üçün obyektinә (yaşayış binaları (sahәlәri) istisna olmaqla) daxil olmasına icazә vermәdikdә, müşahidәni aparmalı olan vergi orqanının vәzifәli şәxsi (şәxslәri) vә vergi ödәyicisi tәrәfindәn imzalanan akt tәrtib edilir vә qüvvәdә olan qanunvericiliyә uyğun müvafiq tәdbirlәr görülür. 2.13. Vergi ödәyicisi (onun sәlahiyyәtli nümayәndәsi) vә ya fәrdi sahibkar aktları imzalamaqdan imtina etdikdә, vergi orqanının vәzifәli şәxsi (şәxslәri) tәrәfindәn hәmin aktlarda müvafiq qeydlәr aparılır. 2.14. Tәrtib olunmuş aktların vә protokolların surәtlәri vergi ödәyicisinә (onun sәlahiyyәtli nümayәndәsinә) vә ya fәrdi sahibkara verilir. 2.15. Tәrtib olunmuş aktlar vә protokollar müşahidә keçirildikdәn dәrhal sonra vergi orqanının müşahidәnin nәticәlәrini ümumilәşdirmәli olan vәzifәli şәxsinә tәhvil verilir. Aktlar vә protokollar vergi orqanında açılan, Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilmiş forma üzrә tәrtib olunmuş, sәhifәlәnmiş, tikilmiş vә möhürlәnmiş xüsusi kitabda qeydә alınmalı vә tәqvim ilinin әvvәlindәn artan yekunla nömrәlәnmәlidir. 2.16. Müşahidә zamanı inzibati xәtaya yol verilmәsi haqqında tәrtib olunmuş aktlara vә protokollara Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә uyğun olaraq baxılır. 2.17. Müşahidәnin nәticәlәri üzrә müәyyәn edilmiş istehsal hәcminin vә malların (işlәrin, xidmәtlәrin) satış dövriyyәsinin vergi ödәyicisi tәrәfindәn tәqdim olunmuş bәyannamәlәrdә öz әksini tapmaması tәqdim edilәn vergi hesabatları, habelә vergilәrin hesablanması vә ödәnilmәsini özündә әks etdirәn vә vergi ödәyicisinin fәaliyyәti haqqında vergi orqanında olan digәr sәnәdlәr әsasında kameral qaydada vergi yoxlaması aparılmasına әsas verir. 2.18. Müşahidәnin nәticәlәri üzrә istehsal hәcmi vә malın (işin, xidmәtin) satış dövriyyәsinin aylıq gәlirin vergi tutulmayan mәblәğinin 1 min mislindәn artıq müәyyәn edildikdә, ӘDV üçün qeydiyyatdan keçmәyә borclu olan, lakin qeydiyyat üçün әrizә vermәyәn vergi ödәyicisini vergi orqanı ӘDV üzrә öhdәliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündәn ӘDV mәqsәdlәri üçün qeydiyyata alır vә ona müvafiq qeydiyyat bildirişi göndәrir.
|