Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin layihəsi Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dərc edilir

Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin gəlirləri 6 957 000,0 milyon manat, xərcləri 7 272 000,0 milyon manat məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur:

(milyon manat)

Gəlirlərin mənbələri

Dövlət büdcəsinin gəlirləri

Fiziki şəxslərin gəlir vergisi  742000,0

Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa)

950000,0
Əlavə dəyər vergisi  2199000,0
o cümlədən:
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi

764000,0
Aksizlər 350000,0
o cümlədən:  

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər 

50000,0
Hüquqi şəxslərin əmlak vergisi 160000,0
Hüquqi şəxslərin torpaq vergisi  70000,0
Tranzit yol vergisi  6000,0

Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla)

489000,0
Sadələşdirilmiş vergi 125000,0
Gömrük rüsumları 300000,0
Dövlət rüsumu 120000,0
Birdəfəlik rüsum 7000,0
Vergi olmayan sair gəlirlər 237000,0
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar  2000,0
Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant 50000,0
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 17864,6
Səhmlərində dövlətin payı olan banklardan alınan dividendlər 10072,0

Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər

45000,0
Milli Bankın mənfəətindən daxilolmalar 30000,0
Dövlət Neft Fondundan daxilolmalar 650000,0
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 1833,6
Təkrar borc sazişləri üzrə daxilolmalar  44729,8
Aksiz markalarının satışından daxilolmalar 5500,0
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 335000,0 

 Maddə 3. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 25 faiz həcmində ödəniş müəyyən edilir.

Maddə 4. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:

Bakı şəhəri üzrə gəlirlər 88,94%

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa) 100%

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa) 100%

Gömrük rüsumları (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa) 100%

Tranzit yol vergisi (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa) 100%

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 100%

Xaricdən alınan cari və əsaslı ödənişlər  100%

Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 100%

Banklardan alınan dividendlər 100%

Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər 100%

Milli Bankın mənfəətindən daxilolmalar 100%

Dövlət Neft Fondundan daxilolmalar 100%

Aksiz markalarının satışından daxilolmalar 100%

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 100%

Təkrar borc sazişləri üzrə daxilolmalar 100%

Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 100%

Maddə 5. Naxçıvan Muxtar Respublikasının, digər şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

-         Mərkəzləşdirilmiş gəlirlərə aid edilənlərdən və yerli xərclərdən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından başqa Bakı şəhəri üzrə gəlirlərin 11,06 faizi, Naxçıvan Muxtar Respublikası, digər şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi

Maddə 6. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifatının bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

 Göstəricilər

Məbləğ (min manat)

1. Ümumi dövlət xidmətləri xərcləri  675497571
o cümlədən:
- qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri

493084758
- beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 48139948
- elm xərcləri 101473383
- başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri  32799482
2. Müdafiə xərcləri 732188722
3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanılması xərcləri 789985943
o cümlədən:
- Azərbaycan Respublikası məhkəmə hakimiyyəti orqanlarının saxlanılması xərcləri

34791017

- Azərbaycan Respublikası prokurorluq orqanlarının saxlanılması xərcləri

 
- Azərbaycan Respublikası hüquq-mühafizə, təhlükəsizlik orqanlarının saxlanılması xərcləri 682313920
- Məhkəmə hakimiyyəti, hüquq-mühafizə təhlükəsizliyin təmin edilməsi üzrə digər kateqoriyalara aid edilməyən fəaliyyətlə bağlı xərclər 7380565
4. Təhsil xərcləri 1497694538
5. Səhiyyə xərcləri 350812931
6. Sosial müdafiə və sosial təminat xərcləri 1185263036
o cümlədən:
- sosial müdafiə xərcləri


848000000

- sosial təminat xərcləri 337263036
7. Mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və din sahəsində fəaliyyətin xərcləri 189531617
o cümlədən:
-
mədəniyyət və incəsənət sahəsində fəaliyyətin xərcləri

168776899
- bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri 20754718
8. Mənzil-kommunal təsərrüfatı xərcləri 130023399
9. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 307802994
o cümlədən:
- kənd təsərrüfatı xərcləri

277380504
- meşə təsərrüfatı xərcləri 14309766
- balıqçılıq sahəsinin xərcləri 1254610
- digər kateqoriyalara aid edilməyən fəaliyyət və xidmətlərin xərcləri 14858114
10. Sənaye və tikinti xərcləri 438617724
o cümlədən:
- sənaye xərcləri

23017774
- tikinti xərcləri 415599950
11. Nəqliyyat və rabitə xərcləri 234662847
12. İqtisadi fəaliyyətlə bağlı digər xərclər 143303754
o cümlədən:
- təchizat, ticarət, ictimai iaşə üzrə xərclər

210354
- turizm xərcləri 1530000
- çoxşaxəli inkişaf layihələri üzrə xərclər 141335300
- ümumi təsərrüfat və kommersiya fəaliyyəti üzrə xərclər 228100
13. Əsas bölmələrə aid edilməyən xərclər 456628868
o cümlədən:
-
əsas bölmələrə aid edilməyən sair xərclər
ondan:

368628868
- dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 335000000
- ehtiyat fondlarının xərcləri 78000000
- digər səviyyəli büdcələrə verilən vəsaitlər (yerli büdcələrə verilən dotasiya) 10000000
14. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 139986056

Maddə 7. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 8. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 54900,0 milyon manat, xərcləri 238950,1 milyon manat olmaqla, gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsindən ayrılan dotasiya 184050,1 milyon manat məbləğində təsdiq edilsin.

Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirləri 4428,4 milyon manat, xərcləri 4428,4 milyon manat müəyyən edilsin.

Maddə 9. Azərbaycan Respublikasının digər şəhər və rayonlarının yerli gəlirləri 672223,4 milyon manat, yerli xərcləri 1717534,7 milyon manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 1045311,3 milyon manat təsdiq edilsin.

Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirləri 22488,5 milyon manat, xərcləri 22488,5 milyon manat təsdiq edilsin.

Şəhər və rayonların adı

Gəlirlər

Xərclər

Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait

Şəhərlər:
Bakı 

3735000

487251396

487251396
Əli Bayramlı 13897526 10162526  
Yevlax  3242000 21136711 17894711
Gəncə 23027000 67010529 43983529
Lənkəran 6200000 32407434 26207434
Mingəçevir  6255000 26678723 20423723
Naftalan 485000 3486066 3001066
Sumqayıt  17934000 68238908 50304908
Xankəndi       
Şəki  5156000 34346598 29190598
Rayonlar:
Abşeron

6909000

18045438

11136438
Ağdam 701000 35933346 35232346
Ağdaş 2142000  18475209 16333209
Ağstafa 1976000 14638527 12662527
Ağsu 1431000 13566099 12135099
Ağcabədi 3032000 21966151 18934151
Astara 2458000 17006806 14548806
Balakən 2084000 15120836 13036836
Beyləqan  2361000 15495802 13134802
Bərdə 4382000 26790215 22408215
Biləsuvar  1915000 15233915 13318915
Qazax 2351000 18550769 16199769
Qax  1983000 14131094 12148094
Qəbələ 2403000 17055996 14652996
Qobustan  681000 8035319 7354319
Quba  4049000 23950052 19901052
Qubadlı  285000 10737528 10452528
Qusar 2181000 18030421 15849421
Daşkəsən 894000 11448355 10554355
Dəvəçi  1678000 10222260 8544260
Zaqatala  4212000 21870523 17658523
Zəngilan  181000 9306282 9125282
Zərdab  1356000 10635704 9279704
İmişli  2755000 19358610 16603610
İsmayıllı 2131000 16069346 13938346
Yardımlı 706000 12686404 11980404
Kəlbəcər  182000 22860173 22678173
Kürdəmir  2288000 15708693 13420693
Gədəbəy  1081000 22983686 21902686
Goranboy  2651000 21019930 18368930
Göyçay  3021000 20024940 17003940
Laçın  357000 24033475 23676475
Lerik 873000 15353164 14480164
Masallı  4354000 26710492 22356492
Neftçala  6815000 14307892 7492892
Oğuz  1096000 9998008 8902008
Saatlı  2281000 17375672 15094672
Sabirabad  3296000 25243738 21947738
Salyan 3809000 20867443 17058443
Samux 918000 10718661 9800661
Siyəzən 2649000 7348853 4699853
Tərtər  1270000 14621853 13351853
Tovuz 3251000 30066034 26815034
Ucar 1977000 14149503 12172503
Füzuli  1071000 27597324 26526324
Xanlar 2427000 12839409 10412409
Xaçmaz 4101000 25401177 21300177
Xocavənd  95000 6388530 6293530
Xocalı  46000 3330024 3284024
Xızı  488000 6050060 5562060
Hacıqabul 1662000 10609529 8947529
Cəbrayıl  179000 14426377 14247377
Cəlilabad  3253000 31896153 28643153
Şamaxı  2227000 17922719 15695719
Şəmkir 3682000 31681182 27999182
Şuşa 301000 7185072 6884072
Cəmi: 672223396 1717534664 1045311268

Maddə 10. Yerli büdcələrə (bələdiyyə büdcələrinə) veriləcək dotasiyanın məbləği 10000,0 milyon manat təsdiq edilsin.

Maddə 11. Dövlət büdcəsindən veriləcək büdcə ssudasının həcmi 30000,0 milyon manat təsdiq edilsin.

Maddə 12. Azərbaycan Respublikasının 2004-cü ildə dövlət daxili və xarici borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər aşağıdakı kimi təsdiq edilsin:

mln. manat

Daxili dövlət borcu üzrə ödənişlər 49112,1

o cümlədən:

faizlər üzrə ödənişlər 38536,5

əsas borc üzrə ödənişlər 10575,6

Xarici dövlət borcu üzrə ödənişlər  90874,0

o cümlədən: 

faizlər üzrə ödənişlər 51836,7

əsas borc üzrə ödənişlər 39037,3

 

Maddə 13. Nəzərdə tutulmayan xərclər və fövqəladə hallar üçün yaradılmış ehtiyat fondunun məbləği 78000,0 mln. manat təsdiq edilsin.

Maddə 14. 2004-cü ildə investisiya layihələri üçün dövlət zəmanəti ilə alınan xarici kreditlərin həcmi 644829,7 milyon manat təsdiq edilsin.

Maddə 15. Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi 200000,0 milyon manat, xarici dövlət borcunun yuxarı həddi 995000,0 milyon manat təsdiq edilsin.

Maddə 16. Əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri ilk növbədə, sonra isə gəlirlərin daxil olmasından asılı olaraq və kəsirin müəyyən olunmuş həddi nəzərə alınmaqla digər xərc maddələri üzrə nəzərdə tutulmuş vəsaitlər maliyyələşdirilir.

Maddə 17. Büdcə daxilolmalarının vəziyyətindən asılı olmayaraq əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri müdafiə olunmuş xərc maddələridir.

Maddə 18. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 315000,0 milyon manat məbləğində təsdiq edilsin.

Maddə 19. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan Azərbaycan Respublikasının 2004-cü il icmal büdcəsinin kəsiri 1035000,0 milyon manat məbləğdə müəyyən edilsin.

Maddə 20. Azərbaycan Respublikasının 2004-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 10071849,2 milyon manat manat müəyyən edilsin.

Maddə 21. Büdcə ili ərzində büdcədən maliyyələşdirilən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmazsa, nəzərdə tutulumuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər mərkəzləşdirilmiş xərclərdən Dövlət Sosial Müdafiə Fonduna yönəldilən transfertin məbləği artırılmaqla köçürülür.

Maddə 22. Enerci, qaz və kimya sektorları üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyaların limiti müvafiq olaraq 1507420,0 milyon manat, 266300,0 milyon manat və 108250,0 milyon manat müəyyən olunmaqla icmal büdcənin həm gəlir, həm də xərc hissəsinə daxil edilib ayrıca sətirlə əks etdirilir.

Maddə 23. İxrac olunan neftin satış qiyməti büdcə hesablamaları üçün nəzərdə tutulduğundan yüksək olduqda, yaranmış fərq üzrə büdcəyə daxil olmuş vəsait xəzinədarlığın hesabında ayrıca saxlanılır və həmin vəsaitdən yalnız neftin satış qiyməti büdcə hesablamaları üçün nəzərdə tutulmuş səviyyədən aşağı olduqda istifadə olunur.

Maddə 24. Bu qanun 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.