Azәrbaycan Respublikasının Nazirlәr Kabineti

Azәrbaycan Respublikasının әrazisinә gәtirilәn aksiz vergisinә cәlb olunan malların aksiz dәrәcәlәrinin tәsdiq edilmәsi haqqında

Qәrar N 20

Bakı şәhәri, 19 yanvar 2001-ci il


"Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında" Azәrbaycan Respublikası Qanununun vә bu Qanunla tәsdiq edilmiş
Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsi barәdә" Azәrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının 2-ci bәndinin 30-cu abzasının icrası ilә
әlaqәdar Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır:

1. Azәrbaycan Respublikasının әrazisinә gәtirilәn aksiz vergisinә cәlb olunan malların aksiz dәrәcәlәri tәsdiq edilsin (әlavә olunur).

2. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin "MDB hüdudları kәnarından gәtirilәn aksiz vergisinә cәlb edilәn malların aksiz dәrәcәlәri haqqında" 1996-cı il 2 iyun tarixli 80 nömrәli vә "MDB hüdudları
kәnarından gәtirilәn aksiz vergisinә cәlb edilәn malların aksiz dәrәcәlәri haqqında" 1996-cı il 2 iyul tarixli 80 nömrәli qәrarına әlavәlәr vә dәyişikliklәr edilmәsi barәdә" 1996-cı il 13 dekabr tarixli 175 nömrәli qәrarları
qüvvәdәn düşmüş hesab edilsin.

3. Bu qәrar 2001-ci il yanvarın 1-dәn qüvvәyә minir.


Azәrbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADӘ.

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrәli qәrarı ilә tәsdiq edilmişdir


Azәrbaycan Respublikasının әrazisinә gәtirilәn aksizli malların aksiz dәrәcәlәri

Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 190-cı maddәsinin 190.1 bәndindә göstәrilәn aksizli malların xarici iqtisadi fәaliyyәtinin mal nomenklaturasına uyğun kodları
Aksiz dәrәcәlәri 1 ölçü vahidi üçün
ABŞ dolları ilә
1
2
220710000; 220890910; 220890990 1 litr üçün 1,0 ABŞ dolları
2102 1 ton üçün 2 ABŞ dolları *
220300 1 litr üçün 0,7 ABŞ dolları
2204; 2205; 220600 1 litr üçün 1,5 ABŞ dolları
220820; 220830; 220840; 220850; 220860; 220870 1 litr üçün 3,0 ABŞ dolları
220890110 - 220890780 1 litr üçün 3,0 ABŞ dolları
2402 1000 әdәd üçün 5 ABŞ dolları
271000110 1 ton üçün 100 ABŞ dolları
271000270; 271000290; 271000320; 271000340; 271000360; 1 ton üçün 250 ABŞ dolları
271000410; 271000510; 271000550; 271000590;
271000610 - 271000690
1 ton üçün 100 ABŞ dolları
271000150; 271000210; 271000250; 271000260; 271000370;
271000390; 271000450;

1 ton üçün 1,0 ABŞ dolları
271000710 - 271000780; 1 ton üçün 1,0 ABŞ dolları
271000810; 271000830; 271000880; 271000890; 271000920;
271000940; 271000980
1 ton üçün 1,0 ABŞ dolları
271000870; 1 ton üçün 60 ABŞ dolları
271000960; 1 ton üçün 60 ABŞ dolları
271210 1 ton üçün 10 ABŞ dolları
2713 1 ton üçün 30 ABŞ dolları
2714; 271500 1 ton üçün 1,0 ABŞ dolları


* Nazirlәr Kabinetinin 28.02.2002-ci il tarixli, 34 N-li Qәrarı