Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
tәsdiq edilmәsi, qüvvәyә minmәsi
vә bununla bağlı hüquqi tәnzimlәmә
mәsәlәlәri haqqında Azәrbaycan Respublikasının
Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan
Respublikası Vergi Mәcәllәsinin tәtbiq
edilmәsi barәdә
Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı
Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
tәsdiq edilmәsi, qüvvәyә minmәsi
vә bununla bağlı hüquqi
tәnzimlәmә mәsәlәlәri haqqında
Azәrbaycan Respublikası Qanununun vә bu Qanunla tәsdiq
edilmiş
Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
qüvvәyә minmәsi ilә әlaqәdar
hәmin Qanunun vә Mәcәllәnin
tәtbiq edilmәsini tә`min etmәk mәqsәdi
ilә qәrara alıram:
1. Müәyyәn edilsin ki:
Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
27.2-ci, 28.3-cü, 30.4-cü vә 51-ci maddәlәrindә
nәzәrdә
tutulmuş "müvafiq icra hakimiyyәti orqanı"nın
sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının
Prezidenti hәyata keçirir;
hәmin Mәcәllәnin 14.6-cı, 22.2-ci, 34.7-ci
maddәlәrindә, 34.8-ci maddәsindә birinci
halda, 43.2-ci,
65.2-ci, 83.3-cü, 83.9-cu maddәlәrindә, 85.9-cu
maddәsindә ikinci cümlәdә ikinci halda,
87.4-cü,
90.3-cü, 102.1.14-cü, 102.8-ci, 109.7-ci, 114.2-ci, 115.1-ci,
115.3-cü, 164.2-ci, 169.5-ci, 172.3-cü, 190.2-ci,
194.1-ci, 200.1-ci, 206.2-ci vә 217.6-cı maddәlәrindә
nәzәrdә tutulmuş "müvafiq icra hakimiyyәti
orqanı"nın sәlahiyyәtlәrini Azәrbaycan
Respublikasının Nazirlәr Kabineti hәyata keçirir;
hәmin Mәcәllәnin 24.0.4-cü maddәsindә
nәzәrdә tutulmuş "müvafiq icra hakimiyyәti
orqanları"
dedikdә Azәrbaycan Respublikasının Prezidenti,
Azәrbaycan Respublikasının Nazirlәr Kabineti vә
Azәrbaycan Respublikasının Maliyyә nazirliyi nәzәrdә
tutulur;
hәmin Mәcәllәnin 20.1.-ci, 26.3-cü maddәlәrindә,
34.8-ci maddәsindә ikinci halda, 39.3, 63.2-ci
maddәlәrindә, 85.9-cu maddәsindә ikinci
cümlәdә birinci halda vә 85.11-ci maddәsindә
nәzәrdә
tutulmuş "müvafiq icra hakimiyyәti orqanı"nın
sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının
Vergilәr
Nazirliyi hәyata keçirir;
hәmin Mәcәllәnin 34.1-ci, 34.2-ci, 72.2-ci,
157.1-ci vә 192.1-ci maddәlәrindә nәzәrdә
tutulmuş
"müvafiq icra hakimiyyәti orqanı"nın sәlahiyyәtlәrini
Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi
Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi ilә
razılaşdırmaqla hәyata keçirir;
hәmin Mәcәllәnin 176.2-ci vә 195.2-ci
maddәlәrindә nәzәrdә tutulmuş
"müvafiq icra hakimiyyәti
orqanı"nın sәlahiyyәtlәrini Azәrbaycan
Respublikasının Maliyyә Nazirliyi hәyata keçirir;
hәmin Mәcәllәnin 32.2-ci maddәsindә
nәzәrdә tutulmuş "müvafiq icra hakimiyyәti
orqanları"nın
sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının
Vergilәr Nazirliyi vә Azәrbaycan Respublikasının
Dövlәt
Gömrük Komitәsi hәyata keçirirlәr;
hәmin Mәcәllәnin 30.6.2-ci maddәsindә
nәzәrdә tutulmuş "müvafiq icra hakimiyyәti
orqanları"nın
sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının
Cinayәt-Prosessual Mәcәllәsindә müәyyәn
edilmiş
müvafiq dövlәt orqanları hәyata keçirirlәr;
hәmin Mәcәllәnin 33.4-cü maddәsindә
nәzәrdә tutulmuş "müvafiq icra hakimiyyәti
orqanı"nın
sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının
Әdliyyә Nazirliyi vә onun hüquqi şәxslәrin
dövlәt
qeydiyyatı üzrә bölgә şö`bәlәri
hәyata keçirir.
2. Azәrbaycan Respublikasının Nazirlәr Kabineti
iki ay müddәtindә:
qüvvәdә olan qanunvericilik aktlarının Azәrbaycan
Respublikası Vergi Mәcәllәsinin tәsdiq
edilmәsi,
qüvvәyә minmәsi vә bununla bağlı
hüquqi tәnzimlәmә mәsәlәlәri
haqqında Azәrbaycan
Respublikasının Qanuna vә Azәrbaycan Respublikasının
Vergi Mәcәllәsinә uyğunlaşdırılması
barәdә
tәkliflәrini hazırlayıb Azәrbaycan Respublikasının
Prezidentinә tәqdim etsin;
Nazirlәr Kabinetinin vә müvafiq mәrkәzi
icra hakimiyyәti orqanlarının normativ hüquqi aktlarının
hәmin Qanuna vә Azәrbaycan Respublikasının
Vergi Mәcәllәsinә uyğunlaşdırılmasını
tә`min etsin vә
bu barәdә Azәrbaycan Respublikasının Prezidentinә
mә`lumat versin;
Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
14.6-cı maddәsindә nәzәrdә tutulmuş
malın (işin,
xidmәtin) bazar qiymәtinin müәyyәn edilmәsi
qaydalarını tәsdiq etsin;
hәmin Mәcәllәnin 22.2-ci maddәsindә
nәzәrdә tutulmuş vergi orqanlarının
maddi hәvәslәndirmә vә inkişaf fondundan
istifadә qaydalarını tәsdiq etsin;
hәmin Mәcәllәnin 23.1.3-cü maddәsindә
nәzәrdә tutulmuş xronometraj metodu ilә
müşahidә
aparılmasının qaydalarını tәsdiq etsin;
hәmin Mәcәllәnin 23.1.13-cü maddәsindә
nәzәrdә tutulmuş mәs`ul saxlamanın
qaydalarını tәsdiq
etsin;
hәmin Mәcәllәnin 28.1-ci vә 28.2-ci maddәlәrindә
nәzәrdә tutulmuş vergi orqanlarının
vәzifәli
şәxslәrinә xüsusi rütbәlәrin
verilmәsi, hәmin rütbәlәrdәn mәhrum
edilmәsi vә xüsusi rütbәlәrlә
bağlı
digәr mәsәlәlәrә dair tәkliflәrini
hazırlayıb Azәrbaycan Respublikasının Prezidentinә
tәqdim etsin;
hәmin Mәcәllәnin 28.3-cü maddәsindә
nәzәrdә tutulmuş vergi orqanlarının
vәzifәli şәxslәrinin xüsusi
rütbәlәrinә uyğun olaraq xüsusi geyim
forması vә fәrqlәnmә nişanlarının
nümunәlәrini hazırlayıb
tәsdiq olunmaq üçün Azәrbaycan Respublikasının
Prezidentinә tәqdim etsin;
hәmin Mәcәllәnin 30.4-cü maddәsindә
nәzәrdә tutulmuş kommersiya (vergi) sirrini tәşkil
edәn
mә`lumatları müәyyәn edәn dövlәt
hakimiyyәti orqanlarının vә onların vәzifәli
şәxslәrinin siyahısını
tәsdiq olunmaq üçün Azәrbaycan Respublikasının
Prezidentinә tәqdim etsin;
kommersiya sirri ilә bağlı münasibәtlәri
tәnzimlәyәn Azәrbaycan Respublikasının
Qanun layihәsini
hazırlayıb Azәrbaycan Respublikasının Prezidentinә
tәqdim etsin;
hәmin Mәcәllәnin 34.7-ci maddәsindә
nәzәrdә tutulmuş vergi ödәyicilәrinә
eynilәşdirmә nömrәsinin
verilmәsi vә tәtbiq edilmәsi qaydasını
tәsdiq etsin;
hәmin Mәcәllәnin 34.8-ci maddәsindә
nәzәrdә tutulmuş vergi ödәyicisinin
vahid dövlәt reyestrinin
aparılması qaydalarını Azәrbaycan Respublikasının
Prezidenti ilә razılaşdırmaqla tәsdiq etsin;
hәmin Mәcәllәnin 43.2-ci maddәsindә
nәzәrdә tutulmuş sәyyar vergi yoxlaması
zamanı әşyaların
nümunә kimi götürülmәsi qaydalarını
Azәrbaycan Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq etsin;
hәmin Mәcәllәnin 51-ci maddәsindә
nәzәrdә tutulmuş vergi qanunvericiliyinin pozulmasına
görә
mәs`uliyyәtә cәlb edilәn şәxsdәn
maliyyә sanksiyalarının alınması qaydalarının
layihәsini hazırlayıb
tәsdiq olunmaq üçün Azәrbaycan Respublikasının
Prezidentinә tәqdim etsin;
hәmin Mәcәllәnin 65.2-ci maddәsindә
nәzәrdә tutulmuş hüquqi şәxslәrdәn
vergilәr üzrә borcların vә
faizlәrin alınması qaydalarını Azәrbaycan
Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq etsin;
hәmin Mәcәllәnin 67.1-ci maddәsindә
nәzәrdә tutulmuş birbaşa vә dolayı
qiymәtlәndirmә
metodlarının tәtbiq edilmәsi qaydalarını
Azәrbaycan Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq etsin;
hәmin Mәcәllәnin 83.3-cü maddәsindә
nәzәrdә tutulmuş vergi ödәyicisi tәrәfindәn
verginin
hesablanması üçün zәruri olan hesabat mә`lumatlarının
verilmәdiyi hallarda verginin әlaqәli
mә`lumata әsasәn hesablanması qaydasını
Azәrbaycan Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq etsin;
hәmin Mәcәllәnin 83.9-cu maddәsindә
nәzәrdә tutulmuş xarici hüquqi şәxsin
әldә etdiyi mәnfәәti
birbaşa müәyyәn etmәk mümkün olmadığı
hallarda mәnfәәtin hesablanması qaydalarını
Azәrbaycan
Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq etsin;
hәmin Mәcәllәnin 85.9-cu maddәsindә
nәzәrdә tutulmuş vergi öhdәliyinin
yerinә yetirilmәsi
müddәtinin uzadılması qaydalarının Azәrbaycan
Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq
etsin;
hәmin Mәcәllәnin 87.4-cü maddәsindә
nәzәrdә tutulmuş artıq ödәnilmiş
vergilәrin, faizlәrin vә maliyyә
sanksiyalarının vergi ödәyicisinә qaytarılması
qaydalarının Azәrbaycan Respublikasının Prezidenti
ilә
razılaşdırmaqla tәsdiq etsin;
hәmin Mәcәllәnin 90.3-cü maddәsindә
nәzәrdә tutulmuş vergi ödәyicisinin
siyahıya alınmış әmlakının
açıq hәrraclarda satılması qaydalarını
Azәrbaycan Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq etsin;
hәmin Mәcәllәnin 102.1.14-cü maddәsindә
nәzәrdә tutulmuş fiziki şәxslәrin
gәlir vergisindәn azad
olunan kompensasiya xarakterli ödәmәlәrin siyahısını
Azәrbaycan Respublikasının Prezidenti ilә
razılaşdırmaqla tәsdiq etsin;
hәmin Mәcәllәnin 102.8-ci maddәsindә
nәzәrdә tutulmuş әmәk haqqından
tutulan vergi
hesablanarkәn fiziki şәxslәrin vergi güzәştlәri
hüququnun müәyyәnlәşdirilmәsi
üçün sәnәdlәrin
siyahısını tәsdiq etsin;
hәmin Mәcәllәnin 109.7-ci maddәsindә
nәzәrdә tutulmuş e`zamiyyә xәrclәrinin
normalarını
Azәrbaycan Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq etsin;
hәmin Mәcәllәnin 114.2-ci maddәsindә
nәzәrdә tutulmuş köhnәlmәyә
mә`ruz qalmayan aktivlәrin
siyahısını tәsdiq etsin;
hәmin Mәcәllәnin 115.3-cü maddәsindә
nәzәrdә tutulmuş icarәyә götürülmüş
әsas vәsaitlәr üzrә tә`mir
xәrclәrinin gәlirdәn çıxılması
qaydalarını tәsdiq etsin;
hәmin Mәcәllәnin 157.2-ci maddәsindә
nәzәrdә tutulmuş әlavә dәyәr
vergisi ödәyicilәrinin dövlәt
reyestrinin aparılması qaydalarını Azәrbaycan
Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq
etsin;
hәmin Mәcәllәnin 172.3-cü maddәsindә
nәzәrdә tutulmuş ümumi qaydalara әsasәn
vergitutma
bazasının müәyyәnlәşdirilmәsi
çәtin olan sahәlәr üzrә әlavә
dәyәr vergisinin hesablanması qaydalarını
Azәrbaycan Respublikasının Prezidenti ilә razılaşdırmaqla
tәsdiq etsin;
hәmin Mәcәllәnin 190.1-ci maddәsindә
nәzәrdә tutulmuş aksizli mallar üçün
aksizlәrin dәrәcәlәrini
tәsdiq etsin;
hәmin Mәcәllәnin 194.1-ci maddәsindә
nәzәrdә tutulmuş aksiz tutulan mallara, o cümlәdәn
idxal
mallarına aksiz markalarının tәtbiqi qaydalarını
tәsdiq etsin;
hәmin Mәcәllәnin 200.1-ci maddәsindә
nәzәrdә tutulmuş binalar üzrә әmlak
vergisinin hesablanması
qaydalarını Azәrbaycan Respublikasının Prezidenti
ilә razılaşdırmaqla tәsdiq etsin;
hәmin Mәcәllәnin 206.2-ci maddәsindә
nәzәrdә tutulmuş kadastr qiymәt rayonları
vә ona daxil olan
inzibati rayonlar üzrә kәnd tәsәrrüfatı
torpaqlarının tә`yinatı, coğrafi yerlәşmәsi
vә keyfiyyәti nәzәrә
alınmaqla şәrti halları müәyyәnlәşdirib
tәsdiq etsin;
hәmin Mәcәllәnin 217.6-cı maddәsindә
nәzәrdә tutulmuş hasil edilmiş neftin vә
qazın texnoloji
proseslә әlaqәdar quyuya geri vurulma normativlәrini
tәsdiq etsin;
Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti
orqanları ilә birlikdә Azәrbaycan Respublikası
Vergi Mәcәllәsinin tәbliği, onun tәtbiqi
ilә bağlı hazırlıq işlәrinin aparılması
vә vergi orqanları
işçilәrinin vergi qanunvericiliyinin tәlәblәrinә
uyğun olaraq hazırlığının tә`min
edilmәsi üçün lazımi
tәdbirlәr hәyata keçirsin;
Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindәn
irәli gәlәn digәr mәsәlәlәri
öz sәlahiyyәtlәri
çәrçivәsindә hәll etsin.
3. Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi
bir ay müddәtindә:
Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
39.3-cü maddәsindә nәzәrdә tutulmuş
vergi yoxlaması
aktının formasını vә onun tәrtib edilmәsinә
dair tәlәblәri tәsdiq etsin;
hәmin Mәcәllәnin 34.1-ci vә 34.2-ci maddәlәrindә
müvafiq olaraq nәzәrdә tutulmuş vergi ödәyicisinin
uçota alınmaq üçün әrizәsinin
vә vergi ödәyicisinin uçota alınması
haqqında şәhadәtnamәnin
formalarını, 72.2-ci maddәsindә nәzәrdә
tutulmuş vergi hesabatının formasını, 157.1-ci
maddәsindә
nәzәrdә tutulmuş әlavә dәyәr
vergisinin mәqsәdlәri üçün qeydiyyat
haqqında әrizәnin formasını,
157.2-ci maddәsindә nәzәrdә tutulmuş
әlavә dәyәr vergisi ödәyicisinin
qeydiyyat bildirişinin formasını
Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi ilә
razılaşdırmaqla tәsdiq etsin;
vergitutma sahәsindә normativ hüquqi aktlarının
vaxtında vergi ödәyicilәrinә çatdırılması
vә onlara
vergi qanunvericiliyi ilә bağlı mәslәhәtlәrin
verilmәsi üçün zәruri tәdbirlәri
hәyata keçirsin.
4. Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi
bir ay müddәtindә hәmin Mәcәllәnin
176.2-ci vә 195.2-ci
maddәlәrindә nәzәrdә tutulmuş
әlavә dәyәr vergisi vә aksizlәr
üzrә hesab-fakturaların formalarını tәsdiq
etsin.
Azәrbaycan Respublikasının Prezidenti
Heydәr ӘLİYEV.
Bakı şәhәri, 30 avqust 2000-ci il. N 393.