Aksiz markası ilә markalanmalı olan markalanmamış
malların siyahıya alınması vә mәsul
saxlamaya qoyulması Qaydalarının tәsdiq edilmәsi
barәdә Azәrbaycan Respublikasının Nazirlәr
Kabinetinin Qәrarı
"Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
tәsdiq edilmәsi, qüvvәyә minmәsi
vә bununla bağlı hüquqi tәnzimlәmә
mәsәlәlәri haqqında Azәrbaycan Respublikası
Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan
Respublikası Vergi Mәcәllәsinin tәtbiq
edilmәsi barәdә" Azәrbaycan Respublikası
Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının
icrasını tәmin etmәk mәqsәdi ilә
Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara
alır:
1. "Aksiz markası ilә markalanmalı olan markalanmamış
malların siyahıya alınması vә mәsul
saxlamaya qoyulması Qaydaları" tәsdiq edilsin (әlavә
olunur).
2. Bu qәrar 2001-ci il yanvarın 1-dәn qüvvәyә
minir.
Azәrbaycan Respublikasının Baş Naziri A. RASİ-ZADӘ.
Bakı şәhәri, 25 dekabr 2000-ci il , N 228
Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin
2000-ci il 25 dekabr tarixli 228 nömrәli qәrarı
ilә
tәsdiq edilmişdir
Aksiz markası ilә markalanmalı olan markalanmamış
malların siyahıya alınması vә mәsul
saxlamaya qoyulması Qaydaları
1. Ümumi müddәalar
Bu Qaydalar Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi,
İnzibati Xәtalar Mәcәllәsi vә digәr
normativ hüquqi aktlarına uyğun olaraq aksiz markası
ilә markalanmalı olan markalanmamış vә ya
saxta aksiz markası ilә markalanmamış malların
siyahıya alınması vә mәsul saxlamaya qoyulması
qaydalarını tәnzimlәyir.
2. Aksiz markası ilә markalanmalı olan markalanmamış
malların siyahıya alınması qaydaları
2.1. Aksiz markası ilә markalanmalı olan markalanmamış
vә ya saxta aksiz markası ilә markalanmış
malların siyahıya alınması vergi ödәyicisinin
hәmin mallar barәsindә hüquqlarının
elә mәhdudlaşdırılmasıdır ki, bu
zaman vergi ödәyicisi siyahıya alınmış
aksiz markası ilә markalanmalı olan markalanmamış
vә ya saxta aksiz markası ilә markalanmış
mallara sahiblik vә istifadә etmәk vә sәrәncam
vermәk hüququna malik olmur.
2.2. Aksiz markaları ilә markalanmalı olan malların
hәmin markalarla markalanmadan vә ya saxta aksiz markaları
ilә markalanmaqla satışı vә ya saxlanılması
aşkar edildikdә (içmәli spirtin, mayanın,
pivәnin, spirtli içkilәrin bütün növlәrinin
vә tütün mәmulatlarının) ümumi
miqdarı, aksiz markaları ilә markalanmalı olan
markalanmamış vә ya saxta aksiz markaları ilә
markalanmış (içmәli spirtin, mayanın, pivәnin,
spirtli içkilәrin bütün növlәrinin
vә tütün mәmulatlarının) miqdarı
Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi
tәrәfindәn tәsdiq edilmiş formaya uyğun
olan aktla, hüquqi vә ya fiziki şәxsin rekvizitlәri
vә onların sәlahiyyәtli nümayәndәsinin
adı vә soyadı göstәrilmәklә rәsmilәşdirilir,
akt vergi orqanının nümayәndәlәrinin,
habelә obyektin mәsul şәxsinin vә müşahidәçilәrin
imzaları ilә tәsdiqlәnir. Vergi ödәyicisi
vә ya onun sәlahiyyәtli nümayәndәsi
aktda öz qeydlәrini edә bilәr, aktı imzalamaqdan
imtina edә bilәr vә bu barәdә hәmin
aktda müvafiq qeyd aparılır.
2.3. Aksiz markaları ilә markalanmalı olan markalanmamış
vә ya saxta aksiz markası ilә markalanmış
(içmәli spirtin, mayanın, pivәnin, spirtli içkilәrin
bütün növlәrinin vә tütün mәmulatlarının)
Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi
tәrәfindәn tәsdiq edilmiş formaya uyğun
olan siyahısı tәrtib edilir. Siyahıda hәmin
malların adı, fәrqlәndirici әlamәtlәri,
mәnşә mәnbәyi, alış vә
satış qiymәtlәri, vergi orqanının adı,
siyahıya almanı hәyata keçirәn vәzifәli
şәxslәrin adı, soyadı vә atasının
adı, siyahıya almanın hәyata keçirildiyi
tarix vә yer, vergi ödәyicisi vә onun nümayәndәsi
haqqında mәlumat, müşahidәçilәr
vә dәvәt olunmuş mütәxәssislәr
haqqında mәlumatlar әks etdirilir.
2.4. Aksiz markaları ilә markalanmalı olan markalanmamış
vә ya saxta aksiz markaları ilә markalanmış
(içmәli spirtin, mayanın, pivәnin, spirtli içkilәrin
bütün növlәrinin vә tütün mәmulatlarının)
mәnşә mәnbәyi, alış vә
satış qiymәtlәri ilkin sәnәdlәrlә
vә ya vәzifәli şәxsdәn (vәzifәli
şәxs olmadıqda satıcıdan) alınmış
izahatla müәyyәnlәşdirilir.
2.5. Azәrbaycan Respublikasının İnzibati Xәtalar
Mәcәllәsindә göstәrilәn pozuntulara
yol vermiş vәzifәli şәxs (şәxslәr)
barәsindә müvafiq protokol tәrtib olunur.
2.6. Tәrtib olunmuş aktın, siyahının vә
protokolun surәtlәri vәzifәli şәxsә
verilir.
2.7. Aksiz markası ilә markalanmalı olan markalanmamış
vә ya saxta aksiz markası ilә markalanmış
malların siyahıya alınmasını hәyata keçirәn
vergi orqanının nümayәndәsi hәmin malların
siyahıya alınması prosesindә vergi ödәyicisinin
vә ya onun nümayәndәsinin iştirak etmәsinә
icazә vermәmәyә sәlahiyyәtli deyildir.
2.8. Aksiz markası ilә markalanmalı olan markalanmamış
vә ya saxta aksiz markası ilә markalanmış
malların siyahıya alınması prosesindә vergi
orqanının nümayәndәsi vergi ödәyicisinә
vә ya onun nümayәndәsinә hüquq vә
vәzifәlәrini izah edir.
3. Siyahıya alınmış malların vergi ödәyicisindә
mәs`ul saxlamaya qoyulması qaydaları
3.1. Siyahıya alınmış mallar vergi ödәyicisindә
mәsul saxlamaya qoyulur.
3.2. Vergi ödәyicisinin bu qaydaları pozaraq siyahıya
alınmış mallara dair bağladığı әqdlәr
etibarsız hesab edilir.
3.3. Vergi ödәyicisi siyahıya alınmış
malları mәs`ul saxlamaya qoymaq üçün qәbul
etmәkdәn imtina etdikdә vә ya vergi ödәyicisinin
malları saxlamaq üçün müvafiq şәraiti
olmadıqda, götürmә iki müşahidәçinin
iştirakı ilә protokolla rәsmilәşdirilir,
mallar yerindәcә qablaşdırılır, möhürlәnir
vә obyektdәn götürülür.
3.4. Malların obyektdәn götürülmәsi
haqqında protokolda aşağıdakılar göstәrilir:
3.4.1. protokolu tәrtib edәn şәxsin vәzifәsi,
soyadı, adı, atasının adı;
3.4.2. protokolun tәrtib edildiyi tarix vә yer;
3.4.3. malları götürülәn şәxs barәsindә
mәlumat;
3.4.4. protokol tәrtibatında iştirak edәn müşahidәçilәr
barәsindә mәlumat;
3.4.5. götürülәn malların siyahısı
vә miqdarı barәdә mәlumat.
3.5. Malların götürülmәsi haqqında protokol
vergi orqanının nümayәndәlәrinin, habelә
obyektin mәs`ul şәxsinin vә müşahidәçilәrin
imzaları ilә tәsdiqlәnir. Vergi ödәyicisi
vә ya onun sәlahiyyәtli nümayәndәsi
protokolu imzalamaqdan imtina etdikdә bu barәdә hәmin
protokolda müvafiq qeyd aparılır.
3.6. Götürülәn mallar inzibati xәta haqqında
işә baxılanadәk, vergi orqanının müәyyәn
etdiyi yerdә digәr vergi ödәyicisinә vә
ya vәzifәli şәxsә mәsul saxlamaya
qoyulmaq üçün tәhvil verilir.
3.7. Bütün hallarda siyahıya alınmış mallar
mәs`ul saxlamaya qoyulmaq üçün vergi ödәyicisinә
tәhvil verildikdә, o siyahıya alınmış
malların özgәninkilәşdirmәsinә,
israf edilmәsinә, gizlәdilmәsinә, dәyişdirilmәsinә
yol verdiyi tәqdirdә Azәrbaycan Respublikasının
Cinayәt Mәcәllәsinә әsasәn
mәsuliyyәtә cәlb edilәcәyi barәdә
xәbәrdar olunmalıdır.
3.8. Tәrtib olunmuş aktlara vә protokollara Azәrbaycan
Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә
uyğun olaraq baxılır.