| “Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin: "Maddə 1. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin gəlirləri 7 518 400,0 milyon manat, xərcləri 7 833 400,0 milyon manat məbləğində təsdiq edilsin.". 2. 2-ci maddənin 2-ci abzasında "742000,0" rəqəmi "840000,0" rəqəmi ilə, 3-cü abzasında "950000,0" rəqəmi "1117000,0" rəqəmi ilə, 4-cü abzasında "2244000,0" rəqəmi "2324000,0" rəqəmi ilə, 6-cı abzasında "764000,0" rəqəmi "844000,0" rəqəmi ilə, 12-ci abzasında "125000" rəqəmi "80000" rəqəmi ilə, 29-cu abzasında "335000" rəqəmi "350000" rəqəmi ilə əvəz edilsin. Həmin maddənin iyirmi doqquzuncu abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: "2004-cü ilin yanvar ayının 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında olan sərbəst qalığı - 201400,0 milyon manat". 3. 4-cü maddənin ikinci abzasındakı "89,05%" rəqəmi "88,67%" rəqəmi ilə əvəz edilsin. Həmin maddənin sonuna aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: "2004-cü ilin yanvar ayının 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında olan sərbəst qalığı 100%". 4. 5-ci maddənin ikinci abzasında "10,95" rəqəmi "11,33" rəqəmi ilə əvəz edilsin. 5. 6-cı maddədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
|