|
Azәrbaycan Respublikasının Nazirlәr Kabineti Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin bә`zi qәrarlarına dәyişikliklәr vә әlavәlәr edilmәsi barәdә Qәrar N 34 Bakı şәhәri, 28 fevral 2002-ci il «Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә dәyişikliklәr vә әlavәlәr edilmәsi haqqında» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 620 nömrәli Fәrmanının 1-ci bәndinin 3-cü abzasının icrasını tә`min etmәk mәqsәdilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır: I. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin bә`zi qәrarlarına aşağıdakı dәyişikliklәr vә әlavәlәr edilsin: 1. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Vergi ödәyicilәrinә eynilәşdirmә nömrәsinin verilmәsi vә tәtbiq edilmәsi Qaydası»na aşağıdakı әlavә vә dәyişikliklәr edilsin: 2.1.5-ci yarımbәndinin 1-ci cümlәsi aşağıdakı redaksiyada verilsin: «Hüquqi şәxsin uçotda olduğu vergi orqanının әrazisindәn kәnarda fәaliyyәt göstәrәn filialı, nümayәndәliyi vә ya digәr tәsәrrüfat subyekti (obyekti) olduqda, hüquqi şәxs vergi ödәyicisi kimi hәm özünün olduğu yer üzrә, hәm dә onun filialının, nümayәndәliyinin vә ya digәr digәr tәsәrrüfat subyektinin (obyektinin) olduğu yer üzrә uçota alınır.»; 2.1.6-cı yarımbәndinә aşağıdakı mәzmunda 2-ci vә 3-cü abzaslar әlavә edilsin: Vergilәr Nazirliyi tәrәfindәn müәyyәn edilәn iri vergi ödәyicilәri vә xüsusi vergi recimli müәssisәlәr Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin müәyyәn etdiyi qaydada mәrkәzlәşdirilmiş uçota alına bilәr. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilәlәrә әsasәn xarici dövlәtin rezidentinin Azәrbaycan Respublikasında fәaliyyәt göstәrәn vә daimi nümayәndәlik yaratmayan bölmәlәri, habelә Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 13.2.5.3-cü maddәsinә müvafiq olaraq idarәetmә yerinә görә rezident sayılan hüquqi şәxs vergi orqanında Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin müәyyәn etdiyi qaydalara uyğun olaraq uçota alınır.»; 1.3-cü bәndindә «vә nümayәndәliklәri» sözündәn sonra «vә ya digәr tәsәrrüfat subyektlәri (obyektlәri)» sözlәri, 2.1.1-ci yarımbәndindә «nümayәndәlik» sözündәn sonra «vә ya digәr tәsәrrüfat subyekti (obyekti)» sözlәri әlavә edilsin. 2. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2000-ci il 25 dekabr tarixli 228 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Aksiz markası ilә markalanmalı olan markalanmamış malların siyahıya alınması vә mәs`ul saxlamaya qoyulması Qaydaları»na aşağıdakı dәyişikliklәr edilsin: 2.2-ci bәndindә «hüquqi vә ya fiziki şәxsin»
sözlәri «hüquqi şәxslәrin vә sahibkarlıq
fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata
keçirәn fiziki şәxsin» sözlәri ilә
әvәz edilsin; 3. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 4 yanvar tarixli 6 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Malın (işin, xidmәtin) bazar qiymәtinin müәyyәn edilmәsi Qaydaları»nın 5.1-ci bәndinә aşağıdakı mәzmunda 3-cü abzas әlavә edilsin: «Vergi ödәyicisi tәrәfindәn sahibkarlıq fәaliyyәtindә gәlir (mәnfәәt) götürmәk üçün istifadә edilәn malların Vergi Mәcәllәsinin 130.1-ci maddәsindә müәyyәn edilәn qaydada uçot sәnәdlәrindә әks etdirilmәmәsinә görә maliyyә sanksiyaları tәtbiq olunarkәn vergilәr malların bazar qiymәtlәri nәzәrә alınaraq hesablanır.». 4. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Xronometrac metodu ilә müşahidә aparılması Qaydaları»nın 2.18-ci bәndindә «1 min mislindәn» sözlәri «300 mislindәn» sözlәri ilә әvәz edilsin. 5. «Gәlirdәn çıxılmalı olan tә`mir
xәrclәrinin mәhdudlaşdırılan hәddi
barәdә» Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin
2001-ci il 13 yanvar tarixli 14 nömrәli qәrarının
1-ci bәndinin 2-ci abzasında «tikililәr» sözü
«tikintilәr» sözü ilә әvәz edilsin, aşağıdakı
mәzmunda 4-cü «nәqliyyat vasitәlәri—5 faiz;». 6. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Azәrbaycan Respublikasının әrazisinә gәtirilәn aksizli malların aksiz dәrәcәlәri» cәdvәlindәn «2102», «1 ton üçün 2 ABŞ dolları» sözlәri çıxarılsın. 7. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 23 fevral tarixli 45 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Hüquqi şәxslәrdәn vergilәr üzrә borcların vә faizlәrin alınması Qaydaları»na aşağıdakı әlavә vә dәyişikliklәr edilsin: 2.2-ci bәndi aşağıdakı redaksiyada verilsin: «Vergi vә ya cari vergi ödәmәsi Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә müәyyәn edilmiş müddәtdә ödәnilmәdikdә, ödәmә müddәtindәn sonrakı hәr bir ötmüş gün üçün vergi ödәyicisindәn vә ya vergi agentindәn ödәnilmәmiş vergi vә ya cari vergi ödәmәsi mәblәğinin 0,05 faizi mәblәğindә faiz tutulur.»; 2.3-cü bәndi çıxarılsın, 2.4-cü vә
2.5-ci bәndlәri müvafiq olaraq 2.3-cü vә 2.4-cü
bәndlәr hesab edilsin; «Siyahıya alınmış әmlakın yararlıq müddәti bu bәnddә göstәrilәn müddәt başa çatanadәk bitirsә, vergi orqanı dәrhal mәhkәmәyә müraciәt edә bilәr.». 8. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 23 fevral tarixli 49 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Fiziki şәxslәrin gәlir vergisindәn azad olunan kompensasiya xarakterli ödәmәlәrinin Siyahısı»nın 1-ci abzasında «әlavә vәsaitin» sözlәrindәn sonra «habelә Nazirlәr Kabineti tәrәfindәn müәyyәn edilmiş dәniz nәqliyyatında e`zamiyyә xәrclәri әvәzinә üzücü hey`әtin üzvlәrinә sutkalıq ödәnişlәrin» sözlәri әlavә edilsin. 9. «Azәrbaycan Respublikasında istehsal olunan içmәli spirtin, mayanın, pivәnin, spirtli içkilәrin vә tütün mә`mulatlarının aksiz dәrәcәlәri haqqında» Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 7 mart tarixli 61 nömrәli qәrarının adından «mayanın» sözü vә mәtnindәn «mayanın», «mayaya» vә «maya 0,5%» sözlәri çıxarılsın. II. Bu qәrar imzalandığı gündәn qüvvәyә minir. Azәrbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ |