Әlavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyata alınmayan vergi agenti tәrәfindәn әlavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyatdan keçmәyәn qeyri-rezidentә ödәnmәli olan mәblәğdәn әlavә dәyәr vergisinin tutulması vә ödәnilmәsi Qaydasının tәsdiq edilmәsi barәdә Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin Qәrarı


"Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında" Azәrbaycan Respublikası Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsi barәdә" Azәrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının icrasını tәmin etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır:

1. "Әlavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyata alınmayan vergi agenti tәrәfindәn әlavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyatdan keçmәyәn qeyri-rezidentә ödәnmәli olan mәblәğdәn әlavә dәyәr vergisinin tutulması vә ödәnilmәsi Qaydası" tәsdiq edilsin (әlavә olunur).

2. Bu qәrar 2001-ci il yanvarın 1-dәn qüvvәyә minir.

Azәrbaycan Respublikasının Baş naziri A. RASİ-ZADӘ.
Bakı şәhәri, 13 yanvar 2001-ci il



Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin
2001-ci il 13 yanvar tarixli qәrarı ilә
tәsdiq edilmişdir


Әlavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyata alınmayan vergi agenti tәrәfindәn әlavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyatdan keçmyәn qeyri-rezidentә ödәnilmәli olan mәblәğdәn әlavә dәyәr vergisinin tutulması vә ödәnilmәsi Qaydası

1. Ümumi müddәalar
1.1. Bu Qayda Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә müvafiq olaraq hazırlanmış vә әlavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyatdan keçmәyәn qeyri-rezidentin (bundan sonra-qeyri-rezident) әlavә dәyәr vergisinin (bundan sonra-ӘDV) mәqsәdlәri üçün qeydiyyata alınmayan vergi agenti (bundan sonra-vergi agenti) üçün gördüyü işlәrә vә ya göstәrdiyi xidmәtlәrә görә qeyri-rezidentә ödәnmәli olan mәblәğdәn ӘDV-nin hesablanması, tutulması vә tәyinatı üzrә köçürülmәsi qaydalarını müәyyәn edir.

1.2. Qeyri-rezident Azәrbaycan Respublikasının әrazisindә vergi agenti üçün iş görürsә vә ya xidmәt göstәrirsә, bu işlәrin görülmәsi vә ya xidmәtlәrin göstәrilmәsi ӘDV-yә cәlb olunur.

1.3. Bu Qaydada nәzәrdә tutulduğu kimi, vergi agentinin qeyri-rezidentә ödәnmәli olan mәblәğdәn ӘDV-nin tutulması üzrә әmәliyyatları vergi agentinin ӘDV-nin mәqsәdlәri üçün qeydiyyata alınmasına görә müәyyәnlәşdirilәn vergi tutulan әmәliyyatlarına aid edilmir.


2. Verginin hesablanması, tutulması vә ödәnilmәsi qaydası
2.1. Bu Qaydanını 1.2-ci bәndi tәtbiq edildikdә, vergi agenti qeyri-rezidentә ödәnmәli olan mәblәğdәn ӘDV-ni tutmalıdır. Verginin mәblәği Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 173.1-ci maddәsinin müddәalarına uyğun olaraq vergi dәrәcәsinin qeyri-rezidentә ödәnmәli olan mәblәğә (ӘDV nәzәrә alınmadan) tәtbiq edilәrәk hesablanır.

2.2. Qeyri-rezidentә ödәmә verildikdәn sonrakı 7 gün әrzindә vergi agenti tutulan ӘDV-ni aidiyyәti üzrә büdcәyә ödәmәyә borcludur.

2.3. Vergi agenti Azәrbaycan Respublikasının әrazisindә görülmüş işlәrә vә ya göstәrilmiş xidmәtlәrә görә qeyri-rezidentә ödәdiyi mәblәğdәn ӘDV-ni tutması barәdә yerlәşdiyi (yaşadığı) әrazi vergi orqanına Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin tәsdiq etdiyi formada bәyannamә (hesabat) tәqdim etmәlidir.

2.4. Bәyannamә (hesabat) qeyri-rezidentә ödәmә verilәn aydan sonrakı ayın 20-dәn gec olmayaraq tәqdim edilmәlidir.

2.5. Vergi agenti qeyri-rezidentә ödәnmәli olan mәblәğdәn ӘDV-ni tutaraq büdcәyә ödәdikdә, ödәniş sәnәdlәri dә verginin qeyri-rezidentdәn tutulduğu barәdә müvafiq qeyd aparmalıdır.


3. Mәs`uliyyәt
Bu Qaydaya әmәl edilmәsinә görә vergi agenti Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada mәs`uliyyәt daşıyır.