Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәtijәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin dövlәt büdjәsinә, büdjәdәnkәnar dövlәt fondlarına, qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә olan borjlarının vә bu müәssisәlәrin sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus banklara olan ödәmә vaxtı ötmüş borjlarının silinmәsi vә tәnzimlәnmәsi Qaydalarının tәsdiq edilmәsi haqqında

Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı


«Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin borcları haqqında» Azәrbaycan Respublikası Qanununun 2.5-ci bәndinin icrasını tә`min etmәk mәqsәdi ilә qәrara alıram:

1. «Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin dövlәt büdcәsinә, büdcәdәnkәnar dövlәt fondlarına, qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә olan borclarının vә bu müәssisәlәrin sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus banklara olan ödәmә vaxtı ötmüş borclarının silinmәsi vә tәnzimlәnmәsi Qaydaları» tәsdiq edilsin (әlavә olunur).

2. Azәrbaycan Respublikasının Nazirlәr Kabineti bir ay müddәtindә bu Qaydaların 4.5-ci bәndindә göstәrilәn Dövlәt Qiymәtli Kağızların buraxılışı şәrtlәrini müәyyәn etsin.

3. Azәrbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fәrmanın icrasını tә`min etmәk üçün müvafiq tәdbirlәr görsün.

4. Bu Fәrman dәrc olunduğu gündәn qüvvәyә minir.

Azәrbaycan Respublikasının Prezidenti

Heydәr ƏLİYEV

Bakı şәhәri, 11 iyun 2001-ci il

N 497.

«Azәrbaycan» qәzetindә dәrc edilmişdir (12-13 iyun 2001-ci il, N131, 132).

 

Azәrbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 nömrәli Fәrmanına әlavә


Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin dövlәt büdcәsinә, büdcәdәnkәnar dövlәt fondlarına, qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә olan borclarının vә bu müәssisәlәrin sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus banklara olan ödәmә vaxtı ötmüş borclarının silinmәsi vә tәnzimlәnmәsi
Qaydaları

1. Ümumi müddәalar

1.1. Bu Qaydalar «Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin borcları haqqında» Azәrbaycan Respublikasının Qanununa әsasәn hazırlanmışdır.


2. Qaydaların tәtbiqi dairәsi

2.1. Bu Qaydalar Azәrbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilә tәsdiq edilmiş «Azәrbaycan Respublikasında 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilmәsi barәdә qәrar qәbul edilmiş vә özәllәşdirilmәsi başa çatmamış müәssisәlәrin, «Azәrbaycan Respublikasında dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramı»na uyğun olaraq özәllәşdirilmәsi haqqında qәrar qәbul edilәn dövlәt müәssisәlәrinin, dövlәt büdcәsinә (Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin zәmanәti әsasında verilәn kreditlәr üzrә borclar istisna olmaqla), büdcәdәnkәnar dövlәt fondlarına, sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus olan banklara (bundan sonra — banklar) vә qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә, Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq lәğv olunmuş kolxozların vә sovxozların, işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin banklara olan borclarının silinmәsi vә tәnzimlәnmәsi qaydalarını müәyyәnlәşdirir vә hәmin tәsәrrüfat subyektlәrinә aşağıdakı qaydada şamil edilir:


2.1.1. Azәrbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilә tәsdiq edilmiş «Azәrbaycan Respublikasında 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilmәsi barәdә qәrar qәbul edilmiş vә özәllәşdirilmәsi başa çatmamış müәssisәlәrә onların özәllәşdirmәyә açılması tarixinә;

2.1.2. «Azәrbaycan Respublikasında dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramı»na uyğun olaraq özәllәşdirilmәsi haqqında qәrar qәbul edilәn dövlәt müәssisәlәrinә 2000-ci il 1 oktyabr tarixinә;

2.1.3. Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq lәğv olunmuş kolxozlara vә sovxozlara onların lәğv edilmәsi tarixinә;

2.1.4. işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinә işğal olunan tarixә.


2.2. Azәrbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Qaydaların 2.1.1-ci bәndindә göstәrilmiş müәssisәlәrin siyahısını bu müәssisәlәrin özәllәşdirmәyә açılması tarixlәri qeyd edilmәklә bir ay müddәtindә vә 2.1.2-ci bәndindә göstәrilәn müәssisәlәrin siyahısı onların özәllәşdirilmәsi barәdә qәrar qәbul edildikdәn vә müәssisәlәrin özәllәşdirmәsi mәqsәdi ilә qanunvericiliyә müvafiq start (satış) qiymәti vә ya nizamnamә kapitalı formalaşdıqdan sonra 10 gün müddәtindә Azәrbaycan Respublikasının Vergilәr Nazirliyinә, Azәrbaycan Respublikasının Dövlәt Sosial Müdafiә Fonduna, Azәrbaycan Respublikasının Dövlәt Əhalinin Mәşğulluğuna Kömәk Fonduna, Azәrbaycan Respublikasının Əlillәri Sosial Müdafiә Fonduna, banklara vә qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehsalçısı olan dövlәt müәssisәlәrinә tәqdim edir.

2.3. Bu Qaydalar üzrә qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrә aşağıdakılar aid edilir: neft vә neft mәhsulları, elektrik enercisi, istilik enercisi, qaz, su, rabitә xidmәtlәri, dәmir yolu, aviasiya, avtomobil vә dәniz nәqliyyatı ilә yük daşımaları.


3. Dövlәt büdcәsinә, büdcәdәnkәnar dövlәt fondlarına yaranmış borcların (әsas borc mәblәği, bu borclara son hesabat tarixinә hesablanmış faizlәrin vә maliyyә sanksiyalarının mәblәği daxil olmaqla) silinmәsi

3.1. Bu Qaydaların 2.1.1-ci bәndindә göstәrilmiş müәssisәlәrin özәllәşdirmәyә açılması tarixinә vә 2.1.2-ci bәndindә göstәrilmiş müәssisәlәrin özәllәşdirilmәsi mәqsәdi ilә qanunvericiliyә müvafiq start (satış) qiymәti vә ya nizamnamә kapitalı formalaşdıqdan sonra 2000-ci il 1 oktyabr tarixinә dövlәt büdcәsinә, büdcәdәnkәnar dövlәt fondlarına yaranmış borcların (әsas borc mәblәği, bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәrin vә maliyyә sanksiyalarının mәblәği daxil olmaqla) silinmәsi haqda yazılı müraciәtlәri әsasında, Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi, Azәrbaycan Respublikasının Dövlәt Sosial Müdafiә Fondu, Azәrbaycan Respublikasının Dövlәt Əhalinin Mәşğulluğuna Kömәk Fondu vә Azәrbaycan Respublikasının Əhalini Sosial Müdafiә Fondu hәmin müәssisәlәrlә 15 gün müddәtindә borcun mәblәği barәdә 4 nüsxәdә üzlәşmә aktları tәrtib edirlәr.

3.2. Tәrtib edilmiş üzlәşmә aktları Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi, Azәrbaycan Respublikasının Dövlәt Sosial Müdafiә Fondu, Azәrbaycan Respublikasının Dövlәt Əhalinin Mәşğulluğuna Kömәk Fondu vә Azәrbaycan Respublikasının Əlillәri Sosial Müdafiә Fondu tәrәfindәn 10 gün müddәtindә mә`lumat üçün Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә vә Azәrbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinә, icra üçün isә müvafiq müәssisәlәrә göndәrilir.

3.3. Bu Qaydaların 3.1-ci bәndindә göstәrilәn üzlәşmә aktları müvafiq olaraq bir tәrәfdәn Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi, Azәrbaycan Respublikasının Dövlәt Sosial Müdafiә Fondu, Azәrbaycan Respublikasının Əhalinin Mәşğulluğuna Kömәk Fondu, Azәrbaycan Respublikasının Əlillәri Sosial Müdafiәsi Fondu vә digәr tәrәfdәn müәssisәlәr arasında hәr biri üzrә ayrılıqda tәrtib edilir vә aktlarda göstәrilәn rәqәmlәrin düzgünlüyünә vә müәyyәn edilmiş müddәtdә aidiyyәti olanlara göndәrilmәsinә Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi, Azәrbaycan Respublikasının Dövlәt Sosial Müdafiә Fondu, Azәrbaycan Respublikasının Əhalinin Mәşğulluğuna Kömәk Fondu, Azәrbaycan Respublikasının Əlillәri Sosial Müdafiә Fondu mәs`uliyyәt daşıyır.


4. Sәhmlәrinin nәzarәt zәrfi dövlәtә mәxsus banklara yaranmış borcların (әsas borc mәblәği vә bu borclara son hesabat tarixinә hesablanmış faizlәrin mәblәği daxil olmaqla) silinmәsi

4.1. Banklarda yaranmış borclar aşağıdakı qaydada silinir:


4.1.1. Bu Qaydaların 2.1.1-ci bәndindә göstәrilmiş müәssisәlәrin özәllәşdirmәyә açılması tarixinә vә 2.1.2-ci bәndindә göstәrilmiş müәssisәlәrin özәllәşdirilmәsi mәqsәdi ilә qanunvericiliyә müvafiq start (satış) qiymәti vә ya nizamnamә kapitalı formalaşdıqdan sonra onların 2000-ci il 1 oktyabr tarixinә banklara borcları (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәr daxil olmaqla) silinir.

4.1.2. Bu Qaydaların 2.1.3-cü bәndindә göstәrilmiş kolxozların vә sovxozların onların lәğv edilmәsi tarixinә banklara yaranmış borcları (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәr daxil olmaqla) silinir.

4.1.3. Bu Qaydaların 2.1.4-cü bәndindә göstәrilmiş tәsәrrüfat subyektlәrinin işğal olunana qәdәr banklara yaranmış borcları (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәr daxil olmaqla) silinir.


4.2. Bu Qaydaların 2.1.1-ci bәndindә göstәrilmiş müәssisәlәrin özәllәşdirilmәyә açılması tarixinә vә 2.1.2-ci bәndindә göstәrilmiş müәssisәlәrin özәllәşdirilmәsi mәqsәdi ilә qanunvericiliyә müvafiq start (satış) qiymәti vә ya nizamnamә kapitalı formalaşdıqdan sonra 2000-ci il 1 oktyabr tarixinә borcların (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәr daxil olmaqla) silinmәsi haqda yazılı müraciәtlәri әsasında müvafiq banklar 15 gün müddәtindә müәssisәlәrlә borcun mәblәği barәdә 5 nüsxәdә üzlәşmә aktları tәrtib edirlәr.

Banklar tәrtib edilmiş üzlәşmә aktlarını 10 gün müddәtindә bankların idarә hey`әtinin qәrarı ilә yaradılmış xüsusi komissiyalara tәqdim edir,
mә`lumat üçün Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә, Azәrbaycan Respublikasının Vergilәr Nazirliyinә, Azәrbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinә vә Azәrbaycan Respublikasının Milli Bankına, icra üçün isә müvafiq müәssisәlәrә göndәrir.

4.3. Bu Qaydaların 2.1.3-cü vә 2.1.4-cü bәndlәrindә göstәrilmiş tәsәrrüfat subyektlәrinin banklara yaranmış borclarının (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәr daxil olmaqla) mәblәği banklarda yaradılan komissiyalar tәrәfindәn müәyyәn edilir vә bu barәdә 4 nüsxәdә akt tәrtib edilir. Tәrtib edilmiş aktların surәti 10 gün müddәtindә mә`lumat üçün müvafiq olaraq Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә, Azәrbaycan Respublikasının Vergilәr Nazirliyinә, Azәrbaycan Respublikasının Milli Bankına, Azәrbaycan Respublikasının Qaçqınların vә Mәcburi Köçkünlәrin İşlәri Üzrә Dövlәt Komitәsinә göndәrilir.

Hәmin borclar (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәr daxil olmaqla) komissiyaların tәqdim etdiklәri aktlar әsasında bankların idarә hey`әtinin qәrarları ilә silinir.

4.4. Banklar bu Qaydaların 4.2-ci vә 4.3-cü bәndlәrindә göstәrilәn mә`lumatların düzgünlüyünә vә müәyyәn edilmiş müddәtdә aidiyyәti olanlara göstәrilmәsinә mәs`uliyyәt daşıyır.

4.5. Bu Qaydaların 4.1-ci bәndindә göstәrilәn banklara borcların vә bu borclara hesablanmış faizlәrin silinmәsi hәmin bankların dövlәt büdcәsinә köçürmәlәr üzrә Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi qarşısında yaranmış öhdәliklәrinin, Azәrbaycan Respublikasının Milli Bankına olan mәrkәzlәşdirilmiş kredit resursları üzrә әsas borclarının vә bu borclar üzrә hesablanmış faizlәrin silinmәsi hesabına hәyata keçirilir.

Azәrbaycan Respublikası Maliyyә Nazirliyi, mәrkәzlәşdirilmiş kredit resursları üzrә Azәrbaycan Respublikasının Milli Bankının silinmiş әsas borcu mәblәğindә uzunmüddәtli vә güzәştli şәrtlәrlә Dövlәt Qiymәtli Kağızları buraxır vә Azәrbaycan Respublikasının Milli Bankına verir.

Bu Dövlәt Qiymәtli Kağızlarının buraxılışı şәrtlәri Azәrbaycan Respublikası Nazirlәr Kabineti tәrәfindәn müәyyәn edilir.

5. Qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә yaranmış borcların (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәrin mәblәği daxil olmaqla) silinmәsi

5.1. Bu Qaydaların 2.1.1-ci bәndindә göstәrilmiş müәssisәlәrin özәllәşdirmәyә açılması tarixinә vә 2.1.2-ci bәndindә göstәrilmiş müәssisәlәrin özәllәşdirilmәsi mәqsәdi ilә qanunvericiliyә müvafiq start (satış) qiymәti vә ya nizamnamә kapitalı formalaşdıqdan sonra 2000-ci il 1 oktyabr tarixinә qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә yaranmış borcların (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәrin mәblәği daxil olmaqla) silinmәsi haqda dövlәt müәssisәlәrinә yazılı müraciәtlәri daxil olduqdan sonra, dövlәt müәssisәlәri 15 gün müddәtindә 5 nüsxәdә üzlәşmә aktları tәrtib edirlәr vә bu aktlarda göstәrilәn rәqәmlәrin düzgünlüyünә mәs`uliyyәt daşıyırlar.

Dövlәt müәssisәlәri tәrtib edilmiş üzlәşmә aktlarını 10 gün müddәtindә Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi ilә razılaşdırmaqla mә`lumat üçün Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә vә Azәrbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinә, icra üçün isә müvafiq müәssisәlәrә göndәrirlәr.

5.2. Bu Qaydaların 2.1.1-ci vә 2.1.2-ci bәndindә göstәrilәn müәssisәlәrin qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә yaranmış borclarının (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәrin mәblәği daxil olmaqla) silinmәsi nәticәsindә debitor borcları azaldılan dövlәt müәssisәlәrinin, azaldılan borc mәblәği qәdәr 2000-ci il 1 oktyabr tarixinә dövlәt büdcәsinә olan borcu silinir, bu mәblәğ kifayәt etmәdikdә isә, qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehsalçısı olan digәr dövlәt müәssisәlәrinә 2000-ci il 1 oktyabr tarixinә olan borcları azaldılır (hәmin digәr müәssisәlәrin bu tarixә dövlәt büdcәsinә borcları olduğu halda), bu da kifayәt etmәdikdә borcun qalan mәblәği hәmin müәssisәlәrin zәrәrlәrinә aid edilir.

Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi dövlәt büdcәsinә olan borclar hesabına silinәn borc mәblәğlәri haqqında müvafiq müәssisәlәrlә birgә protokollar tәrtib edir vә bu barәdә Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә mә`lumat verir.


6. İdarәetmәyә verilәn müәssisәlәrin borclarının ödәnilmәsinin tәnzimlәnmәsi

6.1. İdarәetmәyә verilmiş müәssisәlәrin özәllәşdirilmәsi haqqında qәrar qәbul edildikdә hәmin müәssisәlәrin borclarının silinmәsi bu Qaydaların 2.1.2-ci bәndindә göstәrilәn müәssisәlәr üçün nәzәrdә tutulmuş qaydada hәyata keçirilir.


7. Müәssisәlәrin silinmiş kreditor borclarının uçotda әks etdirilmәsi

7.1. Bu Qaydaların 2.1.1-ci vә 2.1.2-ci bәndlәrindә göstәrilmiş müәssisәlәrin silinmiş kreditor borc mәblәğlәri mühasibat uçotu haqqında qüvvәdә olan qanunvericiliyә uyğun müәssisәnin ehtiyat kapitalının artırılmasında әks etdirilir.