«Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında» Azәrbaycan Respublikasının Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiqi ilә әlaqәdar Azәrbaycan Respublikası Prezidentinin bәzi fәrmanlarına vә sәrәncamına dәyişikliklәr edilmәsi vә bәzi fәrmanlarının qüvvәdәn düşmüş hesab edilmәsi barәdә

Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı

«Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında» Azәrbaycan Respublikasının Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsini tәmin etmәk mәqsәdi ilә qәrara alıram:

I. «Böyük Vәtәn müharibәsi әlillәrinә vә iştirakçılarına, beynәlmilәlçi döyüşçülәrә, hәlak olmuş hәrbi qulluqçuların ailәlәrinә әlavә güzәştlәr haqqında» Azәrbaycan Sovet Sosialist Respublikası Prezidentinin 1990-cı il 31 may 3 nömrәli Fәrmanının (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1990-cı il, N 11, maddә 103) altıncı abzasının dördüncü cümlәsi çıxarılsın.

II. «Beynәlmilәlçi döyüşçülәrin «Ədalәt» respublika şurasının fәaliyyәti haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1991-ci il 27 fevral tarixli 165 nömrәli Fәrmanının (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1991-ci il, N 4, maddә 107) 2-ci bәndi, 3-cü bәndinin ikinci abzasından «vә dövlәt büdcәsinә keçirilәn digәr vergilәrdәn» sözlәri çıxarılsın.

III. «Azәrbaycan Respublikası Dövlәt Teleradio Verilişlәri Şirkәti haqqında Əsasnamәnin tәsdiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrәli Fәrmanı ilә tәsdiq edilmiş «Azәrbaycan Respublikası Dövlәt Televiziya vә Radio Verilişlәri Şirkәti haqqında Əsasnamә»nin (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1991-ci il, N 9-10, maddә 163) IV bölmәsinin 10-cu bәndinin birinci abzası çıxarılsın.

IV. «Böyük Vәtәn müharibәsi iştirakçılarına, beynәlmilәlçi döyüşçülәrә, hәlak olmuş hәrbi qulluqçuların ailәlәrinә güzәştlәr haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1991-ci il 5 sentyabr tarixli 333 nömrәli Fәrmanının (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1991-ci il, N 17-18, maddә 300) ikinci abzasından «vergilәr vә» sözlәri vә dördüncü abzası çıxarılsın.

V. «Hәrbi qulluqçuların vә hәrbi xidmәtdәn buraxılmış şәxslәrin sosial müdafiәsini güclәndirmәk sahәsindә әlavә tәdbirlәr haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli 683 nömrәli Fәrmanının (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 7, maddә 189) 4-cü bәndi çıxarılsın.

VI. «Çernobıl qәzası nәticәsindә zәrәr çәkmiş vәtәndaşların sosial müdafiәsi haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1992-ci il 28 aprel tarixli 701 nömrәli Fәrmanının (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 9, maddә 244) 4-cü bәndinin ikinci cümlәsi çıxarılsın.

VII. «Azәrbaycan Respublikası vәtәndaşlarının alternativ xidmәt (әmәk mükәllәfiyyәti) keçmәsi qaydası haqqında» Əsasnamәnin tәsdiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 94 nömrәli Fәrmanı ilә tәsdiq edilmiş «Azәrbaycan Respublikası vәtәndaşlarının alternativ xidmәt (әmәk mükәllәfiyyәti) keçmәsi qaydası haqqında Əsasnamә»nin (Azәrbaycan Respublikası

Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 15, maddә 642) 16-cı maddәsinin üçüncü hissәsindәn «lakin alternativ xidmәtin tәşkili xәrclәrinin ödәnilmәsi üçün onların aylıq әmәk haqqından 10 faiz hәcmindә dövlәt vergisi tutulur» sözlәri çıxarılsın.

VIII. «Aqrar İslahatların hәyata keçirilmәsini tәmin edәn bәzi normativ-hüquqi aktların tәsdiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrәli Fәrmanı ilә tәsdiq edilmiş «Yardımçı kәnd tәsәrrüfatı üçün sovxoz vә kolxozların әrazisindәn nazirliklәrә, komitәlәrә, şirkәtlәrә, birliklәrә, müәssisәlәrә, idarәlәrә vә tәşkilatlara verilmiş torpaqların onların istifadәsindә saxlanılması, yaxud bütövlükdә vә ya qismәn әvvәlki istifadәçilәrinә qaytarılması Qaydaları»nın 7-ci bәndinin «v)» yarımbәndi çıxarılsın.

IX. Azәrbaycan Respublikası Prezidentinin aşağıdakı Fәrmanları qüvvәdәn düşmüş hesab edilsin:

1. «Azәrbaycan Respublikası Milli Tәhlükәsizlik Nazirliyinin hәrbi qulluqçularından vergi tutulmasında güzәştlәr haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1991-ci il 10 dekabr tarixli 488 nömrәli Fәrmanı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1991-ci il, N 23, maddә 437);

2. «Əlavә dәyәr vergisi haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1992-ci il 27 dekabr tarixli 386 nömrәli Fәrmanı (Azәrbaycan Respublikası Ali Sovetinin Mәlumatı, 1992-ci il, N 24, maddә 1092);

3. «Azәrbaycan Respublikasının vergi qanunvericiliyinin tәkmillәşdirilmәsi ilә әlaqәdar qәbul olunmuş Azәrbaycan Respublikası Qanunlarının tәtbiq edilmәsi haqqında» Azәrbaycan Respublikasının 1997-ci il 17 yanvar tarixli 536 nömrәli Fәrmanı;

4. «Azәrbaycan Respublikasının bәzi qanunvericilik aktlarına dәyişikliklәr vә әlavәlәr edilmәsi haqqında» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 605 nömrәli Fәrmanı;

5. «Azәrbaycan Respublikasında fiziki şәxslәrdәn gәlir vergisi haqqında» Azәrbaycan Respublikası Qanununa dәyişiklik edilmәsi barәdә» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 621 nömrәli Fәrmanı;

6. «İxracat vergisi haqqında» Azәrbaycan Respublikası Qanununun qüvvәdәn düşmәsi barәdә» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 756 nömrәli Fәrmanı (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 8, maddә 506);

7. «Dövlәt vergi xidmәti haqqında» Azәrbaycan Respublikasının Qanununa dәyişikliklәr vә әlavәlәr edilmәsi barәdә» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 63 nömrәli Fәrmanı (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 1, maddә 16);

8. «Əlavә dәyәr vergisi haqqında» Azәrbaycan Respublikasının Qanununa dәyişikliklәr vә әlavәlәr edilmәsi barәdә» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 64 nömrәli Fәrmanı (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 1, maddә 17);

9. «Azәrbaycan Respublikasında fiziki şәxslәrdәn gәlir vergisi haqqında» Azәrbaycan Respublikasının Qanununa dәyişikliklәr vә әlavәlәr edilmәsi barәdә» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 65 nömrәli Fәrmanı (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, N 1, maddә 18);

10. «Müәssisәlәrin vә tәşkilatların mәnfәәt vergisi haqqında» Azәrbaycan Respublikası Qanununa dәyişikliklәr vә әlavәlәr edilmәsi barәdә» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi haqqında» Azәrbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 68 nömrәli Fәrmanı (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 1, maddә 21).

Azәrbaycan Respublikasının Prezidenti

Heydәr ƏLİYEV

Bakı şәhәri, 26 dekabr 2001-ci il

N 615.