|
|
|
№62
“Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarı
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları bu qərarın əlavəsinə uyğun, Bakı şəhəri üzrə zonalar və onların sərhədləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın əlavəsinə uyğun müəyyən edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 62 nömrəli qərarına əlavə
Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları
Bakı şəhəri üzrə
Zonalar |
Əmsallar |
1 |
3,5 |
2 |
2,5 |
3 |
1,5 |
4 |
1,4 |
5 |
1,3 |
6 |
1,2 |
7 |
1,1 |
8 |
1,0 |
9 |
1,0 |
10 |
1,0 |
11 |
1,0 |
12 |
1,0 |
Abşeron rayonu (Xırdalan şəhəri daxil olmaqla), Sumqayıt və Gəncə şəhərləri üzrə zona əmsalı 1,0-ə, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Cəlilabad və Göyçay şəhərləri üzrə 0,8-ə, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,6-ya bərabərdir.
|