№63
29.02.2008


“Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 140 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı


Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 916) ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na və ona əlavə olunmuş “Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədləri”nə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nda “Xırdalan” sözü “Abşeron rayonu (Xırdalan şəhəri daxil olmaqla)” sözləri ilə əvəz edilsin.
1.2. “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na əlavə olunmuş  “Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədləri”nə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
 1.2.1. Zona 3-ün sərhədlərində “Dənizkənarı küçə ilə kəsişənədək, Dənizkənarı küçə üzrə cənub-qərb istiqamətində dənizin sahil xətti ilə kəsişənədək” sözləri “Dənizkənarı küçəni kəsərək keçən düz xəttin dənizin sahil xətti ilə kəsişməsinədək” sözləri ilə, “Nəcəfoğlu” sözü (hər iki halda)  “Nəcəfqulu” sözü ilə əvəz edilsin;
1.2.2. Zona 5-in sərhədlərində “Nəriman Nərimanov” sözləri “Mətbuat” sözü ilə, “şərq istiqamətində” sözləri “qərb istiqamətində Bünyadzadə küçəsi ilə kəsişənədək, Bünyadzadə küçəsi üzrə şimal-şərq istiqamətində Moskva prospekti ilə kəsişənədək, Moskva prospekti üzrə cənub istiqamətində” sözləri ilə əvəz edilsin;
1.2.3. Zona 6.1-in sərhədlərində “, Moskva prospekti üzrə cənub istiqamətində metronun 20 yanvar stansiyasından keçərək, Tbilisi prospektinin İzmir küçəsi ilə kəsişdiyi yerədək” sözləri çıxarılsın;
1.2.4. Zona 6.2-nin sərhədlərində  “Bəhruz Nuriyev küçəsi ilə kəsişənədək, Bəhruz Nuriyev küçəsi üzrə şərq istiqamətində şose  yolu ilə kəsişənədək, şose yolu” sözləri “Naxçıvanski küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi” sözləri ilə, “metronun M.Əzizbəyov stansiyasına qədər, metronun M.Əzizbəyov stansiyasından qərb istiqamətində Rəhman Fərzəliyev küçəsi üzrə” sözləri “dəmir yolu xətti ilə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan  Fərzəliyev küçəsi üzrə” sözləri ilə əvəz edilsin;
1.2.5.   Zona 7-nin sərhədlərində “metronun M.Əzizbəyov stansiyasına qədər, metronun M.Əzizbəyov stansiyasından qərb istiqamətində Rəhman Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə bu küçənin Heydər Əliyev prospekti ilə kəsişənədək, metronun M.Əzizbəyov stansiyasından qərb istiqamətində Rəhman Fərzəliyev küçəsi” sözləri “dəmir yolu xətti ilə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan  Fərzəliyev küçəsi” sözləri ilə əvəz edilsin;
1.2.6.  Zona 8-in sərhədlərində “Dəniz sahilindən başlayaraq, Nəcəfoğlu Rəfiyev küçəsi üzrə Nobel prospekti ilə kəsişənədək,  Nobel prospekti üzrə şərq istiqamətində Xaqani Rüstəmov küçəsi ilə kəsişənədək, Xaqani Rüstəmov küçəsi üzrə şimal istiqamətində Süleyman Vəzirov küçəsi ilə kəsişənədək” sözləri “Dənizin sahil xəttindən başlayan və şimal istiqamətində Xaqani Rüstəmov küçəsi boyunca keçən düz xəttin Süleyman Vəzirov küçəsi ilə kəsişməsinədək” sözləri ilə, “Xətai və Nizami rayonlarının sərhədləri kəsişənədək, bu kəsişmə yerindən Nizami rayonunun sərhədi üzrə” sözləri “Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi üzrə” sözləri ilə, “Nəcəfoğlu” sözü (hər iki halda)  “Nəcəfqulu” sözü ilə əvəz edilsin və “Hacınski küçəsi üzrə cənub istiqamətində” sözlərindən sonra “Nizami İsmayılov küçəsi ilə kəsişənədək, Nizami İsmayılov küçəsi üzrə qərb istiqamətində” sözləri əlavə edilsin;
1.2.7. Zona 9.2-nin sərhədlərində “qəsəbələri” sözündən sonra “və bu rayonun digər zonalarla əhatə olunmayan əraziləri” sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə