|
AZӘRBAYCAN RESPUBLIKASININ Nazirlәr Kabineti QӘRAR N 72 Bakı şәhәri, 2 iyun 2003-cü il “Әlavә dәyәr vergisindәn azad olunan әmәliyyatların müxtәlif mәrhәlәlәrdә rәsmilәşdirilmәsi Qaydası"nın tәsdiq edilmәsi haqqında ,,Azәrbaycan Respublikasının Vergİ Mәcәllәsinә әlavәlәr vә dәyişikliklәr edilmәsi haqqında" Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi barәdә" Azәrbaycan Respublikası Prezidentinİn 2002-ci il 26 dekabr tarixli 829 nomrәli Fәrmanının icrasını tәmin etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti QӘRARA ALIR: 1. “Әlavә dәyәr vergisindәn azad olunan әmәliyyatların müxtәlif mәrhәlәlәrdә rәsmilәşdirilmәsi Qaydası" tәsdiq edilsin (әlavә olunur). 2. Bu qәrar imzalandığı gündәn qüvvәyә minir. Azәrbaycan Respublikasının Baş Naziri A. Rasi-zadә
Azәrbaycan Respııblikası Nazirlәr Kabinetinin Әlavә dәyәr vergisindәn azad olunan әmaliyyatların müxtәlif mәrhәlәlәrdә rәsmilәşdirilmәsi QAYDASI1. Bu Qayda “Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә әlavәlәr vә dәyişikliklәr edilmәsi haqqında "Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi barәdә" Azәrbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli 829 nömrәli Fәrmanının 1-ci bәndinin 7-ci abzasına әsasәn hazırlanmışdır vә Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 175.8-ci maddәsinә әsasәn әlavә dәyәr vergisindәn (bundan sonra — ӘDV) azad olunan әmәlityyatların müxtәlif mәrhәlәlәrdә rәsmilәşdirilmәsi qaydasını müәyyәn edir. 2. Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
164.1.7-ci maddәsinә әsasәn beynәlxalq tәşkilatların,
xarici dövlәtlәrin hökumәtlәrinin, habelә
dövlәtlәrarası 3. Bu Qaydanın mәqsәdlәri üçün aşağıdakı anlayışlardan istifadә olunur: vәsaitlәr — beynәlxalq tәşkilatların, xarici dövlәtlәrin hökumәtlәrinin, habelә dövlәtlәrarası vә hökumәtlәrarası sazişlәrә әsasәn xarici hüquqi vә fiziki şәxslәrin ayırdıqları kreditlәr vә borclar, hәmçinin bu kreditlәr vә borclar heşabına hәyata keçirilәn layihәlәrdә Azәrbaycan tәrәfinin payı 49 faizdәn çox olmadıqda, hәmin pay; sifarişçi — vәsaitlәri alan şәxs; podratçı — bilavasitә sifarişçi ilә bağlanmış ikitәrәfli müqavilә әsasında vәsaitlәr hesabına maliyyәlәşdirilәn layihәlәrin icraçısı olan şәxs; subpodratçı — bu Qaydanın 4-cü bәndinә uyğun olaraq mәlumat formasında göstәrilәn vә vәsaitlәr hesabına maliyyәlәşdirilәn layihәlәrin icrasında iştirak edәn şәxslәr. 4. Vәsaitlәr hesabına malları alan, işlәri görәn, xidmәtlәri göstәrәn, bunları İdxal edәn podratçılar vә subpodratçılar vә hәmin mallar (işlәr, xidmәtlәr) barәdә mәlumatlar Azәrbaycan Respublikaisının Maliyyә Nazirliyi ilә razılaşdırılmaqla Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilmiş formada malların alınması, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi başlanldığı dövrә qәdәr sifarişçi tәrәfindәn Vergİlәr Nazirliyinә tәqdim edilir. Vәsaitlәr hesabına malları alan, işlәri görәn, xidmәtlәri göstәrәn, bunları idxal edәn yeni podralçılar vә subpodratçılar işә cәlb olunarsa, sifarişçi bunlar haqqında mәlumatları Vergİilәr Nazirliyinә tәqdim etmәlidir. 5. Mәlumatda göstәrilәn potlralçılar vә subpodratçılar tәrәfindәn vәsaitlәr hesabına malların alınması (işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi) Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 164.1.7-ci maddәsinә әsasәn ӘDV-dәn azaddır vә bu Qayda ilә müәyyәn edilmiş sәnәdlәrlә tәsdiq edilәrәk rәsmilәşdirilir. 6. Mәlumatda göstәrilәn podratçılara
vә subpodratçılara vәsaitlәr hesabına
malları tәqdim edәn (işlәri görәn,
xidmәtlәri göstәrәn) şәxs bu әmәliyyatlar 7. Sifarişçi vәsaitlәr hesabına malların alınmasının (işlәrin görülmәsinin, xidmәtlәrin göstәrilmәsinin) ӘDV-dәn azad olunmasını tәsdiq edәn sәnәd kimi qeydiyyatda olduğu vergi orqanına aşağıdakı sәnәdlәri tәqdim etmәlidir: - vәsaitlәrin alınması barәdә sifarişçi ilә vәsaitlәri tәqdim edәn şәxs arasında bağlanmış müqavilәnin vә müvafiq sazişin surәtlәri; - vәsaitlәrin bank hesabına daxil olması barәdә bank sәnәdi vә ya onu әvәz edәn tәsdiq olunmuş sәnәd. 8. Sifarişçi podratçı tәrәfindәn tәqdim olunan mallara (işlәrә, xüdmәtlәrә) ӘDV-nin tәtbiq edilmәmәsinә әsas verәn sәnәd kimi podratçıya aşağıdakı sәnәdlәri tәqdim etmәlidir: - vәsaitlәrin alınması barәdә sifarişçi ilә vәsaitlәri tәqdim edәn şәxs arasında bağlanmış müqavilәnin vә müvafiq sazişin surәtlәri; - sifarişçiyә tәqdim edilәn malların (işlәrin, xidmәtlәrin) dәyәrinә ӘDV-nin tәtbiq edilmәmәsi barәdә yazılı müraciәtini (mәktubunu). 9. Podratçı qeydiyyatda olduğu vergi orqanına sifafarişçiyә tәqdim olunan mallara (işlәrә, xidmәtlәrә) ӘDV-nin tәtbiq edilmәmәsini vә vәsaitlәr hesabına subpodratçılardan alınan malların (görülәn işlәrin, göstәrilәn xidmәtlәrin) ӘDV-dәn azad olunmasını tәsdiq edәn aşağıdakı sәnәdlәri tәqdim etmәlidir: - vasaitlәrin alınması barәdә sifarişçi ilә vәsaitlәri tәqdim edәn şәxs arasında bağlanmış müqavilәnin vә müvafiq sazişin surәtlәrini; - sifarişçi ilә podratçı arasında bağlanmış müqavilәnin surәtini; - sifarişçiyә tәqdim edilәn malların (işlәrin, xidmәtәrin) dәyәrinә ӘDV tәtbiq edilmәmәsi barәdә sifarişçinin yazılı müraciәtini (mәktubunu); - malların (işlәrin, xİdmәtlәrin) silarişçi tәrәfindәn qәbul edilmәsi barәdә sәnәdlәrin surәtlәrini. 10. Podratçı, habelә mәlumat formasında göstәrilәn subpodratçılar onlara tәqdim olunan malların (işlәrin, xidmәtlәrin) ӘDV-dәn azad olunmasına әsas verәn aşağıdakı sәnәdlәri malları göndәrәnә, işlәri görәnә vә xidmәtiәri göstәrәnә tәqdim etmәlidirlәr: - sifariçşiyә tәqdim olunan mallara (işlәrә,
xidmәlәrә) podratçı tәrәfindәn
ӘDV-nin tәtbiq edilmәmәsi barәdә) sifarişçinin
podratçıya yazılı müraciәtinin - podratçıya (subpodratçıya) tәqdim olunan malların (işlәrin, xidmәtlәrin) ӘDV-dәn azad olunması barәdә podratçının (subpodratçının) yazılı müraciәtini (mәktubunu). 11. Subpodratçı tәqdim olunan malların (işlәrin, xidmәtlәrin) ӘDV-dәn azad olunmasını tәsdiq edәn aşağıdakı sәnәdlәri, qeydiyyatda olduğu vergi orqanına tәqdim etmәlәdir: - podratçı ilә subpodratçı, habelә subpodratçılar arasında bağlanmış müqavilәnin surәtini; - podratçıya (subpodratçıya) tәqdim olunan malların (işlәrin, xidmәtlәrin) ӘDV-dәn azad olunması barәdә podratçının (subpodratçının) subpodratçılara yazılı müraciәtini (mәktubunu); - malların (işlәrin, xidmәtlәrin) podratçt (subpodratçı) tәrәfindәn qәbul edilmәsi barәdә sәnәdlәrin surәtini. 12. Malların (işlәrin, xidmәtlәrin) ödәniş sәnәdlәrindә vәsaitlәri verәn şәxsin vә sifarişçinin adı göstәrilmәklә, malların (işlәrin, xidmәtlәrin) hәmin vәsaitlәr hesabına alınması qeyd olunmalıdır.
|