AZӘRBAYCAN RESPUBLIKASININ
Nazirlәr Kabineti

QӘRAR

N 81 Bakı şәhәri, 12 iyun 2003-cü il.

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrәli qәrarı ilә tәsdiq edilmiş “Artıq ödәnilmiş  vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının  vergi ödәyicisinә qaytarılması Qaydalarına  әlavәlәr vә dәyişikliklәr edilmәsi barәdә

“Azәrbaycan Respublikasında sahibkarlığın inkişafına dövlәt himayәsi sahәsindә әiavә tәdbirlәr haqqında" Azәrbaycan Respublikası Prezidentinin 2002-ci il 10 sentyabr tarixli 783 nömrәli Fәrmanının 4-cü bәndinin icrası olaraq, habelә “Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә әlavәlәr vә dәyişikliklәr edilmәsi haqqında" Azәrbaycan Respublikası Qanununun tәlәblәrini nәzәrә alaraq vә artıq ödәnilmiş vergilәrin vergi ödәyicilәrinә qaytarılması mexanizminin sadәlәşdirilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti
QӘRARA ALIR:

1. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrәli qәrarı ilә tәsdiq edilmiş “Artıq ödәnilmiş vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının vergi ödәyicisinә qaytarılması Qaydaları"na aşağıdakı әlavәlәr vә dәyişikliklәr edilsin:

1. 3.2-ci bәnd aşağıdakı redaksiyada verilsin:
,,Artıq ödәmәlәrin qaytarılması üçün әrizә vergi ödәyicisinin qeydiyyatda olduğu vergilәrin büdcәyә daxil olmasını tәmin edәn orqanlara tәqdim olunmalıdır."

2. Aşağıdakı mәzmunda 3.3-cü vә 3.4-cü bәndlәr әlavә edilsin:

„3.3. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilәlәrdә vergilәrin aşağı dәrәcәsi vә ya vergilәrdәn tam azad olunma nәzәrdә tutulduğu halda, xarici dövlәtin rezidenti Vergi Mәcәllәsinin 125-ci maddәsinә әsasәn ödәmә mәnbәyindә tutulmuş vergi mәblәğinin geri qaytarılması barәdә әrizәni rezidentliyini rәsmi tәsdiq edәn sәnәdlәr әlavә edilmәklә, vergi agentinin qeydiyyatda olduğu vergilәrin büdcәyә daxil olmasını tәmin edәn orqanlara tәqdim etmәlidir.

3.4. Bu Qaydaların 3.1-ci vә 3.3-cü bәndlәrindә göstәrilәn әrizә formaları Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi ilә razılaşdırılmaqla Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi vә Dövlәt Gömruk Komitәisi tәrәfindәn tәsdiq edilir."

3. 4.1-ci bәndә aşağıdakı mәzmunda yeni abzaslar әlavә edilsin:

,,Xarici diplomatik vә analoji nümayәndәliklәrin rәşmi istifadәsi, onların diplomatik, inzibati vә texniki işçilәrinin, o cümlәdәn onlarla yaşayan ailә üzvlәrinin şәxsi istifadәsi üçün nәzәrdә tutulan mallar vә xidmәtlәr sıfır (0) dәrәcә ilә әlavә dәyәr vergisinә o ölkәlәrә münasibәtdә tәtbiq edlir ki, hәmin ölkәlәrdәki Azәrbaycan Respublikasının diplomatik vә ya analoji nümayәndәliyinә mallara vә xidmәtlәrә görә әlavә dәyәr vergisi (analoji vergi) sıfır (0) dәrәcә ilә tәtbiq edilir.

Xarici diplomatlk vә analoji nümayәndәliklәrә mallara vә xidmәtlәrә görә әlavә dәyәr vergisinin sıfır (0) dәrәcә ilә tәtbiq edilmәsinin rәsmilәşdirilmәsi qaydaları Azәrbaycan Respublikasının Maliyyә Nazlrliyi vә Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq edilir.

Azәrbaycan Respublikasının Xarici İşlәr Nazirliyi tәrәfindәn növbәti ilin birinci rübündәn gec olmayaraq Azәrbaycan Respublikasında diplomatik vә analoji nümayәndәliklәri olan ölkәlәrdә Azәrbaycan Respublikasının diplomatik vә analoji nümayәndәliyinә әlavә dәyәr vergisinin (analoji verginin) tәtbiq edilmәsinә dair mәlumatlar Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә vә Azәrbaycan Respublikasının Vergilәr Nazirliyinә tәqdim edilir."

4. 4.2-ci bәndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

,,Әrizәyә aşağıdakı sәnәdlәr әlavә edilsin:

- Vergilәr Nazirliyi tәrәfindәn müәyyәn edilәn formada nümayәndәliyin işçilәrinin vә onların ailә üzvlәrinin siyahısı  (onların akkreditә vәsiqәlәri üzrә
mәlumatlar әlavә edilmәklә);

- alınmış mallara (xidmәtlәrә) görә vergilәrin ödәnilmәsini tәsdiq edәn vergi hesab-fakluraları.

Malların vә ya xidmәtlәrin adının vә ayrıca sәtirdә әlavә dәyәr vergisinin göstәrildiyi nәzarәt-kassa aparatının çeki olduqda, vergi hesab-fakturası tәlәb edilmir. Kassa çekinin arxasında malların (xidmәtlәrin) alıcısının adı, akkreditә vәsiqәsinin nömrәsi vә malları (xidmәtlәri) tәqdim edәn vergi ödәyicisinin möhürü olmalıdır."

5. Qaydaların 4.3-cü bәndi aşağıdakı redaksiyada verilsin:

,,Bu Qaydaların 4-cü bәndinin müddәaları xarici diplomatik vә analoji nümayәndәliklәrin Azәrbaycan Respublikasının vәtәndaşı olan işçilәrinә şamil edilmir.".

6. 5.1.2-ci bәnddә ”razılığı ilә" sözlәrindәn sonra „onun müraciәtinә әsasәn" sözlәri әlavә edilsin.

7. Aşağıdakı mәzmunda 5.1.5-ci bәnd әlavә edilsin:

„5.1.5. Avtonәqliyyat vasitәsinin sәrhәd buraxılış mәnlәqәsindә lәngimәdәn hәrәkәtini tәmin etmәk mәqsәdilә artıq alınmış yol vergilәrinin müvafiq gömrük orqanı tәrәfindәn nağd formada qaytarılması üçün zәruri tәdbirlәr görürlәr."

5.3-cü bәnddә ,,Azәrbaycan Respublikası  Maliyyә Nazirliyi tәrәfindәn tәsdiq edilmiş formada bildiriş" sözlәri “müvafiq arayış" sözlәri ilә әvәz edilsin.

5.3-cü, 5.5-ci vә 5.9-cu bәndlәrdә ,,vә maliyyә sanksiyalarının" sözlәri “maliyyә sanksiyalarının vә inzibati cәrimәlәrin" sözlәri ilә әvәz edilsin.

10. 5.7-ci bәnd aşağıdakı redaksiyada verilsin:
,,Tәrtib olunmuş rәyin 2 nüsxәsi vә әrizәnin surәti vergi ödәyicisinin әrizәsi daxil olduğu tarixdәn 25 gün müddәtindә artıq ödәmәnin qaytarılmalı olduğu müvafiq yerli maliyyә orqanına, 1 nüsxәsi büdcәyә artıq ödәmәlәri olan vergi ödәyicisinә göndәrilir, 1 nüsxәsi isә vergilәrin büdcәyә daxil olmasını tәmin edәn orqanda qalmalıdır.".

11. 5.9-cu bәnddә „5" rәqәmi „10"  rәqәmi ilә әvәz edilsin.

12. 6.1-ci bәnd aşağıdakı redaksiyada verilsin:
,,Maliyyә orqanları vergi ödәyicisinin büdcәyә daxil olmasını tәmin edәn orqanlar lәrәfindәn  verilmiş rәylәri qәbul edirlәr".

13. 6.2-ci bәnddә “rәylәrin bir nüsxәsi" sözlәrindәn sonra “vә әrizәnin surәti" sözlәri әlavә edilsin vә ,,bütün әlavәlәrlә birlikdә" sözlәri çıxarılsın.

14. 6.3-cü bәnd aşağıdakı redaksiyada verilsin:
,,Maliyyә orqanları vergi ödәyicisinin vergilәrin büdcәyә daxil olmasını tәmin edәn orqanlarda qeydiyyatından vә vergilәrin büdcә qanunvericiliyinә әsasәn yerli vә mәrkәzlәşdirilmiş gәlirlәrә aid edilmәyindәn asılı olaraq vәsaitin qaytarılmasını tәmin etmәlidirlәr.".

II. Bu qәrar imzalandığı gündәn qüvvәyә minir.

Azәrbaycan Respublikasının Baş Naziri

A.Rasi-zadә