AZӘRBAYCAN RESPUBLIKASININ

NAZİRLӘR KABİNETİ

QӘRAR

N 82 Bakı şәhәri, 12 iyun 2003-cü iI.

“Sәyyar vergi yoxlaması zamanı vergi orqanları tәrәfindәn inventarizasiyanın aparılması Qaydaları"nın tәsdiq edilmәsi haqqında

“Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә dәyişikliklәr va әlavәlәr edilmәsi haqqında" Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi baradә" Azәrbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 620 nömrәli Fәrmanının 1-ci bәndinin dördüncü abzasının icrasını tәmin etmәk mәqsәdilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti QӘRARA ALIR:

1. “Sәyyar vergi yoxlaması zamanı vergi orqanları tәrәfindәn inventarizasiyanın aparılması  Qaydaları" tәsdiq edilsin (әlavә olunur).

2. Bu qәrar imzalandığı gündәn qüvvәyә minir.

Azәrbaycan Respublikasının Baş Naziri

A.Rasi-zadә

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2003-cü il 12 iyun
tarixli 82 nömrәli qәrarı ilә tәsdiq  edilmişdir

Sәyyar vergi yoxlanması zamanı vergi orqanları tәrәfindәn inventarizasiyanın aparılması

QAYDALARI

1. Ümumi müddәalar

1, I. Bu Qaydalar sәyyar vergi yoxlaması zamanı vergi ödәyicisinin mülkiyyәtindә vә ya istifadәsindә olan әmlakın (yaşayış sahәlәri, büdcәdәn maliyyәlәşәn tәşkilatlar vә bәlәdiyyәlәr istisna olmaqla) inventarizasiyanın aparılması qaydalarını müәyyәn edir.

1.2. Vergi ödәyicisinin әmlakı dedikdә Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә müvafiq olaraq hәr hansı daşınan vә daşınmaz әmlak, o cümlәdәn qeyri-maddi aktivlәr vә pul vәsaitlәri nәzәrdә tutulur.

1.3. İnventarizasiya sәyyar vergi yoxlaması zamanı aşağıda göstәrilәn hallarda Azәrbaycan  Respublikası Vergilәr Nazirliyinin әsaslandırılmış  qәrarı ilә aparılır:

vergi ödәyicisindә sonuncu vergi yoxlaması zamanı vergi ödәyicisi tәrәfindәn bilәrәkdәn hesabat sәnәdlәrinin aparılmaması aşkar edildikdә;

vergi ödәyicisindә sonuncu vergi yoxlaması zamanı vergi ödәyicisi tәrәfindәn qanunvericiliklә müәyyәn edilmiş qaydalara uyğun olaraq hesabat sәnәdlәrinin aparılmaması aşkar edildikdә vә bununla әlaqәdar vergi orqanının xәbәrdarlığından sonra yol verilmiş dәqiqsizliklәr aradan qaldırılmadıqda vә hesabat müәyyәn edilmiş qaydalara uyğun olaraq aparılmadıqda;

vergi ödәyicisindә sәyyar vergi yoxlaması zamanı aksiz markaları ilә markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdә.

1.4. Әmlakın inventarizasiyası vergi ödәyicisinin әmlakın yerlәşdiyi yerdәn asılı olmıayaraq olduğu yerlәr vә hәr bir maddi mәsul şәxs üzrә aparılır.

1.5. İnventarizasiyanın әsas mәqsәdi aşağıdakıdır:

vergitutmadan gizlәdilmiş (yayındırılmış) obyektlәrin, mal-material qiymәtlәrinin vә әmlakın faktiki mövcudluğunun aşkar edilmәsi;

faktiki mövcud әmlakın vә digәr qiymәtlilәrin mühasibat uçotunun mәlumatları ilә müqayisә edilmәsi; 

öhdәliklәrin uçotda tam әks etdirilmәsinin yoxlanılması;

sahibkarlıq fәaliyyәtindә gәlir (mәnfәәt) götürmәk üçün istifadә edilәn daşınan vә daşınmaz әmlakın, o cümlәdәn qeyri-maddi aktivlәrin vә pul vәsaitinin vergitutma obyekti kimi vergi uçotundan yayındırılması hallarının aşkar edilmәsi vә aradan qaldırılması;

vergitutmadan gizlәdilmiş (yayındırılmış) mal-material qiymәtlilәrinin bazar qiymәtlәri nәzәrә alınaraq ödәnilmәli olan vergi (o cümlәdәn Azәrbaycan Respublikasına kәnardan gәtirilmiş mal-material qiymәtlilәri üzrә gömrük orqanlarında ödәnilmәli olan verginin) mәblәğini müәyyәn etmәk.

Vergi orqanları vergi ödәyicisinin әmlakının digәr qiymәtlilәrinin inventarizasiyasının aparılması üçün müәyyәn edilmiş qaydada ekspertlәri, tәrcümәçiәri vә digәr mütәxәssislәri cәlb edә bilәr. Bu zaman inventarizasiya edilәn әmlak  vә digәr qiymәtlilәr barәdә mütәxәssislәrin vә ekspertlәrin rәylәri tәrtib edilmiş aktlara әlavә edilmәlidir.

2. İnventarizasiyanın aparılmasının ümumi qaydaları

2. 1. Sәyyar vergi yoxlaması zamanı vergi orqanları tәrәfindәn inventarizasiyanın aparılması barәdә әsaslandırılmış qәrar Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn qәbul edilir.

"İnventarizasiyanın aparılması müddәti bir qayda olaraq 10 gün müәyyәn edilir, vergi ödәyicisi vә vergi orqanının nümayәndәlәri tәrәfindәn inventarizasiya siyahıları imzalandıqdan sonra inventarizasiya bitmiş hesab olunur. Müstәsna hallarda (inventarizasiya aparılan obyektlәrin müxtәlif әrazilәrdә yerlәşmәsi, iş hәcminin çox olması, vergi ödәyicisi inventarizasiyanın nәticәlәri ilә razılaşmadıqda vә s.) inventarizasiyanın müddәti Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin әsaslandırılmış qәrarı ilә, sәyyar vergi yoxlamasının keçirildiyi müddәtdәn çox olmayaraq artırıla bilәr.

2. 2. Әmlakın faktiki mövcudluğunun yoxlanılmasının başlanılmasına qәdәr vergi orqanının inventarizasiyanı keçirәn vәzifәli şәxsi (şәxslәri) tәrәfindәn inventarizasiya başlanan vaxt sonuncu mәdaxil vә mәxaric sәnәdlәri vә ya maddi qiymәtlilәrin vә pul vәsaitlәrinin hәrәkәti haqqında hesabatlar alınır.

Vergi orqanının inventarizasiyanı keçirәn vәzifәli şәxsi (şәxslәri) tәrәfindәn inventarizasiya başlanana qәdәr uçot mәlumatları üzrә әmlakın qalığının müәyyәn edilmәsi üçün reyestrlәrә (hesabatlara) әlavә edilmiş bütün mәdaxil vә mәxaric sәnәdlәrinә “inventarizasiyaya qәdәr „____" (tarix)" qeydi edilәrәk dәrkәnar qoyulur.

İnventarİzasiya başlanana qәdәr maddi mәsul şәxslәr әmlaka dair bütün mәdaxil vә mәxaric sәnәdlәrinin mühasibata verilmәsi, onların mühasibat registrlәrindә әks olunması, maddi mәsuliyyәtlәrinә verilmiş bütün qiymәtlilәrin mәdaxil vә mәxaric olunması haqqında iltizam verirlәr.

Maddi mәsul şәxs öhdәsindә olan әmlakdan kәnara borc, yaxud başqa qaydada saxlanmaq üçün verdikdә vә ya kәnardan borc, yaxud başqa qaydada saxlanmaq üçün әmlak aldıqda, eyni zamanda inventarizasiya yerindә onun özünә mәxsus әmlakı olduqda onları aydın şәkildә verdiyi izahatda göstәrmәlidir.

Әmlakın alınması üçün pul vәsaiti verilmiş tәhtәlhesab şәxslәrdәn vә ya vәkalәtnamә verilmiş mәsul şәxslәrdәn eyni qaydada iltizam alınır.

2.3. Әmlakın faktiki mövcudluğu haqqında mәlumatları әks etdirәn inventarizasiya siyahıları vә ya inventarizasiya aktları (bundan sonra - inventarizasiya  siyahıları) iki nüsxәdәn az olmamaqla tәrtib olunur.

2.4. İnventartzasiya zamanı әmlakın faktiki mövcudluğu  onların sayılması, çәkilmәsi vә ölçülmәsi yolu ilә müәyyәn olunur.

Vergi ödәyicisi әmlakın faktiki mövcudluğunun müәyyәn olunmuş müddәtdә tam vә dәqiq yoxlanılması üçün lazım olan şәraiti yaratmalıdır (yüklәrin çәkilmәsi vә daşınması üçün fәhlә qüvvәsi, texniki düzgün tәrәzi, ölçü vә nәzarәt cihazları vә ölçü tarası ilә tәmin etmәlidir vә s.).

Malsatanların açılmayan qablarında (taralarında) saxlanılan mal vә materialların sayı seçmә yolu ilә onların bir hissәsinin sayılması nәticәsindә müәyyәn edilә bilәr. Qablaşdırılmamış materialların çәkisi (hәcmi) ölçmәlәr vә texniki hesablamalar әsasında müәyyәn olunur.

2. 5. İnventarizasiya siyahıları hesablama texnikası vә ya digәr növ tәşkilat texnikasından istifadә edilmәklә vә hәmçinin әl ilә yazılmaqla doldurula bjlәr.

İnventarizasiya siyahıları mürәkkәblә vә ya diyircәkli qәlәmlә aydın vә dәqiq yazılır, pozuntulara vә qaralamalara yol verilmәdәn doldurulur.

İnventarizasiya olunan qiymәtlilәrin vә obyektlәrin adı vә onların sayı nomenklatur üzrә vә uçotda qәbul edilmiş ölçü vahidlәri ilә göstәrilir.

İnventarizasiya siyahılarının hәr bir sәhifәsinin aşağı hissәsindә material qiymәtlilәrinin sözlә yazılmaqla sıra nömrәlәrinin sayı, hansı ölçü vahidi ilә (әdәdlә, kiloqramla, metrlә vә s. ilә) ifadә olunmasına baxmayaraq hәmin sәhifәdәki maddi qiymәtlilәrin natural göstәricilәrinin ümumi cәmi göstәrilir.

Әmlakın faktiki qalığının inventarizasiyası  maddi mәsul şәxslәrin bilavasitә iştirakı ilә apanlır.

Şәxsi vә ya mәsuliyyәtli mühafizәyә götürülәn, icarәyә, yuyulmağa vә tәkrar emala qәbul edilәn әm laka ayrıca  inventarizasiya siyahıları tәrtib edilir.

İnventarizasiya siyahılarında taralar növlәri, mәqsәdli tәyinatı vә istismar vәziyyәtinin keyfiyyәti (tәzә, istifadә olunmuş, tәmir tәlәb edәn vә s.) üzrә göstәrilir.

Sәhvlәrin düzәldilmәsi inventarizasiya siyahılarının bütün nüsxәlәrindә düzgün olmayan mәlumatların üstündәn xәtt çәkilmәsi vә onun üstündәn düzgün mәlumatların yazılması yolu ilә aparılır. Düzәlişlәrin aparıldığı bütün hallarda inventarizasiya siyahılarına izahatlar әlavә olunmalı vә düzәlişlәr vergi orqanının inventarizasiyanı keçirәn vәzifәli şәxsi (şәxslәri) vә maddi mәsul şәxs (şәxslәr) tәrәfindәn imzalanmalıdır.

2.6. İnventarizasiya siyahılarında doldurulmamamış sәtirlәrin qalmasına yol verilmir, sonuncu sәhifәlәrdә doldurmamış sәtirlәr xәtlәnir.

İnventarizasiya siyahılarının sonuncu sәhifәlәrin dә qiymәtlәrin yoxlanılması, mәblәğlәrin cәmlәnmәsi vә ümumi mәblәğin hesablanması haqqında qeydlәr olunur vә vergi orqanının inventarizasiyanı keçirәn vәzifәli şәxsi (şәxslәri) tәrәfindәn imzalanır.

2.7. İnventarizasiya siyahıları vergi orqanının inventarizasiyanı keçirәn vәzifәli şәxsi (şәxslәri) vә maddi mәsul şәxslәr tәrәfindәn imzalanır. İnventarizasiya siyahılarının sonunda maddi mәsul şәxslәr әmlakın vergi orqanının vәzifәli şәxsi (şәxslәri) tәrәfindәn yoxlanılmasının onların iştirakı ilә aparıldığını vә onlara etirazlarının olmaması barәdә vә ya inventarizasiyanın nәticәlәrinә öz xüsusi münasibәtini (etirazını) bildirmәklә müvafiq qeydlәr aparır vә imza edirlәr.

2.8. Әmlakın inventarizasiyası bir neçә gün әrzindә aparıldığı halarda maddi qiymәtlilәrin saxlandığı yerlәr (bina, otaq, tikili, anbar vә s.) günün axırında vergi orqanının inventarizasiyanı keçirәn vәzifәli şәxsi (şәxslәri) tәrәfindәn möhürlәnir vә cavabdeh şәxsә tәhvil verilir.

2.9. İnventarizasiyanın rәsmilәşdirilmәsi üçün sahә xüsusiyyәtlәri nәzәrә alınmaqla müvafiq nazirliklәr, komitәlәr (birliklәr) tәrәfindәn tәsdiq otunmuş formalardan (hesabatlardan da) istifadә edilә bilәr.

3. Ayrı-ayrı әmlak növlәrinin inventarizasiyasının aparılması qaydaları

Әsas vәsaitlәrin, qeyri-maddi aklivlәrin, maliyyә qoyuluşlarının, mal-material qiymәtlilәrinin, başa çatmamış istehsalın vә gәlәcәk dövrlәrin xәrclәrinin, avan vә kökәldilmәkdә olan heyvanların, pul vәsaitinin sәnәdlәrinin vә ciddi hesabat blankları sәnәdlәrinin, hesablaşmaların inventarizasiyası qaydaları qanunvericiliklә nәzәrdә tutulmuş qaydada hәyata keçirilir.

4. İnventarizasiyanın nәticәlәrinin rәsmilәşdirilmәsi

4.1. İnventarizasiya cәdvәllәrinin tәrtib edilmәsi qanunvericiliklә nәzәrdә tutulmuş qaydada hәyata keçirilir.

4. 2. Vergi ödәyicisinin әmlakının inventarizasiyasının nәticәlәrinin mәlumatları vergi yoxlaması aktında öz әksini tapmalı vә sәyyar vergi yoxlamasının materiallarına baxılarkәn nәzәrә alınmalıdır.