|
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında» Azərbaycan Respublikasının 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını 1.3. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 09 avqust, 2005-ci il N 951
|