"Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli Fərmanının və Vergilər Nazirliyinin 11 may 2005-ci il tarixli əmrinin icrası ilə əlaqədar sənədlərin toplanması və yoxlanması, eləcə də namizədlərlə müsabiqənin keçirilməsi qaydaları təsdiq olunub.
Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanması QAYDALARI
1. Bu qaydalar "Vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 7, 8 və 9-cu
maddələrinə və "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin
müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə müvafiq olaraq vergi orqanlarına işə
qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və onların
yoxlanılması məsələlərini tənzim edir.
2. Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət edən şəxs müəyyən edilmiş
formada şəxsən ərizə (əlavə 2.1) ilə Vergilər Nazirinə müraciət edir.
3. Ərizə Vergilər Nazirliyinə daxil olduğu vaxtdan bir ay müddətinə nazirliyin kadr
siyasəti və hazırlığı idarəsi tərəfindən müraciət edənin vergi orqanlarına işə qəbul
edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədi ilə
yoxlama aparılır.
4. Yoxlamanın aparılması üçün müraciət edən aşağıdakı sənədləri nazirliyin kadr
siyasəti və hazırlığı idarəsinə təqdim edir:
4.1. ərizə (əlyazma iləvə TQDK-nın təqdim etdiyi formada);
4.2. şəxsiyyət vəsiqəsinin surəti;
4.3. tərcümeyi-hal;
4.4. kadrların şəxsi uçot vərəqəsi;
4.5. 4x6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;
4.6. ali təhsil barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti;
4.7. Əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə)
və ya əmək fəaliyyətinin olmadığı haqqında arayış;
4.8. yaşadığı yerin poliklinikasından sağlamlıq barədə arayış;
4.9. Bakl ş. Zığ şossesi, 13 ünvanda yerləşən Respublika Narkoloji dispanserindən
yoxlama aktı (arayış);
4.10. yaşadığı ünvan və ailə tərkibi barədə arayış;
4.11. nigah, uşaqların doğum və boşanma haqqında şəhadətnamələrin notarial
qaydada təsdiq olunmuş surətləri;
4.12. hərbi biletin surəti.
5. Tərcümeyi-halda müraciət edənin soyadı, adı, atasının adı, doğulduğu tarix və yer,
ixtisası (nə vaxt və hansı tədris müəssisəsini bitirmişdir), əmək fəaliyyətinə başladığı
vaxtdan etibarən son iş yeri göstərilməklə (ali, orta ixtisas mƏktəblərində təhsil aldığı
vaxt, hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) iş yerləri və tutduğu vəzifələr,
yaxın qohumlar (ata, ana, bacı, qardaş, həyat yoldaşı, uşaqları, qayınata, qaynana,
qayın və baldız) haqqında məlumat (soyadı, adı, atasının adı, doğulduğu il və yer, iş
yeri və vəzifəsi, yaşadığı ünvan, məhkumluğunun olub-olmaması, habelə vəfat etmişin
vəfat etdiyi il) göstərilməlidir. tərcümeyi-hal müraciət edən tərəfindən əllə yazılır və
imzalanır. müraciət edən tərcümeyi-halda göstərilən məlumatların doğruluğuna
cavabdehdir. Namizəd özü və yaxın qohumları barədə bilərəkdən təhrif olunmuş
məlumatlar verdikdə müsabiqəyə buraxılması barədə ərizəsi rədd olunur.
6. Namizədin təqdim etdiyi sənədlərdə çatışmazlıqlar olmadığı halda sənədlər qəbul
edilir və Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş namizədlərin
sənədlərin qəbulunun qeydiyyatı kitabında (əlavə 2.2) müvafiq qeydiyyat aparılır.
7. Bu Qaydaların 4-cü bəndində göstərilənlərdən əlavə digər sənədlərin tələb
edilməsinə yol verilmir. Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri
təqdim edə bilər.
8. Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş şəxsin yaşı 35-i keçmiş
olarsa, ali təhsilə malik olmasa, müvafiq qaydalar çərçivəsində ali təhsil barədə sənədi
Azərbaycan Respublikasında tanınmasa, bu qaydaların 4-cü bəndində göstərilən
sənədlərindən aidiyyəti olanlarının hər hansı biri çatışmadıqda və ya tələb edilən
qaydada olmadıqda sənədlər qəbul edilmir və işçi qrupun rəhbəri tərəfindən sənədlərin
qəbul edilməməsinin səbəbi göstərilməklə vətəndaşa rəsmi məlumat verilir.
9. Müraciət edənin təqdim etdiyi sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar
aşkar edildikdə kadr siyasəti və hazırlığı idarəsi tərəfindən təqdim olunan sənədlər
dərhal rəsmi surətdə vətəndaşa göndərilərək (qaytarılaraq) müsabiqəyə buraxılmadığı
(səbəbi göstərilməklə) ona bildirilməlidir.
10. İşçi qrup tərəfindən qəbul edilən sənədlərin qeydiyyatı aparılır, sənədlərin qəbul
edilməsi barədə qeydiyyat kitabında vətəndaş və sənədləri qəbul edən işçi qrupun
üzvü imza edir, qəbul edilən sənədlərin siyahısı göstərilən qəbz (əlavə 2.4) imzalanaraq
vətəndaşa verilir. Qəbzdə namizədin təhrif olunmuş məlumat verməməsinin əks halda
hətta işə qəbul olunduqdan sonra bu müəyyən edilərsə, bu, onun xidmətdən xaric
olunmasına əsas verəcəyi barədə qeyd əlavə edilir.
11. Müraciət edənin vergi orqanlarına işə qəbulunu qanunvericiliklə istisna edən
hallar aşkar edilmədikdə kadr siyasəti və hazırlığı idarəsi tərəfindən qısa rəy tərtib
edilərək qəbul edilmiş sənədlərlə birlikdə komissiyaya təqdim edilir.
12. Rəydə - sənədlərdə çatışmazlıqların olmadığı və müraciət edənin vergi orqanlarına
işə qəbulunu qanunvericiliklə istisna edən hallar aşkar olunmadığı barədə məlumatlar
qeyd edilir. Rəy onu tərtib edən əməkdaş tərəfindən soyadı, vəzifəsi və xüsusi rütbəsi
göstərilməklə imzalanır.
13. Rəy komissiyanın sədri tərəfindən təsdiq edildikdən sonra toplanmış sənədlər
müsabiqə komissiyasına təqdim edilir.
14. Müsabiqə başa çatdıqdan sonra müsabiqədən keçməyən vətəndaşların sənədləri on
beş gün ərzində rəsmi məktubla vətəndaşa göndərilir (qaytarılır).
15. Namizədin vergi orqanlarında xidmətə qəbulu qanunvericilikdə istisna edilən
əsaslardan azı biri aşkar edildikdə xahişin rədd edilməsinin səbəbləri göstərilməklə
kadr siyasəti və hazırlığı idarəsi tərəfindən müraciət edənə sənədləri qaytarılmaqla
rəsmi cavab verilir. Narazı qalan vətəndaşın şikayətinə qanunvericiliyə müvafiq
surətdə baxılır.
Dövlət vergi orqanlarına işə qəbulolunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu qaydalar "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin
müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə, "Dövlət vergi orqanlarında xidmət
haqqında Əsasnamə"yə, "Dövlət qulluğu haqqında Qanun”a müvafiq olaraq
hazırlanmışdır və dövlət vergi orqanlarına (bundan sonra - vergi orqanlarına) işə
qəbul olunmaq üçün namizədlərin (bundan sonra - namizədlər) müsabiqəsinin
keçirilməsini müəyyən edir.
1.2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin
hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında
xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində
şəffaflıq əsasında müsabiqə keçirilir. müsabiqə test imtahanından və müsahibədən
ibarətdir.
1.3. Vergi orqanlarında boş ştat vahidləri olduqda işə qəbulla əlaqədar kadr
siyasəti və hazırlığı idarəsi tərəfindən kütləvi informasiya vasitələrində müsabiqə elan
edilməsi məsələsi müvafiq qaydada həll edilir.
1.4. İşə qəbul barədə məlumatlar rəsmi mətbuatda dərc olunur.
2. Müsabiqə komissiyası
2.1. Müsabiqə ilə bağlı təşkilati məsələlərin həll edilməsi və müsahibənin keçirilməsini
Vergilər Nazirliyinin kollegiyasının qərarı ilə yaradılan və 3 il müddətinə fəaliyyət
göstərən müsabiqə komissiyası (bundan sonra - komissiya) həyata keçirir. Zərurət
olduqda komissiyanın tərkibinə müvafiq dəyişiklik edilir.
2.2. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər, ekspertlər və mütəxəssislər
cəlb edilə bilər.
2.3. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayı yolla komissiyanın işinə təsir,
hədə, qanunsuz müdaxilə yolverilməzdir.
2.4. Komissiya zərurət olduğu hallarda səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar
iclas keçirir. iclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya
üzvlərinə iki gün qabaqcadan məlumat verilir.
2.5. Komissiya, üzvlərindən üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Baxılan
məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Qəbul edilmiş
qərar iclasda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın
sədri sonuncu səs verir. komissiya üzvünün xüsusi rəyi olduqda rəy qərara əlavə edilir.
3. Test imtahanlarına buraxılışın təşkilı qaydaları
3.1. Namizədlərdən sənədlər qəbul edildikdə TQDK-nın təqdim etdiyi (optik oxunma
üçün nəzərdə tutulmuşdur) ərizə forması və Namizədin vəsiqəsi də doldurulur.
3.2. Müsabiqəyə buraxılacaq namizədin doldurduğu ərizə forması və Namizədin
vəsiqəsi (TQDK-nın təqdim etdiyi) TQDK-na təqdim edilir (namizədlərin siyahısı ilə
birlikdə). TQDK-sı müəyyən edilmiş qaydalara əsasən namizədi qeydiyyatdan keçirir
və test imtahanlarına ən azı beş gün qalmış namizədlərə paylanması üçün "Namizədin
vəsiqəsi"ni, "İmtahana buraxılış vəsiqəsi"ni və "Yaddaş kitabçası"nı Vergilər
Nazirliyinə təqdim edir.
3.3. İşçi qrup tərəfindən "Namizədin vəsiqəsi", "imtahana buraxılış vəsiqəsi" və
"Yaddaş kitabçası" üç gün müddətinə namizədlərə paylanılır.
3.4. Test imtahanı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada TQDK tərəfindən təyin olunmuş yerdə və vaxtda keçirilir.
4. Müsahibənin keçirilməsi
4.1. Namizədlərin vergi orqanlarında işləmək üçün zəruri keyfiyyətlərə malik olmasını
müəyyən etmək məqsədi ilə test imtahanlarından keçid balı toplanış şəxslərlə
müsahibə keçirilir.
Test imtahanının nəticələri TQDK tərəfindən təsdiq olunmuş formada komissiyaya təqdim edilir.
4.2. Komissiya tərəfindən test imtahanlarının TQDK təqdim edilmiş nəticələrinə
baxıldıqdan sonra namizədlərlə müsahibənin keçirilməsi barədə qərar verir. Eyni
zamanda komissiya müsahibənin keçirildiyi vaxt və yer haqqında məlumat verilməsini
kadr siyasəti və hazırlığı idarəsinə tapşırır.
4.3. Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə nazirliyin kadr siyasəti və
hazırlığı idarəsi tərəfindən ən azı 2 gün əvvəl məlumat verilir.
4.4. Müsahibəyə başlayarkən komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir və
müsahibə aparan şəxslərdən etirazları olub olmamasını soruşur. Namizədlə yaxın
qohumluq və ya şəxsi münasibətdə olan komissiyanın üzvü həmin namizədlə söhbətdə
iştirak etmir. Əsaslar olduqda namizəd müsahibə başlamamışdan əvvəl müsahibə
aparanlardan hər hansına etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini
komissiyanın sədri müəyyən edir.
4.5. Hər bir namizədlə müsahibə fərdi qaydada 20 dəqiqə aparılır.
4.6. Müsahibə zamanı namizədin verdiyi cavablar komissiyanın hər bir üzvü
tərəfindən 0, 1, 2, 3, 4 və 5 balların biri ilə qiymətləndirilir. Verilmiş qiymətlər
toplanılaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünərək orta bal
çıxarılır. Müsahibənin nəticəsi üzrə namizədin orta balı "3"-dən çox olduqda həmin
namizəd müsahibədən müvəffəqiyyətlə çixmiş hesab edilir.
5. Müsabiqənin yekunlaşdırılması
5.1. Müsabiqənin nəticələri namizədin müsahibədən müvəffəqiyyətlə keçib-
keçmədiyindən asılıdır. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən elmi
dərəcəsi olanlara, xarici dilləri mükəmməl bilənlərə, kompüter biliklərinə malik olanlara
və vergi orqanlarında vaxtı ilə iş stajı olanlara üstünlük verilir.
5.2. Komissiya müsahibənin nəticəsindən asılı olaraq namizədin işə qəbul olunması və
ya olunmamasının tövsiyə edilməsi barədə iki qərardan birini qəbul edir.
5.3. Müsahibə başa çatdıqdan sonra 5 gündən gec olmayaraq müsabiqənin nəticələri
elan olunur və rəsmi mƏtbuatda dərc edilir.
5.4. Müsabiqənin nəticələrinə görə vergi orqanlarına işə qəbul olunmağa tövsiyə
edilmiş namizədlər Vergilər Nazirinə təqdim edilir. Vergilər Naziri ona təqdim olunmuş
namizədlər sırasından müvafiq vakant ştat vahidlərinə təyinat aparır.
5.5. Komissiyanın qərarlarından razı olmayan namizədlər Vergilər Nazirinə şikayət edə
bilər. Vergilər Naziri şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verir.
Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə
bilər.
5.6. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin sayı vergi orqanlarında boş
olan ştat vahidlərinin sayından artıq olduqda namizədlər vəzifələrə müsahibənin
nəticələrinə əsasən müvafiq vəzifələrin tələblərinə uyğun ixtisaslara görə, yaşayış
yerinə görə, öz razılığı nəzərə alınmaqla təyin edilir. Bu və ya digər səbəbdən işə qəbul
edilməsi barədə Əmr verilməyən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatlarına
daxil edilir və müvafiq ştat üzrə boş yer yarandıqca müvafiq vəzifələrə təyin edilirlər
|