AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev Respublikasının Prezidenti Bakı şəhəri, 1 mart 2005-ci il Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında SAZİŞ Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə beynəlxalq əməkdaşlığın və qarşılıqlı yardımın vacibliyindən çıxış edərək bu məqsədlə bir-birinə daha geniş yardım etmək istəyi ilə aşağıdakılar barədə razılığa gəldilər Maddə 1 Terminlərin anlayışı Bu Sazişin məqsədləri üçün tətbiq edilən terminlər aşağıdakıları ifadə edir: «vergi qanunvericiliyi» - Tərəfin dövlətinin ərazisində vergiləri, yığımları (rüsumları) və onların tutulması qaydalarını müəyyən edən və vergi öhdəliklərinin yaranması, dəyişilməsi və ləğv edilməsi ilə bağlı münasibətləri tənzimləyən normativ-hüquqi aktlar sistemidir; «vergi qanunvericiliyinin pozulması» - vergi ödəyicisi (vergilərin yığımların (rüsumların) ödəyicisi) tərəfindən vergi qanunvericiliyinin normalarının yerinə yetirilməməsi yaxud lazımı qaydada yerinə yetirilməməsi ilə ifadə olunan və barəsində hüquqi məsuliyyət müəyyən edilmiş qeyri-qanuni hərəkət və yaxud hərəkətsizlikdir; «səlahiyyətli vergi orqanları»: Azərbaycan Respublikasına münasibətdə - Azərbaycan Respublikasının Vergilər Nazirliyi; Belarus Respublikasına münasibətdə - Belarus Respublikasının Vergilər və Yığımlar Nazirliyi; «sorğu edən vergi xidməti» - vergi məsələləri üzrə yardım göstərilməsi barədə sorğu verən (bundan sonra «yardım haqqında sorğu») Tərəfin səlahiyyətli vergi orqanı; «sorğu edilən vergi xidməti» - yardım haqqında sorğu alan Tərəfin səlahiyyətli vergi orqanı. Maddə 2 Sazişin tətbiq dairəsi Vergi qanunvericiliyinə lazımi qaydada əməl olunmasını təmin etmək məqsədilə Tərəflər səlahiyyətli vergi orqanları vasitəsilə bir-birinə aşağıdakı məsələlər üzrə qarşılıqlı yardım göstərirlər: vergi qanunvericiliyinin pozulmasının qarşısının alınması və aradan qaldırılması; sorğu və ya təşəbbüs əsasında hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi barədə məlumatların təqdim edilməsi; milli vergi sistemləri və vergi qanunvericiliyinə cari dəyişikliklər barədə məlumatların təqdim edilməsi; vergi orqanlarının işini təmin edən kompyuter sistemlərinin yaradılması və işlənilməsi; vergi qanunvericiliyinə əməl edilməsinə nəzarətin təmin edilməsi üzrə metodiki tövsiyələrin işlənməsi də daxil olmaqla, vergi ödəyiciləri (vergilərin, yığımların (rüsumların) ödəyiciləri) və vergi orqanları ilə işin təşkili; kadrların hazırlanması və mütəxəssis mübadiləsi; birgə fəaliyyət tələb edən digər məsələlər üzrə. Bu Sazişin müddəaları Tərəflər arasında bağlanmış digər Sazişlərə müvafiq olaraq səlahiyyətli vergi orqanlarının əməkdaşlığına mane olmur. Madd ə 3 Yardımın göstərilməsi haqqında sorğunun forması və məzmunu Yardım haqqında sorğu onun baxılması üçün zəruri olan sənədlər əlavə edilməklə yazılı formada göndərilir. Fövqəladə hallarda yardım haqqında sorğu mümkün qədər qısa müddətdə yazılı surətdə təsdiq edilməklə şifahi formada edilə bilər. Yardım haqqında sorğuya aşağıdakılar daxil edilməlidir: sorğu edən vergi xidmətinin adı; sorğu edilən vergi xidmətinin adı; sorğunun məqsədi və səbəbi; barəsində sorğu edilən vergi ödəyicisinin (vergilərin, yığımların (rüsumların) ödəyicisinin) adı (soyadı, adı, atasının adı), ünvanı (olduğu yer yaxud yaşadığı yer) və/və ya identifikasiya nömrəsi; baxılan dövr və konkret vergi (yığım, rüsum) növləri göstərilməklə, sorğunun və onunla bağlı hüquqi şəraitin məğzinin qısa şərhi. yardım haqqında sorğu rus və ya ingilis dillərində tərtib edilməlidir. Sorğu edilən vergi xidməti aldığı yardım haqqında sorğu üzrə əlavə məlumat tələb etmək hüququna malikdir. Maddə 4 Yardım haqqında sorğunun icrası qaydası Səlahiyyətli vergi orqanları milli qanunvericiliyə müvafiq olaraq və öz səlahiyyətləri çərçivəsində bir-birinə yardım edirlər. Sorğu edən vergi xidməti onun xahişi əsasında, yardım haqqında sorğunun icrası ilə bağlı həyata keçirilən hərəkətlərin vaxtı və həyata keçirilməsi yeri haqqında məlumatlandırıla bilər, onun nümayəndələri isə əlavə razılıq əsasında onların həyata keçirilməsində iştirak edə bilərlər. Əgər yardım haqqında sorğu, sorğu edilən vergi xidməti tərəfindən icra edilə bilmirsə, o, sorğu daxil olduğu gündən otuz gün ərzində yardım göstərilməsindən imtinanın səbəbi göstərilməklə sorğu edən vergi xidmətinə bu barədə yazılı məlumat verir. Yardım haqqında sorğunun icrası sorğu edilən Tərəfin milli qanunvericiliyinə və inzibati təcrübəsinə ziddirsə, bu halda onun icrasından imtina edilə bilər. Yardım haqqında sorğunun icrası ilə bağlı öz dövlətinin ərazisindəki bütün xərcləri sorğu edilən Tərəf çəkir. Yardım haqqında sorğuya cavab, həmçinin sorğu üzrə materiallar rus və ya ingilis dillərində təqdim edilir. Maddə 5 Təqdim edilən məlumatın tərtibi Səlahiyyətli vergi orqanları öz təşəbbüsləri və ya yardım haqqında sorğu əsasında bir-birinə aşağıdakılar barədə məlumatlan təqdim edirlər: olduğu yer, tabeçiliyi, mülkiyyət forması və başqa məlumatlar da daxil olmaqla hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, qeydiyyatı barədə; olduğu yer barədə məlumatlar da daxil olmaqla fərdi sahibkarların, onların qeydiyyatları barədə; hüquqi və fiziki şəxslər tərəfindən dövlət və kommersiya banklarında hesabların açılması, habelə bu hesablardakı pul vəsaitlərinin mövcudluğu və hərəkəti barədə, əgər bu məlumatların təqdim edilməsi Tərəflərin milli qanunvericiliyinə zidd deyilsə; Fiziki və hüquqi şəxslərin bu Tərəfin dövlətinin ərazisində əldə edilmiş bütün vergitutma obyekti növləri, ödənilmiş vergi (rüsum) məbləğləri və ya vergitutma ilə bağlı olan digər məlumatlar barədə. Maddə 6 Sənədlərin və digər materialların təqdim edilməsi Sorğu edilən vergi xidməti yardım haqqında sorğu əsasında yardım haqqında sorğunun icrası üçün zəruri olan normativ hüquqi aktları, sənədlərin təsdiq edilmiş surətlərini və digər materialları təqdim edir. Sənədlərin və digər materialların əsli, təsdiq edilmiş surətlər kifayət etmədiyi halda tələb oluna bilər. Sənədlərin və digər materialların verilmiş əsli razılaşdırılmış müddətlərdə geri qaytarılmalıdır. Materiallar, onların sonradan rəsmi təsdiq edilməsi şərtilə bu materialların şərhi üçün zəruri olan əlavə müşaiyətedici məlumat verilməklə faksimil və ya elektron rabitə vasitələri ilə təqdim edilə bilər. Zəruri hallarda bir Tərəfin vergi orqanları, hüquqi və fiziki şəxslərin digər Tərəfin dövlətinin ərazisində vergiyə cəlb edilməsi üçün tələb olunan sənədlərini təsdiq edirlər. Maddə 7 Məlumatın verilməsi qaydası Məlumatın verilməsi qaydası səlahiyyətli vergi orqanlarının razılaşması əsasında müəyyən edilir. Yardım, səlahiyyətli vergi orqanlarının rəhbərləri tərəfindən təyin edilən vəzifəli şəxslərin birbaşa əlaqələri çərçivəsində həyata keçirilir. Maddə 8 Məxfiliyə əməl edilməsi Konkret vergi ödəyicilərinə aid olan məlumat məxfi sayılır və Tərəfin milli qanunvericiliyinə və sorğu edilən səlahiyyətli vergi orqanının tələblərinə müvafiq olaraq mühafizə rejimi ilə təmin edilir. Alınmış məlumatı sorğu edən vergi xidməti yalnız bu Sazişdə nəzərdə tutulan məqsədlər, o cümlədən inzibati və məhkəmə təhqiqatı üçün istifadə edə bilərlər. Məlumat başqa məqsədlər üçün yalnız sorğu edilən vergi orqanının razılığı ilə istifadə edib bilər. Maddə 9 Sazişin icrası Tərəflər arasında əməkdaşlığın və qarşılıqlı yardım göstərilməsinin konkret forma və üsulları səlahiyyətli vergi orqanları tərəfindən təyin edilən vəzifəli şəxslərin birbaşa əlaqələri yolu ilə müəyyən edilir və həyata keçirilir Bu məqsədlə, səlahiyyətli vergi orqanları öz vəzifəli şəxslərini təyin edir və onlar barədə bir-birinə məlumat verirlər. Tərəflərin səlahiyyətli vergi orqanları bu Sazişin şərhi və tətbiqi zamanı yarana bilən mübahisəli məsələlərin həllində qarşılıqlı razılığa nail olmağa çalışacaqlar. Tərəflərin səlahiyyətli vergi orqanları zəruri hallarda bu Sazişin həyata keçirilməsinin və ona dəyişikliklər edilməsinin məqsədə müvafiqliyinin qiymətləndirilməsi ilə bağlı məsləhətləşmələr aparacaqlar. Bu cür məsləhətləşmələrin müddəti əlavə olaraq müəyyən edilir. Tərəflərin səlahiyyətli vergi orqanları birlikdə bu Sazişin müddəalarının həyata keçirilməsi üçün müvafiq prosedurlar hazırlaya və razılaşdıra bilərlər. Maddə 10 Digər beynəlxalq müqavilələr Bu Saziş Azərbaycan Respublikasının və Belarus Respublikasının iştirakçısı olduqların digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur. Maddə 11 Əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığına əsasən bu Sazişə, onun ayrılmaz hissəsi olan və bu Sazişin 12-ci maddəsinə müvafiq olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edib bilər. Maddə 12 Sazişin qüvvəyə minməsi və qüvvədən düşməsi Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirməsi barədə diplomatik kanallarla sonuncu yazılı bildirişin alındığı gündən qüvvəyə minir. Bu Saziş beş il müddətinə bağlanılır. Tərəflərdən heç biri bu müddətin bitməsinə ən azı altı ay qalmış bu Sazişi ləğv etmək niyyəti barədə yazılı şəkildə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq sonrakı beşillik müddətlərə uzadılır. Bakı şəhərində « 5 » noyabr 2004-cü il tarixində, hər biri Azərbaycan və rus dillərində iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsirində fikir aynlığı yarandıqda rus dilində olan mətn əsas götürülür. |