N 0817040100817900
05 avqust 2008-ci il

Xarici ezamiyyələrinin qiymətləndirilməsi haqqında

Azərbaycan Respublikası vergilər nazirinin 0817040100496000 saylı 29 may 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.11-ci bəndini rəhbər tutaraq:

Ə M R    E D İ R Ə M:

1. “Xarici ezamiyyələrinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Vergilər nazirliyinin struktur vahidlərinin və bölmələrinin rəislərinə tapşırılsın ki, bu Əmrlə təsdiq edilmiş Qaydaların tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etsinlər.
3. Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Mirdaməd Sadıqova və Beynəlxalq münasibətləri idarəsinin rəisi, baş vergi xidməti müşaviri İlqar Əkbərliyə tapşırılsın ki, bu Əmrlə təsdiq edilmiş Qaydalardan irəli gələn zəruri tədbirləri görsünlər.
4. Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Mirdaməd Sadıqova tapşırılsın ki, bu əmrlə təsdiq olunmuş Qaydaların vergilər nazirliyinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Bu əmrin icrasına nəzarət vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirova həvalə edilsin.

 

              Nazir
              2-ci dərəcəli dövlət
              vergi xidməti müşaviri                                                            Fazil Məmmədov