A-103
07 iyul 2001-ci il              

Ə M R
    

 «Özәllәşdirilәn dövlәt müәssisәlrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş  vә işğal altında olan rayonların tәssәrüfat subyektlәrinin borcları haqqında» 24 oktyabr 2000-ci  il tarixli Qanunun vә hәmin Qanunun tәtbiqi ilә әlaqәdar Azәrbaycan Respublikası  prezidentinin 11 iyun 2001-ci il tarixli Fәrmanı ilә tәsdiq edilmiş Qaydaların icrası mәqsәdi ilә 


                              
 Ə M R    E D İ R Ə M            

1. Azәrbaycan  Respublikası prezidentinin  11  iyun  2001-ci  il  tarixli  Fәrmanı  ilә  tәsdiq  edilmiş  «Özәllәşdirilәn  dövlәt  müәssisәlәrinin,  aqrar  islahatları  nәticәsindә  lәğv  olunmuş  vә  işğal  altında  olan  rayonların  tәsәrrüfat  subyektlәrinin  dövlәt  budcәsinә,  büdcәdәnkәnar  dövlәt  fondlarına,  qiymәtlәri  (tariflәri)  dövlәt  tәrәfindәn  tәnzimlәnәn  mәhsul,  iş  vә  xidmәtlәrin  istehlakına  görә  dövlәt  müәssisәlәrinә  olan  borclarının  vә  bu  müәssisәlәrin  sәhmlәrinin  nәzarәt  zәrfi  dövlәtә  mәxsus  banklara  olan  ödәmә  vaxtı  ötmüş  borclarının  silinmәsi  vә  tәnzimlәnmәsi  Qaydaları»nın vergi ilә bağlı müddәalarının tәtbiqinә dair Metodiki Göstәrişlәr  әlavәyә uyğun  olaraq tәsdiq edilsin.
2. Müәyyәn edilsin ki, Metodiki Göstәrişdәrdә göstrәilәn mәsәlәlәr  üzrә Vergilәr Nazirliyinin sәlahiyyәtlәrini  Vergi borclarının mәcburi alınması işinin tәşkili idarәsi hәyata keçirir.
3. Vergilәr Nazirliyinin Baş idarәlәrinin, idarәlәrinin, şö'bәlәrinin rәislәrinә, yerlәrdәki  vergi orqanlarının  rәhbәrlәrinә tapşırılsın ki, bu әmrlә tәsdiq edilmiş  Metodiki Göstәrişlәrdәn  irәli gәlәn  mәsәlәlәrin vaxtında vә düzgün icra olunmasını tә'min etsinlәr.
4. Əmrin surәtinin Vergilәr Nazirliyinin sturktur bölmәlәrinә çatdırılması  Nazirliyin katibliyinә  (E.Hacıyev) tapşırılsın.
5. Əmrin icrasına nәzarәti özümdә saxlayıram.

 

 Nazir        F.Mәmmәdov    

 

 

Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin  « 03 »  iyul 2001-ci il tarixli A-103 saylı  Əmri  ilә tәsdiq edilmişdir.
             

Azәrbaycan Respublikası prezidentinin 11 iyun 2001-ci  tarixli Fәrmanı ilә tәsdiq edilmiş «Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin dövlәt büdcәsinә, büdcәdәnkәnar dövlәt fondlarına, qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә olan borclarının  vә bu müәssisәlәrin sәhmlәrinin  nәzarәt zәrfi  dövlәtә mәxsus banklara olan ödәmә  vaxtı  ötmüş borclarının silinmәsi vә tәnzimlәnmәsi Qaydaları»nın vergi  ilә bağlı müddüәalarının  tәtbiqinә dair                              
 
M E T O D İ K İ     G Ö S T Ə R İ Ş L Ə R 

I.  Özәllәşdirilәn dövlәt  müәssisәlәrinin dövlәt büdcәsinә yaranmış borclarının  silinmәsi
 
1. Qaydaların 2.2. bәndinә әsasәn Azәrbaycan Respublikasının İqtisadi İnkişaf  Nazirliyi  dövlәt büdcәsinә yaranmış borcların silinmәsi mәqsәdi ilә «Azәrbaycan Respublikasında 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә  özәllәşdirilmәsi barәdә qәrar qәbul edilmiş  vә özәllәşdirilmәsi  başa çatmamış müәssәlәrin  Siyahısını bu müәssisәlәrin özәllәşdirmәyә açılması tarixlәri qeyd edilmәklә bir ay müddәtindә vә «Azәrbaycan Respublikasında  dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramı»na  uyğun olaraq özәllәşdirilmәsi haqqında qәrar qәbul edilәn dövlәt müәssisәlәrinin Siyahısını, onların özәllәşdirilmәsi barәdә qәrar qәbul edildikdәn vә müәssisәlәrin özәllәşdirilmәsi mәqsәdi ilә qanunvericiliyә müvafiq start (satış) qiymәti  vә ya nizamnamә  kapitalı formalaşdıqdan  sonra 10 gün müddәtindә Azәrbaycan Respublikasının  Vergilәr Nazirliyinә tәqdim edir.
2. Qaydaların 3.1. bәndinә әsasәn  dövlәt büdcәsinә   yaranmış borcların silinmәsi üçün Respublika Vergilәr Nazirliyi bu müәssisәlәrlә silinәn borcların mәblәği barәdә üzlәşdirmә  aktları tәrtib edirlәr.
Üzlәşmә aktlarının tәrtib edilmәsi üçün hәmin  müәssisәlәr Vergilәr  Nazirliyinә yazılı müraciәt edirlәr. Müraciәtdә üzlәşmә aktının tәrtib olunması üçün zәruri olan mә’lumatlar, o cümlәdәn vergi ödәyicisinin tam adı, VÖEN-i, onun uçotda olduğu vergi orqanının adı, özәllәşdirilmәyә açılması barәdә qәrarın (әmrin) tarixi, nömrәsi, vergi növlәri vә maliyyә saksiyaları üzrә silinmәli olan borcların mәblәğlәri  göstәrilir .
3. Nәzәrә alınmalıdır ki, 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı çәrçivәsindә özәllәşdirilәn müәssislәrin onların özәllәşdirilmәyә açılması tarixinә, II Dövlәt Proqramına uyğun olaraq özәllәşdirilәn müәssisәlәrin isә 01 oktyabr 2000-ci il tarixinә dövlәt düdcәsinә (Azәrbaycan Respublikası Nazirliәr Kabinetinin zәmanәti әsasında verilәn kreditlәr üzrә borclar istisna olmaqla) yaranmış borcları (әsas borc mәblәği, bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәrin vә maliyyә sanksiyalarının mәblәğlәri daxil olmaqla) silinir.
Azәrbaycan Respublikasının «Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş vә işğal altında olan rayonların tәsәrrüfat subyektlәrinin borcları haqqında» 24 oktyabr 2000-ci il tarixli Qanunu hәmin ilin 05 dekabr   tarixindә «Azәrbaycan» qәzetindә dәrc edilmiş vә bu tarixdәn qüvvәyә minmişdir.
Bununla әlaqәdar olaraq «Azәrbaycan Respublikasında 1995-1998 -ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilmәsi barәdә qәrar qәbul edilmiş vә özәllәşdirilmәsi başa çatmamış müәssisәlәrin  özәllәşdirmәyә açıldığı tarixdәn  05 dekabr 2000-ci  il tarixәdәk olan dövr әrzindә dövlәt büdcәsinә ödәdiklәri mәblәğlәr hәmin dövrdә hesablanmış vergilәrin, bu vergilәrә hesablanmış faizlәrin  vә tәtbiq edilmiş  maliyyә sanksiyalarının  ödәnişinә aid edilir.
Göstәrilәn dövr әrzindә dövlәt büdcәsinә ödәnilmiş mәblәğlәr hәmin dövrdә hesablanmış vergilәrin, bu  vergilәrә hesablanmış faizlәrin, vә tәtbiq edilmiş maliyyә sanksiyalarının mәblәğlәrindәn çox olduqda, müәssisәnin özәllәşdirmәyә açılma tarixinә olan borcunun mәblәği, hәmin fәrqin mәblәğindә azaldıqdan sonra qalan mәblәğdә silinir.
«Azәrbaycan Respublikasında Dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramı»na uyğun olaraq özәllәşdirilmәsi haqqında qәrar qәbul edilәn dövlәt müәssisәlәrinin  2000-ci il 01 oktyabr tarixinә yaranmış borcları  silinәrkәn 01 oktyabr 2000-ci il tarixdәn 05 dekabr 2000-ci il tarixәdәk olan dövr әrzindә dövlәt büdcәsinә ödәdiyi mәblәğlәr bu qaydada nәzәrә alınır.
4. Azәrbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi özәllәşdirilәn müәssisәlәrin Siyahısını tәqdim etdikdәn vә bu müәssisәlәrin  yazılı müraciәtlәri Vergilәr  Nazirliyinә daxil olduqdan sonra Nazirliyin göstәrişinә әsasәn hәmin müәsstsәlәrinin uçotda olduğu rayon (şәhәr) üzrә vergilәr idarәlәri (şö’bәlәri)  5 gün müddәtindә dövlәt büdcәsinә yaranmış borcların mәblәği  barәdә bu müәssisәlәrlә, onların hansı Dövlәt Proqramı üzrә özәllәşdirilmәsindәn asılı olaraq  bu Metodiki Göstәrişlәrә  Əlavә 1-dә vә Əlavә 2-dә göstәrilәn formalar  üzrә 4 nüsxәdә  üzlәşmә aktı tәrtib edirlәr.
«Azәrbaycan Respublikasında 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilәn müәssisәlәrlә üzlәşmә aktlarında müәssisәnin adı, VÖEN-ni, onun özәllәşdirmәyә açılması haqqında qәrarın tarixi vә nömrәsi, bu tarixә dövlәt büdcәsinә yaranmış borcların mәblәği, özәllәşdirmәyә açılma  tarixindәn 05 dekabr 2000-ci il tarixinәdәk olan dövr  әrzindә  hesablanmış vergilәrin, bu vergilәrә hesablanmış faizlәrin vә tәtbiq edilmiş maliyyә sanksiyalarının mәblәğlәri vә dövlәt büdcәsinә ödәnilmiş mәblәğlәr, habelә   silinmәsi üçün tәkrar verilmәli olan borcların mәblәği göstәrilir.
«Azәrbaycan Respublikasında dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramı»na uyğun olaraq    özәllәşdirilәn müәssisәlәr üçün göstәrilәn  üzlәşmә aktı oxşar qaydada  tәrtib edilir. Lakin, bu üzlәşmә aktında hesablanmış vә ödәnilmiş mәblәğlәr 01 oktyabr   2000-ci il tarixdәn 05 dekabr 2000-ci il tarixәdәk olan dövr üçün qeyd edilir.
Üzlәşmә aktı rayon (şәhәr) üzrә  vergilәr idarәsinin (şö’bәsinin) rәisi vә özәllәşdirilәn müәssisәnin rәhbәri tәrәfindәn imzalanır vә möhürlәnir. Ən geci iki iş günündәn gec olmayaraq  Vergilәr Nazirliyinә tәqdim edilir.
Üzlәşmә aktında  göstәrilәn rәqәmlәrin düzgünlüyünә  vә onların vaxtında Vergilәr Nazirliyinә tәqdim edilmәsindә rayon (şәhәr) üzrә vergilәr idarәsinin (şö’bәsinin) rәisi   mә’suliyyәt daşıyır.
Nәzәrә almaq lazımdır ki, üzlәşmә aktının «Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin idarә rәisi, __________________ imzası, soyadı, adı, atasının adı» sәtri,  «Silinmәsi üçün Qәrar verilmәli olan әsas borclarının (vergi vә maliyyә sanksiyası) mәblәgi»  sütunu «Bu aktda göstәrilәn _________ min manat borc mәblәğinin silinmәsi üçün Qәrar verilmәsini mәqsәdәuyğun hesab edirik» sәtri  Vergilәr Nazirliyindә doldurulur.
5. Vergilәr Nazirliyi  tәrәfindәn ona tәqdim olunmuş üzlәşmә aktının düzgünlüyü yoxlanılır, dövlәt büdcәsinә yaranmış borcların silinmәsi üçün Qәrar verilmәli olan borcların mәblәği üzlәşmә aktının müvafiq sütununda rәqәmlәrlә, «Bu aktda  göstәrilәn  _______ min manat borc mәblәğinin   silinmәsi üçün Qәrar verilmәsini mәqsәdәuyğun hesab edirik» sәtrindә isә rәqәm vә sözlәrlә göstәrilir. Eyni zamanda, üzlәşdirmә aktı Nazirliyin müvafiq idarә rәisi tәrәfindәn onun üçün ayrılmış yerdә imzalanır vә Nazirliyin möhürü ilә möhürlәnir.
Göstәrilәn üzlәşdirmә aktının әsasında dövlәt büdcәsinә borcların mәblәğinin silinmәsi barәdә Vergilәr Nazirliyinin adından Qәrar verilir. Qәrarda tarix vә nömrә qoyulmaqla müәssisәnin tam adı, VÖEN-i, özәllәşdirmәyә açılma tarixi (müvafiq hallarda 2000-ci il 01 oktyabr tarixә ) vә bu tarixә vergi növlәri vә maliyyә sanksiyası üzrә borcların mәblәği, habelә әsas borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәrin silinmәli olduğu göstәrilir.                                 
Göstәrilәn Qәrarın surәti vә ona әlavә edilmiş üzlәşmә aktı mә'lumat üçün Respublika Maliyyә vә İqtisadi İnkişaf  Nazirliklәrinә, icra üçün isә müvafiq müәssisәlәrә vә müәssisәlәrin uçotda olduğu rayon (şәhәr) üzrә  vergilәr idarәsinә (şöbәsinә) göndәrilir.
6. Rayon (şәhәr) üzrә vergilәr idarәsi (şö’bәsi) borcların silinmәsi barәdә Qәrarı aldığı gündәn әn geci 5 iş günü әrzindә Qәrarda göstәrilәn әsas borc mәblәğini vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәrin silinmәsini hәyata keçirir.

II. Özәllәşdirilәn müәssisәlәrin qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәlәrinә yaranmış borclarının silinmәsi

7. Bu Qaydaların  tәtbiqi üçün  qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul,  iş vә xidmәtlәrә   aşağıdakılar aid edilir: neft vә neft mәhsulları; elektrik enerjisi, istilik enerjisi, qaz, su, rabitә xidmәtlәri, dәmir yolu, aviasiya, avtomobil vә dәniz nәqliyyatı ilә yük daşımaları.
 8. Qaydaların 5.1.-ci bәndinә әsasәn özәllәşdirilәn  müәssisәlәrin yazılı müraciәtlәrinә әsasәn hәmin müәssisәlәrlә qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәr istehsal edәn (xidmәt göstәrәn) dövlәt  müәssisәlәri arasında bu mәhsul, iş vә xidmәtlәrin istehlakına görә yaranmış borcların  mәblәği  barәdә  üzlәşmә aktı tәrtib edilir.
 Üzlәşmә aktı 5 nüsxәdә tәrtib edilir. Akt müәsstsәlәrin rәhbәri vә baş mühasibi tәrәfindәn imzalanır vә onların möhürlәri ilә tәsdiq edilir.
Üzlәşmә aktında göstәrilәn mәblәğlәrin düzgünlüyünә dövlәt müәssisәlәrinin müvafiq vәzifәli şәxslәri mә'suliyyәt daşıyırlar.
9.Üzlәşdirmә aktı tәrtib edilәrkәn nәzәrә almaq lazımdmr ki, «Azәrbaycan Respublikasında 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilmәsi barәdә qәrar qәbul edilmiş vә özәllәşdirilmәsi başa çatmamış müәssisәlәrin onların özәllәşmәyә açılması tarixinә, «Azәrbaycan Respublikasında dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramına uyğun olaraq özәllәşdirilmәsi haqqında qәrar qәbul edilәn dövlәt  müәssisәlәrnin  isә 01 oktyabr 2000-ci il tarixә qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt  müәssisәlәrinә yaranmış borcları (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan faizlәrin mәblәği daxil olmaqla) silinir.
Bununla әlaqәdar olaraq üzlәşdirmә aktlarında hәmin tarixlәrә әsas borc mәblәği vә bu borclara görә hesablanmış faizlәrin son mәblәği qeyd olunmalıdır.
10. Üzlәşmә aktları qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәri istehsal edәn (xidmәt göstәrәn) dövlәt  müәssisәlәri tәrәfindәn Respublika Vergilәr Nazirliyinә tәqdim edilir.
11. Eyni zamanda Vergilәr Nazirliyinin göstәrişinә әsasәn qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәri istehsal edәn (xidmәt göstәrәn) dövlәt müәssisәsinin uçotda olduğu rayon (şәhәr) üzrә vergilәr idarәsi (şö’bәsi) ilә bu müәssisәlәr  arasında 01 oktyabr 2000-ci il tarixә dövlәt büdcәsinә yaranmış borcların mәblәği barәdә dә üzlәşmә aktı tәrtib edilir.
Hәmin üzlәşmә aktı bu Metodiki Göstәrişlәrin Əlavә 2-dә göstәrilmiş formaya oxşar qaydada tәrtib edilir.
Üzlәşmә aktı bir tәrәfdәn rayon (şәhәr) üzrә vergilәr idarәsinin (şö'bәsinin) rәisi tәrәfindәn, digәr tәrәfdәn qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәri istehsal edәn (xidmәt göstәrәn) dövlәt müәssisәsinin rәhbәri tәrәfindәn imzalanır vә onların möhürlәri ilә tәsdiq edilir. Tәrtib vә tәsdiq edilmiş üzlәşmә aktı әn geci iki iş günündәn gec olmayaraq Vergilәr Nazirliyinә tәqdim edilir.
Üzlәşmә aktında göstәrilәn rәqәmlәrin düzgünlüyünә vә onun vaxtında Vergilәr Nazirliyinә tәqdim edilmәsinә rayon (şәhәr) üzrә vergilәr idarәsinin (şö'bәsinin) rәisi mәs'uliyyәt daşıyır.
12. Nәzәrә alınmalıdır ki, Azәrbaycan Respublikasının «Özәllәşdirilәn dövlәt müәssisәlәrinin, aqrar islahatları nәticәsindә lәğv olunmuş vә işğal altında olan raoynların tәssәrrüfat subyektlәrinin borcları haqqında» 24 oktyabr 2000-ci il tarixli Qanunu hәmin ilin  05 dekabr tarixindә «Azәrbaycan» qәzetindә dәrc edilmiş  vә bu tarixdәn qüvvәyıә minmişdir.
Bununla әlaqәdar olaraq  « 1995-1998-ci illәrdә dövlәt mülkiyyәtinin özәllәşdirlirmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilmiş vә özәllәşdirilmәsi başa çatmamış müәssisәlәrin  vә «Azәrbaycan Respublikasında Dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramı» na uyğun olaraq özәllәşdirlmәsi haqqında qәrar qәbul edilәn dövlәt müәssisәlәrinin qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәri istehsal edәn (xidmәt göstәrәn) dövlәt müәssisәlәrinә borclarının silinmәsi nәticәsindә debitor borcları azaldılan  dövlәt müәssisәlәrinin 2000-ci il  01 oktyabr tarixinә dövlәt büdcәsinә yaranmış borcları silinәrkәn bu müәssisәlәrin 01 oktyabr  2000-ci il tarixdәn  05 dekabr 2000-ci il tarixәdәk olan dövr әrzindә dövlәt büdcәsinә ödәnilmiş mәblәğlәri  hәmin dövrdә hesablanmış vergilәrin, bu vergilәrә hesablanmış faizlәrin vә tәtbiq edilmiş maliyyә sanksiyalarının ödәnişinә aid edilir.
Göstәrilәn dövr әrzindә dövlәt büdcәsinә ödәnilmiş mәblәğlәr hәmin dövrdә hesablanmış  vergilәrin, bu vergilәrә hesablanmış faizlәrin vә tәtbiq edilmiş maliyyә sanksiyalarının mәblәğlәrindәn çox olduqda,  müәssisәnin 01 oktyabr 2000-ci il tarixinә olan borcu hәmin fәrqin mәblәğindә azaldılmaqla qalan borc mәblәğindә silinir.
13. Yuxarıda göstәrilәn üzlәşmә aktlarına әsasәn Vergilәr  Nazirlyi ilә müvafiq müәssisәlәr arasında silinәn borclrın mәblәği barәdә birgә protokol tәrtib edilir. Protokola üzlәşmә aktları әlavә olunur.
Protokol ona әlavә edilmiş üzlәşmә aktları ilә birilkdә mә'lumat üçün Respublika Maliyyә Nazirlyinә,  icra üçün müvafiq müәssisәyә vә hәmin müәssisәnin uçotda olduğu rayon (şәhәr) üzrә vergilәr idarәsinә ( şö'bәsinә) göndәrilir.
14. Rayon (şәhәr) üzrә vergilәr idarәsi (şö'bәsi) borcların silinmәsi barәdә Protokolu aldığı gündәn әn geci 5 iş günü әrzindә   Protokolda göstәrilәn әsas borclaırn mәblәğini vә bu borclara görә onların silinmәsi haqqında qәrarın icra edildiyi günә olan  faizlәrin silinmәsini hәyata keçirir.     
15. Özәllәşdirilәn müәssisәlәrin qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehlakına görә dövlәt müәssisәsinә yaranmış borcları (әsas borc mәblәği vә bu borclara görә onların silinmәsi haqqında Qәrarın icra edildiyi günә olan faizlәrin mәblәği daxil olmaqla), bu dövlәt müәssisәlәrinin  2000-ci il 01 oktyabr tarixinә dövlәt büdcәsinә olan borcu hesabına vә bu borc dairәsindә silinir.
 Dövlәt büdcәsinә olan borcların mәblәği yuxarıda göstәrilәn borcların vә faizlәrin silinmәsi üçün kifayәt etmәdikdә, qiymәtlәri (tariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәrin istehsalçısı olan digәr dövlәt müәssisәlәrinә 2000-ci il 01 oktyabr tarixinә olan borcları azaldılır (hәmin digәr müәssisәlәrin bu tarixә dövlәt büdcәsinә borcları kifayәt etdikdә).
  Bu halda hәmin müәssisәlәr arasında habelә dövlәt büdcәsinә borcu azaldılan müәssisәlәrlә, bu müәssisәlәrin uçotda olduğu rayon (şәhәr) üzrә vergilәr idarәsi (şö’bәsi) arasında üzlәşmә aktları tәrtib edilir.
 Silinәn borcların mәblәği barәdә protokol bu halda, hәmin üzlәşmә aktları әsasında tәrtib edilir vә müvafiq müәssisәlәrin vә vergilәr idarәsinin (şö’bәsinin) rәhbәrlәri vә müvafiq işçilәri tәrәfindәn imzalanır vә onların möhürlәri ilә möhürlәnir.
 16. Qiymәtlәri (taariflәri) dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul, iş vә xidmәtlәri istehsal edәn (xidmәt göstәrәn) müәssisәlәrin 01 oktyabr 2000-ci il tarixә dövlәt büdcәsinә olan borclarının mәblәği, silinәn borcların mәblәği üçün kifayәt etmәdikdә, borcun qalan mәblәği hәmin müәssisәlәrin zәrәrlәrinә aid edilir. 


Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin 03 iyul 2001-ci il tarixli  A-103  saylı  әmri ilә tәsdiq edilmiş


Metodiki Göstәrişlәrә Əlavә 1

_________________________ rayonu (şәhәri) üzrә Vergilәr idarәsindә (şö’bәsindә) uçotda olan _________________________________________________________________                      
          rayonun(şәhәrin) adı VÖEN-i,)                                                                                                                       (müәssisәnin tam adı, 
«Azәrbaycan    Respublikasında    1995-1998-ci illәrdә Dövlәt mülkiyyәtinin özәllәşdirilmәsinin Dövlәt Proqramı» çәrçivәsindә özәllәşdirilmәsi üçün «____» ________________ 199_ il tarixli (özәllәşmәyә açılma tarixi) _______N-li Qәrar (әmr) verilmişdir vә özәllәşdirilmәsi başa çatmamışdır. Buna görә onun özәllәşdirmәyә açılma tarixinә dövlәt büdcәsinә olan borcları silinmәlidir.  Tәrәflәr bu borcların mәblәğini üzlәşdirib aşağıdakı üzlәşmә aktını  tәrtib etdilәr.

Ü Z L Ə Ş M Ə    A K T I
                                                                                                                                                                                                                                                                        (min manatla)

Vergi növlәrinin adı
Özәllәşdirmәyә açılma tarixinә olan  borcun vә ya artıq ödәmәnin mәblәği
 Özәllәşdirmәyә açılma tarixindәn qanunun qüvvәyә mindiyi
05 dekabr 2000-ci il tarixinәdәk olan dövr әrzindә
 Silinmәsi üçün Qәrar verilmәli olan әsas borcların (vergi vә mal.sank.) mәblәği
 Vergilәr üzrә 
Maliyyә sanksiyası üzrә
Faiz- lәr(penya) üzrә  
Hesablanmışdır (tәtbiq edilmişdir)
Ödәnilmişdir 
Vergi 
Maliyyә sanksiyası
Faiz (penya)*
(cari vergi vә mal.san-na hesablanmış)   
 
Vergi
Maliyyә sanksiyası
Faiz (penya)
1 2 3 4 5 6 7 8 9 10 11
Vergilәr üzrә cәmi, onlardan:                       
Əlavә dәyәr vergisi                       
Aksiz vergisi                     
Mәnfәәt vergisi                     
Əmlak vergisi                     
Torpaq vergisi                       
Yol fonduna vergi                      

Qeyd: *) Bu sütunda göstәrilәn faizә (penyaya) özәllәşdirmәyә açılma tarixinә olan borclara (2-ci vә 3-cü sütunlarda göstәrilәnlәrә görә)  hesablanmış faizlәr(penyalar) daxil edilmir.
Bu aktda göstәrilәn _______________________________________________________min manat borc  mәblәğinin silinmәsi üçün Qәrar verilmәsini mәqsәdәuyğun hesab edirik.
                                                               (rәqәm vә  sözlә yazılır)

Azәrbaycan Respublikası Vergilәr
Nazirliyinin idarә rәisi                                                              ______________    ________________________________ _______________________________________
                                                                                                      MY                        (imzası)                                                (soyadı, adı vә  atasının adı)
_________________ rayonu (şәhәri) üzrә
Vergilәr İdarәsinin (Şö’bәsinin) rәisi                                            ______________    ________________________________ _______________________________________
                                                                                                      MY                       (imzası)                                                (soyadı, adı vә  atasının adı)
                                                                                                
_____________________________rәhbәri                            ______________      _______________________________ ______________________________________
                   (hüquqi şәxsin adı)                                                          MY                      (imzası)                                                 (soyadı, adı vә  atasının adı)

«____»_____________2001-ci il.
 

Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin 03 iyul 2001-ci il tarixli  A-103  saylı  әmri ilә tәsdiq edilmiş


Metodiki Göstәrişlәrә Əlavә 2


__________________________  rayonu (şәhәri) üzrә Vergilәr idarәsindә (şö’bәsindә) uçotda olan ____________________________________________________________
                   rayonun(şәhәrin) adı                                                                                                                                               (müәssisәnin tam adı,  VÖEN-i,)
«Azәrbaycan Respublikasında dövlәt әmlakının özәllәşdirilmәsinin II Dövlәt Proqramı»na uyğun olaraq özәllәşdirilmәsi üçün «____» ______________ 199_ il tarixli ______N-li Sәrәncam (Qәrar,әmr) verilmişdir. Buna görә onun 1 oktyabr 2000-ci il tarixinә olan borcları silinmәlidir. Tәrәflәr bu borcların mәblәğini üzlәşdirib aşağıdakı  üzlәşmә aktını  tәrtib etdilәr.

Ü Z L Ə Ş M Ə    A K T I
                                                                                                                                                                                                                                                                        (min manatla)

Vergi növlәrinin adı
Vergi növlәrinin adı 2000-ci il 01 oktyabr tarixә dövlәt büdcәsinә olan   borcun vә ya artıq ödәmәnin mәblәği
 01 oktyabr 2000-ci il tarixindәn  05 dekabr 2000-ci il
tarixinәdәk olan dövr әrzindә
 Silinmәsi üçün Qәrar verilmәli olan әsas borcların (vergi vә mal.sank.) mәblәği
 Vergilәr üzrә 
Maliyyә sanksiyası üzrә
Faiz- lәr(penya) üzrә  
Hesablanmışdır (tәtbiq edilmişdir)
Ödәnilmişdir 
Vergi 
Maliyyә sanksiyası
Faiz (penya)*
(cari vergi vә mal.san-na hesablanmış)   
 
Vergi
Maliyyә sanksiyası
Faiz (penya)
1 2 3 4 5 6 7 8 9 10 11
Vergilәr üzrә cәmi, onlardan:                       
Əlavә dәyәr vergisi                       
Aksiz vergisi                     
Mәnfәәt vergisi                     
Əmlak vergisi                     
Torpaq vergisi                       
Yol fonduna vergi                      

Qeyd: *) Bu sütunda göstәrilәn faizә (penyaya) 2000-ci il 01 oktyabr  tarixә dövlәt büdcәsinә olan borclara (2-ci vә 3-cü sütunlarda göstәrilәnlәrә) hesablanmış faizlәr(penyalar) daxil edilmir.
Bu aktda göstәrilәn _______________________________________________________min manat borc  mәblәğinin silinmәsi üçün Qәrar verilmәsini mәqsәdәuyğun hesab edirik.
                                               (rәqәm vә sözlә yazılır)

 

Azәrbaycan Respublikası Vergilәr
Nazirliyinin idarә rәisi                                                              ______________    ________________________________ _______________________________________
                                                                                                      MY                        (imzası)                                                (soyadı, adı vә  atasının adı)
_________________ rayonu (şәhәri) üzrә
Vergilәr İdarәsinin (Şö’bәsinin) rәisi                                            ______________    ________________________________ _______________________________________
                                                                                                      MY                       (imzası)                                                (soyadı, adı vә  atasının adı)
                                                                                                
_____________________________rәhbәri                            ______________      _______________________________ ______________________________________
                   (hüquqi şәxsin adı)                                                          MY                      (imzası)                                                 (soyadı, adı vә  atasının adı)

«____»_____________2001-ci il.