|
N 0717040100095500, 14.02.2007
Normativ sənədə əlavələr edilməsi haqqında
Vergi ödəyicilərinin və onların nəzarət-kassa aparatlarının uçotunun aparılması qaydalarının təkmilləşdirilməsi məqsədilə, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.1-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Vergilər nazirinin 30 dekabr 2005-ci il tarixli F-364 №-li Əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında vergi ödəyicilərinin və onların nəzarət-kassa aparatlarının uçotunun aparılmasına dair Metodiki Göstəriş”in 2.3-cü bəndində “, uçota alınmış vergi ödəyicilərinə şəhadətnamələrin və digər sənədlərin verilməsi işləri vergilər nazirinin 2004-cü il 8 aprel tarixli F-81 №-li Əmri ilə təsdiq edilmiş siyahıya daxil edilmiş” sözləri “Vergilər Nazirliyinin aidiyyatı funksional idarəsi ilə razılaşdırılmaqla vergi orqanlarının daxili əmrləri ilə təyin edilmiş” sözləri ilə əvəz edilsin və bu bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Vergi orqanında uçota alınmış vergi ödəyicilərinə şəhadətnamənin, ƏDV qeydiyyatı barədə bildirişin, NKA-nın qeydiyyat vərəqəsinin, şəhadətnamə-dublikatın və digər sənədlərin verilməsi “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı” vasitəsilə vergi orqanının daxili əmri ilə təyin edilmiş vəzifəli şəxs tərəfindən təmin edilir”.
Həmin Metodiki Göstərişdə aşağıdakı məzmunda əlavələr və dəyişikliklər edilsin:
-4.9-cu bəndə “Şəhadətnamə “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nı aparan vəzifəli şəxsə təqdim olunur” cümləsi əlavə edilsin.
-4.10-cu bənddə verilmiş cümlədən “və vergi ödəyicisinə verilmək üçün çap edilmiş şəhadətnamənin surətini” ifadəsi çıxarılsın.
-4.12-ci bənd “Şəhadətnamənin rekvizitləri forması bu Metodiki Göstərişin əlavəsində verilmiş «Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı»nda ardıcıllıqla növbəti sətirlərə daxil edilır. Şəhadətnamə bu kitabda verilmə tarixi göstərilərək imza etdirilməklə vergi ödəyicisinə verilir” redaksiyasında verilsin.
-7.3-cü bəndin ikinci abzası “Şəhadətnamə-dublikat təsdiqləndikdən sonra “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nı aparan vəzifəli şəxsə təqdim olunur. Həmin vəzifəli şəxs “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda imzalatmaqla şəhadətnamə-dublikatı vergi ödəyicisinə təqdim edir və onu bank hesabının açılması üçün şəhadətnamə-dublikatın etibarlılıq müddəti barədə məlumatlandırır” redaksiyasında verilsin.
-8.11-ci bənddə “uçot üzrə müfəttiş” sözləri “vəzifəli şəxs” sözləri ilə əvəz edilsin.
-10.13-cü bənddə “uçot üzrə müfəttişə” sözləri “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nı aparan vəzifəli şəxsə” sözləri ilə əvəz edilsin.
-10.15-ci bənd “NKA-nın qeydiyyata alınması ilə proqram vasitəsilə Operativ nəzarət şöbəsinə qeydiyyat barəsində məlumat ötürülür. Bu məlumat əsasında Operativ nəzarət şöbəsi tərəfindən qeydiyyat vərəqəsi verilmiş NKA-nın göstərilən ünvanda 3 gün ərzində plomblanmasının həyata keçirilməsi təmin edilməlidir” redaksiyasında verilsin.
-10.16-cı bənddə “uçot üzrə müfəttiş” sözləri “vəzifəli şəxs” sözləri ilə əvəz edilsin.
-11.2-ci bəndin birinci cümləsi “NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə daxil olduğu gün uçot üzrə müfəttiş tərəfindən məlumat bazasına işlənilir və avtomatik olaraq proqram vasitəsilə Operativ nəzarət şöbəsinə qeydiyyatdan çıxarılma barədə məlumat ötürülür” cümləsi ilə əvəz edilsin.
-11.3-cü bənd “Operativ nəzarət şöbəsi tərəfindən NKA-nın qeydiyyatdan çıxarılması barədə akt proqrama daxil olunanadək, Qeydiyyat vərəqəsinə və texniki pasporta qeydiyyatdan çıxarılma barədə ştamp vurulması təxirə salınır” redaksiyasında verilsin.
-11.4-cü bənd “Operativ nəzarət şöbəsinə proqram vasitəsilə qeydiyyatdan çıxarılma barədə məlumat ötürüldüyü tarixdən sonra 3 iş günü ərzində həmin şöbə tərəfindən forması bu Metodiki Göstərişin əlavəsində verilmiş «NKA-nın qeydiyyatdan çıxarılması barədə akt» tərtib edilməli və aktın tərtib edildiyi gün müqafiq məlumat proqram vasitəsilə məlumat bazasına işlənilməlidir” redaksiyasında verilsin.
-11.5-ci bənd “NKA-nın qeydiyyatdan çıxarılması barədə akt barədə məlumat daxil edildikdən sonra 1 iş günü ərzində uçot üzrə müfəttiş Qeydiyyat vərəqəsinin və texniki pasportun üzərinə qeydiyyatdan çıxarılma barədə ştamp vuraraq fiskal yaddaşın göstəriciləri barədə müvafiq qeydlər aparır. Qeydiyyat vərəqəsi və texniki pasport vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) qaytarılır” redaksiyasında verilsin.
- Metodiki Göstərişin əlavəsində verilmiş “NKA-nın qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə” məktub forması qüvvədən düşmüş hesab edilsin.
2. Vergilər nazirinin “Vergi ödəyicilərinin və onların nəzarət-kassa aparatlarının uçotunun aparılmasının bəzi məsələləri barədə” 2004-cü il 8 aprel tarixli F-81 №-li Əmrinin 1-ci, 2-ci və 3-cü bəndləri qüvvədən düşmüş hesab edilsin.
3. Bakı şəhəri Vergilər Departamentinin və Ərazi vergilər idarələrinin rəhbərlərinə tapşırılsın ki, 2 gün ərzində AVİS-in “VÖEN” altsisteminin istifadəçilərinin siyahılarını dədidləşdirilməsini və Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili idarəsinə təqdim olunmasını təmin etsinlər.
4. İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Zaur Fəti-zadəyə tapşırılsın ki, vergi orqanlarından daxil olmuş siyahılar əsasında AVİS-in “VÖEN” altsistemindən istifadə imkanlarının yaradılmasını təmin edən tədbirlər görsün.
5. Əmrin icrasına nəzarət Nazir müavini Natiq Əmirova həvalə edilsin.
Əsas: Nazir müavini Natiq Əmirovun 06 fevral 2007-ci il tarixli 0717030001446500 nömrəli xidməti məruzəsi.
Vergilər Naziri,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədo
|