N 0817040100022500
15.01.2008

Normativ sənədlərin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” 30 noyabr 2007-ci il tarixli 484-IIIQ nömrəli Qanununa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununa və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 4.2.4-cü bəndinə uyğun olaraq vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi məqsədi ilə

ƏMR   EDİRƏM:

1.”Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş” təsdiq edilsin (əlavə olunur).
2.Aşağıda göstərilən sənədlərin formaları və onların doldurulma qaydaları təsdiq edilsin (əlavə olunur):
-“Qeyri-kommersiya hüquqi şəxsinin vergi uçotu haqqında şəhadətnamə”;
-“Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”;

  1. “Qeyri-kommersiya hüquqi şəxsinin vergi uçotuna alınması haqqında ərizə”, “Təsisçi-hüquqi şəxslər barədə məlumat” (ərizənin əlavəsi), “Təsisçi-fiziki şəxslər barədə məlumat” (ərizənin əlavəsi), “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (ərizənin əlavəsi), “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (ərizənin əlavəsi), həmin ərizənin və onun əlavələrinin doldurulması qaydası;

-“Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası;
-“Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” və həmin ərizənin doldurulması qaydası</