|
0717040100029400 nömrəli
22.01.07
Yeni bəyannamə, hesabat, arayış formalarının və onların tərtib
edilməsi qaydalarının təsdiq edilməsi haqqında
««Dövlət rüsumu haqqında»Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» 28 noyabr 2006-cı il tarixli 180-IIIQD №-li, «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» 15 dekabr 2006-cı il tarixli 196-IIIQD №-li Azərbaycan Respublikasının Qanunların 01 yanvar 2007-ci il tarixdən qüvvəyə minməsi ilə əlaqədar və «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №1», «Aksiz bəyannaməsinə Əlavə №1», «Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimləyən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə ödəniş barədə hesabat», «Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə ödəniş barədə hesabata Əlavə», «Dövlət rüsumunun tutulması haqqında hesabata Əlavə №3», «Vergi öhdəliyinin yaranmaması haqqında arayış» formalarının təkmilləşdirilməsi məqsədi ilə və “Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.11-ci bəndini rəhbər tutaraq
Ə M R E D İ R Ə M :
1. Aşağıda göstərilən yeni bəyannamə, hesabat, arayış formaları və onların tərtib edilməsi qaydaları təsdiq edilsin (əmrə əlavə olunur):
- «Mənfəət vergisinin bəyannaməsi»;
- «Gəlir vergisinin bəyannaməsi»;
- «Mədən vergisinin bəyannaməsi»;
- «Dövlət rüsumunun tutulması haqqında hesabat», onun 3 №-li Əlavəsi və onların tərtib edilməsi qaydaları;
- «Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə ödəniş barədə hesabat», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;
- «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №1» və onun tərtib edilməsi qaydası;
- «Aksiz bəyannaməsinə Əlavə №1»;
- «Vergi öhdəliyinin yaranmaması haqqında arayış» və onun tərtib edilməsi qaydası;
- «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nin tərtib edilməsi qaydası.
2. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanununun 1 yanvar 2007-ci il tarixdən qüvvəyə minməsi ilə əlaqədar Vergilər Nazirinin 30 dekabr 2005-ci il tarixli F-363 saylı əmri ilə təsdiq edilmiş bəyannamə, hesabat və arayış formalarının tərtib edilməsi qaydalarında şərti maliyyə vahidi ilə əks olunmuş ifadələr 1 yanvar 2007-ci il tarixdən sonrakı dövr üçün manatla nəzərə alınsın.
3. İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Zaur Fəti-zadəyə tapşırılsın ki, bu Əmrlə əlaqədar AVİS-də müvafiq dəyişikliklərin aparılmasını təmin etsin.
4. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş formalarının tətbiq edilməsi ilə əlaqədar olaraq vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə müvafiq işləri həyata keçirsin.
5. Naxcıvan MR Vergilər Nazirinə, Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin, Bakı şəhəri Vergilər Departamentinin, Ərazi Vergilər İdarələrinin və Rayon Vergi Şöbələrinin rəislərinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş bəyannamə, hesabat və arayışların yeni formada qəbul olunmasını təmin etsinlər.
6. Vergilər Nazirinin 30 dekabr 2005-ci il tarixli F-363 saylı əmri ilə təsdiq edilmiş «Mənfəət vergisinin bəyannaməsi», «Gəlir vergisinin bəyannaməsi», «Mədən vergisinin bəyannaməsi» formaları, «Dövlət rüsumunun tutulması haqqında hesabat», onun 3 №-li Əlavəsi və tərtib edilmə qaydaları, «Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə ödəniş barədə hesabat», onun Əlavəsi və onların tərtib edilmə qaydaları, «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №1» və onun tərtib edilmə qaydası, «Aksiz bəyannaməsinə Əlavə №1», «Vergi öhdəliyinin yaranmaması haqqında arayış» formaları və «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nin tərtib edilməsi qaydası qüvvədən düşmüş hesab edilsin.
7. Əmrin icrasına nəzarət Vergilər Nazirinin müavini Natiq Əmirova həvalə edilsin.
Nazir,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov |