N 0717040100782600
24.10.2007
Bəyannamə, bəyannaməyə əlavələrinin yeni formalarının və onların tərtib edilməsi
qaydalarının təsdiq edilməsi və Vergilər Nazirinin 09.02.2007-ci il tarixli
0717040100095500 №-li Əmrinə qismən dəyişiklik edilməsi haqqında
«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» 15 dekabr 2006-cı il tarixli 196-IIIQD №-li Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli 140 №-li Qərarı ilə «Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları»nın təsdiq edilməsi barədə qüvvəyə minməsi ilə əlaqədar və «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №4», «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №5», «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi» formalarının təkmilləşdirilməsi məqsədi ilə, “Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.11-ci bəndini rəhbər tutaraq
Ə M R E D İ R Ə M :
1. Aşağıda göstərilən bəyannamə, əlavələrinin yeni formaları və onların tərtib edilməsi qaydaları təsdiq edilsin (əmrə əlavə olunur):
- «Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmlş vergi bəyannaməsi», onun Əlavəsi və onların tərtib edilməsi qaydaları;
- «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»;
- «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №4», «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №5».
2. İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi, baş vergi xidməti müşaviri Zaur Fəti-zadəyə tapşırılsın ki, bu Əmrlə təsdiq edilmiş formaların kağız və elektron formada təqdim edilməsinə imkan yaradılması ilə əlaqədar AVİS-də müvafiq dəyişikliklərin aparılmasını təmin etsin.
3. Aparatın rəhbəri, vergi xidməti müşaviri Asif Cahangirova tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş formaların “Vergilər” qəzetində və “Azərbaycanın vergi xəbərləri” jurnalında nəşrini təmin etsin.
4. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş formaların tətbiq edilməsi ilə əlaqədar olaraq Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilməsini təmin etsin və vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə müvafiq işləri həyata keçirsin.
5. Naxcıvan MR Vergilər Nazirinə, Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin, Bakı şəhəri Vergilər Departamentinin, Ərazi Vergilər İdarələrinin və Rayon Vergi Şöbələrinin rəislərinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş bəyannamə, bəyannaməyə əlavələrin yeni formada qəbul olunmasını təmin etsinlər və vergi ödəyiciləri ilə müvafiq izah işləri aparsınlar.
6. Vergilər Nazirinin 30 dekabr 2005-ci il tarixli F-363 saylı əmri ilə təsdiq edilmiş «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi» forması, «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №4», «Əlavə Dəyər Vergisinin bəyannaməsinə Əlavə №5» formaları qüvvədən düşmüş hesab edilsin.
7. Vergilər nazirinin “Normativ sənədə əlavələr edilməsi haqqında” 09.02.2007-ci il tarixli 0717040100095500 №-li Əmrinin 1-ci bəndində “4.12-ci bənd” sözləri “4.12-ci bəndin birinci abzası” ifadəsi ilə əvəz edilsin.
8. Əmrin icrasına nəzarət Vergilər Nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirova həvalə edilsin.
Nazir,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov
|