|
№ A-40
21 aprel 2000-ci il
ƏMR
Vergi orqanlarına daxil olan şikayәtlәrin baxılmasının
keyfiyyәtinin artırılması vә vergi ödәyijilәrinin
vergi mәsәlәlәri üzrә mәlumatlandırılması
sahәsindә işin tәşkil edilmәsi mәqsәdi
ilә
ƏMR EDİRƏM
1.Azәrbaycan Respublikası Vergilәr
Nazirliyinin mәrkәzi aparatında vә Nazirliyin şәhәr
vә rayonlar üzrә Vergilәr idarә vә şöbәlәrindә
münaqişә-mәslәhәt komissiyaları yaradılsın.
2. Vergi xidmәti orqanlarının
münaqişә-mәslәhәt komissiyaları haqqında
Əsasnamә tәsdiq edilsin (әlavә olunur).
3. Komissiyaların tәrkibi yüksәk
ixtisaslı mütәxәssislәr sırasından
tәyin olunsun.
4. Vergilәr Nazirliyinin şәhәr
vә rayonlar üzrә Vergilәr idarә vә şöbәlәrinin
rәhbәrlәrinә tapşırılsın ki, 10
gün müddәtinә münaqişә-mәslәhәt
komissiyasının fәrdi tәrkibinin Vergilәr Nazirliyindә
tәsdiq olunması üçün tәkliflәrini
Vergi siyasәti vә strateci araşdırmalar İdarәsinә
tәqdim etsinlәr.
5. Vergi siyasәti vә strateci
araşdırmalar İdarәsinә (A.Musayev) tapşırılsın
ki:
-10 gün müddәtindә Vergilәr Nazirliyinin
mәrkәzi aparatının münaqişә-mәslәhәt
komissiyasının fәrdi tәrkibi barәdә Vergilәr
Nazirinә tәklif versin;
-Vergilәr Nazirliyinin münaqişә-mәslәhәt
komissiyalarının işinin tәşkilinә vә
fәaliyyәtinә daim nәzarәt etsin;
-Komissiyaların ijlaslarında müzakirә olunan
mәsәlәlәri mütәmadi olaraq tәhlil etsin
vә görülәn işlәr barәdә Vergilәr
Nazirini mәlumatlandırsın.
6. Bu әmrin ijrasına nәzarәti
özümdә saxlayıram.
Nazir
F.Mәmmәdov
Vergilәr Nazirliyinin 21.04. 2000-ci il tarixli A-40 saylı
әmri ilә tәsdiq edilmişdir
Dövlәt vergi xidmәti orqanlarının münaqişә-mәslәhәt
komissiyası haqqında
ƏSASNAMƏ
1. Dövlәt
vergi xidmәti orqanlarının münaqişә-mәslәhәt
komissiyası (bundan sonra ''komissiya'' adlanacaq) Azәrbaycan
Respublikasının dövlәt vergi xidmәti orqanlarının
qәrarlarından (aktlarından) vә onların vәzifәli
şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn)
daxil olan şikayәtlәrә baxılması vә
vergi ödәyicilәrinin vergi mәsәlәlәri
üzrә mәlumatlandırılması sahәsindә
işin tәşkil edilmәsi mәqsәdi ilә yaradılır.
2. Komissiya vergi orqalarının
yüksәk ixtisaslı mütәxәssislәr sırasından
Vergilәr Nazirliyinin mәrkәzi aparatında vә Nazirliyin
şәhәr vә rayonlar üzrә Vergilәr idarә
vә şöbәlәrindә tәşkil edilir vә
daimi fәaliyyәt göstәrir.
3. Komissiyanın tәrkibi
Vergilәr Naziri tәrәfindәn tәsdiq edilir.
4. Komissiyanın tәrkibinә
komissiyanın sәdri, komissiyanın üzvlәri vә
katib daxildir.
5. Vergi ödәyicisinin vә
ya başqa borclu şәxsin vergi orqanının vәzifәli
şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn)
daxil olmuş şikayәtlәrinә qanunvericiliklә
müәyyәn olunmuş müddәtlәrdә hәm
yerli vergi orqanı, hәm dә yuxarı vergi orqanının
komissiyası tәrәfindәn baxıla bilәr.
6. Vergi ödәyicisinin vә
ya başqa borclu şәxsin yerli vergi orqanının
qәrarlarından (aktlarından) daxil olan şikayәtlәrinә
yuxarı vergi orqanının komissiyası tәrәfindәn
qanunvericiliklә müәyyәn olunmuş müddәtlәrdә
baxılır.
7. Komissiyanın iclasları
müvafiq vergi orqanının rәhbәri tәrәfindәn
tәsdiq edilmiş iş planına uyğun olaraq, lakin
hәftәdә bir dәfәdәn az olmamaq şәrti
ilә keçirilir.
8. Komissiyanın iclasları
komissiya üzvlәrinin 2/3-dәn çoxu iştirak etdikdә
sәlahiyyәtlidir.
9. Komissiya baxılan mәsәlәlәrlә
bağlı vergi orqanlarının vәzifәli şәxslәrini
iclaslarına dәvәt etmәk vә onlardan lazımi
sәnәdlәr vә izahatlar tәlәb etmәk hüququna
malikdir.
10. Komissiyanın qәrarları
iclasda iştirak edәn komissiya üzvlәrinin ümumi
sayının sadә sәs çoxluğu ilә qәbul
edilir vә komissiyanın üzvlәri tәrәfindәn
imzalanan protokolla rәsmilәşdirilir. Komissiya üzvlәrindәn
birinin imzadan imtina etmәsi vә xüsusi rәyi
protokolun özündә qeyd edilir.
11. Komissiyanın qәrarı
tövsiyyә xarakteri daşıyır vә qanunvericilikdә
nәzәrdә tutulmuş qaydada qәrar qәbul etmәk
üçün müvafiq vergi orqanının rәhbәrliyinә
tәqdim olunur.
12. Komissiyanın qәrarı,
daxil olmuş şikayәtin baxılması ilә bağlı
müvafiq vergi orqanının rәhbәrliyi tәrәfindәn
qanunvericilikdә nәzәrdә tutulmuş qaydada qәrar
qәbul edilәnәdәk vergi ödәyicisinә
açıqlanmamalıdır.
|