| № A-64 17 may 2000-ci
il
ƏMR
Vergi siyasәtinin hәyata keçirilmәsi, vergi ödәyicilәrinә vergi vә digәr icbari ödәnişlәrlә bağlı mәlumat vә izahatların verilmәsi ilә әlaqәdar olaraq vergi orqanlarının işini tәnzimlәmәk mәqsәdi ilә ƏMR EDİRƏM
1. Vergi ödәyicilәrinin vergi mәsәlәlәri
üzrә mәlumatlandırılması haqqında Əsasnamә
tәsdiq edilsin (әlavә olunur).
2. Vergi orqanlarının rәhbәrlәri vergi ödәyicilәrinә vergi vә digәr icbari ödәnişlәrlә bağlı qanunvericilik vә normativ-hüquqi aktlar, onların hüquq vә vәzifәlәri, vergi orqanlarının sәlahiyyәtlәri vә mәsuliyyәti, vergi vә digәr icbari ödәnişlәrlәrin hesablanması vә ödәnilmәsi qaydaları haqqında izahat vә mәlumatların verilmәsini bu Əsasnamәyә uyğun olaraq hәyata keçirsinlәr. 3. Vergi orqanlarında vergi ödәyicilәrinin mәlumatlandırılması ilә mәşğul olan mütәxәssislәri tәyin etmәk Kadr siyasәti vә hazırlığı İdarәsi (F.Osmanov) vә Hüquqi tәminat vә vergi borclarının mәcburi alınması İdarәsinә (X.Babayev) tapşırılsın. 4. Bu әmrin icrasına nәzarәt Vergi siyasәti vә strateji araşdırmalar İdarәsinә (A.Musayev) tapşırılsın. Nazir
F.Mәmmәdov
Vergilәr Nazirliyinin 17.05. 2000-ci il tarixli A-64 saylı әmri ilә tәsdiq edilmişdir Vergi ödәyicilәrinin vergi mәsәlәlәri
üzrә mәlumatlandırılması haqqında
ƏSASNAMƏ
1. Ümumi müddәalar
1.1. Vergi siyasәtinin hәyata keçirilmәsi, vergi vә digәr icbari
ödәnişlәrin hesablanması vә ödәnilmәsi qaydaları haqqında izahatların verilmәsi,
vergi qanunvericiliyinә dair normativ-hüquqi aktlarla bağlı vergi
ödәyicilәrinin, onların sәlahiyyәtli nümayәndәlәrinin, vergi agentlәrinin
(bundan sonra vergi ödәyicilәri) mәlumatlandırılması, onların müraciәt vә
sorğularını cavablandırma bu Əsasnamә ilә
tәnzimlәnir.
1.2. Vergi ödәyicisinin vergi vә digәr icbari ödәnişlәrlә bağlı vergi orqanlarına yazılı sorğu vermәk hüququ vardır. 2. Vergi ödәyicilәrinin mәlumatlandırılması sahәsindә vergi xidmәti
orqanlarının vәzifәlәri
2.1. Vergi siyasәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olaraq vergi qanunvericiliyindә edilәn dәyişikliklәrin vacibliyini ictimaiyyәtә çatdırmaq. 2.2. Vergi ödәyicilәrinin vergi mәsәlәlәri üzrә mәlumatlandırılması üçün müvafiq tәdbirlәr görmәk. 2.3. Vergi vә digәr icbari ödәnişlәrlә bağlı qanunvericilik vә normativ aktları, vergi ödәyicilәrinin hüquq vә vәzifәlәri, vergi orqanları vә onların vәzifәli şәxslәrinin sәlahiyyәtlәri haqqında vergi ödәyicilәrinә mәlumat vermәk. 2.4. Vergi vә digәr icbari ödәnişlәr haqqında qanunvericiliyin tәtbiqi, onların hesablanma vә ödәnilmә qaydaları barәdә vergi ödәyicilәrinә onların sorğusu әsasında yazılı mәlumat vermәk. 2.5. Vergi qanunvericiliyindә edilәn әlavә vә dәyişikliklәr barәsindә kütlәvi informasiya vasitәlәrilә vergi ödәyicilәrinә operativ şәkildә mәlumat vermәk. 3. Vergi vә digәr icbari ödәnişlәrә dair mәlumatların verilmә
qaydaları
3.1. Vergi ödәyicisinin müraciәt etdiyi vergi orqanı tәrәfindәn ona,
sorğu edilәn mәlumatların olmadığı vә 3.2, 3.3, 3.4 bәndlәrindәki hallar istisna
olmaqla, vergi vә digәr icbari ödәnişlәrlә bağlı mәsәlәlәr barәsindә mәlumatlar
verilir.
3.2. Vergi ödәyicisinin hüquq vә qanuni maraqlarına aidiyyәti olan mәlumatlar, qanunvericilikdә digәr hallar nәzәrdә tutulmamışdırsa, yalnız vergi ödәyicisinә verilir. 3.3. Vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin hüquq vә vәzifәlәrinә aid mәlumat yalnız vergi ödәyicisinin qanuni hüquq vә maraqlarına bilavasitә aid olduğu hallarda verilir. 3.4. «Mәxfi», «Şәxsәn», «Xidmәti istifadә üçün» vә «Dәrc olunmamalı» qrifli aktlarda olan mәlumatlara aid sorğulara yazılı cavab dövlәt vә kommersiya sirri xarakterli olan mәlumatların yayılmasını istisna edәn hallarda verilir. 3.5. Qüvvәdә olan normativ-hüquqi aktlar haqqında mәlumat şәxsi mülahizәlәr vә sәrbәst şәrhlәrә yol verilmәdәn aktın adı, rekvizitlәri vә nәşr olunduğu mәnbә göstәrilmәklә verilir. 3.6. Vergi vә digәr icbari ödәnişlәr üzrә ümumi tanışlıq üçün mәlumatlar vergi orqanlarının yerlәşdiyi ünvanlarda şifahi elanlar, mәlumat stendlәri, tablolar vә digәr texniki vә әyani vasitәlәrdәn istifadә edilmәklә verilir. 4. Yazılı sorğulara baxılma qaydaları
4.1. Vergi ödәyicilәrinin Vergilәr Nazirliyinә göndәrdiyi yazılı sorğular
baxılmaq üçün yerli vergi orqanlarına
ünvanlandırılmalıdır. Bu mümkün olmadıqda vә ya mәqsәdәmüvafiq hesab edilmәdikdә
Vergilәr Nazirliyinin әlaqәdar idarәsi tәrәfindәn baxılmalıdır.
4.2. Yazılı sorğunun verilmә tarixi (o cümlәdәn poçt ilә göndәrilmiş) onun dövlәt vergi xidmәti orqanı tәrәfindәn qeyd edildiyi tarix hesab olunur. 4.3. Sorğuya daxil olduğu gündәn on beş gün müddәtindә baxılmalıdır. Zәruri (müstәsna) hallarda sorğunun baxılma müddәti bir aya qәdәr uzadıla bilәr. Əlavә sәnәd vә mәlumatların alınmasına zәrurәt yarandıqda sorğuya baxılma müddәti son sәnәdin tәqdim olunduğu gündәn başlanır. 4.4. Vergi orqanı sorğunu verәn vergi ödәyicisinә mәsәlәnin baxılması üçün hansı mәlumatların lazım olması barәdә bildiriş göndәrmәlidir. 4.5. Sorğunu göndәrmiş vergi ödәyicisi mәsәlәnin baxılmasına kömәklik göstәrmәkdәn imtina edәrsә, vergi orqanının sorğunu cavabsız saxlamaq hüququ vardır. 4.6. Sorğuya cavab yazılı şәkildә verilir. Telefonoqramlar vә digәr rabitә növlәrindәn istifadә edilәrәk verilmiş cavablar da yazılı cavab hesab edilir. 4.7. Vergi ödәyicilәrinin sorğularına cavablar ödәnişsiz verilir. 5. Vergi ödәyicilәrinin müraciәt vә sorğularının uçotu 5.1. Vergi ödәyicilәrinin müraciәt vә sorğularının uçotu müraciәt olunan vergi xidmәti orqanı tәrәfindәn Vergilәr Nazirliyindә qәbul olunmuş kargüzarlıq işlәrinin tәşkili vә aparılması qaydaları üzrә Tәlimata müvafiq olaraq aparılır. 6. Vergi ödәyicilәrinin mәlumatlandırılması sahәsindә dövlәt vergi xidmәti
orqanlarının mәsuliyyәti
6.2. Dövlәt vergi xidmәti orqanlarının vәzifәli olmayan şәxslәri tәrәfindәn vergi vә digәr icbari ödәnişlәrlә bağlı verilmiş mәlumat vә izahlara görә vergi xidmәti orqanları mәsuliyyәt daşımır. |