|
A – 44
18 fevral 2002-ci il
Ə M R
Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin vә
Vergilәr Nazirliyinin ''Xarici ölkәlәrin diplomatik
vә analoji nümayәndәliklәrinin rәsmi istifadәsi,
hәmçinin, bu nümayәndәliklәrin diplomatik,
inzibati vә texniki işçilәrinin, o cümlәdәn
onlarla yaşayan ailә üzvlәrinin şәxsi istifadәsi
üçün nәzәrdә tutulan mal vә xidmәtlәrә
görә әlavә dәyәr vergisinin sıfır
(0) dәrәcә ilә tutulmasına dair'' birgә
Prosedur qaydalarının icrasının tәkmillәşmәsi
mәqsәdilә
ƏMR EDİRƏM:
1.Prosedur qaydalarının icrası ilә bağlı
vergi orqanlarına dair mәsәlәlәr mәrkәzlәşdirilmiş
qaydada hәyata keçirilmәsi mәqsәdilә Vergilәr
Nazirliyinin yanında İri vergi ödәyicilәri vә
xüsusi vergi rejimli müәssisәlәrlә iş
üzrә Departamentә hәvalә edilsin.
2.İri vergi ödәyicilәri vә xüsusi vergi
rejimli müәssisәlәrlә iş üzrә
Departamentә (S.Mәmmәdxanov) tapşırılsın:
- Prosedur qaydaların icrası daimi әsasda konkret vәzifәli
şәxslәrә hәvalә edilsin;
- diplomatik nümayәndәliklәrin vә analoji qurumların
uçota alınması (VÖEN verilmәklә) işinin
davam etdirilmәsi tәmin edilsin.
3.İri vergi ödәyicilәri vә xüsusi vergi
rejimli müәssisәlәrlә iş üzrә
Departamentә vә diplomatik nümayәndәliklәrin
vә analoji qurumların vergi uçotunda olduğu şәhәr
(rayon) vergilәr idarәlәrinin (şöbәlәrinin)
rәislәrinә tapşırılsın ki, hәmin
qurumlarla bağlı bütün aidiyyatı sәnәdlәrin,
o cümlәdәn şәxsi hesab vәrәqәlәrinin
müvafiq qaydada 15 gün müddәtindә tәhvil
- tәslim edilmәsini tәmin etsinlәr.
4.Bu әmrin imzalandığı tarixdәn Vergilәr
Nazirinin A-116 saylı 25 iyul 2001-ci il tarixli Əmri qüvvәdәn
düşmüş hesab edilsin.
5.Vergilәr Nazirliyinin Katibliyinә (E.Hacıyev) tapşırılsın
ki, әmrin bütün vergi orqanlarına çatdırılmasını
tәmin etsin.
6.Əmrin icrasına nәzarәt Vergilәr Nazirinin müavini
(N.Qasımova) tapşırılsın.
Nazir
II dәrәcәli dövlәt vergi xidmәti
müşaviri
F.Mәmmәdov
|