|
№ A-66
18 may 2000-ci il
ƏMR
Dövlәt vergi siyasәtinin sәmәrәli kadr tәminatının
dövlәt vә ictimai mәnafein üstünlüyünün
tәmin edilmәsindәki rolunu nәzәrә alaraq,
vergi orqanı әmәkdaşlarının xidmәt
şәrәfinin, peşә nüfuzunun vә şәxsi
lәyaqәtinin qorunmasında aşkarlığın
tәmin edilmәsi vә peşә davranış qaydalarının
etik normalarnı tәnzimlәmәk mәqsәdi ilә
ƏMR EDİRƏM
1. Dövlәt vergi orqanı әmәkdaşlarının
peşә etikası kodeksi (''Kodeks'') tәsdiq edilsin (әlavә
olunur).
2. Bu kodeksin kitabça şәklindә nәşr edilib
bütün vergi orqanlarına çatdırılması
Maliyyә İdarәsinә (Ə.Kamilov) tapşırılsın.
3. Mәrkәzi aparatın struktur bölmәlәrinin
vә yerli vergi orqanlarının rәhbәrlәrinә
tapşırılsın ki, tabeliyindә olan bütün
әmәkdaşların bu kodekslә tanış olmalarını
tәmin etsinlәr.
4. Bu әmrin icrasına nәzarәt Vergi siyasәti vә
strateji araşdırmalar İdarәsinә (A.Musayev) tapşırılsın.
Nazir
F.Mәmmәdov
Vergilәr Nazirliyinin 18.05. 2000-ci il tarixli A-66 saylı
әmri ilә tәsdiq edilmişdir
Dövlәt vergi orqanı әmәkdaşlarının
peşә etikası kodeksi
1. Ümumi müddәalar
1.1. Dövlәt vergi orqanı әmәkdaşlarının
peşә etikası kodeksi (bundan sonra ''Kodeks'' adlanacaq)
vergi orqanlarında xidmәt edәn vәzifәli şәxslәrin
vә digәr әmәkdaşların (bundan sonra ''vergi
orqanı әmәkdaşı'' adlanacaq) sәdaqәtә,
sәyә, qәrәzsizliyә, aşkarlığa,
loyallığa vә nәzakәtlilik meyarlarına әsaslanan
ümumi davranış qaydalarını müәyyәn
edir .
1.2. Kodeksin qaydaları, vergi orqanı әmәkdaşlarının
yerinә yetirdiklәri xidmәti vәzifәlәrinin
xüsusiyyәtlәri ictimai mәnafeyin üstünlüyünü
tәmin etmәk mәqsәdilә vәzifәlәrin
yerinә yetirilmәsi zamanı tәsirdәn azad olmaq
vә buna baxmayaraq etibarlılığı vә xidmәt
şәrәfini qorumağa yönәldilәn xüsusi
tәdbirlәr vә öhdәliklәr haqqında qaydaların
tәlәb etdiyi şәraitә uyğun olmayan halların
yarada bilmәsini nәzәrdә tutur.
1.3. Bu kodeksin müddәaları әsasәn etik
әhәmiyyәt kәsb edir. Bu sәviyyәdә hәmin
müddәalara riayәt edilmәmәsi digәr hallarda
istәnilәn nәticәlәrin mümkün olan araşdırılmasına
xәlәl gәtirmәyәn daxili mәsәlә
hesab edilir.
2. Xidmәt şәrәfinin vә peşә nüfuzunun
qorunması
2.1. Vergi orqanı әmәkdaşı elә davranmalıdır
ki, obyektiv olaraq vәtәndaşların etimadını
qazansın. Bu sәbәbdәn o, hәmçinin ona
etibar edilәn tapşırıqların yerinә yetirilmәsi
çәrçivәsindә yalnız dövlәt
vә ictimai mәnafelәrә uyğun hәrәkәt
etmәlidir.
2.2. Xidmәt şәrәfini vә peşә nüfuzunu
qorumaq mәqsәdi ilә vergi orqanı әmәkdaşı
xidmәti vәzifәlәrinin yerinә yetirilmәsi
ilә bağlı xüsusi maraqlara malik hәr hansı
bir şәxsdәn adi nәzakәt qaydalarından kәnara
çıxan heç bir fayda әldә etmәmәlidir.
2.3. Vәtәndaşlarla xidmәti münasibәtlәrdә
vergi orqanı әmәkdaşı hәmişә nәzakәtli
olmalı, bununla belә, lazımi qәtiyyәt göstәrmәlidir.
2.4. Şәxsi hәyatda vergi orqanı әmәkdaşı
vergi orqanlarına ziyan vura vә ya onu nüfuzdan sala bilәn
davranışa vә ya şәraitin yaradılmasına
yol vermәmәlidir. Bununla әlaqәdar olaraq o:
a) xidmәti vәzifәlәri ilә әlaqәdar
olan mәsәlәlәr üzrә göstәrdiyi
kömәyin vә ya verdiyi mәslәhәtin müqabilindә
haqq vә ya mükafat almaqdan çәkinmәlidir;
b) vergi orqanlarının adına xәlәl gәtirә
bilәn yerlәrdәn vә şәxslәrlә әlaqәdәn
çәkinmәlidir;
v) xüsusi zәrurәt olmadıqda özünün
ödәmә imkanlarından artıq mәblәğlәrdә
borclarının yaranmasına yol vermәmәlidir;
q) öz ailә üzvlәrinә vә ya onunla
bir yerdә yaşayan digәr şәxslәrә, yaxud
dostlarına münasibәtdә belә, ictimai vә
şәxsi maraqların toqquşduğu hallarda, ictimai
mәnafeyi üstün tutmalıdır.
2.5. Vergi orqanı әmәkdaşı yoxlama apardığı
vә ya müdiriyyәt adından qanuni sövdәlәşmәlәri
şәrtlәşdirdiyi müvafiq әhәmiyyәtli
şәxslәrlә vә ya şirkәtlәrlә
istәr birbaşa, istәrsә dә üçüncü
şәxslәr vasitәsilә şәxsi mәsәlәlәrlә
bağlı tәmaslara girmәkdәn çәkinmәlidir.
Əgәr hәr hansı
bir bәraәtverici sәbәbdәn bu cür tәmaslara
girmәk ehtimal olunursa, o bu haqda müvafiq qaydada rәhbәrliyә
mәlumat vermәlidir.
2.6. Vergi orqanı әmәkdaşı onun özünün
vә ya başqalarının xidmәti fәaliyyәtinә
aid olan qәrar vә hәrәkәtlәrә dair
ictimaiyyәt arasında, әgәr buna müvәkkil
edilmәmişdirsә, öz üzәrinә öhdәliklәr
götürmәmәli vә ya vәdlәr vermәmәlidir.
3. Hәdiyyәlәr vә sair imtiyazlar
3.1. Vergi orqanı әmәkdaşı, birbaşa vә
ya dolayı yolla onun öz vәzifәlәrini yerinә
yetirmәsinә tәsir etmәk mәqsәdi daşıyan
tәkliflәr olduqda, nә özü üçün,
nә dә digәr şәxslәrin xeyrinә hәdiyyәlәr
vә ya imtiyazlar qәbul etmәmәlidir.
3.2. Vergi orqanı әmәkdaşı vergi orqanlarının
digәr әmәkdaşlarına müәyyәn qәrarların
qәbul edilmәsi naminә hәdiyyәlәr vә
ya imtiyazlar vermәmәlidir.
Bu tәlәb hәmçinin
bu mәsәlә üzrә qәrar qәbul etmәk
sәlahiyyәti olmayan, lakin bu cür qәrar qәbul
etmәyә tәsir göstәrmәk üçün
obyektiv imkanı olanlara da şamil olunur.
4. Digәr fәaliyyәtin hәyata keçirilmәsi
4.1. Vergi orqanı әmәkdaşı qüvvәdә
olan qaydalarda nәzәrdә tutulan qadağalara vә
uyğunsuzluqlara münasibәtdә aşağıdakı
fәaliyyәtlәr üzrә, hәtta tәmannasız
belә, öz üzәrinә öhdәlik götürmәmәlidir:
a) onun xidmәti vәzifәlәrinin lazımınca
yerinә yetirilmәsinә maneçilik törәdәn;
b) xidmәti vәzifәlәrinin yerinә yetirilmәsi
üçün zәruri olan vә ya lazımi vaxt tәlәb
edәn fiziki vә әqli enerjidәn tam istifadәyә
mәnfi tәsir göstәrә bilәn.
5. Aşkarlıq haqqında
5.1. Qohumlarının vә ya onunla bir yerdә yaşayan
digәr şәxslәrin, yaxud dostlarının işlәdiyi
müәssisәlәrdә yoxlama aparılması, yaxud
onlardan hesabatların vә ya vergi bәyannamәlәrin
qәbul edilmәsi tapşırıldığı halda
vergi orqanı әmәkdaşı yoxlama vә ya hesabat
obyektinin dәyişdirilmәsi mәqsәdilә rәhbәrliyә
mәlumat vermәlidir.
5.2. Vergi orqanı әmәkdaşları özünә
mәxsus әmlakın qeydiyyatı vә istifadәsi
haqqında müvafiq әsasnamәlәrin tәsdiq edilmәsinәdәk
aşkarlıq naminә könüllü olaraq bu barәdә
müvafiq qaydada mәlumat vermәlidir.
5.3. Vergi orqanı әmәkdaşı onun özünün
vә ya digәr әmәkdaşların xidmәti vәziyyәtinә
tәsir göstәrә bilәn birbaşa vә ya dolayısı
qәrarlar vә ya müdaxilәlәrdәn çәkinmәlidir.
|