|
N A-56
25 mart 2002- ci il
Ә M R
«İri vergi ödәyicilәri vә digәr dövlәt
müәssisә vә tәşkilatları,
o cümlәdәn
Dövlәt büdcәsindәn
maliyyәlәşәn
tәşkilatlar tәrәfindәn malların,
işlәrin vә xidmәtlәrin
alınması, barter (mal, iş, xidmәt
mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin
iştirakı ilә aparılan әmәliyyatları
mal (iş, xidmәt) tәqdim edәn şәxslәrin
vergi uçotunun tәmin edilmәsi üçün
rәsmilәşdirilmәsi mәqsәdi
ilә vergi orqanları әrәfindәn
«İcraçı»ya vә ya «Üçüncü şәxs»ә
vergi uçotu barәdә
arayışın verilmәsinә dair Metodiki Göstәrişlәr»in
tәsdiq edilmәsi haqqında
Azәrbaycan Respublikası Vergilәr Nazirliyi tәrәfindәn
tәsdiq edilmiş vә Azәrbaycan Respublikası Әdliyyә
Nazirliyindә 07mart 2002-ci il tarixli 2747
saylı qeydiyyat nömrәsi ilә dövlәt qeydiyyatına
alınmış «İri vergi ödәyicilәri
vә digәr dövlәt
müәssisә vә tәşkilatları, o cümlәdәn
Dövlәt büdcәsindәn maliyyәlәşәn
tәşkilatlar tәrәfindәn malların, işlәrin
vә xidmәtlәrin alınması, barter (mal, iş,
xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş,
xidmәt) tәqdim edәn şәxslәrin vergi uçotunun
tәmin edilmәsi üçün rәsmilәşdirilmәsi
Qaydaları»na müvafiq olaraq vergi orqanları tәrәfindәn
vergi uçotu barәdә arayışın verilmәsi
işlәrinin tәnzimlәnmәsi mәqsәdi ilә
Ә M R E D İ R Ә M
1. İri vergi ödәyicilәri vә digәr dövlәt
müәssisә vә tәşkilatları,
o cümlәdәn
Dövlәt büdcәsindәn maliyyәlәşәn
tәşkilatlar tәrәfindәn malların, işlәrin
vә xidmәtlәrin alınması, barter (mal, iş,
xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş,
xidmәt) tәqdim edәn şәxslәrin vergi uçotunun
tәmin edilmәsi üçün rәsmilәşdirilmәsi
mәqsәdi ilә vergi orqanları tәrәfindәn
«İcraçı»ya vә ya «Üçüncü şәxs»ә
vergi uçotu barәdә arayışın verilmәsinә
dair Metodiki Göstәrişlәr»i tәsdiq
edilsin (әlavә olüunun).
2. Vergilәr Nazirliyinin bütün stuktur bölmәlәrinә
tapşırılsın ki, «Vergi uçotu barәdә
arayış»ın verilmәsi zamanı bu Metodiki Göstәrişlәrin
tәlәblәrinә әmәl edilmәsini, vergi
ödәyicilәrinә verilmiş «Vergi uçotu
barәdә arayış»ların uçotunun aparılması
üçün müvafiq mәlumatların tәrtib edilmiş
proqrama uyğun mәlumat bazasına işlәnmәsini
vә Metodiki Göstәrişlәrdә müәyyәn
edilmiş forma vә müddәtlәrdә İqtisadi
Tәhlil vә Uçotun Tәşkili İdarәsinә
tәqdim olunmasını tәmin etsinlәr.
3. Vergilәr Nazirliyinin 18 yanvar 2002-ci il tarixli A-17 saylı
әmri qüvvәdәn düşmüş hesab edilsin.
4.Әmrin surәtinin Vergilәr Nazirliyinin bütün
struktur bölmәlәrinә çatdırılması
Nazirliyin Katibliyinә (E. Hacıyev) tapşırılsın.
5.Әmrin icrasına nәzarәti özümdә saxlayıram.
Nazir,
II Dәrcәli dövlәt
Vergi xidmәti müşaviri
F. Mәmmәdov
Vergilәr Nazirliyinin « 25 » « mart » 2002-ci
il « A-56 » saylı әmri ilә tәsdiq edilmişdir.
İri vergi ödәyicilәri vә digәr dövlәt
müәssisә vә tәşkilatları, o cümlәdәn
Dövlәt büdcәsindәn maliyyәlәşәn
tәşkilatlar tәrәfindәn malların, işlәrin
vә xidmәtlәrin alınması, barter (mal, iş,
xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş, xidmәt)
tәqdim edәn şәxslәrin vergi uçotunun tәmin
edilmәsi üçün rәsmilәşdirilmәsi
mәqsәdi ilә vergi orqanları tәrәfindәn
«İcraçı»ya vә ya «Üçüncü şәxs»ә
vergi uçotu barәdә arayışın verilmәsinә
dair
M E T O D İ K İ G Ö S T Ә R İ Ş L Ә
R
1. Bu Metodiki Göstәrişlәr Azәrbaycan Respublikası
Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq olunmuş
vә Azәrbaycan Respublikası Әdliyyә Nazirliyindә
07 mart 2002-ci il tarixli 2747 saylı qeydiyyat nömrәsi
ilә qeydә alınmış «İri vergi ödәyicilәri
vә dövlәt müәssisә vә tәşkilatları,
o cümlәdәn Dövlәt büdcәsindәn
maliyyәlәşәn tәşkilatlar tәrәfindәn
malların, işlәrin vә xidmәtlәrin alınması,
barter (mal, iş, xidmәt mübadilәsi) әmәliyyatlarını
vә üçüncü şәxsin iştirakı
ilә aparılan әmәliyyatları mal (iş, xidmәt)
tәqdim edәn şәxslәrin vergi uçotunun tәmin
edilmәsi üçün rәsmilәşdirilmәsi
Qaydaları»nda nәzәrdә tutulmuş «İcraçı»ya
vә ya «Üçüncü şәxs»ә vergi orqanları
tәrәfindәn «Vergi uçotu barәdә arayış»ın
verilmәsi qaydalarını tәnzimlәyir.
2. Dövlәt müәssisәlәri dedikdә, İri
vergi ödәyicilәri olan Dövlәt Neft Şirkәti,
Rabitә Nazirliyi, «Azәrikimya» Dövlәt Şirkәti,
«Azәrbaycan Hava Yolları» Dövlәt Konserni, «Azәrenerci»
Açıq Tipli Sәhmdar Jәmiyyәti, «Azәriqaz»
Qapalı Tipli Sәhmdar Jәmiyyәti, Azәrbaycan Dövlәt
Dәmir Yolu İdarәsi, Azәrbaycan Dövlәt Xәzәr
Dәniz Gәmiçiliyi, Abşeron Regional Sәhmdar Su
Jәmiyyәti vә onların strukturuna daxil olan müәssisә
vә tәşkilatlar, vergi ödәyicisi kimi Vergilәr
Nazirliyi yanında İri vergi ödәyicilәri vә
xüsusi vergi recimli müәssisәlәr ilә iş
üzrә Departamentdә mәrkәzlәşdirilmiş
uçotda olan vә mülkiyyәt hüququ vә ya sәhmlәrinin
nәzarәt paketi dövlәtә mәxsus olan digәr
dövlәt müәssisә vә tәşkilatları,
habelә büdcәdәn mәrkәzlәşdirilmiş
qaydada maliyyәlәşәn Müdafiә, Sәhiyyә,
Tәhsil vә Mәdәniyyәt Nazirliklәri (Sәhiyyә,
Tәhsil vә Mәdәniyyәt Nazirliklәrinin strukturuna
daxil olan rayon şöbәlәri istisna olmaqla), Әdliyyә
Nazirliyinin Mәhkәmә Qәrarlarının İcrası
Baş İdarәsi, Milli Tәhlükәsizlik Nazirliyinin
Sәrhәd Qoşunları Baş İdarәsi vә
Daxili İşlәr Nazirliyinin Daxili Qoşunları Baş
İdarәsi İdarәsi nәzәrdә tutulur. Bu
müәssisәlәr bundan sonra bu Metodiki Göstәrişlәrdә
«Dövlәt müәssisәlәri» adlandırılacaq.
3. Digәr Dövlәt müәssisәlәri dedikdә,
bu Metodiki Göstәrişlәrin 2-ci bәndindә
göstәrilmәyәn vә mülkiyyәt hüququ
vә ya sәhmlәrinin nәzarәt paketi dövlәtә
mәxsus olan digәr dövlәt müәssisә vә
tәşkilatları (onların strukturuna daxil olan müәssisә
vә tәşkilatlar), o cümlәdәn büdcәdәn
maliyyәlәşәn müәssisә vә tәşkilatlar
nәzәrdә tutulur. Bu müәssisәlәr bundan
sonra bu Metodiki Göstәrişlәrdә «Digәr Dövlәt
müәssisәlәri» adlandırılacaq.
4. «İcraçı» dedikdә, «Dövlәt müәssisәlәri»
vә ya «Digәr Dövlәt müәssisәlәri»nә
mallar (işlәr, xidmәtlәr) tәqdim edәn hüquqi
vә fiziki şәxslәr, o cümlәdәn «Dövlәt
müәssisәlәri»nә vә ya «Digәr Dövlәt
müәssisәlәri»nә mallar (işlәr, xidmәtlәr)
tәqdim edәn «Digәr Dövlәt müәssisәlәri»
nәzәrdә tutulur. Bu hüquqi vә ya fiziki şәxslәr
bundan sonra bu Metodiki Göstәrişlәrdә «İcraçı»
adlandırılacaq.
5. Üçüncü şәxs dedikdә, «Dövlәt
müәssisәlәri»nin vә ya «Digәr Dövlәt
müәssisәlәrin»nin razılığı ilә
onlara çatası vәsaitlәri (bu vәsaitlәrin
müqabilindә malları, işlәri, xidmәtlәri)
«Dövlәt müәssisәlәri»nә vә ya
«Digәr Dövlәt müәssisәlәri»nә
borcu olan şәxslәrdәn alan hüquqi vә ya
fiziki şәxslәr nәzәrdә tutulur. Bu hüquqi
vә ya fiziki şәxslәr bundan sonra bu Metodiki Göstәrişlәrdә
«Üçüncü şәxs» adlandırılacaq.
6. Vergitutma vә vergi nәzarәti mәsәlәlәri
hasilatın pay bölgüsü haqqında, әsas boru
kәmәri haqqında vә digәr bu qәbildәn
olan sazişlәr vә ya qanunlar әsasında tәnzimlәnәn
müәssisәlәr «Dövlәt müәssisәlәri»
vә «Digәr Dövlәt müәssisәlәri»nә
mallar (işlәr, xidmәtlәr) tәqdim etdikdә
onlardan vergi uçotu barәdә arayış tәqdim
olunması tәlәb edilmir.
7. «Dövlәt müәssisәlәri» vә «Digәr
Dövlәt müәssisәlәri» tәrәfindәn
alınmış elektrik enercisinin, qazın, suyun, istilik
enercisinin, kanalizasiya, zibbillәrin daşınması,
rabitә, mühafizә, yanğından mühafizә
vә profilaktik dezinfeksiya xidmәtlәrinin dәyәri
ödәnilәrkәn vergi uçotu barәdә arayış
tәqdim olunması tәlәb edilmir.
8. «Dövlәt müәssisәlәri» hәr br müqavilә
üzrә alınmış malların (işlәrın,
xidmәtlәrin) dәyәrini «İcraçı»ya («Digәr
Dövlәt müәssisәlәri»nә vә ya digәr
hüquqi vә fiziki şәxslәrә) ödәmәmişdәn
әvvәl «İcraçı»dan vergi uçotu barәdә
arayış tәqdim olunmasını tәlәb edirlәr.
9. «Dövlәt müәssisәlәri» onlara çatası
vәsaitlәrin üçüncü şәxsә
ödәnilmәsi barәdә digәr hüquqi vә
fiziki şәxslәrә müraciәt etmәmişdәn
әvvәl «Üçüncü şәxs»dәn vergi
uçotu barәdә arayış tәqdim olunmasını
tәlәb edirlәr.
10. «Dövlәt müәssisәlәri» vә onların
strukturuna daxil olan müәssisәlәr bir-birinә
mallar (işlәr, xidmәtlәr) tәqdim edәrkәn
vergi uçotu barәdә arayış tәqdim edilmәsi
tәlәb olunmur.
11. Bir «İcraçı» tәrәfindәn «Dövlәt
müәssisәlәri»nә tәqvim ili әrzindә
ümumi dәyәri 5000,0 min manatadәk olan mallar (işlәr,
xidmәtlәr) tәqdim edilәrkәn «İcraçı»dan
vergi uçotu barәdә arayış tәqdim edilmәsi
tәlәb olunmur. Tәqvim ili әrzindә yeni müqavilә
bağlanması nәticәsindә «İcraçı»
tәrәfindәn tәqdim edilәn (vә ya tәqdim
edilәcәk) malların (işlәrin, xidmәtlәrin)
ümumi dәyәri әvvәlki müqavilә üzrә
tәqdim edilәn (vә ya tәqdim edilәcәk) malların
(işlәrin, xidmәtlәrin) dәyәri ilә birlikdә
5000.0 manatdan çox olduqda «Dövlәt müәssisәlәri»
«İcraçı»dan vergi uçotu barәdә arayış
tәqdim olunmasını tәlәb edir.
12. Әvvәlki illәrdә bağlanmış müqavilәlәr
üzrә ödәnişlәr, barter vә «Üçüncü
şәxs»in iştirakı ilә әmәliyyatlar aparıldıqda
da «Dövlәt müәssisәlәri» «İcraçı»dan
vә ya «Üçüncü şәxs»dәn vergi uçotu
barәdә arayış tәqdim olunmasını tәlәb
edir.
13. «Dövlәt müәssisәlәri»nin vergi uçotu
barәdә arayış tәqdim etmәmiş «İcraçı»ya
alınmış mallara (işlәrә, xidmәtlәrә)
görә vәsait ödәmәsinә, barter müqavilәlәri
әsasında mallar tәqdim etmәsinә, «Üçüncü
şәxs»ә vәsait ödәnilmәsi (bu vәsaitlәrin
әvәzindә mallar, işlәr, xidmәtlәr tәqdim
edilmәsi) barәdә digәr hüquqi vә fiziki
şәxslәrә müraciәt etmәsinә yol
verilmir.
14. «Dövlәt müәssisәlәri»nә mallar
(işlәr, xidmәtlәr) tәqdim edәn «İcraçı»
vә ya «Üçüncü şәxs» «Vergi uçotu
barәdә arayış»ın alınması üçün
Vergilәr Nazirliyi yanında İri vergi ödәyicilәri
vә xüsusi vergi recimli müәssisәlәr ilә
iş üzrә Departamentә әrizә ilә müraciәt
edir.
15. «Dövlәt müәssisәlәri»nә tәqdim
etmәk üçün «Vergi uçotu barәdә arayış»
almalı olan «İcraçı» vә ya «Üçüncü
şәxs» bu mәqsәdlә Vergilәr Nazirliyi yanında
İri vergi ödәyicilәri vә xüsusi vergi recimli
müәssisәlәr ilә iş üzrә Departamentә
tәqdim etdiyi әrizәyә aşağıdakı
arayışları vә sәnәdlәrin surәtlәrini
әlavә edir:
15.1. «Dövlәt müәssisәlәri»nә tәqdim
edilәn malların (işlәrin, xidmәtlәrin) alınmasına
vә tәqdim edilmәsinә dair müqavilәlәr:
15.2. Tәqdim edilәn malların digәr şәxslәrdәn
alınmasını vә ya idxal edilmәsini, işlәrin
vә xidmәtlәrin göstәrilmәsindә istifadә
olunmuş materialların alışını, habelә
malların (işlәrin, xidmәtlәrin) tәqdim edildiyini
tәsdiq edәn sәnәdlәr (vergi hesab-fakturaları,
qaimә-fakturalar, gömrük bәyannamәlәri,
invoys vә ya digәr idxal sәnәdlәri, işlәrin
yerinә yetirilmәsi aktları):
15.3. «Dövlәt müәssisәlәri» ilә tәrtib
edilmiş vә borc mәblәğinin hansı müqavilә
üzrә yarandığını özündә әks
etdirәn qarşılqlı üzlәşdirmә aktı:
15.4. 01 yanvar 2001-ci il tarixәdәk alınmış
vә anbarda qalmış malları tәqdim edәn şәxslәr
tәrәfindәn 01 yanvar 2001-ci il tarixә malların
qalığını tәsdiq edәn arayış.
15.5. Özünün istehsal etdiyi mәhsulları vә
ya xidmәt tәqdim edәn şәxslәr tәrәfindәn
müәssisәnin fәaliyyәt profili haqqında qısa
arayış.
15.6. Vergi bәyannamәlәrinin vergi orqanlarına tәqdim
olunmasının vәziyyәti barәdә vergi ödәyicisinin
mәlumatı.
16. Vergilәr Nazirliyi yanında İri vergi ödәyicilәri
vә xüsusi vergi recimli müәssisәlәr ilә
iş üzrә Departament, daxil olmuş әrizәlәr
üzrә әrizәnin daxil olduğu gündәn sonrakı
5 iş günü әrzindә «İcraçı» vә
ya «Üçüncü şәxs» tәrәfindәn
tәqdim edilmiş sәnәdlәrin bir-birinә uyğun
olmasını araşdırır, habelә әrizә
ilә müraciәt etmiş şәxsin vergi uçotunun
vәziyyәtini dәqiqlәşdirdikdәn sonra ona
vergi uçotu barәdә arayış vә yaxud arayış
verilmәsindәn imtina edilmәsinin sәbәblәri
barәdә rәsmi mәlumat verir.
01 yanvar 2001-ci il tarixәdәk alınmış vә
anbarda qalmış malların tәqdim olunduğu bütün
hallarda vә digәr zәruri hallarda müvafiq araşdırma
aparılması üçün әrizә ilә müraciәt
etmiş şәxs tәrәfindәn tәqdim edilmiş
sәnәdlәr Vergilәr Nazirliyinin İqtisadi Tәhlil
vә Uçotun Tәşkili İdarәsinә göndәrilir.
Bu halda «İcraçı»ya vә ya «Üçüncü
şәxs»ә vergi uçotu barәdә arayış
vә ya arayış verilmәsindәn imtina edilmәsinin
sәbәblәri barәdә rәsmi mәlumat İqtisadi
Tәhlil vә Uçotun Tәşkili İdarәsi tәrәfindәn
aparılmış araşdırmanın nәticәlәri
barәdә mәlumatın daxil olduğu gündәn
sonrakı 2 iş günü әrzindә verilir.
17. «Digәr Dövlәt müәssisәlәri» hәr
br müqavilә üzrә alınmış malların
(işlәrın, xidmәtlәrin) dәyәrini «İcraçı»ya
(«Dövlәt müәssisәlәri» istisna olunmaqla
digәr hüquqi vә fiziki şәxslәrә) ödәmәmişdәn
әvvәl onlardan vergi uçotu barәdә arayış
tәqdim olunmasını tәlәb edirlәr.
18. «Digәr Dövlәt müәssisәlәri» onlara
çatası vәsaitlәrin üçüncü şәxsә
ödәnilmәsi barәdә digәr hüquqi vә
fiziki şәxslәrә müraciәt etmәmişdәn
әvvәl «Üçüncü şәxs»dәn vergi
uçotu barәdә arayış tәqdim olunmasını
tәlәb edirlәr.
19. «Dövlәt müәssisәlәri» tәrәfindәn
«Digәr dövlәt müәssisәlәri»nә
mallar (işlәr, xidmәtlәr) tәqdim edildikdә
«Dövlәt müәssisәlәri»ndәn vergi uçotu
barәdә arayış tәqdim edilmәsi tәlәb
olunmur.
20. Bir «İcraçı» tәrәfindәn «Digәr
Dövlәt müәssisәlәri»nә tәqvim
ili әrzindә ümumi dәyәri 1000,0 min manatadәk
olan mallar (işlәr, xidmәtlәr) tәqdim edilәrkәn
«İcraçı»dan vergi uçotu barәdә arayış
tәqdim edilmәsi tәlәb olunmur.
21. Tәqvim ili әrzindә yeni müqavilә bağlanması
nәticәsindә «İcraçı» tәrәfindәn
tәqldim edilәn (vә ya tәqdim edilәcәk) malların
(işlәrin, xidmәtlәrin) ümumi dәyәri
әvvәlki müqavilә üzrә tәqdim edilәn
(vә ya tәqdim edilәcәk) malların (işlәrin,
xidmәtlәrin) dәyәri ilә birlikdә 1000.0
manatdan çox olduqda «Digәr Dövlәt müәssisәlәri»
«İcraçı»dan vergi uçotu barәdә arayış
tәqdim olunmasını tәlәb edir.
22. Әvvәlki illәrdә bağlanmış müqavilәlәr
üzrә ödәnişlәr, barter vә «Üçüncü
şәxs»in iştirakı ilә әmәliyyatlar aparıldıqda
da «Digәr Dövlәt müәssisәlәri» «İcraçı»dan
vә ya «Üçüncü şәxs»dәn vergi uçotu
barәdә arayış tәqdim olunmasını tәlәb
edirlәr.
23. «Digәr Dövlәt müәssisәlәri»nin
vergi uçotu barәdә arayış tәqdim etmәmiş
«İcraçı»ya alınmış mallara (işlәrә,
xidmәtlәrә) görә vәsait ödәmәsinә,
barter müqavilәlәri әsasında mallar tәqdim
etmәsinә, «Üçüncü şәxs»ә
vәsait ödәnilmәsi (bu vәsaitlәrin müqabilindә
mallar, işlәr xidmәtlәr tәqdim edilmәsi)
barәdә digәr hüquqi vә fiziki şәxslәrә
müraciәt etmәsinә yol verilmir.
24. «Digәr Dövlәt müәssisәlәri»nә
mallar (işlәr, xidmәtlәr) tәqdim edәn «İcraçı»
vә ya «Üçüncü şәxs» «Vergi uçotu
barәdә arayış»ın alınması üçün
vergi ödәyicisi kimi uçotda olduğu rayon (şәhәr)
Vergilәr İdarәsinә (Şöbәsinә)
әrizә ilә müraciәt edir.
25. «Digәr Dövlәt müәssisәlәri»nә
tәqdim etmәk üçün «Vergi uçotu barәdә
arayış» almalı olan «İcraçı» vә ya
«Üçüncü şәxs» bu mәqsәdlә
vergi ödәyicisi kimi uçotda olduğu vergi orqanına
tәqdim etdiyi әrizәyә aşağıdakı
arayışları vә sәnәdlәrin surәtlәrini
әlavә edir:
25.1. «Digәr Dövlәt müәssisәlәri»nә
tәqdim edilәn malların (işlәrin, xidmәtlәrin)
alınmasına vә tәqdim edilmәsinә dair müqavilәlәr:
25.2. Tәqdim edilәn malların digәr şәxslәrdәn
alınmasını vә ya idxal edilmәsini, işlәrin
vә xidmәtlәrin göstәrilmәsindә istifadә
olunmuş materialların alışını, habelә
malların (işlәrin, xidmәtlәrin) tәqdim edildiyini
tәsdiq edәn sәnәdlәr (vergi hesab-fakturaları,
qaimә-fakturalar, gömrük bәyannamәlәri,
invoys vә ya digәr idxal sәnәdlәri, işlәrin
yerinә yetirilmәsi aktları):
25.3. «Digәr Dövlәt müәssisәlәri» ilә
tәrtib edilmiş vә borc mәblәğinin hansı
müqavilә üzrә yarandığını özündә
әks etdirәn qarşılqlı üzlәşdirmә
aktı:
25.4. Özünün istehsal etdiyi mәhsulları vә
ya xidmәt tәqdim edәn müәssisәlәr tәrәfindәn
müәssisәnin fәaliyyәt profili haqqında qısa
arayış.
26. «İcraçı»dan vә ya «Üçüncü
şәxs»dәn vergi uçotu barәdә arayış
verilmәsinә dair әrizә daxil olmuş rayon (şәhәr)
Vergilәr İdarәsi (Şöbәsi) әrizәnin
daxil olduğu gündәn sonrakı 5 iş günü
әrzindә «İcraçı» vә ya «Üçüncü
şәxs»in vergi uçotu vә hesabat intizamının
vәziyyәtini, habelә әrizәyә әlavә
edilmiş sәnәdlәrin bir-birinә uyğun olmasını
araşdırdıqdan sonra ona vergi uçotu barәdә
arayış vә yaxud arayış verilmәsindәn
imtina edilmәsinin sәbәblәri barәdә rәsmi
mәlumat verir.
01 yanvar 2001-ci il tarixәdәk alınmış vә
anbarda qalmış mallar tәqdim edildikdә, bu malların
әrizә ilә müraciәt edәn şәxs tәrәfindәn
01 yanvar 2001-ci il tarixә mal qalığı barәdә
vergi orqanına tәqdim edilmiş mәlumata (Vergilәr
Nazirliyinin 23 yanvar 2001-ci il tarixli 08/01-25/136-298 saylı
mәktubu ilә nәzәrdә tutulmuş) uyğunluğu
ayrıca araşdırılır. Zәruri hallarda müvafiq
araşdırma aparılması üçün әrizә
ilә müraciәt etmiş şәxs tәrәfindәn
tәqdim edilmiş sәnәdlәr Vergilәr Nazirliyinin
İqtisadi Tәhlil vә Uçotun Tәşkili İdarәsinә
göndәrilir. Bu halda «İcraçı»ya vә ya «Üçüncü
şәxs»ә vergi uçotu barәdә arayış
vә ya arayış verilmәsindәn imtina edilmәsinin
sәbәblәri barәdә rәsmi mәlumat İqtisadi
Tәhlil vә Uçotun Tәşkili İdarәsi tәrәfindәn
aparılmış araşdırmanın nәticәlәri
barәdә mәlumatın daxil olduğu gündәn
sonrakı 2 iş günü әrzindә verilir.
27. Aşağıdakı hallarda «İcraçı»ya vә
ya «Üçüncü şәxs»ә «Vergi uçotu
barәdә arayış» verilmir:
27.1 «İcraçı» vә ya «Üçüncü şәxs»
vergi orqanlarında müvafiq qaydada uçota alınmadıqda;
27.2 «İcraçı» vә ya «Üçüncü şәxs»
ӘDV ödәyicisi olduğu halda bu mәqsәdlәr
üçün vergi orqanlarında uçota durmadıqda;
27.3 «İcraçı» vә ya «Üçüncü şәxs»
vergi bәyannamәlәrini müәyyәn edilmiş
müddәtlәrdә vergi orqanına tәqdim etmәdikdә;
28. Bu Metodiki Göstәrişlәrin 27-ci bәndindә
göstәrilәn halların biri vә ya bir neçәsi
aşkar olunmuş «İcraçı»ya vә «Üçüncü
şәxs»ә Vergilәr Nazirliyi yanında İri vergi
ödәyicilәri vә xüsusi vergi recimli müәssisәlәr
ilә iş üzrә Departament tәrәfindәn
Vergi uçotu barәdә arayış bu nöqsanların
aradan qaldırılmasına dair «İcraçı»nın
vә ya «Üçüncü şәxs»in uçotda olduğu
vergi orqanının mәlumatı daxil olduqdan sonra 3 iş
günü әrzindә verilir.
29. Bu Metodiki göstәrişlәrin 27-cı bәndindә
göstәrilәn halların biri vә ya bir neçәsi
aşkar olunmuş «İcraçı»ya vә ya «Üçüncü
şәxsә»ә onların uçotda olduqları vergi
orqanları tәrәfindәn vergi uçotu barәdә
arayış bu nöqsanlar aradan qaldırıldıqdan
sonra 3 iş günü әrzindә verilir.
30. «İcraçı»nın vә ya «Üçüncü
şәxs»in büdcәyә borcu olması ona «Vergi
uçotu barәdә arayış»ın verilmәsindәn
imtina edilmәsinә әsas vermir.
31. Vergilәr Nazirliyi yanında İri vergi ödәyicilәri
vә xüsusi vergi recimli müәssisәlәrlә
ilә iş üzrә Departament vә yerli vergi orqanları
«Vergi uçotu barәdә arayış» verilmiş «İcraçı»ya
vә ya «Üçüncü şәxsә» «Dövlәt
müәssisәlәri» vә «Digәr Dövlәt
müәssisәlәri» tәrәfindәn ödәnilәcәk
vәsaitlәrdәn büdcәyә çatası vergilәrin
vaxtında vә tam hәcmdә aidiyyatı üzrә
alınmasının tәmin edilmәsi üçün
müvafiq tәdbirlәr hәyata keçirirlәr.
32. Vergi orqanları tәrәfindәn «İcraçı»ya
vә ya «Üçüncü şәxsә» verilәn
«Vergi uçotu barәdә arayış»da «Bu arayış»
sözlәrindәn sonra «ümumi mәblәği ___________min
manat olan _______N-li ___________ tarixli müqavilәyә görә»
sözlәri yazılmaqla arayışın tәqdim
olunacağı «Dövlәt müәssisәlәri»
vә ya «Digәr Dövlәt müәssisәlәri»nin
adı vә VÖEN-i göstәrilir.
33. Vergilәr Nazirliyi yanında İri vergi ödәyicilәri
vә xüsusi vergi recimli müәssisәlәr ilә
iş üzrә Departament «Vergi uçotu barәdә
arayış» verilmiş vergi ödәyicilәri barәdә
onların uçotda olduqları vergi orqanına bu Metodiki
Göstәrişlәrә 1 saylı әlavәyә
uyğun forma üzrә ayda bir dәfә növbәti
ayın 10-dәk mәlumat göndәrir.
Vergi orqanları onlarda uçotda olan vergi ödәyicilәrinә
özü tәrәfindәn vә Vergilәr Nazirliyi
yanında İri vergi ödәyicilәri vә xüsusi
vergi recimli müәssisәlәr ilә iş üzrә
Departament tәrәfindәn verilmiş vergi uçotu barәdә
arayışların uçotunu aparır vә bu mәlumatlardan
bәyannamәlәrin kameral yoxlanılması zamanı
istifadә edirlәr.
34. Vergilәr Nazirliyi yanında İri vergi ödәyicilәri
vә xüsusi vergi recimli müәssisәlәrlә
iş üzrә Departament «İcraçı»ya vә ya
«Üçüncü şәxs»ә verilmiş «Vergi
uçotu barәdә arayş»lar haqqında ayda 1 dәfә,
növbәti ayın 5-dәk Vergilәr Nazirliyinin İqtisadi
Tәhlil vә Uçotun Tәşkili İdarәsinә
bu Metodiki Göstәrişlәrә 2 saylı әlavәyә
müvafiq forma üzrә mәlumat tәqdim edir.
35. Rayon (şәhәr) Vergilәr İdarәlәri
(Şöbәlәri) «İcraçı»ya vә ya «Üçüncü
şәxs»ә verilmiş vergi uçotu barәdә
arayışlar haqqında ayda bir dәfә, növbәti
ayın 5-dәk әrazi Vergilәr İdarәlәrinә,
әrazi Vergilәr İdarәlәri isә ayda bir dәfә,
növbәti ayın 10-dәk Vergilәr Nazirliyinin İqtisadi
Tәhlil vә Uçotun Tәşkili İdarәsinә
bu Metodiki Göstәrişlәrә 2 saylı әlavәyә
uyğun forma üzrә mәlumat tәqdim edirlәr.
36. Vergi orqanları «İcraçı»dan vә ya «Üçüncü
şәxs»dәn daxil olmuş әrizәlәrin vә
verilmiş «Vergi uçotu barәdә arayış»ların
uçotunu bu Metodiki Göstәrişlәrә 3 saylı
әlavәyә müvafiq forma üzrә kitablarda aparırlar.
Kitablar qaytanla tikilir, sәhifәlәri nömrәlәnir
vә sәhifәlәrin sayı göstәrilmәklә
vergi orqanının rәhbәrinin imzası vә möhürlә
tәsdiq edilir.
|