|
№ A – 27
28 yanvar 2002-ci il
ƏMR
''Xarici investisiyaların qorunması haqqında'' Azәrbaycan
Respublikası Qanununun 14-cü maddәsinә әsasәn,
xarici investorlar tәrәfindәn investisiya ilә әlaqәdar
qanuni әsaslarla xarici valyuta şәklindә әldә
etdiklәri gәlәrlәri müvafiq vergilәr ödәnildikdәn
sonra xaricә köçürmәsinә tәminat
verilmәsinin icrasının tәmin edilmәsi mәqsәdilә
ƏMR EDİRƏM:
1. Qeyri – rezidentin daimi nümayәndәliyinin
xalis mәnfәәtinin hәmin qeyri-rezidentә köcürülmәsi
üçün daimi nümayәndәliyin vergi uçotunda
olduğu vergi orqanı tәrәfindәn tәsdiqlәnmәklә,
müvafiq kredit tәşkilatına tәqdim edilmәsi
mәqsәdilә Vergilәrin ödәnilmәsi barәdә
R-DN Mәlumat forması tәsdiq edilsin (әlavә olunun).
2. Hәmin vergi orqanlarının rәhbәrlәrinә
tapşırılsın ki, forma üzrә göstәrilәn
mәlumatlar doğru olduğu tәqdirdә, hәmin
mәlumatların forma vergi orqanlarına tәqdim edildikdәn
sonra 3 gündәn gec olmayaraq tәsdiqlәnmәsini
tәmin etsinlәr.
3. Vergi siyasәti vә strateji araşdırmalar Baş
İdarәsi (A.Musayev) ilә Vergi ödәyicilәrinin
auditi Baş İdarәsi (M.Bayramov) birgә Azәrbaycan
Respublikası Milli Bankının müvafiq strukturları
ilә әlaqәlәndirmәklә, bu sistemin daha da
tәkmillәşmәsi barәdә lazımi tәdbirlәr
görsünlәr.
4. Əmrin icrasına nәzarәt Vergilәr Nazirinin
müavininә (N.Qasımov) tapşırılsın.
Nazir
II dәrәcәli dövlәt
vergi xidmәti müşaviri
F.Mәmmәdov
Azәrbaycan Respublikası Vergilәr Nazirinin 28 yanvar
2002-ci il tarixli A-27 saylı әmri ilә tәsdiq edilmişdir.
Forma R-DN
Vergilәrin ödәnilmәsi barәdә
MƏLUMAT
|
Mәlumatın tәqdim edildiyi kredit
tәşkilatı
|
| Tam adı |
|
| Hüquqi ünvanı |
|
| VÖEN |
|
|
1
|
Qeyri-rezidentin daimi nümayәndәliyi
|
|
a
|
Tam adı |
|
|
b
|
Hüquqi ünvanı |
|
|
s
|
VÖEN |
|
|
2
|
Qeyri-rezident haqqında mәlumatlar |
|
d
|
Tam adı |
|
|
e
|
Qeydiyyat (inkorporasiya) ölkәsi |
|
|
f
|
Qeydiyyat (inkorporasiya) ölkәsindә ünvanı |
|
|
g
|
Rezidenti olduğu ölkә |
|
|
h
|
Rezident olduğu ölkәdә ünvanı |
|
|
3
|
i
|
Mәlumatın tәsdiq edildiyi
tarixә daimi nümayәndәliyin vergi borcu yoxdur. |
|
4
|
200 _ ci ilin yekunlarına görә
qeyri-rezidentin xeyrinә köçürülәsi
xalis mәnfәәt üzrә mәlumatlar (min Az.Manatı
ilә) |
|
j
|
Qeyri-rezidentin xeyrinә köçürülәsi
xalis mәnfәәt (xalis mәnfәәtdәn
vergisiz) |
|
|
k
|
Hәmin xalis mәnfәәtdәn tutulmuşfaktiki
vergi mәblәği |
|
|
l
|
Köçürülmәsinә icazә
verilәn mәblәğ (vergi çıxılmaqla)
(sәt.4.j.-sәt.4.k.) |
|
|
5
|
Göstәrilәn mәlumatların
doğruluğunu tәsdiq edirәm |
| Qeyri-rezidentin daimi nümayәndәliyinin
vergi uçotunda olduğumüvafiq vergi orqanının
mәsul şәxsi |
| Adı |
|
| Soyadı |
|
| Vәzifәsi |
|
İmza
Tarix 200_ ci il
Vergilәrin ödәnilmәsi barәdә R-DN formasının
doldurulma vә tәstiqlәnmә
QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu qaydalar ''Xarici investisiyaların qorunması haqqında''
Azәrbaycan Respublikası Qanununun 14-cü maddәsinә
әsasәn, xarici investorlar tәrәfindәn investisiya
ilә әlaqәdar qanuni әsaslarla xarici valyuta şәklindә
әldә etdiklәri gәlirlәri müvafiq vergilәr
ödәnildikdәn sonra xaricә köçürmәsinә
tәminat verilmәsinin icrasının tәmin edilmәsi
mәqsәdilә tәtbiq edilir.
Qeyri-rezidentin daimi nümayәndәliyin xalis mәnfәәtinin
hәmin qeyri-rezidentә köçürülmәsi
üçün müvafiq kredit tәşkilatına tәqdim
edilmәsi mәqsәdilә, R-DN forması daimi
nümayәndәlik tәrәfindәn doldurularaq, vergi
uçotunda olduğu müvafiq vergi orqanına tәdqim
edilir vә onun tәrәfindәn tәsdiqlәnir.
Qeyri-rezidentin xeyrinә yalnız keçmiş ilin (illәrin)
xalis mәnfәәti vә hәmin ilә (illәrә)
görә müvafiq bәyәnnamә tәqdim edildiyi
halda, köçürülә (verilә) bilәr.
Forma, müfaviq vergi orqanına tәqdim edildiyi tarixә
daimi nümayәndәliyin (hәm vergi ödәyicisi
kimi, hәmdә vergi agenti kimi) vergi borcunun olmadığı
halda, tәsdiqlәnmәk üçün tәqdim
edilә bilәr.
FORMANIN DOLDURULMA QAYDALARI
Forma qeyri-rezidentin daimi nümayәndәliyi tәrәfindәn
aşağıdakı qaydada doldurulur:
1. 1-ci bәnddә qeyri-rezidentin daimi nümayәndәliyin
dair mәlumatlar (daimi nümayәndәliyin tam adı,
Azәrbaycan Respublikasında hüquqi ünvanı vә
VÖEN-i) göstәrilir.
2. 2-ci bәnddә qeyri-rezidentә dair mәlumatlar
(qeyri-rezidentin tam adı, qeydiyyat (inkorporasiya) ölkәsi
rezidenti olduğu ölkә vә s.) göstәrilir.*
Bununla bağlı, әvvәllәr vergi orqanların
tәqdim edilmәdiyi halda, müvafiq tәsdiq edici sәnәdlәrin
surәtlәr formaya әlavә edilmәlidir.
3. 3-cü bәnddә formanın tәsdiqlәnmәk
üçun müvafiq vergi orqanına tәqdim edildiyi
tarixә daimi nümayәndәliyin (hәm vergi ödәyicisi
kimi, hәm dә vergi agenti kimi) vergi borcunun olmadığı
bildirilir.
4. 4-cü bәnddә daimi nümayәndәliyin
köçürülәsi xalis mәnfәәti, ondan
tutulmuş verginin mәblәği vә köçürülmәli
olan xalis mәnfәәt göstәrilir.
5. Forma tәsdiq edilmәk üçün tәqdim
edildikdә, zәruri hallarda vergi orqanları tәrәfindәn
әlavә tәsdiqedici sәnәdlәr tәlәb
olunarsa, daimi nümayәndәlik tәrәfindәn
tәdqim edilmәlidir.
FORMANIN VERGİ ORQANLARI TƏRƏFİNDƏN TƏSDİQLƏNMƏSİ
Daimi nümayәndәliyin
vergi uçotunda olduğu vergi orqanları mәlumatların
düzgünlüyünü yoxlayır vә hәqiqi
olduğda tәsdiqlәyir, hәqiqi olmadığı
halda isә bu barәdә daimi nümayәndәliyә
mәlumat verilir.
Mәlumatların doğruluğu yoxlanılarkәn,
xüsusilә aşağıdakı mәsәlәlәrә
baxılmalıdır:
û İlk növbәdә qeyri-rezident barәdә
verilәn mәlumatlar bu barәdә әvvәllәr
vә ya sonradan tәqdim edilәn sәnәdlәrlә
dәqiqlәşdirilmәlidir;
û 3-cü vә 4-cü sәtirlәrdә göstәrilәn
mәlumatlar diqqәtlә araşdırılmalı,
hәmin mәlumatların
tәsdiq edildiyi tarixә daimi nümayәndәlik tәrәfindәn
tәqdim edilәn bәyannamәlәr, vergilәrin
ödәnilmәsini tәsdiq edәn ödәniş
sәnәdlәri vә digәr sәnәdlәrlә
üzlәşdirilmәlidir.
Forma üzrә göstәrilәn
mәlumatları tәsdiq edәn sәnәdlәr (o
cümlәdәn qeyri-rezident barәdә sәnәdlәr,
bәyannamәlәr, ödәniş sәnәdlәri
vә s.) daimi nümayәndәlik tәrәfindәn
tәqdim edilmәdiyi vә müәyyәn edilmiş
qaydada tәqdim edilmәdiyi halda, forma üzrә olan mәlumatlar
vergi orqanları tәrәfindәn tәsdiqlәnmir.
*- bir sıra hallarda qeyri-rezidentin qeydiyyat (inkorporasiya)
ölkәsi ilә rezidenti olduğu ölkә eyni olmaya
bilәr.
|