|
№ A-159
01 oktyabr 2001-ci il
ƏMR
Azәrbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il
tarixli 454 saylı Fәrmanı ilә tәsdiq edilmiş
«Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi
haqqında» Əsasnamәnin 11.23-cü bәndinә
әsasәn müntәzәm nәzarәt tәlәb
olunan yerlәrdә stasionar vergi mәntәqәlәrinin
yaradılması nәzәrdә tutulmuşdur. Bununla
әlaqәdar olaraq, eyni zamanda yarmarkaların, bazarların,
iri ticarәt vә müntәzәm nәzarәt tәlәb
olunan digәr obyektlәrin vә bu obyektlәrin әrazisindә
yerlәşәn hüquqi vә fiziki şәxslәrin
fәaliyyәtinә vergi nәzarәtinin tәkmillәşdirilmәsi
mәqsәdilә
ƏMR EDİRƏM:
1. «Stasionar vergi mәntәqәlәrinin yaradılması
vә onların iş qaydaları» tәsdiq edilsin
(әlavә olunur).
2. Tapşırılsın Naxçıvan MR Vergilәr
Nazirliyinә, Bakı şәhәri Baş Vergilәr
İdarәsinә, әrazi Vergilәr idarәlәrinә,
şәhәr vә rayonlar Vergilәr idarәlәrinә
(şö’bәlәrinә):
- müntәzәm vergi nәzarәti tәlәb olunan
yerlәrdә (yarmarkalar, iri ticarәt obyektlәri, bazarlar
vә s.) stasionar vergi mәntәqәlәrinin yaradılmasını
tәmin etsinlәr;
- stasionar vergi mәntәqәlәrinin vә bu mәntәqәlәrin
işçilәrinin normal fәaliyyәt göstәrmәlәri
üçün zәruri tәdbirlәr hәyata keçirsinlәr;
- stasionar vergi mәntәqәlәrinin işçilәrinin
fәaliyyәtinә ciddi nәzarәt etsinlәr.
3. Bu әmrin icrasına nәzarәt Operativ nәzarәt
idarәsinә (S.Hәşimov) hәvalә edilsin.
Nazir
F. Mәmmәdov
Vergilәr Nazirliyinin 01.10. 2001-ci il tarixli A-159 saylı
әmri ilә tәsdiq edilmişdir
Stasionar vergi mәntәqәlәrinin yaradılması
vә onların iş qaydaları
1. Stasionar vergi mәntәqәlәrinin yaradılması
vә onun işçilәrlә tәmin edilmәsi
aidiyyәti vergi orqanının әmri ilә rәsmilәşdirilmәlidir.
2. Stasionar vergi mәntәqәsi onun yerlәşdiyi
obyektin iş rejiminә uyğun fәaliyyәt göstәrmәlidir.
3. Vergi orqanının işçilәri mәntәqәnin
yerlәşdiyi әrazidә fәaliyyәt göstәrәn
bütün obyektlәrin dislokasiyasını tәrtib
etmәlidirlәr.
4. Stasionar vergi mәntәqәlәrinin işçilәri
mәntәqәnin yerlәşdiyi yarmarkaların, bazarların,
iri ticarәt vә müntәzәm nәzarәt tәlәb
olunan digәr obyektlәrin fәaliyyәtinә,
bu obyektlәrin әrazisindә yerlәşәn bütün
hüquqi vә fiziki şәxslәr tәrәfindәn
gәlir vә xәrclәrin uçotunun aparılmasına
nәzarәt etmәlidirlәr.
5. Mәntәqәnin yerlәşdiyi әrazidә fәaliyyәt
göstәrәn obyektlәrdә mal-material dәyәrlilәrinin
mövcud qanunvericiliyә müvafiq qaydada tam hәcmdә
uçota alınmasına nәzarәt edilmәlidir.
6. Yarmarkalarda, ticarәt mәrkәzlәrindә, bazarlarda
yaradılmış vergi mәntәqәlәrinin işçilәri
hәmin obyektlәrdә ticarәt, ictimai iaşә,
xidmәt vә digәr fәaliyyәt növlәri ilә
mәşğul olan hüquqi vә fiziki şәxslәr
tәrәfindәn ödәnilәn icarә haqlarının
tam hәcmdә mәdaxil olunmasına nәzarәt etmәlidirlәr.
7. Bazarlarda, yarmarkalarda, yaxud malların, mәmulatların
vә kәnd tәsәrrüfatı mәhsullarının
satışı üçün xüsusi olaraq ayrılmış
digәr yerlәrdә birdәfәlik rüsumun düzgün,
vaxtında alınmasına vә aidiyyәti üzrә
ödәnilmәsinә nәzarәt edilmәlidir.
8. Mәntәqәnin yerlәşdiyi әrazidә
fәaliyyәt göstәrәn bütün hüquqi
vә fiziki şәxslәr tәrәfindәn cari vergi
ödәmәlәrinin, vergi borclarının, faizlәrin,
maliyyә sanksiyalarının vә inzibati cәrimәlәrin
vaxtında büdcәyә ödәnilmәsinә
nәzarәt edilmәlidir.
9. Stasionar vergi mәntәqәlәrinin işçilәri
kütlәvi ticarәt yerlәrindә fәaliyyәt
göstәrәn obyektlәrdә nağd hesablaşmaların
aparılması qaydalarına әmәl olunmasına vә
bu hesablaşmalar nәticәsindә әldә olunmuş
pul vәsaitlәrinin müvafiq qaydada vә tam hәcmdә
mәdaxil olunmasına nәzarәt etmәlidirlәr.
10. Xüsusi razılıq (lisenziya) tәlәb olunan
fәaliyyәtlә mәşğul olan şәxslәrdә
belә razılığın (lisenziyanın) olmasına
nәzarәt edilmәlidir.
11. Mәntәqәnin işçilәri hüquqi
vә fiziki şәxslәrә mәxsus obyektlәrdә
satılan vә ya saxlanılan tütün mәmulatı
vә alkoqollu içkilәrә aksiz markalarının
tәtbiqinә nәzarәt etmәlidirlәr.
12. Stasionar vergi mәntәqәlәrinin işçilәri
növbә әrzindә hәyata keçirdiklәri
nәzarәt işlәri barәdә «Stasionar vergi
mәntәqәsinin uçot kitabı»nda (kitabın
forması әlavә edilir) qeydiyyat aparmalıdırlar.
Bu kitabın sәhifәlәri nömrәlәnmәli,
qaytanlanmalı vә әrazi üzrә vergi orqanının
rәhbәrinin imzası vә möhürü ilә
tәsdiq edilmәlidir.
13. Növbә başa çatdıqdan sonra mәntәqәnin
işçilәri tәmsil etdiklәri vergi orqanının
rәhbәrinә hesabat tәqdim etmәlidirlәr.
Stasionar vergi mәntәqәsinin uçot
kitabı
| Vergi orqanının vәzifәli şәxsinin
vәzifәsi, S.A.A. |
Növbәnin başlandığı
tarix, vaxt |
Növbә әrzindә görülmüş
işlәr barәdә qeydlәr |
Növbәnin başa çatdığı
tarix, vaxt |
Vergi orqanının nümayәndәsinin S.A.A.,
imzası |
Qeyd |
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
|