№ A-165

 8 oktyabr 2001-ci il

ƏMR

Azәrbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 saylı Fәrmanı ilә tәsdiq edilmiş «Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi haqqında» Əsasnamәnin 11.23-cü bәndinә әsasәn müntәzәm nәzarәt tәlәb olunan yerlәrdә stasionar vergi mәntәqәlәrinin yaradılması nәzәrdә tutulmuşdur. Bununla әlaqәdar olaraq, eyni zamanda Bakı Metropoliteninin stansiyalarında da sәrnişindaşıma xidmәti göstәrilmәsindәn әldә olunan nağd pul hasilatının tam hәcmdә uçota alınmasını tәmin etmәk mәqsәdilә

ƏMR    EDİRƏM:

1. «Bakı Metropoliteninin stansiyalarında stasionar vergi mәntәqәlәrinin iş qaydaları»  tәsdiq edilsin (әlavә olunur).
2. Tapşırılsın Bakı şәhәri üzrә Baş Vergilәr idarәsinә (E.Şahbazov):
- Bakı Metropoliteni ilә birgә metro stansiyalarında müvafiq rayonlar üzrә Vergilәr idarәlәrinin әmәkdaşlarından tәşkil olunmaqla, stasionar vergi mәntәqәlәrinin yaradılmasını vә bu mәntәqәlәrin normal fәaliyyәti üçün lazımi şәraiti  tәmin etsin;
- metro stansiyalarında yaradılan stasionar vergi mәntәqәlәrinin fәaliyyәtini koordinasiya etsin vә bu mәntәqәlәrin fәaliyyәtinin nәticәlәrinin bu әmrlә tәsdiq edilmiş qaydalara müvafiq olaraq ümumilәşdirilәrәk, Nazirliyin Operativ nәzarәt idarәsinә tәqdim edilmәsini vә qanunauyğun tәdbirlәrin görülmәsini tәmin etsin.
3. Bakı şәhәrinin aidiyyәti rayonları üzrә Vergilәr idarәlәrinin rәhbәrlәrinә tapşırılsın ki, stasionar vergi mәntәqәlәrinin fәaliyyәtinә ciddi nәzarәt etsinlәr vә bu әmrin tәlәblәrinin yerinә yetirilmәsi üçün şәxsәn mәsuliyyәt daşıdıqları onların nәzәrlәrinә çatdırılsın.
4. Bu әmrin icrasına nәzarәt Operativ nәzarәt idarәsinә  (S.Hәşimov)  hәvalә edilsin.

 Nazir                                                       F. Mәmmәdov

 

Vergilәr Nazirliyinin 08.10. 2001-ci il tarixli A-165 saylı әmri ilә tәsdiq edilmişdir


Bakı Metropoliteninin stansiyalarında stasionar vergi mәntәqәlәrinin iş qaydaları


1. Stasionar vergi mәntәqәsinin iş vaxtı Bakı Metropolitenindә sәrnişinlәrin daşınması üçün müәyyәn olunmuş iş rejimi çәrçivәsindә olmalıdır.
2. Stasionar vergi mәntәqәlәri stansiyanın hәr bir girişindә yaradılmalı vә hәr mәntәqәdә vergi orqanının 2 nümayәndәsindәn ibarәt 2 növbә tәşkil edilmәlidir. Hәr növbә  stansiyanın iş rejimindәn asılı olaraq onun iş gününün yarısını әhatә etmәlidir.  
 3. Turniketlәrin  (avtomat nәzarәt mәntәqәlәrinin) sayğaclarının işlәk (saz) vәziyyәtdә olması yoxlanılmalı,  onlar stansiyanın vә vergi orqanının plombu ilә plomblanmalıdırlar. Növbәnin әvvәlinә vә jetonlar boşaldılan vaxta bu sayğacların göstәricilәri «Stasionar vergi mәntәqәsinin uçot kitabı»nda (kitabın forması әlavә edilir) qeyd  edilmәlidir.
 4. «Stasionar vergi mәntәqәsinin uçot kitabı» iki nüsxәdә tәrtib edilmәli, onun sәhifәlәri nömrәlәnmәli, qaytanlanmalı, әrazi üzrә vergi orqanının vә metro stansiyasının rәhbәrinin imzası vә möhürü ilә tәsdiqlәnmәlidir. Bu qaydalarda nәzәrdә tutulmuş bütün göstәricilәr hәmin kitabın hәr iki nüsxәsindә qeyd edilmәlidir. Hәr bir qeyd vergi orqanının nümayәndәsi vә stansiyanın maddi-mәsul şәxsi tәrәfindәn imzalanmalıdır. Hәmin kitablardan biri stansiyada saxlanılmalı, digәri isә növbәlәr arasında tәhvil-tәslim edilmәlidir.
 5. Sayğaclar nasaz vәziyyәtdә olduqda vә ya sayğacların göstәricilәri ilә sayılmış jetonların miqdarı arasında fәrq aşkar edildikdә, dәrhal stansiyanın aidiyyәti işçilәri ilә birgә araşdırma aparılmalı vә sayğacların nasazlığı aradan qaldırılmalıdır.
6. Stasionar vergi mәntәqәsinin işçilәri iş günü başlamazdan әvvәl girişdә yerlәşәn bütün turniketlәrin jeton bunkerlәrini stansiyanın cavabdeh maddi-mәs’ul şәxslәri ilә birlikdә plomblamalıdırlar.
 7. Jeton ambarından alınmış jetonlar stansiyanın aidiyyәti şәxslәri ilә birgә vergi mәntәqәsinin işçilәrinin iştirakı ilә sayılmalı vә bu barәdә «Stasionar vergi mәntәqәsinin uçot kitabı»nda müvafiq qeydlәr edilmәlidir.
8. Jetonların turniketdәn (avtomat nәzarәt mәntәqәlәrindәn) götürülmәsi zәrurәti yarandıqda,  bunkerlәrin üzәrindә stasionar vergi mәntәqәsinin vә stansiyanın plomblarının mövcudluğu vә onların zәdәlәnmәdiyi yoxlanılmalı, heç bir pozuntu olmadıqda plomblar açılmalı,  jetonlar götürülmәli vә bunkerlәr yenidәn plomblanmalıdır. Bu barәdә vergi orqanının vә stansiyanın plomblarının nömrәlәri göstәrilmәklә akt tәrtib edilmәlidir.
9. Bunkerlәrdәn çıxarılmış jetonlar vergi orqanının nümayәndәsinin iştirakı ilә sayılmalı vә onların miqdarı  «Stasionar vergi mәntәqәsinin uçot kitabı»nda qeyd edilmәlidir.
10. Stasionar vergi mәntәqәsinin uçot kitabında növbә әrzindә qeyd edilmiş bütün göstәricilәr barәdә mәntәqәnin  işçilәri birinci növbә başa çatdıqdan sonra bir saatdan gec olmayaraq, ikinci növbә üzrә isә növbәti iş günü başlayan vaxt tәmsil etdiklәri vergi orqanının rәhbәrliyinә yazılı mәlumat tәqdim etmәlidirlәr.
11. Nağd pul vәsaitinin inkassasiyası barәdә tәrtib edilmiş sәnәdin tarixi, nömrәsi vә tәhvil verilmiş pul vәsaitinin mәblәği növbә әrzindә görülmüş işlәr barәdә tәrtib olunmuş mәlumatda әks etdirilmәli vә müvafiq gün üçün yuxarıda göstәrilәn kitabda aparılmış qeydlәrlә üzlәşdirilmәli, fәrq yarandığı halda bunun sәbәblәri araşdırılmalı vә mәlumatda qeyd edilmәlidir.
12. Növbә әrzindә metrodan qanunla müәyyәn olunmuş qaydada ödәnişsiz istifadә etmiş sәrnişinlәr sayılmalı vә hәr bir halda jetonların sayı ilә bәrabәr kitabda qeyd  edilmәlidir.
 13. İş vaxtı qurtardıqda әldә edilmiş nağd pul vәsaiti vә jetonların qalığı vergi mәntәqәsinin işçilәrinin iştirakı ilә sayılmalı vә bu barәdә «Stasionar vergi mәntәqәsinin uçot kitabı»nda müvafiq qeydlәr edilmәlidir.
 14. Turniketlәr (avtomat nәzarәt mәntәqәlәri) texniki cәhәtdәn nasaz olduğu hallarda xidmәti keçid mәntәqәlәrindә qoyulmuş daxıllara (jeton bunkerlәrinә) metropolitenin plombu ilә yanaşı vergi orqanının plombu da vurulmalıdır.
 15. Daxılların açılması, onlarda olan jetonların sayılması vә yenidәn plomblanması vergi mәntәqәsinin işçilәrinin iştirakı ilә aparılmalıdır. Daxıllarda olan jetonların sayı vergi mәntәqәsinin uçot kitabında qeyd edilmәlidir.
 16. Metro stansiyalarının yerlәşdiklәri әrazilәr üzrә Vergilәr idarәlәri hәr hәftә әrzindә Stasionar vergi mәntәqәlәrinin uçot kitablarındakı bütün göstәricilәri icmallaşdırıb, növbәti hәftәnin birinci günündәn gec olmayaraq Bakı şәhәri üzrә Baş Vergilәr idarәsinә, Bakı şәhәri üzrә Baş Vergilәr idarәsi isә hәmin mәlumatları ümumilәşdirәrәk, Vergilәr Nazirliyinә tәqdim etmәlidir. Hәmin qaydada hәr ayın yekunu üzrә dә mәlumatlar hazırlanıb, Vergilәr Nazirliyinә tәqdim edilmәli vә nәticәlәrinә görә qanunamüvafiq tәdbirlәr görülmәlidir.


Bakı  metropoliteninin _________________ stansiyasında yaradılmış Stasionar vergi mәntәqәsinin uçot kitabı

Vergi orqanının vәzifәli şәxsinin vәzifәsi, S.A.A.
 Növbәnin başlandığı vә qurtardığı  tarix, vaxt
 Alınmış jetonların sayı
 Növbәnin әvvәlinә turniketlәrin sayğaclarının göstәricilәri 
Turniketlәrdәn çıxarılmış jetonların sayı
 Jetonlar boşaldılan vaxta sayğacların göstәricilәri
 Metrodan ödәnişsiz istifadә hüququ olan sәrnişinlәrin sayı
 Daxıllardan çıxarılmış jetonların sayı
 Jetonların satışından әldә olunan nağd pul  vәsaiti
 İş vaxtının sonuna jetonların qalığı
Vergi orqanının nümayәn-dәsinin S.A.A., imzası Stansiyanın maddi-mәsul şәxsinin S.A.A., imzası
 Stansiyanın maddi-mәsul şәxsinin S.A.A., imzası
1
2
3
4
5
6
7
8
9
10
11
12