|
№ F-110 ƏMR
Azərbaycan Respublikası ilə digər dövlətlər arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergimtmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin səmərəli yerinə yetirilməsi və ikiqat vergitutmanın aradan qaldırılıması ilə bağlı prosedurların tənzimlənməsi məqsədilə ƏMR EDİRƏM 1. Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasına dair Prosedur Qaydaları və həmin Qaydalara əlavə olunan DT-02, DT-03 və DT-04 fomıaları təsdiq edilsin və Vergilər Nazirinin 2 oktyabr 2003-cü il larixli A-212 saylı Əmri ilə tətbiq edilən DT-1 forması Prosedur Qaydalarına əlavə edilsin (əlavə olunur). 2. Vergilər Nazirliyinin bütün struktur bölmələrinə tapşırılsın ki, Prosedur Qaydalarının səmərəli icrasını təmin etsinlər. 3.Vergi Ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, Qaydaların tətbiqi barədə vergi ödəyicilərinin məlumatlandırılmasını və müvafıq formaların Vergilər Nazirliyinın İnternet-saytında yerləşdirilməsini təmin etsin. 4. Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyevə tapşırılsın ki, Prosedur Qaydalarının tətbiqi ilə bağlı vergi orqanlarının aidiyyəti işçiləri üçün müvafıq tədrisin keçirilməsini təmin etsin. 5. Koordinasiya idarəsinin rəisi Sevda Məmmədovaya tapşırılsın ki, bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmın etsin. 6. Əmrin icrasına nəzarət Vergilər Nazirinin müavini Natiq Qasımova həvalə edilsin. Nazir II dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov
|