|
A-138
04 sentyabr 2002-ci
il
ƏMR
Bәlәdiyyәlәrә
yerli vergilәrin vә
ödәnişlәrin
düzgün hesablanmasında,
tam vә vaxtında
ödәnilmәsindә,
habelә vergi qanunvericiliyinә
tam vә dәqiq
riayәt edilmәsindә
metodik rәhbәrliyin
Azәrbaycan Respublikasının
Vergilәr Nazirliyi
tәrәfindәn
hәyata keçirilmәsi
ilә bağlı
««Yerli (bәlәdiyyә)
vergilәr vә
ödәnişlәr
haqqında» Azәrbaycan
Respublikası Qanununun
tәdbiq edilmәsi
barәdә» Azәrbaycan
Respublikası Prezidentinin
2002-ci il 4 aprel tarixli
683 saylı Fәrmanından
irәli gәlәn
vәzifәlәrin
icrasını tәmin
etmәk mәqsәdi
ilә әmr edirәm:
- Vergi
siyasәti vә
strateci araşdırmalar
Baş İdarәsinә
(A.Musayev) tapşırılsın:
-
Bakı şәhәri
Baş Vergilәr
İdarәsi vә
Ərazi Vergilәr
İdarәlәri
tәrәfindәn
bәlәdiyyәlәr
üçün vergi
qanunvericiliyinin tәtbiqi
ilә bağlı
seminar-mәşğәlәlәrin
keçirilmәsini;
-
Bәlәdiyyәlәrin
vә onların vergi
xidmәti orqanlarının
әmәkdaşlarına
vergi qanunvericiliyinin
öyrәdilmәsinә
dair tәdris proqramının
hazırlanmasını
vә bu proqram әsasında
Tәdris Mәrkәzinin
treninq kurslarının
tәşkil edilmәsini
tәmin etsin.
- Bakı
şәhәri
Baş Vergilәr
İdarәsinin
vә Ərazi Vergilәr
İdarәlәrinin
rәislәrinә
tapşırılsın
ki, fiziki şәxslәrin
torpaq vә әmlak
vergilәrinin, hüquqi
şәxslәrin
mәnfәәt
vә mәdәn
vergilәrinin hesablanması,
ödәnilmәsi
vә uçotu
ilә bağlı
normativ sәnәdlәrin
bir nüsxәsinin
әrazilәrindә
olan bәlәdiyyәlәrә
çatdırılmasını
tәmin etsinlәr
vә bundan sonra
mütәmadi olaraq
hәmin vergilәrin
metodiki bazasında
baş verәn dәyişikliklәr
vә әlavәlәr
barәsindә
mәlumatların
bәlәdiyyәlәrә
vaxtında çatdırılmasının
tәmin edilmәsinә
nәzarәt etsinlәr.
- Naxçıvan
Muxtar Respublikası
Vergilәr Nazirliyinә
(R.Mehdiyev) tapşırılsın
ki, Muxtar Respublika
әrazisindә
yerlәşәn
bәlәdiyyәlәrә
yerli vergilәrin
vә ödәnişlәrin
düzgün hesablanmasında,
tam vә vaxtında
ödәnilmәsindә,
habelә vergi qanunvericiliyinә
tam vә dәqiq
riayәt edilmәsindә
metodik rәhbәrliyin
hәyata keçirilmәsi
üçün
zәruri tәdbirlәrin
hәyata keçirilmәsini
tәşkil etsin.
- Vergilәr
Nazirliyinin bütün
struktur bölmәlәrinin
rәhbәrlәrinә
tapşırılsın
ki, yerli vergilәrin
vә ödәnişlәrin
düzgün hesablanmasında,
tam vә vaxtında
ödәnilmәsindә,
habelә vergi qanunvericiliyinә
tam vә dәqiq
riayәt edilmәsindә
metodiki rәhbәrliyin
hәyata keçirilmәsindәn
irәli gәlәn
digәr mәsәlәlәrin
hәlli ilә
әlaqәdar zәruri
tәdbirlәrin
hәyata keçirilmәsini
tәmin etsinlәr.
- Nazirliyin
Katibliyinә (E.Hacıyev)
tapşırılsın
ki, bәlәdiyyәlәrin
«Vergilәr» qәzetinin
abunә yazılışına
cәlb edilmәsi
ilә bağlı
aidiyyәti mәsәlәlәrin
hәlli üçün
tәdbirlәrin
hәyata keçirilmәsini
tәmin etsin.
Nazir
F.Mәmmәdov
|