| Azәrbaycan Respublikası Vergilәr
Nazirliyi
«Vergi lövhәsi»nin yeni tәkmillәşmiş formasının tәsdiq edilmәsi barәdә Әmr N A-51
Vergilәrin tam vә vaxtında ödәnilmәsinin tәmin edilmәsindә vergi tәbliğatının mühüm rolunu nәzәrә alaraq Vergilәr Nazirliyi tәrәfindәn vergi ödәyicilәrindә tәdiyә intizamı barәdә mәlumatların ictimaiyyәtә çatdırılması mәqsәdilә istehsal, ticarәt, ictimai iaşә vә digәr xidmәt obyektlәrindә «Vergi lövhәsi» adlı tәbliğat vasitәsi tәtbiq edilir. 1 yanvar 2001-ci il tarixdәn qüvvәyә minmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsindә әlavә dәyәr vergisi (ӘDV) ödәyicilәri üçün yeni tәlәblәr müәyyәn edildiyini nәzәrә alaraq ӘDV ödәyicilәrinin tәdiyә intizamı barәdә mәlumatları vergi ödәyicilәrinә çatdırmaq mәqsәdilә «Vergi lövhәsi»nin yeni tәkmillәşmiş forması hazırlanmışdır. Bununla әlaqәdar olaraq әmr edirәm: 1. Әlavә dәyәr vergisinin ödәyicisi olmaq haqqında mәlumatı özündә әks etdirәn «Vergi lövhәsi»nin yeni tәkmillәşmiş forması tәsdiq edilsin (әlavә olunur). 2. Maliyyә-tәsәrrüfat İdarәsinә (R. Lәtifov) tapşırılsın ki, «Vergi lövhәsi»nin dizaynı vә çapı ilә bağlı zәruri mәsәlәlәri hәll etsin. 3. Yerli vergi xidmәti orqanlarının rәhbәrlәrinә tapşırılsın ki, vergi ödәyicilәri arasında «Vergi lövhәsi»nin istifadә edilmәsi ilә bağlı izahat işi aparmaqla onun müvafiq obyektlәrdә tәtbiq edilmәsini tәmin etsinlәr. 4. Әmrin surәtinin Vergilәr Nazirliyinin struktur bölmәlәrinә çatdırılması Katibliyә (F. Hacıyev) tapşırılsın. 5. Әmrin icrasına nәzarәt Vergilәr Nazirliyinin müşavirinә (S. Mәmmәdova) tapşırılsın. Nazir F. MӘMMӘDOV
Vergi lövhәsi
«Vergi lövhәsi»nin doldurulma qaydası
«Vergi ödәyicisinin adı» sәtrindә hüquqi şәxslәr üzrә müәssisәnin adı, fiziki şәxslәrdә isә sahibkarın adı vә soyadı әks etdirilir. «Yerlәşdiyi ünvan» sәtrindә vergi ödәyicisinin faktiki fәaliyyәt göstәrdiyi ünvan әks etdirilir; «Qeydiyyatda olduğu vergi orqanı» sәtrindә vergi ödәyicisinin qeydiyyata durduğu Vergilәr İdarәsinin (Şöbәsinin) adı әks etdirilir. «VÖEN» sәtrindә vergi orqanı tәrәfindәn vergi ödәyicisinә verilmiş eynilәşdirmә nömrәsi әks etdirilir. «Tәşkiati-hüquqi forması» sәtrindә Azәrbaycan Respublikası Dövlәt Statistika Komitәsinin «Hüquqi vahidlәrin tәşkilati-hüquqi formalarının tәsnifatı»na uyğun olaraq vergi ödәyicisinin dövlәt müәssisәsi, fәrdi (ailә) müәssisә, müştәrәk müәssisә, payçı vә müştәrәk (komandit ortaqlıq) müәssisә, mәhdud mәsuliyyәtli müәssisә, açıq tipli sәhmdar cәmiyyәti, qapalı tipli sәhmdar cәmiyyәti, kollektiv müәssisә, müәssisәlәr birliyi, ictimai tәşkilat vә şәxsi sahibkar olduğu әks etdirilir. «Fәaliyyәt növü» sәtrindә vergi ödәyicisinin әsas fәaliyyәt növlәri әks etdirilir. «Hesabat dövrü» qrafasının ilk iki sәtrindә cari ildәn әvvәlki iki il, sonuncu sәtirdә isә cari ilin müvafiq hesabat dövrü qeyd olunur. «Ödәnilmiş vergi» qrafasında vergi ödәyicisi tәrәfindәn müvafiq hesabat dövrü üzrә faktiki ödәnilmiş vergi vә tәdiyәlәrin mәblәği әks etdirilir. «Vergi öhdәliklәri üzrә borclar» qrafasında vergi ödәyicisinin axırıncı hesabat dövrünün sonuna vergi vә tәdiyәlәr üzrә büdcәyә olan borc mәblәğinin cәmi әks etdirilir. «Tәtbiq olunmuş maliyyә sanksiyaları» qrafasında vergi orqanı tәrәfindәn vergi ödәyicisinә müvafiq hesabat dövrü әrzindә yol verilmiş pozuntulara görә tәtbiq olunmuş maliyyә sanksiyalarının mәblәği әks etdirilir. «İmza vә vergi orqanının möhürü» qrafasında
vergi orqanının mәsul şәxsi imza atmalı
vә bu imza vergi orqanının möhürü ilә
tәsdiq edilmәlidir. |