N 0817040100067800
07.02.2008

 

“Vergi işçisinin etik davranış Kodeksi”nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası vergilər nazirinin 2007-ci il 5 dekabr tarixli 0717040100952900 nömrəli əmri ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı”nın 10-cu bəndinin icrasını təmin etmək  məqsədilə və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.11-ci bəndini rəhbər tutaraq

Ə M R    E D İ R Ə M:

1. “Vergi işçisinin etik davranış Kodeksi” yeni redaksiyada təsdiq edilsin  (əlavə olunur).
2.  Vergilər Nazirinin 2005-ci il tarixli F-30 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi işçisinin etik davranış Kodeksi” qüvvədən düşmüş hesab edilsin.
3. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki, 15 gün müddətində Kodeksin yeni redaksiyasının kitabça şəklində çap olunub ştat vahidlərinin sayına uyğun olaraq Vergilər Nazirliyinin bütün struktur vahidlərinə və bölmələrinə göndərilməsini təmin etsin.
4. Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinin rəhbərlərinə tapşırılsın ki, Kodeksin tabeliklərində olan bütün əməkdaşlara çatdırılmasını təmin etsinlər.
5. Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyevə tapşırılsın ki, “Vergi işçisinin etik davranış Kodeksi”nin bu Əmrə əlavə edilən yeni redaksiyasının müxtəlif istiqamətlərdə təşkil olunacaq ixtisasartırma kurslarının tədris proqramlarına daxil edilməsi və onun tədrisi üzrə müvafiq kursların təşkil edilməsi ilə əlaqədar tədbirlər görsün.
6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

          Nazir,
         2-ci dərəcəli dövlət
         vergi xidməti müşaviri                                                Fazil Məmmədov