|
№ 0617040100848700, 08.08.2006
ƏMR
Metodiki Göstərişlərə dəyişikliklər edilməsi haqqında
Vergilər nazirinin 14.04.2006-cı il tarixli 0617040100386600 saylı “Stimullaşdırıcı lotereyanın təşkili haqqında” əmrindən irəli gələn məsələlərin həll edilməsi məqsədi ilə
Ə M R E D İ R Ə M:
1. Vergilər nazirinin 19.04.2006-cı il tarixli 0617040100415700 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarına görə əldə edilmiş kassa çeklərinin sahibləri arasında “NKA çeki alın, avtomobil qazanın” lotereya oyununun təşkili ilə bağlı vətəndaşlardan çeklərin qəbulu, işlənməsi və lotereya biletinin verilməsi haqqında Metodiki Göstərişlər”in 2.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
2.4. Hər bir ədəd lotereya biletini pulsuz almaq üçün vətəndaşlar aşağıdakıların yerinə yetirilməsi şərti ilə əldə etdikləri malların (işlərin, xidmətlərin) dəyərinin ödənilməsi müqabilində aldıqları NKA çeklərini yerli vergi orqanlarına təhvil verməlidirlər:
- dəyərinin ödənilməsi NKA çekləri ilə təsdiq edilən mallar (işlər, xidmətlər) ay ərzində əldə olunsun və NKA çekləri növbəti ayın 2-dək vergi orqanlarına təhvil verilsin;
- NKA çeklərinin əsli təhvil verilsin;
- təhvil verilən NKA çeklərinin miqdarı 20 (iyirmi) ədəddən az olmasın;
- təhvil verilən NKA çeklərində göstərilmiş malların (işlərin, xidmətlərin) ümumi məbləği 40 (qırx) manatdan az olmasın;
- NKA çeki valyuta mübadilə məntəqələrindən əldə edilmiş çek olmasın;
- Təqdim olunan çeklər aydın oxunsun və zəruri rekvizitlər (nəzarət kassa aparatının məxsus olduğu vergi ödəyicisinin adı, VÖEN-i, NKA-nın nömrəsi və çekin nömrəsi) əks olunsun.
2. Bu əmrin icrasına nəzarət vergilər nazirinin müavini 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Namiq Əliyevə tapşırılsın.
Əsas: Vergilər nazirinin 14.04.2006-cı il tarixli 0617040100386600
saylı əmri.
Nazir
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov
|