Fəsil XII. Aksizlər Maddə 182. Aksiz anlayışı 182.1. Aksiz — aksizli malların satış qiymətinə daxil edilən vergidir. 182.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur. Maddə 183. Vergi ödəyiciləri 183.1. Bu fəsildə başqa hallar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli mallar istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridirlər. 183.2. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (Podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Maddə 184. Vergitutma obyekti 184.1. Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir: 184.1.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması; 184.1.2. idxal malları üçün — Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması. 184.2. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir. Maddə 185. Vergi tutulan əməliyyatın məbləği 185.1. Azərbaycan Respublikası ərazisində
istehsal olunan neft məhsulları və tütün məmulatları üçün — vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər
hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu
haqqın topdansatış bazar qiymətindən (aksiz və ƏDV çıxılmaqla) aşağı olmayan
məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal
olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan
malların miqdarı hesab olunur. Maddə 186. Vergi tutulan əməliyyatın vaxtı 186.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün — malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır. 186.2. Malların idxalı üçün — Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır. Maddə 187. İxracın vergiyə cəlb edilməsi Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur. Maddə 188. Azadolmalar 188.1. Aşağıdakılar aksizdən azad edilir: 188.1.1. fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin və 3 blok siqaretin idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;188.1.2. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;188.1.3. təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı; 188.1.4. təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən mallar. 188.2. Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur. Maddə 189. İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi 189.1. Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir. 189.2. Bu maddəyə uyğun olaraq aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən hesab-faktura, xammal və materiallar idxal edildikdə isə — müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır. Maddə 190. Aksizli malların siyahısı və vergi dərəcələri 190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:
190.2. Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla) aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 190.3. Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir: 190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) — hər litrinə 0,8 manat;190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları — hər litrinə 0,5 manat;190.3.3. konyak və konyak materialları — hər litrinə 0,2 manat;190.3.4. şampan şərabı — hər litrinə 0,2 manat;190.3.5. şərablar və şərab materialları — hər litrinə 0,1 manat;190.3.6. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər — hər litrinə 0,08 manat; 190.3.7. bütün növ tütün məmulatları — 12,5 faiz. 190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
190.5. Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına, minik avtomobillərinə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 191. Aksizlər üzrə hesabat dövri və aksizlərin ödənilməsi 191.1. Aksizlər üzrə hesabat dövrü təqvim
ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan
əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
ödənilməlidir. Maddə 192. Bəyannamənin verilməsi 192.1. Vergi ödəyicisi bu Məcəllənin
191.1-ci maddəsində göstərilən hallarda müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada verginin ödənilməsi üçün nəzərdə tutulmuş
müddətlərdə, hesabat dövrü ərzində vergi tutulan əməliyyatlarını göstərməklə
bəyannamə verməlidir. 192.2. Aksizin ödəyicisi bu Məcəllənin 189-cu maddəsində göstərilən əvəzləşdirmə üçün ərizəni aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verir. Maddə 193. Təkrar ixrac zamanı aksizin qaytarılması 193.1. Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz, malların idxalı vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır. 193.2. Bu Məcəllənin 188.1.4-cü maddəsinə uyğun olaraq aksizlərdən azad edilən idxal mallarına bu Məcəllənin 193.1-ci maddəsi tətbiq edilmir. Maddə 194. Aksizli mallar üzərində vergi nəzarəti 194.1. Aksiz tutulan mallara, o cümlədən
idxal mallarına aksiz markalarının tətbiqi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir. Belə aksizli malları markasız idxal etmək,
saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb
olur. 194.2.1. Nəzarət postları müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən telefon və digər zəruri avadanlıqla təchiz edilməklə markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin istehsal sahələrinin əsas giriş və çıxış qapısının yaxınlığında yaradılır.
Maddə 195. Vergi hesab-fakturaları 195.1. Bu Məcəllənin 195.3-cü maddəsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, aksizli malları göndərən vergi ödəyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qəbul edənə vergi hesab-fakturası yazmalı və verməlidir.195.2. Vergi hesab-fakturası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada tərtib edilən və bu Məcəllənin 176.2-ci maddəsində nəzərdə tutulmuş rekvizitləri özündə əks etdirən sənəddir. 195.3. Mallar pərakəndə qaydada göndərildiyi hallarda vergi hesab-fakturası əvəzinə qəbz və ya çek verilə bilər.
|