| Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsi (2007-ci il 06 noyabr tarixinə edilmiş əlavələr və dəyişikliklərlə) |
|
Fəsil XVI. Mədən vergisi
Maddə 213. Mədən vergisi
Azərbaycan Respublikasının ərazisində, o
cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi
tutulur.
Maddə 214. Vergi ödəyiciləri
Azərbaycan
Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran
fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.
Maddə 215. Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisində
(Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da
daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma
obyektidir.
Maddə 216. Verginin dərəcələri
216.1. Yerin təkindən çıxarılan aşağıdakı
faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi onların topdansatış
qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:
| Mədən vergisinə cəlb olunan faydalı qazıntıların
adı |
Mədən vergisinin dərəcələri (faizlə) |
| Xam neft |
26 |
| Təbii qaz |
20 |
| Filiz faydalı qazıntıları: |
|
| bütün növ metallar |
3 |
216.2. Yerin təkindən çıxarılan aşağıdakı
faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi hər kubmetr üçün
aşağıdakı dərəcələrlə hesablanır:
| Mədən
vergisinə cəlb olunan faydalı qazıntıların adı |
Mədən
vergisinin dərəcələri
(manatla) |
Qeyri-filiz faydalı
qazıntıları: |
|
| seolit |
0,5 |
| barit |
0,5 |
| mişar daşları |
0,5 |
| çınqıl xammalı |
0,5 |
| yüngül doldurucular
(keramzit, aqloporit) istehsalı üçün gillər |
0,5 |
| bentonit gilləri |
0,5 |
| kərpic-kirəmit gilləri |
0,5 |
| vulkan külü və pemza |
0,5 |
| kvars qumları |
0,5 |
| tikinti qumları |
0,5 |
| sement xammalı (əhəng
daşı, mergel, gil, vulkan külü) |
0,5 |
| üzlük daşları (mərmər,
qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) |
1 |
| qiymətli və yarımqiymətli
bəzək daşları |
4 |
| daş duz |
4 |
| yodlu bromlu sular |
0,02 |
| mineral sular |
6 |
Maddə 217. Verginin hesablanması qaydası, ödənilməsi
müddəti və bəyannamənin verilməsi
217.1. Mədən
vergisi bu Məcəllənin 216.1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar
üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə,
216.2-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə isə yerin təkindən
çıxarılmış faydalı qazıntıların hər kub metrinə müvafiq vergi dərəcələrini
tətbiq etməklə hesablanır.
217.2. Hesabat ayı üçün mədən vergisinin
məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.
217.3. Mədən vergisinin ödəyiciləri hər ay
hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli
büdcələrə daxil olan vergisi üzrə isə bələdiyyələrə mədən vergisinin
bəyannaməsini verirlər.
217.4. Bu maddədə müəyyən edilən qaydada
hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə
məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
217.5. Mədən vergisi (yerli əhəmiyyətli
tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə
ödənilir. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli
büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.Yerli əhəmiyyətli
tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı aid
edilir.
217.6. Xam neftin və qazın hasilatı zamanı
bu Məcəllənin 217.1-ci maddəsinə uyğun olaraq mədən vergisi hesablanarkən, hasil
edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri
vurulan neftin və qazın miqdarı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır.
|