| Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsi (2007-ci il 06 noyabr tarixinə edilmiş əlavələr və dəyişikliklərlə) |
|
Fəsil II. Vergi ödəyicisi. Vergi agenti
Maddə 15. Vergi ödəyicisinin hüquqları
15.1. Vergi ödəyicisinin aşağıdakı
hüquqları vardır:
15.1.1. vergi orqanlarından qeydiyyat
(uçot) yeri üzrə qüvvədə olan vergilər və onların
ödənilməsi qaydasını və şərtlərini tənzimləyən
normativ-hüquqi aktlar, vergi ödəyicilərinin
hüquq və vəzifələri, vergi orqanlarının və
onların vəzifəli şəxslərinin səlahiyyətləri
haqqında əvəzsiz olaraq yazılı məlumat almaq;
15.1.2. vergi orqanlarından vergi
qanunvericiliyinin tətbiq edilməsi
məsələlərinə dair yazılı izahatlar almaq;
15.1.3. vergi qanunları ilə müəyyən
edilmiş hallarda və qaydada vergi
güzəştlərindən istifadə etmək;
15.1.4. artıq ödənilmiş və ya artıq
tutulmuş vergilərin vaxtında geri
qaytarılmasını və ya əvəzləşdirilməsini tələb
etmək;
15.1.5. vergi münasibətlərində
bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə
iştirak etmək;
15.1.6. vergi yoxlaması ilə bağlı tərtib
edilən aktların (protokolların) və vergi
orqanlarının qərarlarının surətini almaq;
15.1.7. vergi orqanlarından və onların
vəzifəli şəxslərindən vergi ödəyicisinə
münasibətdə vergilər haqqında qanunvericiliyə
riayət olunmasını tələb etmək;
15.1.8. vergi orqanlarının və onların
vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər
vergi normativ-hüquqi aktlarına uyğun olmayan
aktlarını (qərarlarını) və tələblərini yerinə
yetirməmək;
15.1.9. müəyyən edilmiş qaydada vergi
orqanlarının və onların vəzifəli şəxslərinin
hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə
şikayət etmək;
15.1.10. qanunvericiliklə müəyyən edilmiş
qaydada kommersiya (vergi) sirrinin qorunmasını
tələb etmək;
15.1.11. vergi orqanlarının və ya onların
vəzifəli şəxslərinin qeyri-qanuni aktları
(qərarları) və hərəkətləri (hərəkətsizliyi)
nəticəsində dəymiş zərərin tam ödənilməsini
qanunvericiliklə müəyyən edilmiş qaydada tələb
etmək;
15.1.12. vergi yoxlamalarının aktları və
digər materialları ilə tanış olmaq, vergi
orqanlarına və onların vəzifəli şəxslərinə
vergilərin hesablanması və ödənilməsi, habelə
keçirilən vergi yoxlamalarının aktları üzrə öz
rəyini bildirmək;
15.1.13. xronometraj metodu ilə aparılan
sonuncu müşahidədən sonra istehsal həcminin və
ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar
xronometraj metodu ilə yeni müşahidənin
aparılmasını vergi orqanlarından tələb etmək;
15.1.14. vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək.
15.1.15. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək.
15.1.16. bu Məcəllə və qanunlarla
müəyyən edilmiş digər hüquqlardan istifadə
etmək.
15.2. Vergi ödəyicisinin hüquqları və
qanuni maraqları qanunvericilik normaları ilə
təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və
qanuni maraqlarının müdafiəsi qaydası bu
Məcəllə və digər qanunlarla müəyyən edilir.Vergi ödəyicisinin hüquqları və
qanuni maraqları vergi orqanlarının və onların
vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin
edilir.Vergi ödəyicisinin hüquqlarının və
qanuni maraqlarının təmin olunmaması və ya
lazımınca təmin olunmaması qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur.
15.3. Vergi ödəyicisi vergi
münasibətlərində bilavasitə və bu Məcəllədə
başqa hallar nəzərdə tutulmamışdırsa öz qanuni
və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə
iştirak edə bilər.
Maddə 16. Vergi ödəyicisinin vəzifələri
16.1. Vergi ödəyicisinin aşağıdakı
vəzifələri vardır:
16.1.1. qanunla müəyyən edilmiş vergiləri
ödəmək;
16.1.2. vergi orqanlarından vergi
ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN)
almaq;
16.1.3. qanunvericiliklə nəzərdə
tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və
vergitutma obyektlərinin uçotunu aparmaq;
16.1.4. vergi orqanlarına
qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi
əlavə edilməklə vergi hesabatını təqdim etmək;
16.1.5. vergi orqanlarının vergi
qanunvericiliyinin aşkar edilmiş
pozuntularının aradan qaldırılması haqqında
qanuni tələblərini icra etmək, habelə vergi
orqanlarının vəzifəli şəxslərinin qanuni
fəaliyyətinin icra edilməsinə maneçilik
törətməmək;
16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş
hallarda və qaydada vergi orqanlarına və onların
vəzifəli şəxslərinə zəruri olan məlumatları və
sənədləri təqdim etmək;
16.1.7. qanunvericiliklə müəyyən edilmiş
müddətdə mühasibat sənədlərinin və vergilərin
hesablanması və ödənilməsi üçün zəruri olan
digər sənədlərin, habelə alınan gəliri (hüquqi
şəxslər üçün çəkilən xərcləri də) və ödənilən
(tutulan) vergiləri təsdiq edən sənədlərin
saxlanılmasını təmin etmək;
16.1.8.aşağıdakı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək:
16.1.8.1. Qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədki payı 50 faizdən çox olduqda);
16.1.8.2. qiyməti kağızların satışı;
16.1.8.3. lotereya biletlərinin satışı;
16.1.8.4. sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa);
16.1.8.5. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
16.1.8.6. şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti;
16.1.8.7. rabitə xidməti (İnternet klubların fəaliyyəti istisna olmaqla);
16.1.8.8. reklam xidməti;
16.1.8.9. mənzil təsərrüfatı obyektlərinin fəaliyyəti;
16.1.8.10. yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi;
16.1.8.11. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri;
16.1.8.12. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, lift və təhlükəsizlik xidməti;
16.1.8.13. kanalizasiya və sanitar təmizləmə xidməti;
16.1.8.14. turizm-ekskursiya, sanatoriya-kurort və sağlamlaşdırma xidmətləri;
16.1.8.15. bədən tərbiyəsi və idman xidməti;
16.1.8.16. səhiyyə xidməti;
16.1.8.17. vəkillik və digər hüquq xidmətləri;
16.1.8.18. təhsil müəssisələrinin təhsillə bağlı olan fəaliyyəti və tədris kurslarının fəaliyyəti;
16.1.8.19. avtomobil dayanacaqlarının fəaliyyəti;
16.1.8.20. paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması;
16.1.8.21. mənzillərin təmiri və tikintisi;
16.1.8.22. stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və bununla əlaqədar kirayə;
16.1.8.23. lombard xidməti;
16.1.8.24. cildləmə xidməti;
16.1.8.25. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
16.1.8.26. bank fəaliyyəti;
16.1.8.27. işçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən aşağıdakı fəaliyyətlər:
16.1.8.27.1. mebellərin təmiri və hazırlanması;
16.1.8.27.2. foto, audio-video xidməti;
16.1.8.27.3. ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi;
16.1.8.27.4. saatların, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
16.1.8.27.5. nəqliyyat vasitələrinə texniki və digər xidmətlər;
16.1.8.27.6. bərbər xidməti;
16.1.8.27.7. zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması;
16.1.8.27.8. nəqqaşlıq və rəssamlıq emalatxanaları və təmiri məntəqələrinin fəaliyyəti.
16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;
16.1.10. istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat vernəklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək;
16.1.11. sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək;
16.1.12. bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələr.
16.2. Vergi ödəyicisinin hesabat
dövründə sahibkarlıq fəaliyyəti və ya digər
vergi tutulan əməliyyatı olmadığı halda vergi
orqanına vergi hesabatının əvəzinə, hesabatın
təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən
gec olmayaraq arayış təqdim edilir.
16.3. Vergi ilində vergi ödəyicisi
sahibkarlıq fəaliyyətini və ya digər vergi
tutulan əməliyyatlarını müvəqqəti
dayandırdıqda, həmin fəaliyyətin və ya
əməliyyatların dayandırılması günündən gec
olmayaraq vergi orqanına müvafiq arayış təqdim
edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin
və ya digər vergi tutulan əməliyyatların
dayandırılmasının müddəti göstərilməlidir.
16.4. Bu Məcəllənin 16.2-ci və 16.3-cü
maddələrinə müvafiq olaraq arayış təqdim edən
vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı
olduqda əmlak və (və ya) torpaq vergisinin
hesabatları bu Məcəllə ilə müəyyən olunmuş
qaydada və müddətlərdə vergi orqanına təqdim
edilir.
16.5. Bu Məcəllənin 16.2-ci və 16.3-cü
maddələrində nəzərdə tutulan arayışlar vergi
hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı
gündən qüvvəsini itirir.
Maddə 17. Vergi agenti
17.1. Vergi agenti bu Məcəlləyə uyğun
olaraq vergini hesablamağa, onu vergi
ödəyicisindən tutmağa və təyinatı üzrə
köçürməyə borclu olan şəxsdir.
17.2. Vergi agentinin, bu Məcəllədə başqa
hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi
ilə eyni hüquqları vardır.
17.3. Vergi agenti:
17.3.1. müvafiq vergiləri düzgün və
vaxtında hesablamağa, onları vergi
ödəyicisindən tutmağa və təyinatı üzrə
köçürməyə;
17.3.2. vergi ödəyicilərinə ödənilən
gəlirlərin, onlardan tutulan və təyinatı üzrə
köçürülən vergilərin, o cümlədən hər vergi
ödəyicisi üzrə ayrıca uçotunu aparmağa;
17.3.3. vergilərin hesablanmasının,
tutulmasının və ödənilməsinin düzgünlüyünə
nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi
orqanlarına verməyə;17.3.4. vergi ödəyicisindən verginin
tutulmasının mümkün olmadığı hallarda, bu barədə
və vergi ödəyicisinin vergi borcunun məbləği
barədə vergi orqanlarına 30 gün müddətində öz
qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat
verməyə;
17.3.5. bu Məcəllə ilə müəyyən edilmiş
digər vəzifələri yerinə yetirməyə borcludur.
17.4. Vergi agenti qanunla ona həvalə
edilmiş vəzifələri yerinə yetirməməyə və ya
lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və
digər qanunlarla müəyyən edilmiş qaydada
məsuliyyət daşıyır.
17.5. Vergi agenti birbaşa və ya dolayı
yolla tabe olduğu şəxsin təqsiri üzündən ona
həvalə olunmuş vəzifələrin yerinə
yetirilməməsinə və ya lazımınca yerinə
yetirilməməsinə görə vergi agentinin bilavasitə
və ya dolayısı ilə tabe olduğu şəxs bu Məcəllə və
digər qanunlarla müəyyən edilmiş qaydada
məsuliyyət daşıyır.
Maddə 18. Qarşılıqlı surətdə asılı olan şəxslər
18.1. Vergi məqsədləri üçün qarşılıqlı
surətdə asılı olan şəxslər — aralarındakı
münasibətlər fəaliyyətlərinin iqtisadi
nəticələrinə və ya onların təmsil etdiyi
şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə
bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir.
18.2. Bu maddənin məqsədləri üçün
qarşılıqlı surətdə asılı olan şəxslər
aşağıdakılar sayılır:
18.2.1. bir şəxs digər şəxsin əmlakında
bilavasitə və ya dolayısı ilə iştirak edirsə və
onun iştirak payı və ya səs hüququ azı 20
faizdirsə;
18.2.2. bir şəxs özünün xidməti
vəziyyətinə görə digər şəxsə tabedir və ya bir
şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə
nəzarətindədir;
18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və
ya dolayısı ilə nəzarətindədirlər;
18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya
dolayısı ilə birgə nəzarət edirlər;
18.2.5. bu Məcəllənin 13.2.7-ci maddəsində
göstərilən ailə üzvləri.
Maddə 19. Daimi nümayəndəlik
19.1. Azərbaycan Respublikasında
qeyri-rezident hüquqi şəxsin və ya
qeyri-rezident fiziki şəxsin daimi
nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay
ərzində Azərbaycan Respublikasında üst-üstə 90
gündən az olmayaraq bilavasitə və ya müvəkkil
edilmiş şəxs vasitəsilə tam və ya qismən
sahibkarlıq fəaliyyətini həyata keçirdiyi
yerdir.
19.2. Daimi nümayəndəlik, əsasən
aşağıdakıları əhatə edir, amma bunlarla
məhdudlaşdırılmır:
19.2.1. idarəetmə yerini;19.2.2. bölməni;
19.2.3. kontoru;
19.2.4. filialı və agentliyi;
19.2.5. tikinti və təmir meydançaları,
quraşdırma və ya yığma obyektləri, həmçinin bu
cür obyektlərlə bağlı nəzarət fəaliyyəti
göstərilməsini;
19.2.6. təbii ehtiyatların kəşfiyyatı,
işlənməsi və çıxarılması üzrə yerlər, istifadə
olunan qurğular və ya meydançalar, qazma
avadanlığı və ya gəmilər, həmçinin bu cür
obyektlərlə bağlı nəzarət fəaliyyəti
göstərilməsini;
19.2.7. qeyri-rezident fiziki şəxsin
sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi
bazanı (yeri);
19.2.8. müxtəlif məsləhət xidməti üzrə
yerlərini;
19.2.9. Azərbaycan Respublikası
ərazisində digər sahibkarlıq növlərinin həyata
keçirildiyi istənilən hər hansı iş yerlərini;
19.2.10. qeyri-rezident müəssisələrin və
ya qeyri-rezident fiziki şəxsin Azərbaycan
Respublikasındakı daimi nümayəndəliyi
funksiyalarını həyata keçirən, onların adından
fəaliyyət göstərən, onların adından
müqavilələri hazırlamaq və ya bağlamaq
səlahiyyətlərinə malik olan və adətən belə
səlahiyyətləri həyata keçirən şəxsləri;
19.2.11. malların istehsal və ya təqdim
edildiyi, işlərin görüldüyü və ya xidmətlərin
göstərildiyi yeri.
19.3. Bu Məcəllənin 19.2-ci maddəsində
müəyyən edilən müddəalardan fərqli olaraq,
aşağıda göstərilən fəaliyyət növləri daimi
nümayəndəlik vasitəsi ilə həyata keçirilən
fəaliyyət sayılmır:
19.3.1. qeyri-rezident müəssisəsinin
özünə məxsus malların və məmulatların müstəsna
olaraq saxlanması və ya nümayiş etdirilməsi;
19.3.2. qeyri-rezident müəssisəsinin
özünə məxsus olan malların və məmulatların
ehtiyatlarının digər şəxs tərəfindən emal və
sonradan Azərbaycan Respublikasından ixrac
edilməsi məqsədi ilə saxlanması;
19.3.3. qeyri-rezident müəssisəsinin
yalnız özü üçün malların alınması və ya
məmulatların toplanması;
19.3.4. qeyri-rezident müəssisəsinin özü
üçün hər hansı digər hazırlıq və ya yardımçı
xarakterli fəaliyyət göstərməsi;
19.3.5. bu Məcəllənin 19.3.1—19.3.4-cü
maddələrində göstərilmiş hər hansı fəaliyyət
növlərinin bir yerdə həyata keçirilməsi.
19.4. Bu maddənin məqsədləri üçün
qeyri-rezident müəssisənin və ya qeyri-rezident
fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90
gündən az müddətdə Azərbaycan Respublikasında
fəaliyyət göstərdiyi hər hansı yer daimi
nümayəndəlik sayılmır, bu halda Azərbaycan
mənbəyindən əldə olunan gəlir bu Məcəllənin 125-ci
və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində
vergiyə cəlb edilir.
|