| Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsi (2007-ci il 06 noyabr tarixinə edilmiş əlavələr və dəyişikliklərlə) |
|
Fəsil III. Dövlət vergi orqanları
Maddə 20. Dövlət vergi orqanları və onların
təyinatı
20.1. Azərbaycan Respublikasında
dövlət vergi orqanlarını müvafiq
icra hakimiyyəti orqanı və bilavasitə ona tabe
olan ərazi vergi orqanları təşkil edir.Vergi orqanları öz səlahiyyətləri
çərçivəsində hüquq mühafizə orqanlarının
səlahiyyətlərini həyata keçirirlər.
20.2. Vergi orqanları öz fəaliyyətini
yerli dövlət hakimiyyəti orqanlarından asılı
olmayaraq müstəqil həyata keçirirlər.Vergi orqanları tərəfindən onların
səlahiyyətləri daxilində qəbul edilən qərarlar
bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.
20.3. Vergi orqanları məhkəmələrə iddia
ərizələrinin verilməsi üçün dövlət rüsumunu
ödəməkdən azaddırlar.
20.4. Vergi orqanları yerli vergilər
(bələdiyyə vergiləri), habelə tutulması dövlət
gömrük orqanlarının səlahiyyətlərinə aid
edilmiş yol vergisi, ƏDV və aksiz istisna
olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə
nəzarəti həyata keçirirlər.
20.5. Bu Məcəllə ilə nəzərdə tutulan
hallarda vergi orqanlarının səlahiyyətlərini
qanunla müəyyən edilmiş hallarda və qaydada yol
vergisi və idxal-ixrac əməliyyatları sahəsində
gömrük orqanları həyata keçirir.
20.6. Bu Məcəllənin 20.5-ci maddəsində
göstərilən orqanlar öz səlahiyyətləri daxilində
bu Məcəlləyə, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə, digər
qanunlara və onlara uyğun qəbul edilmiş
qanunvericilik aktlarına əsasən fəaliyyət
göstərirlər.
Maddə 21. Vergi orqanlarının fəaliyyətinin
hüquqi əsasları
Vergi orqanlarının fəaliyyətinin
hüquqi əsaslarını Azərbaycan
Respublikasının Konstitusiyası, bu Məcəllə və
onlara uyğun olaraq qəbul edilmiş
qanunvericilik aktları təşkil edir.
Maddə 22. Vergi orqanları işçilərinin sosial
müdafiəsi və bu orqanların maddi həvəsləndirmə
və inkişaf fondu
22.1. Vergi orqanlarının işçilərinin
sosial müdafiəsinə dövlət təminat verir və onlar
dövlət büdcəsinin vəsaiti hesabına icbari
qaydada sığorta olunurlar. İcbari sığortanın
qaydası və şərtləri qanunla müəyyən edilir.Vergi orqanının işçisinə xidməti
fəaliyyəti həyata keçirdiyi zaman peşə
fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır
bədən xəsarəti yetirildikdə, ona dövlət
büdcəsinin vəsaiti hesabına vəzifə maaşı ilə
pensiyası arasındakı fərq ödənilir.Xidməti fəaliyyətlə əlaqədar vergi
orqanının işçisinin və ya onun ailə üzvlərinin
əmlakına dəymiş zərər, sonradan təqsirkar
şəxsdən tutulmaqla, tam həcmdə dövlət büdcəsinin
vəsaiti hesabına ödənilir.
22.2. Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına (dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla) bu orqanların büdcədənkənar fondu yaradılır.
Maddə 23. Vergi orqanlarının hüquqları
23.1. Vergi orqanlarının hüquqları
aşağıdakılardır:
23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş
hallarda v' qaydada kameral və səyyar vergi
yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;
23.1.2. vergi ödəyicilərində bütün
maliyyə sənədlərini, mühasibat kitablarını,
hesabatları, smetaları, nağd vəsaitləri,
qiymətli kağızları və başqa qiymətliləri,
bəyannamələri və vergilərin hesablanması və
ödənilməsi ilə bağlı olan digər sənədləri
qanunvericiliklə müəyyən edilmiş qaydada
yoxlamaq, habelə yoxlamaların keçirilməsi
zamanı yoxlamaya aid olan məsələlərlə bağlı
vergi ödəyicilərindən və ya onun vəzifəli
şəxslərindən lazımi izahatlar, arayışlar və
məlumat almaq;
23.1.3. vergi ödəyicilərinin gəlir
götürmək üçün istifadə etdikləri, yaxud vergi
tutulan obyektlərin saxlanılması ilə bağlı olan
istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə müəyyən
edilmiş qaydada xronometraj metodu ilə müşahidə
aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən
edilmiş qaydada sənədləri və əşyaları götürmək, mülkiyyətində
və ya istifadəsində olan əmlakın (yaşayış
sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən
edilmiş hallarda müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş qaydada inventarizasiyasını aparmaq;
23.1.4. vergi ödəyicilərindən vergi
qanunvericiliyinin pozulması hallarının aradan
qaldırılmasını, habelə vergi ödəyicisi auditor
tərəfindən yoxlanılmalı olduğu halda auditor
rəyini tələb etmək;
23.1.5. qanunla müəyyən edilmiş qaydada
vergi qanunvericiliyinin pozulması ilə bağlı
işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi
borclarına faizlər hesablamaq, bu şəxslərə
maliyyə sanksiyaları və inzibati cərimələr
tətbiq etmək;
23.1.6. müəyyən edilmiş müddətlərdə
ödənilməmiş vergilərin, faizlərin, maliyyə
sanksiyalarının və inzibati cərimələrin qanunla
müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini
təmin etmək;
23.1.7. Vergi ödəyicilərinin
hesablaşma, valyuta və ya digər hesablarından
qanunvericiliyə müvafiq olaraq hesablanmış
vergilər üzrə borcların və faizlərin, tətbiq
edilmiş maliyyə sanksiyalarının dövlət
büdcəsinə alınması üçün banklara və ya digər
kredit təşkilatlarına icra (ödəniş) sənədi olan
sərəncam vermək, inzibati cərimələrin
alınmasını təşkil etmək;
23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi
ödəyicisinin hesablaşma, valyuta və digər
hesablarına həbs qoyulması barədə məhkəmədə
iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən
edilmiş qaydada vergi ödəyicisinin əmlakının
siyahıya alınması üçün tədbirlər görmək;
23.1.9. «Əməliyyat-axtarış
fəaliyyəti haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
hallarda və qaydada vətəndaşların vergi
məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək;
23.1.10. «Əməliyyat-axtarış
fəaliyyəti haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
hallarda və qaydada binalara (yaşayış sahələri
istisna olmaqla), qurğulara və torpaq sahələrinə
daxil olmaq və baxış keçirtmək;
23.1.11. «Əməliyyat-axtarış
fəaliyyəti haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
hallarda və qaydada nəzarət qaydasında mal
alqısını həyata keçirtmək;
23.1.12. Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq;
23.1.13. aksiz markası ilə markalanmalı
olan malların markalanmadan satışının həyata
keçirilməsi aşkar edildikdə, həmin malları
siyahıya almaq və vergi ödəyicisində və ya onun
razılığı ilə vergi orqanlarının vəzifəli
şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq;
23.1.14. bu Məcəllə ilə müəyyən edilmiş
qaydada mütəxəssisləri, ekspertləri,
tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;
23.1.15. məhkəmənin qərarı ilə müsadirə
edilmiş aksiz markası olmayan və ya saxta aksiz
markaları ilə markalanmış malların satışını
qanunvericiliyə uyğun olaraq təşkil etmək;
23.1.16. bu Məcəllə və Azərbaycan
Respublikasının digər qanunvericilik aktları
ilə vergi orqanlarının təyinatına uyğun olaraq
nəzərdə tutulmuş başqa hüquqları həyata
keçirmək.
23.2. Yuxarı vergi orqanları tabeliyində
olan vergi orqanlarının və onların vəzifəli
şəxslərinin qeyri-qanuni aktlarını və
qərarlarını ləğv edə bilərlər.
Maddə 24. Vergi orqanlarının vəzifələri
24.0. Vergi orqanları:
24.0.1. vergilərin düzgün hesablanmasına,
tam və vaxtında ödənilməsinə nəzarət etməyə;
vergi qanunvericiliyinə tam və dəqiq riayət
etməyə;
24.0.2. vergi ödəyicilərinin hüquqlarını
və qanuni mənafelərini gözləməyə və müdafiə
etməyə;
24.0.3. vergi qanunvericiliyi və vergi
qanunvericiliyində edilən dəyişikliklər barədə
vergi ödəyicilərinə kütləvi informasiya
vasitələri ilə və ya fərdi qaydada əvəzsiz
olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat
formalarının doldurulması qaydalarını izah
etməyə, vergilərin hesablanması və ödənilməsi
barədə izahatlar verməyə, vergi ödəyicilərinə
onların hüquq və vəzifələrini izah etməyə;
24.0.4. hesablanmış və təyinatı üzrə
daxil olmuş vergilərin uçotunu aparmağa və bu
barədə müvafiq
icra hakimiyyəti orqanlarına məlumat verməyə;
24.0.5. vergi qanunvericiliyinin
pozulması hallarına dair məlumatları toplamağa,
təhlil etməyə və qiymətləndirməyə, belə halların
baş verməsinə gətirib çıxaran səbəblərin və
şəraitin aradan qaldırılması üçün müvafiq
dövlət orqanlarına təkliflər verməyə;
24.0.6. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının uçotunu
aparmağa;
24.0.7. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərməyə;
24.0.8. bu Məcəllədə və qanunvericilikdə
nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri
haqqında məlumatın, o cümlədən vergi və
kommersiya sirrinin qorunması qaydalarına
riayət etməyə və onu təmin etməyə;
24.0.9. vergi ödəyicilərinə vergi
yoxlamalarının nəticələri haqqında aktın,
habelə qanunvericiliklə müəyyən edilmiş
hallarda vergi orqanının qərarının surətini
verməyə;
24.0.10. vergi ödəyiciləri tərəfindən
artıq ödənilmiş vergi məbləğlərinin
əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə
vergi ödəyicilərindən düzgün tutulmayan vergi
məbləğlərinin, maliyyə sanksiyalarının,
faizlərin və inzibati cərimələrin geri
qaytarılması üçün qanunvericiliklə müəyyən
edilmiş tədbirləri görməyə;
24.0.11. tabeliyində olan vergi
orqanlarının fəaliyyətinə nəzarəti həyata
keçirməyə;
24.0.12. bu Məcəllə və Azərbaycan
Respublikasının digər qanunvericilik aktları
ilə vergi orqanlarının təyinatına uyğun olaraq
müəyyən edilmiş digər vəzifələri həyata
keçirməyə borcludur.
Maddə 25. Dövlət gömrük orqanlarının vergitutma
sahəsində hüquq və vəzifələri
Dövlət gömrük orqanları mallar
Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirildikdə, vergilərin tutulması sahəsində bu
Məcəllə, Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi və digər qanunları ilə
müəyyən edilmiş hüquqları və vəzifələri həyata
keçirirlər.
Maddə 26. Vergi orqanlarının digər dövlət
hakimiyyəti orqanları ilə qarşılıqlı
münasibətləri
26.1. Vergi orqanları öz vəzifələrini
mərkəzi və yerli icra hakimiyyəti orqanları,
hüquq-mühafizə, maliyyə və digər dövlət
hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə
həyata keçirirlər.
26.2. Vergi orqanlarının vəzifələrinin
yerinə yetirilməsi ilə əlaqədar digər dövlət
hakimiyyəti orqanları vergi orqanlarına kömək
etməyə və zəruri hallarda müəyyən edilmiş
qaydada onlara lazımi məlumatları verməyə
borcludurlar.
26.3. Gömrük orqanları vergitutma ilə
əlaqədar onlarda olan məlumatı bu Məcəllənin
20.1-ci maddəsində nəzərdə tutulan müvafiq
icra hakimiyyəti orqanına verməlidir.
Maddə 27. Vergi orqanlarının vəzifəli şəxsləri
27.1. Vergi orqanlarının vəzifəli
şəxsləri dövlət qulluğundadırlar.
27.2. Vergi orqanlarının vəzifəli
şəxsləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada vəzifəyə təyin olunur və
vəzifədən azad olunur.
27.3. Vergi orqanlarının vəzifəli
şəxsləri elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq
və digər ödənişli fəaliyyət növləri ilə məşğul
ola bilməzlər.
Maddə 28. Vergi orqanlarının vəzifəli
şəxslərinin xüsusi rütbələri
28.1. Vergi orqanlarının vəzifəli
şəxslərinə tutduğu vəzifəsinə, ixtisasına və iş
stajına görə xüsusi rütbələr verilir.
28.2. Xüsusi rütbələrin verilməsi, həmin
rütbələrdən məhrum edilməsi qaydası və xüsusi
rütbələrlə bağlı digər məsələlər
qanunvericiliklə müəyyən edilir.
28.3. Vergi orqanlarının vəzifəli
şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq
xüsusi geyim forması və fərqlənmə nişanları
vardır. Həmin geyim formasının və fərqlənmə
nişanlarının nümunəsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.
Maddə 29. Mənafelərin toqquşması
29.0. Vergi orqanlarının vəzifəli
şəxsləri tərəfindən aşağıdakı hallarda öz
xidməti vəzifələrini vergi ödəyicilərinə
münasibətdə həyata keçirmək yol verilməzdir:
29.0.1. vergi orqanlarının vəzifəli
şəxsləri ilə vergi ödəyiciləri arasındakı
münasibətlər ailə üzvlərinin münasibətləri
olduqda;
29.0.2. vergi orqanlarının vəzifəli
şəxslərinin və ya onların ailə üzvlərinin
bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində
(onun fəaliyyətində) maliyyə marağı olduqda.
Maddə 30. Kommersiya (vergi) sirri
30.1. Vergi orqanları və onların
vəzifəli şəxsləri (vergi orqanlarında
işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra)
xidməti vəzifələrini yerinə yetirərkən vergi
ödəyiciləri haqqında əldə etdikləri və ya onlara
etibar edilən hər hansı məlumatın məxfiliyini
qorumağa borcludurlar.
30.2. Aşağıdakı məlumatlar istisna
olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri
tərəfindən vergi ödəyicisi barədə əldə edilən
istənilən məlumat kommersiya (vergi) sirri hesab
olunur:
30.2.1. vergi ödəyicisinin razılığı ilə
aşkar edilən;
30.2.2. vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi haqqında;
30.2.3. müəssisənin Nizamnamə fondu
(nizamnamə kapitalı) haqqında;
30.2.4. vergi qanunvericiliyinin
pozulması və bu pozulmalara görə məsuliyyət
tədbirləri haqqında.
30.2.5. vergi ödənişləri üzrə borclar.
30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar.
30.3. Kommersiya (vergi) sirri vergi
orqanları, onların vəzifəli şəxsləri tərəfindən
qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla
açılmamalıdır.Kommersiya (vergi) sirrinin açılmasına
əsas etibarilə, ancaq bununla məhdudlaşmayan,
vergi yoxlaması zamanı vəzifələrini yerinə
yetirərkən vergi orqanının vəzifəli şəxsinə,
cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli
olmuş vergi ödəyicisinin kommersiya (vergi)
sirrinin istifadə edilməsi və ya başqa şəxsə
verilməsi aiddir.
30.4. Vergi orqanına daxil olmuş və
kommersiya (vergi) sirrini təşkil edən
məlumatların qorunmasının və əldə edilməsinin
xüsusi rejimi vardır.Kommersiya (vergi) sirrini təşkil edən
məlumatları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə
bilər.
30.5. Kommersiya (vergi) sirrini təşkil
edən məlumatların itirilməsi və yaxud belə
məlumatların açılması qanunla nəzərdə tutulmuş
məsuliyyətə səbəb olur.
30.6. Bu Məcəllənin 30.1-ci maddəsində
göstərilən vergi orqanları və onların vəzifəli
şəxsləri vergi ödəyiciləri haqqında məlumatı
ancaq aşağıdakı hallarda digər orqanlara
qanunvericiliklə müəyyən edilmiş qaydada verə
bilərlər:
30.6.1. vergi orqanlarına və onların
vəzifəli şəxslərinə vergi orqanlarının
vəzifələrinin həyata keçirilməsi məqsədi ilə;
30.6.2. vergi qanunvericiliyinin cinayət
tərkibli pozuntuları ilə əlaqədar onların
qarşısının alınması və istintaq aparılması üçün müvafiq
icra hakimiyyəti orqanına;
30.6.3. inzibati xətalar və ya vergi
qanunvericiliyinin cinayət tərkibli
pozuntuları ilə bağlı işlərə baxılma ilə
əlaqədar müvafiq məhkəmələrə;
30.6.4. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
olaraq digər dövlətlərin müvafiq dövlət
hakimiyyəti orqanlarına;
30.6.5. sosial müdafiə haqqında
qanunların yerinə yetirilməsi üçün zəruri olan
hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta
fondlarına;
30.6.6. gömrük qanunvericiliyinin tətbiq
edilməsi məqsədləri üçün gömrük orqanlarına.
30.7. Dövlət hakimiyyəti orqanları və
onların vəzifəli şəxsləri kommersiya (vergi)
sirrini təşkil edən məlumatları əks etdirən
sənədləri həmin sənədləri onlara təqdim etmiş
vergi orqanlarına qaytarmalıdırlar.
30.8. Vergi ödəyicisinə aid məlumat
vergi ödəyicisinin yazılı icazəsi ilə digər
şəxsə verilə bilər.
Maddə 31. Vergi orqanlarının vəzifəli
şəxslərinin vəzifələri
31.0. Vergi orqanlarının vəzifəli
şəxslərinin aşağıda göstərilən vəzifələri
vardır:
31.0.1. bu Məcəlləyə və Azərbaycan
Respublikasının digər qanunlarına ciddi riayət
etmək;
31.0.2. vergi orqanlarının hüquq və
vəzifələrini öz səlahiyyətləri daxilində yerinə
yetirmək;
31.0.3. vergi ödəyicilərinə, onların
nümayəndələrinə və vergi münasibətlərinin digər
iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq
|