| Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsi (2007-ci il 06 noyabr tarixinə edilmiş əlavələr və dəyişikliklərlə) |
|
Fəsil VII. Vergilərin ödənilməsi üzrə ümumi
qaydalar
Maddə 65. Vergilər üzrə borcların alınması qaydası
65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu
Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu
Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin,
faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində
ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
65.2. Hesablanmış və ya yenidən
hesablanmış vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları vergi
ödəyicisi tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda vergi
orqanı vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarından milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər
üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət
büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş)
sənədi olan sərəncam verir.
Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına sərəncam verilə bilər.
65.3. Vergi ödəyicisinin hesablaşma,
valyuta və digər hesablarında milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və
ya digər kredit təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra
edilir.
65.4. Vergi ödəyicisinin hesablaşma,
valyuta və digər hesablarında milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya vergilər üzrə borcların və
faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə
vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və
vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.
65.5. (2005-ci il 21 oktyabr tarixli qanuna əsasən çıxarılmışdır)
65.6 Vergi orqanlarının vergilər üzrə
borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə
alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına
uyğun olaraq icra edilir.
65.7. Vergi orqanlarının vergilər üzrə
borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə
alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına
yönəldildikdə, bank və ya digər kredit təşkilatı hesabdakı vəsaiti bu Məcəllənin
60.1.2-ci maddəsində müəyyən edilmiş qaydada dondurur və dərhal bu barədə vergi
ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı
aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını
icra edir.
65.8. Vergi orqanının vergilər üzrə
borcların və faizlərin dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə
bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar və
faizlər vergi ödəyicisinin hər hansı hesablaşma, valyuta və digər hesablarından
milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda, vergi orqanı digər banklara və ya kredit
təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.
65.9. Vergi ödəyicisinin hesablaşma,
valyuta və digər hesablarından milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri
qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata
keçirilir
Maddə 66. Qeyri-qanuni gəlir
Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin
qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda
müəyyən edilməsi qaydaları
67.1. Vergi ödəyicisi verginin
hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən
edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün
müddətində əsas olmadan təqdim etmədikdə, səyyar vergi yoxlamasının aparılması
zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası
(sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu
aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda,
mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma
obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda,
vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli
məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:
67.1.1. vergi ödəyicisi tərəfindən vergi
orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;
67.1.2. vergi ödəyicisinin gəlirləri, o
cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;
67.1.3. vergi ödəyicisinin xərcləri, o
cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və
xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;
67.1.4. vergi ödəyicisinin mülkiyyətində
və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;
67.1.5. vergi ödəyicisi tərəfindən
istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin)
fiziki həcmi barədə rəsmi məlumatlar;
67.1.6. vergi ödəyicisinin idxal-ixrac
əməliyyatları barədə rəsmi məlumatlar;
67.1.7. vergi ödəyicisinin bank
hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti
barədə alınan rəsmi məlumatlar;
67.1.8. vergi ödəyicisində aparılmış
xronometraj müşahidələrin nəticələri;
67.1.9. vergi orqanının əldə etdiyi
mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
67.2. Vergi ödəyicisi tərəfindən
ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün
aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə
analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan
məlumatlarından istifadə edilir:
67.2.1. eyni xüsusiyyətli və ya eynicinsli
malların istehsalı;
67.2.2. eyni xüsusiyyətli və ya eynicinsli
malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;
67.2.3. fəaliyyət göstərilən
ərazi.
67.3. Vergilər əlaqəli məlumatlar və
analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin
məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan
xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin
hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi
çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
67.4. Vergi ödəyicisi barədə əlaqəli
məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul
olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
67.5. Muzdla işləyən fiziki şəxslərin
gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya
fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, vergi orqanı gəlir vergisinin
məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır.
67.6. Verginin hesablanması üçün vergi
ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı
məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi
hesablanır.
67.7. Əlaqəli məlumata əsasən vergi
hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə
sanksiyaları nəzərə alınır.
67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə
uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan
əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi
ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır.
67.9. Əlaqəli məlumatlara əsasən
hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra,
hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır.
67.10. Əlaqəli məlumatlara əsasən
hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq
həyata keçirilir.
67.11.
Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda,
vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən
vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin
şəxslər arasında bölə bilər.
67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına
çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini
bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki
gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən
müəyyənləşdirir.
67.13.
Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin)
bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar vergi
hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.
Barter əməliyyatının vergi hesab
fakturasında göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma
obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini
yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin
pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
Maddə 68. Müddətlərin müəyyən edilməsi qaydası
68.1. Bu Məcəllədə müəyyən edilən hər
hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya
faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.
68.2. Hər hansı müddət bu Məcəllədə
göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan
hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn
ən yaxın növbəti iş gününə keçir.
Maddə 69. Xarici valyutanın manatla hesablanması
Xarici valyuta ilə aparılan və vergiyə
cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan
Respublikasının Milli Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla
hesablanır.
Maddə 70. Vergi ödəyiciləri ilə yazışma
70.1. Vergi orqanının vergi ödəyicisinə və
ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə tərtib edilməmişdirsə
və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi
orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir.
70.2. Vergi orqanının vergi ödəyicisinə
göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi
orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq
edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin
dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin
uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul
edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən
verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.
70.3. Vergi hesablamalarına dair
sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin
heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual
pozuntularla tərtib edilmiş sayıla bilməz:
70.3.1. onlar öz məzmununa və mahiyyətinə
görə vergi qanunvericiliyinə uyğun gəlirsə;
70.3.2. vergi hesablanılan və ya bu
sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə.
Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin
tərtib edilməsi və saxlanılması
71.1. Vergi ödəyicisi olan hər hansı
şəxs:
71.1.1. həmin şəxsin vergi öhdəliklərinin
yaranmasına səbəb ola bilən;
71.1.2. həmin şəxsdə vergi tutulmasına
dair öhdəliklər yaranmasına səbəb ola bilən;
71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq
olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları
sənədləşdirməyə borcludur.
71.2. Vergi ödəyiciləri bu Məcəllənin
71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş
qaydada aparmağa borcludurlar.
71.3. Vergi ödəyicisinin ayrı-ayrı uçot
sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan
dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edə bilər.
Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası
72.1. Bu Məcəllənin məqsədləri üçün vergi
hesabatı vergi bəyannaməsindən ibarətdir.
72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq
qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi
ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına
verməlidirlər.
Vergi hesabatları
vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna
bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq
qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil
olmaqla) təqdim edilə bilər.
Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddəsinin müddəaları şamil edimir
72.3. Vergi hesabatını vergi ödəyicisi,
yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır.
72.4. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi
hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə, o, vergi
hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə
nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu
ancaq baş tərtibatçı imzalayır.
72.5. Bu
Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki
hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot
sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən
həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.
Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim
edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə
hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə
hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən
dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının
başlandığı günədək təqdim edilə bilər.
72.6. Vergi orqanı tərəfindən vergi
hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər
hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin
şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb
olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri
olduqda qəbul edilmir:
72.6.1. vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
72.6.2. vergi dövrü əks olunmadıqda;
72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs
tərəfindən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda;
72.6.4. vergi ödəyicisi olan fiziki şəxs
tərəfindən vergi hesabatı imzalanmadıqda;
72.7. Bu Məcəlləyə və ya digər
qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi
hesabatı bu Məcəllənin 72.6.1—72.6.4-cü maddələrində müəyyən edilmiş hallarda
qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü
ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan
qaldırılaraq, vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir.
Maddə 73. Ödəmələr haqqında məlumatın verilməsi
Görülmüş işlərin və ya göstərilmiş
xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla
müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına
məlumat verməlidir.
Maddə 74. Hesabatın verilməsi müddətinin uzadılması
74.1. Hesabatın verilmə müddəti başa
çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının
verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli
olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək
uzadılmış hesab olunur.
Bu maddəyə uyğun olaraq müddətin
uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.
74.2. Hesabat üzrə hesablanmış verginin
məbləği ödənilmiş məbləğdən artıq olduqda, yaranan fərq, verginin ödənilməsinin
son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla büdcəyə
keçirilməlidir.
Maddə 75. Vergi ödəyiciləri ilə münasibətdə bankların və
bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit
təşkilatlarının vəzifələri
75.0. Banklar və bank əməliyyatlarının
ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları borcludurlar:
75.0.1. yalnız vergi orqanları tərəfindən
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər
verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq
fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə hesablaşma hesabları, yaxud digər hesablar milli və ya xarici valyutada cari və ya digər hesablar açmağa, bank sənədlərində vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar
aparmamağa;
75.0.2. hüquqi
şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən
fiziki şəxslərin öz hesablaşma, valyuta və ya digər hesablarından milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilərin
ödənilməsi haqqında ödəmə tapşırıqlarını icra etməyə;
75.0.3. hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs
yaratmadan həyata keçirən fiziki şəxslərin hesablaşma və ya digər
hesablarından milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün vergi
məbləğlərini müvafiq büdcəyə keçirməyə (banka və ya büdcəyə kassa xidməti
göstərən digər maliyyə idarəsinə köçürməyə).
Maddə 76. Banklar və bank əməliyyatlarının ayrı-ayrı
növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi
76.1. Vergi
ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və
xərclərinin uçotunun aparılmaması, mühasibat və hesabat sənədlərinin məhv
olunması (itirilməsi) halları aşkar edildikdə, habelə vergi bəyannamələri
müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya vergi yoxlamasının aparılması
zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə
sənədlər təqdim edilmədikdə, onlara ərazi və ya binalara (yaşayış binaları
(sahələri) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, vergi ödəyicisinin
vergi öhdəliklərini müəyyənləşdirmək məqsədi ilə vergi orqanları müvəkkil banka
yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin
və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun
olaraq məlumat almaq hüququna malikdirlər.
76.2. Müvəkkil bank müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsində müəyyən
edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən
məlumatların vergi orqanına veriləcəyi barədə 5 gün ərzində hüquqi şəxsə və fərdi sahibkara rəsmi məlumat göndərməlidir
(verməlidir).
76.3. Hüquqi şəxsə və fərdi sahibkara rəsmi məlumat göndərildikdən
(verildikdən) sonra 15 gün ərzində bildirişdə göstərilən məlumatların
verilməsinə etiraz edilməsi haqqında hüquqi şəxsin və
fərdi sahibkarin ərizəsinə məhkəmədə baxılacağı barədə aidiyyatı məhkəmədən
məlumat daxil olmadıqda, müvəkkil bank hüquqi şəxsin və
fərdi sahibkarın hesabları və ya əməliyyatları barədə məlumatı vergi
orqanına göndərir. Digər hallarda hüquqi şəxsin və fərdi
sahibkarın hesabları və ya əməliyyatları barədə məlumatların verilməsinə yol
verilmir.
76.4. Bu maddə ilə müəyyən edilmiş
hallarda və qaydada hüquqi şəxslərin və fərdi
sahibkarların hesabları və ya əməliyyatları barədə alınmış məlumatların
digər orqanlara və ya vətəndaşlara verilməsi qadağandır.
Maddə 77. Vergi öhdəliyi
77.1. Vergi ödəyicisinin bu Məcəllədə
göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o
cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab
olunur.
77.2. Vergi öhdəliyinin yaranması,
dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin
yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir.
77.3. Vergi ödəyicisi vergi
qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan
şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün
cavabdehdir.
77.4. Vergi öhdəliyinə aşağıdakı hallarda
xitam verilmiş hesab olunur:
77.4.1. verginin ödənilməsi;
77.4.2. verginin ödənilməsi öhdəliyinin
xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan
hallarda;
77.4.3. vergi ödəyicisi vəfat etmiş və ya
Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak
vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;
77.4.4. bu Məcəlləyə müvafiq olaraq
ləğvetmə komissiyası tərəfindən büdcə ilə bütün
hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv
edildikdə.
Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi
78.1. Vergi öhdəliklərinin yerinə
yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və
qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında
vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi
öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
78.2. Vergi öhdəliklərinin yerinə
yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir.
78.3. Vergi öhdəliklərinin yerinə
yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi
ödəyicisi tərəfindən həyata keçirilir.
78.4. Vergi öhdəliklərinin yerinə
yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz.
Maddə 79. Müəssisə (təşkilat) ləğv edildikdə vergi
öhdəliklərinin yerinə yetirilməsi
79.1. Ləğv edilən müəssisənin (təşkilatın)
vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın)
əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası yerinə
yetirir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ləğvetmə komissiyası
müəssisənin (təşkilatın) filiallarının, digər struktur bölmələrinin və daimi
nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən
müəssisənin (təşkilatın) filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini
bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə (təşkilat), bu müəssisə
(təşkilat) ləğv edildikdə isə həmin müəssisənin (təşkilatın) ləğvetmə
komissiyası yerinə yetirir.
79.2. Ləğv edilən müəssisənin (təşkilatın)
pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın
satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə
yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc
qanuna, Nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin
(təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət
daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir.
79.3. Müəssisənin iflas prosesinə məruz
qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında
yerinə yetirilir.
Maddə 80. Müəssisə (təşkilat) yenidən təşkil edildikdə
vergi öhdəliklərinin yerinə yetirilməsi
80.1. Yenidən təşkil edilən hüquqi şəxsin
vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) bu maddədə müəyyən
edilmiş qaydada yerinə yetirir.
80.2. Yenidən təşkil edilən hüquqi şəxsin
vergi öhdəliklərinin yerinə yetirməməsinin, yaxud lazımi qaydada yerinə
yetirməməsinin yenidən təşkili başa çatanadək hüquqi varisə (hüquqi varislərə)
məlum olub-olmamasından asılı olmayaraq yenidən təşkil edilən hüquqi şəxsin
vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) yerinə
yetirməlidir.
80.3. Hüquqi şəxsin yenidən təşkil
edilməsi onun vergi öhdəliklərinin bu hüquqi şəxsin hüquqi varisi (hüquqi
varisləri) tərəfindən yerinə yetirilməsi müddətlərini dəyişdirmir.
80.4. Bir neçə hüquqi şəxs birləşdikdə,
onların vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə
hüquqi varisi bu cür birləşmə nəticəsində yaranan hüquqi şəxs sayılır.
80.5. Bir hüquqi şəxs digər hüquqi şəxsə
birləşdirildikdə, onun birləşdiyi hüquqi şəxs birləşdirilmiş hüquqi şəxsin
vergilərinin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi
varisi sayılır.
80.6. Hüquqi şəxs bölündükdə, bu cür
bölünmə nəticəsində əmələ gələn hüquqi şəxslər bölünmüş hüquqi şəxsin vergilərin
ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisləri
sayılırlar.
80.7. Bir neçə hüquqi varis olduqda,
onların hər birinin yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi
öhdəliklərinin yerinə yetirilməsində iştirak payı bölüşdürücü balansa və ya
digər təhvil aktına uyğun olaraq müəyyənləşdirilir. Bölüşdürücü balans və ya
digər təhvil aktı yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin hər bir
hüquqi varisinin payını müəyyənləşdirməyə imkan vermirsə və ya hər hansı hüquqi
varis tərəfindən vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi imkanını
aradan qaldırırsa, yeni yaranan hüquqi şəxslər yenidən təşkil edilən və ya
bölünən hüquqi şəxsin vergi öhdəliklərini və ya bu öhdəliklərin müvafiq
hissəsini yerinə yetirmək üçün birgə məsuliyyət daşıyırlar.
80.8. Bir hüquqi şəxs təşkilati-hüquqi
formasının dəyişdirilməsi yolu ilə digər hüquqi şəxsə çevrildikdə, onun
vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi
varisi yeni yaranan hüquqi şəxs sayılır.
80.9. Hüquqi şəxsin tərkibindən bir və ya
bir neçə hüquqi şəxs çıxdıqda, çıxmış hüquqi şəxslərin yenidən təşkil edilən
hüquqi şəxsin vergi öhdəliklərini yerinə yetirməsi üzrə hüquqi varisliyi
yaranmır, bu şərtlə ki, bu cür yenidəntəşkil hüquqi şəxsin vergi öhdəliklərinin
yerinə yetirilməməsinə yönəldilməmiş olsun.
Maddə 81. Vəfat etmiş, fəaliyyət qabiliyyətini itirmiş
və ya itkin düşmüş fiziki şəxslərin vergi öhdəliklərinin yerinə yetirilməsi
81.1. Vəfat etmiş fiziki şəxsin vergi
öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və
mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.
81.2. Varis (varislər) olmadıqda vəfat
etmiş fiziki şəxsin vergi öhdəlikləri silinir (ləğv edilir).
81.3. Məhkəmə tərəfindən qanunvericiliklə
müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş
sayılan fiziki şəxsin vergi öhdəliklərini itkin düşmüş və ya fəaliyyət
qabiliyyətini itirmiş şəxsin əmlak sərəncamçısı kimi səlahiyyətləndirilən şəxs
həmin əmlakın hesabına ödəyir.
81.4. Qanunvericiliklə müəyyən olunmuş
qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınan fiziki
şəxsin əmlakı onun vergi öhdəliklərini ödəmək üçün kifayət deyilsə, vergilərin
əmlakın çatışmaması ilə əlaqədar ödənilməyən hissəsi, bu Məcəllənin 93-cü
maddəsində göstərilən qaydada silinir.
81.5. Fiziki şəxsin itkin düşmüş və ya
fəaliyyət qabiliyyətini itirmiş kimi tanınmasının ləğv olunmasına dair məhkəmə
tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edildikdə,
əvvəllər silinmiş vergi öhdəlikləri bərpa edilir, lakin fiziki şəxsin itkin
düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldığı vaxtdan bu cür tanınmanın
ləğv olunduğuna dair qərar qəbul edildiyi vaxtadək olan dövr ərzində faizlər
hesablanmır və maliyyə sanksiyaları tətbiq edilmir.
Maddə 82. Vergi ödəyicisi
tərəfindən vergilərin hesablanması və ödənilməsi qaydası
82.1. Bu Məcəllədə başqa hallar nəzərdə
tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi
güzəştlərini əsas götürərək hesabat dövrü üçün ödənilməli olan verginin
məbləğini sərbəst surətdə özü hesablayır.
82.2. Bu Məcəllədə müəyyən edilən hallarda
ödənilməli olan vergi məbləğini hesablamaq vəzifəsi vergi agentinə həvalə edilə
bilər.
82.3. Verginin məbləği bu Məcəllədə və ya
onun müvafiq olaraq qəbul edilmiş qanunvericilik aktında müvafiq vergi üçün
müəyyən edilmiş qaydada hesablanır.
82.4. Müəyyən edilmiş müddətlərdə
ödənilməli olan verginin məbləği vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş
hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür).
Maddə 83.Vergi orqanları
tərəfindən vergilərin hesablanması
83.1. Bu Məcəllədə vergi məbləğinin
hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi
məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış
vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş
hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin
hesablanması deməkdir.
83.2. Vergi orqanının bu Məcəlləyə uyğun
olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən
birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:
83.2.1. vergi ödəyicilərinin vergi
bəyannamələrində olan məlumata;
83.2.2. bu Məcəllənin 73-cü maddəsinə
müvafiq ödəmələr haqqında məlumata;
83.2.3. vergi yoxlaması
materiallarına;
83.2.4. vergi orqanının əldə etdiyi
mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən
bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli
məlumatlara.
83.3. Vergi
orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış
vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə
müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq
hüququ vardır.
83.4. Bu Məcəlləyə müvafiq olaraq verginin
vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin
hesablanmasında səhv olunduğu müəyyən edildiyi hallarda, vergi orqanı
qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü
maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 gün müddətində
vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində
göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən
edilmiş qaydada hesablaya və ya əvvəllər hesablanmış vergi məbləğinə düzəliş edə
bilər.
83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin
vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin
ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür
verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir.
83.6. Vergilər bu Məcəllənin 5.0.1-ci, 212.4-cü və ya 221.4.1-ci maddələrinə uyğun
olaraq alındıqda və vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi orqanı
isə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini bu Məcəllə ilə müəyyən
edilmiş qaydada digər məlumata əsasən hesablamadığı halda, hesab olunur ki,
vergi orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi ödəyicisinin il
ərzində vergitutma bazasından tutulmuş və ya
ödənilmiş vergi məbləğində hesablamış və verginin hesablanması barədə vergi
ödəyicisinə bildiriş vermişdir.
83.7. Vergi orqanlarında vergi
ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən
əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi
zəruridirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ
vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır.
83.8. Vergi ödəyicisinin bu Məcəllənin
83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının
qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ
vardır:
83.8.1. vergi məbləğinin ödənilməli olan
miqdarından çox olduğunu;
83.8.2. verginin vaxtından əvvəl
hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını.
83.9. Vergi
ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı
halda, həmin mənfəət müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
Maddə 84. Verginin hesablanması haqqında bildiriş
84.0. Vergi ödəyicisinə verginin
hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında
bildirişdə aşağıdakılar göstərilir:
84.0.1. vergi ödəyicisinin adı və ya
obyektin adı;
84.0.2. vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi;
84.0.3. bildirişin tarixi;
84.0.4. bildirişin aid olduğu obyekt və
bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri;
84.0.5. verginin növü, hesablanmış
verginin və faizlərin məbləği;
84.0.6. verginin ödənilməsinə dair tələb
və ödəmənin müddətləri;
84.0.7. verginin ödənildiyi yer və
üsul;
84.0.8. verginin hesablanmasına əsas olmuş
hallar;
84.0.9. şikayət etmə
qaydası.
Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətləri və həmin müddətlərin dəyişdirilməsi
85.1. Hər bir vergiyə dair ödənilmə
müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin
dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə
bilər.
85.2. Vergilərin ödənilmə müddətləri
pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş
qaydada və şərtlərlə faiz ödəyir.
85.3. Vergilərin ödənilməsi müddəti təqvim
tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə
hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli
olan hərəkət göstərilməklə müəyyən olunur.
85.4. Vergi orqanları vergiyə cəlb edilən
hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini,
faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən
hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən
hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il
ərzində tutmaq hüququna malikdirlər.
85.5. Vergi
ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün
tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və
hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin,
faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya
əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
85.6. Vergi öhdəliklərinin yerinə
yetirilməsi müddətləri aşağıda göstərilən halların biri olduqda bu Məcəllə ilə
müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər:
85.6.1. təbii fəlakət və digər
qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi barədə və
onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının
arayışlarını təqdim etməlidir;
85.6.2. verginin birdəfəyə ödədiyi
təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda. Bu halda vergi ödəyicisi müraciət edilmə tarixinə vergi
ödəyicisinin kassasında, hesablaşma, valyuta, depozit və milli və ya xarici valyutada cari və ya digər hesablarında
vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməklə
debitor və kreditor borcları barədə arayışları təqdim etməlidir.
85.7. Vergilərin ödənilmə müddətinin
dəyişdirilməsi mövcud olan öhdəliyi ləğv etmir və yeni vergi öhdəliyi
yaratmır.
85.8. Vergi ödəyicisinə münasibətdə vergi
qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırılıbsa, vergi
öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz.
85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması üçün vergi ödəyicisi yazılı şəkildə əsaslandırılmış və
onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya
zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına göndərir. Müraciət vergi növü (növləri) üzrə onların
müvafiq hesabat dövrü üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək
təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu
müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar
qəbul edir.
85.10. Bu Məcəllənin 85.6-cı maddəsində
nəzərdə tutulmuş əsaslar olduqda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti
vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Həmin
müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır.
85.11. Müvafiq icra hakimiyyəti
orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması
haqqında qərarında vergi üzrə borcun məbləği, ödənilməsi müddəti uzadılan
verginin növü (növləri), ödənilmənin müddəti və qaydası, habelə girov və ya zəmanət
haqqında qeydlər göstərilməlidir.
Bu Məcəllənin
85.10-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə vergi öhdəliyi mərhələlərlə
yerinə yetirildikdə vergi orqanlarının vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması haqqında qərarında vergi öhdəliyinin mərhələlərlə yerinə
yetirilməsi qaydası göstərilməlidir.
85.12. Vergi öhdəliyinin yerinə
yetirilməsi müddətinin uzadılması haqqında qərar bu qərarda müəyyən edilmiş
müddətdən qüvvəyə minir.
85.13. Girov müqaviləsinin
qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi vergi
ödəyicisinin vergi öhdəliyini ləğv etmir. Girov müqaviləsinin qeydiyyatı ilə
bağlı xərclər vergi ödəyicisi tərəfindən ödənilir.
85.14. Vergi öhdəliyinin yerinə
yetirilməsinin uzadılmış müddətinə aşağıdakı hallarda vaxtından əvvəl xitam
verilir:
85.14.1. vergi ödəyicisi vergi öhdəliyini
vaxtından əvvəl yerinə yetirdikdə;
85.14.2. bu Məcəllənin 85.8-ci maddəsində
nəzərdə tutulmuş halda;
85.14.3. vergi orqanının vergi öhdəliyinin
yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl
edilmədikdə.
85.15. Bu Məcəllənin 85.14-cü maddəsində
nəzərdə tutulmuş hallarda vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış
müddətinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar vermiş vergi orqanı 5
gün müddətində vergi ödəyicisinə bu barədə məlumat verməlidir. Vergi ödəyicisi
məlumatı aldığı tarixdən 30 gün müddətində borc məbləğini və ödəmə gününə qədər
həmin məbləğə qanunvericiliyə uyğun olaraq hesablanmış faizləri büdcəyə
ödəməlidir.
85.16. Müvafiq icra hakimiyyəti orqanı
rüblər üzrə (dövri olaraq) müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə
müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
Maddə 86. Vergilərin ödənildiyi yer
86.0. Vergi aşağıdakı yerlərdə
ödənilir:
86.0.1. bildirişdə göstərilən yerdə;
86.0.2. bu
Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin uçotda olduğu
yer üzrə;
86.0.3.vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri özlərinin uçotda olduqları yer üzrə;
86.0.4. bu Məcəllədə verginin ödənildiyi
yer müəyyən edilməmişdirsə, vergi ödəyicisi fiziki şəxsin yaşadığı yer üzrə,
yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə olunduğu yer üzrə.
Maddə 87. Artıq ödənilmiş vergilərin, faizlərin və
maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması
87.1. Vergilərin, faizlərin və maliyyə
sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq
olduqda, artıq ödənilmiş məbləğlər:
87.1.1. digər
vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə
borcların ödənilməsi hesabına aid edilir;
87.1.2. vergi ödəyicisinin razılığı ilə
sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
87.2. Vergi ödəyicisinin ödədiyi
vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər
vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid
edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi
vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa
çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə
tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə
şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir.
87.3. Bu Məcəllədə başqa hallar müəyyən
edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının
qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi
ödəyicisinə qaytarılır.
87.4. Artıq ödənilmiş vergilərin,
faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə
qaytarılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 88. Vergilər üzrə borcların ödənilməsi qaydası
88.0. Vergilər üzrə yaranmış borc
aşağıdakı sıra qaydası ilə ödənilir:
88.0.1. yaranma
tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
88.0.2. hesablanmış faizlərin məbləği;
88.0.3. tətbiq edilmiş maliyyə
sanksiyalarının məbləği.
Maddə 89. Əmlakın siyahıya alınması
89.1. Vergi
ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının,
habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə
hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini
təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
89.2. Əmlakın siyahıya alınması vergi
ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu
zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam
vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi
vergi orqanının nəzarəti ilə həyata keçirilir.
89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.
Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması
barədə vergi orqanının kifayət qədər əsası olduqda, vergi orqanı vergi
ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.
Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini
yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında
vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər.
Təxirəsalınmaz hallar istisna olunmaqla,
gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-a qədər) əmlakın siyahıya
alınmasına yol verilmir.
89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin
bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı
siyahıya alına bilər.
89.5. Yalnız vergi
öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə
əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə
sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və
kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya
alınır.
89.6. Əmlakın siyahıya alınması bu
Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla
həyata keçirilir:
- nağd pul vəsaitləri;
- bilavasitə məhsulların (malların) istehsalında
iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri,
qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn
əşyaları və sair);
- hazır məhsullar (mallar), habelə istehsalda iştirak
etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər
maddi qiymətlilər;
- istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş
xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və
digər əsas vəsaitlər;
- digər əmlak.
89.7. Əmlakın siyahıya alınması vergi
orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi
ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir.
89.8. Əmlakın siyahıya alınması vergi
ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı
ilə vergi orqanı tərəfindən həyata keçirilir.
Əmlakın siyahıya alınmasını həyata keçirən
vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli
nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə
verməməyə səlahiyyətli deyildir.
Əmlakın siyahıya alınması prosesində
müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi
ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah
edilməlidir.
89.9. Əmlakın siyahıya alınmasını həyata
keçirən vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinə (onun nümayəndəsinə)
siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını və özlərinin
səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.
89.10. Siyahıya alınma zamanı vergi
orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında
protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə
edilir.
Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi
əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir.
Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun
nümayəndəsinə) baxış üçün təqdim edilir.
Vergi ödəyicisi
siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində
müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı
tərəfindən xəbərdar edilir.
89.11. Vergi ödəyicisinin bu maddənin
müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər
etibarsız sayılır.
89.12. Əmlakın siyahıya alınması haqqında
qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi
öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir.
89.13. Aksiz markası ilə markalanmalı olan
markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya
alınması aşağıdakı qaydada həyata keçirilir:
89.13.1. aksiz markası ilə markalanmalı
olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya
alınması vergi ödəyicisinin həmin mallar barəsində hüquqlarının elə
məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış aksiz
markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə
markalanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək
hüququna malik deyildir.
89.13.2. aksiz markaları ilə markalanmalı
olan malların həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə
markalanmaqla satışı və ya saxlanılması aşkar edildikdə (içməli spirtin,
pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) ümumi
miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz
markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin
bütün növlərinin və tütün məmulatlarının) miqdarı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və
sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin
rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə
rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul
şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Vergi ödəyicisi və ya onun
səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina
edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.
89.13.3. aksiz markaları ilə markalanmalı
olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların (içməli
spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının)
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan
siyahısı tərtib edilir. Siyahıda həmin malların adı, fərqləndirici əlamətləri,
mənşə mənbəyi, alış və satış qiymətləri, vergi orqanının adı, siyahıya almanı
həyata keçirən vəzifəli şəxslərin adı, soyadı və atasının adı, siyahıya almanın
həyata keçirildiyi tarix və yer, vergi ödəyicisi və onun nümayəndəsi haqqında
məlumat, müşahidəçilər və dəvət olunmuş mütəxəssislər haqqında məlumatlar əks
etdirilir.
89.13.4. aksiz markaları ilə markalanmalı
olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli
spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının)
mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən
(vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir.
89.13.5. Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində göstərilən inzibati xətalara yol vermiş vəzifəli
şəxs (şəxslər) barəsində həmin Məcəlləyə müvafiq olaraq protokol tərtib
olunur.
89.13.6. tərtib olunmuş aktın, siyahının
və protokolun surətləri vəzifəli şəxsə verilir.
89.13.7. aksiz markası ilə markalanmalı
olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya
alınmasını həyata keçirən vergi orqanının nümayəndəsi həmin malların siyahıya
alınması prosesində vergi ödəyicisinin və ya onun nümayəndəsinin iştirak
etməsinə icazə verməməyə səlahiyyətli deyildir.
89.13.8. aksiz markası ilə markalanmalı
olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya
alınması prosesində vergi orqanının nümayəndəsi vergi ödəyicisinə və ya onun
nümayəndəsinə hüquq və vəzifələrini izah etməlidir.
89.14. Siyahıya alınmış malların vergi
ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir:
89.14.1. Siyahıya alınmış mallar vergi
ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri
tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur.
89.14.2. Vergi ödəyicisinin bu qaydaları
pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən
edilmiş qaydada etibarsız hesab edilir.
89.14.3. Vergi ödəyicisi siyahıya alınmış
malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi
ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının
vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin),
iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər
protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və
obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli
şəxsdə məsul saxlamaya qoyulmaq üçün götürülür.
89.14.4. Malların obyektdən götürülməsi
haqqında protokolda aşağıdakılar göstərilir:
89.14.4.1. protokolu tərtib edən şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı;
89.14.4.2. protokolun tərtib edildiyi
tarix və yer;
89.14.4.3. malları götürülən şəxs barədə
məlumat;
89.14.4.4. protokolun tərtibində iştirak
edən müşahidəçilər barədə məlumat;
89.14.4.5. götürülən malların siyahısı və
miqdarı barədə məlumat.
89.14.5. Malların götürülməsi haqqında
protokol vergi orqanının vəzifəli şəxsləri, habelə vergi ödəyicisi (və ya onun
nümayəndəsi), obyektin məsul şəxsi və müşahidəçilər tərəfindən imzalanır. Vergi
ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi protokolu imzalamaqdan imtina
etdikdə həmin protokolda bu barədə müvafiq qeyd aparılır.
89.14.6. Götürülən mallar inzibati xəta
haqqında işə baxılanadək, vergi orqanının müəyyən etdiyi yerdə digər vergi
ödəyicisinə və ya vəzifəli şəxsə məsul saxlamaya qoyulmaq üçün təhvil
verilir.
89.14.7. Siyahıya alınmış mallar məsul
saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış
malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə,
dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır.
89.14.8. Tərtib olunmuş aktlara və
protokollara müvafiq olaraq bu Məcəlləyə və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə uyğun olaraq baxılır.
89.15. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə
özəlləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilən,
lakin özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş və ya özəlləşdirilməsi başa
çatmamış vergi ödəyicilərinin əmlakının siyahıya alınması yalnız müvafiq icra
hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir.
Vergilər üzrə borcların, faizlərin və
tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında banka
və ya digər kredit təşkilatına sərəncam verilən gündən 15 gün müddətində vergi
orqanı, bu maddədə göstərilən əmlakın siyahıya alınmasına razılıq bildirilməsi
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət edir. Əmlakın
siyahıya alınmasına bir ay müddətində razılıq verildikdə, siyahıya alınma vergi
orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
89.16.Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonrakı iş günündən gec olmayaraq müvafiq büdcə hesabına depozitə qoyulur. Vergi orqanı vergi ödəyicisinin pul vəsaitlərinin depozitə qoyulmasını təsdiq edən sənədin surətini ona təqdim edir. Qızıldan, gümüşdən, platindən və platin qrupundan olan materiallardan, qiymətli daşlardan və mirvaridən hazırlanmış zərgərlik məmulatları siyahıya alınarkən qablaşdırılır, möhürlənir və məsul saxlanması üçün vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) və ya vergi orqanının müəyyən etdiyi digər şəxsə təhvil verilir.
Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin
tutulması qaydası
90.1. Vergi ödəyicisinin əmlakı siyahıya
alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi
orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış
əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması
barədə məhkəməyə müraciət edə bilər.
Siyahıya alınmış
əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə,
vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.
90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci
maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.
90.3. Vergi ödəyicisinin siyahıya alınmış
əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat
(bundan sonra—hərracın təşkilatçısı) tərəfindən ixtisaslaşdırılmış açıq
hərraclarda (bundan sonra - hərrac) satılması haqqında məhkəmənin qərarı qüvvəyə
mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması
dayandırılır.
Əmlakın hərracda satılması məqsədilə vergi
ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən
qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, «Qiymətləndirmə fəaliyyəti
haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici
tərəfindən qiymətləndirilir.
Qiymətləndirici məhkəmə icraçısı
tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur.
Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi
tərəfindən ödənilir.
Həmin əmlak aşağıdakı qaydada satılır:
90.3.1. Əmlakın hərracda satışı —
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt
qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak
üzərində mülkiyyət hüququnu əldə edir.
90.3.2. Hərracın təşkilatçısı kimi
ixtisaslaşdırılmış təşkilat çıxış edir. İxtisaslaşdırılmış təşkilat hərracı
məhkəmə icraçısının sifarişi əsasında həyata keçirir.
90.3.3. Məhkəmə icraçısının sifarişinə
aşağıdakı sənədlər əlavə edilməlidir:
90.3.3.1. vergi ödəyicisinin əmlakının
hərracda satışı barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;
90.3.3.2. icraata başlanılması barədə
məhkəmə qərarına əsasən verilən icra sənədi;
90.3.3.3. əmlakın ilkin satış qiyməti
barədə məlumat;
90.3.3.4. əmlakın satışından əldə olunan
vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi;
90.3.3.5. əmlak üzərinə həbs qoyulması
haqqında məhkəmə icraçısı tərəfindən tərtib edilmiş aktın surəti;
90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin
əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlər;
90.3.3.7. ayrıca tikili satıldıqda, həmin
tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq
sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;
90.3.3.8. uzunmüddətli icarə hüququ
satıldıqda, müqavilənin surəti və qanunvericiliklə nəzərdə tutulmuş hallarda
belə müqavilənin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;
90.3.3.9. tikintisi başa çatmamış obyekt
üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsinin ayrılması barədə qərarın
və tikintiyə razılıq verilməsi haqqında sənədin surəti.
Məhkəmənin qərarı qüvvəyə mindiyi gün
siyahıya alınmış əmlakın yararlılıq müddəti 60 gündən tez başa çatdıqda və ya
qida məhsulu olduqda məhkəmə icraçısı hərracın təşkilatçısına sənədləri 3 gün
müddətində təqdim etməlidir.
90.3.4. Hərracın təşkilatçısı bu
Məcəllənin 90.3.3-cü maddəsində göstərilən sənədləri aldıqdan sonra hərracın
keçiriləcəyi tarixə ən azı 30 gün, yararlılıq müddəti başa çatdıqda, habelə
yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri-ərzaq məhsulu olan əmlak
satıldıqda isə ən azı 7 gün qalmış kütləvi informasiya vasitələrində hərraca
çıxarılacaq əmlak barəsində elan dərc etdirir.
90.3.5. Elanda aşağıdakı məlumatlar əks
olunmalıdır:
90.3.5.1. hər bir lot üzrə ayrı-ayrılıqda
satışa çıxarılan əmlakın siyahısı, yerləşdiyi ünvan;
90.3.5.2. siyahı üzrə əmlakın
ayrı-ayrılıqda ilkin satış qiyməti;
90.3.5.3. hərracda iştirak etmək üçün
sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;
90.3.5.4. əmlakın sahibi barədə
məlumat;
90.3.5.5. ilkin satış qiymətinin daşınmaz
əmlakın 5 faizi, daşınan əmlakın 10 faizi həcmində hesablanan behin məbləği və
həmin məbləğin köçürüləcəyi bank hesabı;
90.3.5.6. əmlakın satışından əldə olunan
vəsaitin köçürüləcəyi bank hesabları və bu hesablara köçürüləcək vəsaitin
miqdarı;
90.3.5.7. hərracın keçirilmə tarixi, vaxtı
və yeri, əlaqə telefonunun nömrəsi;
90.3.5.8. hərracın təşkilatçısının adı,
ünvanı, əlaqə telefonu və sair rekvizitləri.
90.3.6. Məlumatın dərc edildiyi andan
qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə
satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır .
Satışa çıxarılan əmlakla tanış olduqdan
sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın
təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı
surətdə bildirməlidirlər.
90.3.7. Hərracda iştirak etmək üçün
müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən
müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi
barədə bildiriş təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər.
90.3.8. Hərracda iştirak etmək üçün şəxs
və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs
tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən
müəyyən olunmuş nümunəyə müvafiq olaraq hərracın təşkilatçısına verilir və
sifarişə aşağıdakı sənədlər əlavə edilir:
90.3.8.1. elanda göstərilmiş bank hesabına
behin köçürüldüyünü təsdiq edən sənəd;
90.3.8.2. fiziki şəxslər tərəfindən
şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
90.3.8.3. hüquqi şəxslər və (və ya) fərdi
sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin
notariat qaydasında təsdiq edilmiş surəti.
90.3.9. Hərracın təşkilatçısı tərəfindən
aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün
buraxılmırlar:
90.3.9.1. hüquqi şəxs yenidən təşkil
olunma, ləğv olunma, yaxud müflis vəziyyətində olduqda;
90.3.9.2. şəxs özü haqqında dəqiq olmayan
məlumat verdikdə;
90.3.9.3. sənədlər sifarişlərin qəbulu
müddəti qurtardıqdan sonra təqdim edildikdə;
90.3.9.4. ərizə müvafiq səlahiyyəti
olmayan şəxs tərəfindən təqdim edildikdə;
90.3.9.5. məlumatda göstərilən siyahıya
uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq
qaydada tərtib olunmadıqda.
90.3.10. Sənədlərin qəbulundan imtina
hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və
sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə
bildirilməklə, növbəti iş günü ərzində qaytarılır.
90.3.11. Hərracda iştirak etmək üçün
şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin
2 nüsxədən ibarət siyahısını hərracın təşkilatçısına təqdim edirlər.
Hərracın təşkilatçısı hər bir ərizəni və
ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi
jurnalda ardıcıllıqla qeyd edir.
Hərracın təşkilatçısı təqdim olunan
sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını,
habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə sifarişçiyə qaytarır.
90.3.12. Hərrac iştirakçılarına onların
hərracda iştirak etmək nömrəsini əks etdirən bilet verilir.
90.3.13. Şəxs hərracda iştirak etmək üçün
ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs
hərracın təşkilatçısına yazılı müraciət etməlidir.
Sənədlərin qəbulu jurnalında hərracda
iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd
aparılmalıdır.
Hərracın şərtlərinə uyğun olaraq, hərracda
iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri
qaytarılır.
90.3.14. Hərracda iştirak etmək üçün
müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə hərracın
təşkilatçısının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda müraciətləri
(ərizələri) qəbul edilən və rədd edilən şəxslərin adları qeyd edilir.
Müraciətlərinin (ərizələrinin) rədd edilməsinin əsasları şəxslərə yazılı surətdə
bildirilir.
Müraciətlərin (ərizələrin) qəbuluna dair
protokol imzalandıqdan sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə
edir.
90.3.15. Hərracın təşkilatçısı təqdim
olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada
saxlanılması üçün zəruri tədbirlər görür.
90.3.16. (2005-ci il 21 oktyab tarixli qanuna əsasən çıxarılmışdır)
90.3.17. (2005-ci il 21 oktyab tarixli qanuna əsasən çıxarılmışdır)
90.3.18. (2005-ci il 21 oktyab tarixli qanuna əsasən çıxarılmışdır)
90.3.19. Hərracın təşkilatçısı:
90.3.19.1. hərracın təşkil olunmasını və
keçirilməsini təmin edir;
90.3.19.2. satışın baş tutub-tutmadığını
təsdiq edir;
90.3.19.3. hərracın gedişində mübahisəli
vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı
dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda hərracı
baş tutmamış elan edir;
90.3.19.4. hərracın yekunu barədə protokol
tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir.
90.3.20. Hərrac aşağıdakı qaydada
keçirilir:
90.3.20.1. satışa çıxarılan əmlakın ilkin
satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə
art |