|
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI "Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"i Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin verilməsi barədə 1. "Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş»i Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının vergilər naziri Fazil Əsəd oğlu Məmmədova verilsin. 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının vergilər naziri Fazil Əsəd oğlu Məmmədova verilməsi barədə Finlandiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 sentyabr, 2005-ci il |