Ümumi müddəalar
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin xüsusi geyim forması - geyim predmetləri
və fərqləndirmə nişanlarının komplektidir.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin xüsusi geyim formasının predmetlərinə
aiddir:
üst geyimləri - qış paltosu, demisezon palto, buşlat,
yarımpalto, kostyum, şalvar, gödəkçələr
və s.
Baş geyimləri - papaq, furajka, şlyapa və s.
Ayaqqabılar - çəkmə, botinka, uzunboğaz çəkmə
və s.
Digər geyim növləri - köynəklər, yun köynəklər
(jaket), şərflər, qalstuklar, əlcəklər
və s.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin fərqləndirmə nişanları
xüsusi geyim formasında rəmzi şərti təsvir
olub, müəyyən anlayışı əks etdirir
və dövlət məsuliyyəti göstərir.
Nişanları Azərbaycan Respublikasının vergilər
naziri təsis edir, həmçinin fərqləndirmə
nişanları haqqında əsasnamələri və
onların təsvirlərini təsdiq edir.
Vəzifəli şəxslərin fərqləndirmə
nişanları və onların təsvirləri bu Əsasnamə
ilə müəyyən edilir.
Fərqləndirmə nişanlarına aiddir:
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma
nişanı;
- paqon, yaxa nişanları, döş və qol nişanları
(medal və nişan tikmələr), baş geyimlərindəki
nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı
nişanlar (emblemlər, ulduzlar), kantlar və lampaslar.
Bundan əlavə, xüsusi geyim formasındakı rəng,
biçim, geyimin komplektliyi, düymələr və
geyimin başqa hissələri digər xarici fərqləndirmə
əlamətlərində də həmin məqsədlərlə
istifadə edilir.
Xüsusi geyim formasını Azərbaycan Respublikası
Vergilər Nazirliyinin vəzifəli şəxsləri
daşıya bilər.
Xüsusi geyim formasını daşıma hüququ olmayan
vətəndaşların Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin fərqləndirmə nişanı
olan xüsusi geyim formasını daşıması qadağandır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxsləri xüsusi geyim formasını Azərbaycan
Respublikası vergilər nazirinin təsdiq etdiyi əmrində
göstərilən qaydada daşıyır.
Xüsusi geyim forması ilə təminetmə və
daşıma qaydaları Azərbaycan Respublikası vergilər
naziri tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma
nişanı
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma
nişanı onun rəmzidir.
Tanınma nişanı Azərbaycan Respublikası Vergilər
Nazirliyinin hər bir əməkdaşına Azərbaycan
Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini
müdafiə etmək, öz xidməti vəzifələrini
vicdanla yerinə yetirmək borcunu xatırladır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma
nişanı yarımkürə formasındadır. Sarı
(qızılı) xətlərlə haşiyələnmiş,
üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.
Tanınma nişanının yuxarı yarım hissəsində
Azərbaycan Respublikasının Dövlət Bayrağı
göstərilmiş, bayrağın qırmızı
rəngli hissəsində "Azərbaycan" sözü
yazılmışdır.
Tanınma nişanının mərkəz hissəsində
Azərbaycan Respublikasının səkkizguşəli
ulduzu və aypara şəkilləri çəkilmiş,
"Vergilər Nazirliyi" sözləri sarı (qızılı)
rəngdə, zeytun rəngli fonda göstərilmişdir.
Tanınma nişanının aşağı yarımkürəsinin
aşağı hissəsində özünəməxsus
üçbucaq şəklində sarı (qızılı)
xətlərlə haşiyələnmiş formanın
icərisində Vergilər Nazirliyi sözlərinin baş
hərfləri (VN) xüsusi formada sarı fonda ağ
rənglə həkk olunmuşdur. Üçbucaq formanın
hər iki yan tərəfi qızılı rəngdə
dəfnə yarpaqları ilə haşiyələnmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma
nişanı nazirliyin vəzifəli şəxslərinin
xüsusi geyim formasında daşınır, hər növ
blanklarında, inzibati binalarının girəcəklərində,
avtonəqliyyat vasitələrində və digər sahələrində
istifadə olunur.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin xüsusi geyim forması
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin xüsusi geyim formasının tərkibinə
aşağıdakı xüsusi geyim növləri aiddir.
Yay paltarları
- Furajka (qadınlarda şlyapa) - zeytun rəngli
- Yay kostyumu - zeytun rəngli
- Yay şalvarı (qadınlarda tuman) - zeytun rəngli
- Şalvar qayışı - qara rəngli
- Köynək - bej (açıq sarı) və ya ağ
rəngli
- Corab - qara rəngli (qadınlarda ət rəngli neylon)
- Yay çəkməsi - qara rəngli dəridən
Qış paltarları
- Kostyum - nazir üçün bej və yaxud zeytun rəngli
- Furajka - nazir üçün bej və zeytun rəngli
- Papaq - nazir üçün tünd boz rəngli qaragül
dəridən
- Furajka (qadınlarda şlyapa) - zeytun rəngli
- Papaq (qulaqlı) - qara və ya zeytun rəngli qaragül
dəridən
- Qış paltosu - zeytun rəngli
- Qış yarımpaltosu - zeytun rəngli
- Demisezon palto (plaş) - zeytun rəngli
- Qış kostyumu - zeytun rəngli
- Qış şalvarı (qadınlarda tuman) - zeytun rəngli
- Şalvar qayışı - qara rəngli
- Köynək - bej rəngli
- Yun köynək (jaket) - zeytun rəngli
- Qalstuk - zeytun və ya qara rəngli
- Əlcəklər - qara rəngli
- Şərf - zeytun və ya qara rəngli
- Corablar - qara rəngli (qadınlar üçün ət
rəngli neylon)
- Qış çəkməsi (qadınlarda uzunboğaz
çəkmə) - qara rəngli dəridən
Qış paltosu və yarımpalto - Azərbaycan Respublikasının
həqiqi dövlət vergi xidməti müşaviri və
1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi
xidməti müşavirləri üçündür
- tünd zeytun rənglidir, ikibortludur, qatlanan boyunluqludur,
üç böyük forma düyməsi ilə düymələnir.
Boyunluğunun kənarı boyu və qol köbəsinin
üstündən qara rəngli mahuddan kant vardır.
Paltonun yaxalıqlarının künclərində toxunma
yaxa nişanları tikilir.
Layları yanlardan köklənmiş və yan kəsmə,
qapaqlı ciblidir.
Kürəyində ortada şlitsa ilə tamamlanan tikiş
vardır. Bel səviyyəsində paltonun yan tikiş
yerlərinə bərkidilmiş qızılı rəngli
iki böyük forma düyməsi və düymələnən
tənzimləyici kəmərcik vardır. Qolları
iki tikişli, qol köbəli, içəridən tikilir.
Astarında iki kəsmə qoltuq cibi vardır.
Paltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq
hissəsində üfüqi vəziyyətdə 40 x
120 mm ölçülü xüsusi paqon tikilir.
Paltonun sol qolunun xarici səthində çiyinlə qolu
birləşdirən tikiş xəttindən 140 mm aşağıda
fərqləndirmə qol nişanı tikilir.
Şərf - ağ rənglidir, trikotaj, yun, ipək, yaxud
adi parçadan hazırlanır. Ölçüləri
30 x 120 sm-dir.
Qış çəkməsi - qara rənglidir. Qara rəngli
xromdan hazırlanır. Zəncirbəndli, yaxud bağları
vardır. Altlığı qəliblənmişdir. Burnu
və arxa hissəsi möhkəmləşdirilmişdir.
Uzunboğaz çəkmə (qadınlar üçün)
- qara rənglidir. Qara rəngli xromdan hazırlanmışdır.
Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə
bağlanır. Burnu və arxa hissəsi möhkəmləşdirilmişdir.
Demisezon gödəkçə - zeytun rənglidir. Bortları
zəncirbəndlə bağlanır, yuxarıdan bir və
aşağıdan bir qızılı rəngli 15 mm-lik
düymə ilə bağlanır. Laylarında yan kəsmə
fiqurlu qapaqlı basma düymə ilə düymələnən
cibləri vardır. Kürəyi koketkalıdır, astarlıdır,
sol bortunda qoltuq cibi vardır. Qısa qatlama boyunluqludur.
Qolları tək tikişlidir, manjetlidir, manjetləri
qızılı rəngli bir böyük forma düymələri
(qadınlarda bir kiçik qızılı rəngli
forma düyməsi) ilə ilgəklə bağlanır.
Gödəkçənın sol qabaq bortunun boyunluğunun
aşağı qurtaracaq hissəsində üfüqi
vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi
paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda
5 mm məsafədə 15 mm ölçülü qızılı
rəngli düymədən Azərbaycan Respublikası
Vergilər Nazirliyinin tanınma nişanı asılır.
Gödəkçənin qurşağı manjetlidir,
iki yan tərəfdən 15 sm-lik yığma rezinlidir.
Gödəkçənin sol qolunun xarici səthində
çiyinlə qolu birləşdirən tikiş xəttindən
140 mm aşağıda fərqləndirmə qol nişanı
tikilir.
Yun köynək - zeytun rənglidir. Yundan toxunmuşdur,
yaxası üçbucaq şəkilli, açıqdır.
Yun köynəyin çiyin və dirsək hissələrinə
köynəyin öz rəngində möhkəm parçadan
əlavə qatlar tikilir.
Yun köynəyin sol bortunun döş hissəsində
40 x 120 mm ölçüdə paqon, sol qolunun xarici səthində
çiyinlə qolu birləşdirən tikiş xəttindən
140 mm aşağıda Vergilər Nazirliyinə mənsubiyyəti
bildirən fərqləndirmə qol nişanı tikilir.
Yay (qış) kostyumu - zeytun rənglidir, açıq
ikibortludur, qatlanan boyunluqludur.
Sag və sol qabaq bortların hər birində Azərbaycan
Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin
geyim formasının 25 mm-lik iki böyük qızılı
rəngli düymələri tikilir və soldan sağa
düymələnir. Hər iki yanda qapaqlı kəsmə
ciblər vardır. Kostyumun qollarının qurtaracağında
arxa tərəfdən hər qolun üstündə üç
ədəd 15 mm-lik qızılı rəngli düymələr
tikilmişdir. Azərbaycan Respublikasının həqiqi
dövlət vergi xidməti müşavirinin və 1-ci,
2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti
müşavirlərinin kostyumunun qol köbəsinin üstündəki
qara rəngli mahuddan olan kantdan 10 mm aşağıda
qızılı rəngli sapla dairəvi şəkildə
dəfnə yarpaqları toxunur. Kostyumun yaxalıqlarının
künclərində toxunma yaxa nişanları tikilir.
Yay (qış) kostyumu qadınlar üçün birbortludur,
sağdan sola bortlar qızılı rəngli üç
böyük forma düymələri ilə düymələnir.
Kostyum ətəyinədək astarlıdır, astarında
iki kəsmə qoltuq cibi vardır. Kostyumun sol döş
hissəsinin üstündə Azərbaycan Respublikası
Vergilər Nazirliyinin vəzifəli şəxslərinin
vəzifə dərəcəsini göstərən 40
x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin
tərəfdə paqondan aşağıda 5 mm məsafədə
15 mm ölçülü qızılı rəngli
düymədən Azərbaycan Respublikası Vergilər
Nazirliyinin tanınma nişanı asılır.
Kostyumun sol qolunun üst səthində çiyinlə
qolu birləşdirən tikiş xəttindən 140 mm
aşağıda Azərbaycan Respublikasının Vergilər
Nazirliyinə mənsubiyyəti bildirən fərqləndirmə
qol nişanı tikilir.
Uzunqol qış köynəyi - bej rənglidir, uzunqoldur.
Bortları ortadan 7 adi kiçik düymələrlə
düymələnir. Kürəyi koketkalıdır.
Ətəyi açıq, qurşaqsızdır.
Köynəyin sol bortunda üstdən tikmə qapaqsız
cibi vardır. Qatlama boyunluqludur. Köynək qalstukla
geyilir.
Qalstuk - qara və ya zeytun rənglidir, əllə bağlanır.
Qızılı rəngli metal sıxacla gəzdirilir.
Yay çəkməsi - qara rənglidir. Qara rəngli
xromdan hazırlanır. Tənzimləyici rezinciyi, yaxud
bağları vardır. Dabanı qəliblənmişdir.
Altlığı gön-dəridir. Burnu və arxa hissəsi
möhkəmləşdirilmişdir.
Qadın yay çəkməsi alçaq dabanlıdır.
Burnu ensiz, arxa hissəsi möhkəmləşdirilmişdir.
Parad forması
- Şalvar - zeytun rəngli
- Köynək - zeytun rəngli
- Kostyum - bej rəngli
- Qalstuk - bej rəngli
- Furajka - bej rəngli
Azərbaycan Respublikasının həqiqi dövlət
vergi xidməti müşavirinin mərasim geyim forması
Mərasim geyimi - kostyum, qalstuk və furajka bej rəngdədir.
Şalvar və köynək zeytun rəngdədir. Çəkmə
- qaradır.
Kostyum bej rəngli yun parçadandır.
Köynək zeytun rəngli yay və qış formasında,
yəni: yay köynəyi gödək qolludur, qabaq iki
bortları 7 kiçik düymələrlə bağlanır,
qabaq hər iki bortların döş hissəsində
üstdən tikmə qırçınlı ciblərin
ortasında şaqulidir və qapaqlıdır, qızılı
rəngli bir kiçik forma düyməsi ilə düymələnir.
Köynək arxadan koketkalıdır, aşağı
ətəyi manjetlidir, iki yandan 20 sm-lik rezinlə yığma
qırçınla manjetə birləşdirilir.
Köynəyin sol cibinin üst tikiş xəttində
zeytun rəngli paqon tikilir. Paqonun aşağı hissəsində
cibin qapağındakı forma düyməsindən Vergilər
Nazirliyinin tanınma nişanı asılır.
Köynəyin gödək qolları manjetlidir, qolun qıraq
üstündə çiyin tikişindən 140 mm aşağıda
fərqləndirmə qol nişanı tikilir.
Fərqləndirmə qol nişanı qızılı
rəngli metal sapla toxunur, özünəməxsus uzun
üçbucaq şəklində, yuxarı hissəsindən
dalğalı xətlərlə ümumi nişanın
görünüşünə birləşərək
nişanın ümumi görünüşünü
tamamlayır. Nişanın yuxarı ortasında qızılı
rəngli hərflərlə "Azərbaycan" sözü
8 güşəli ulduzla ayparanın aşağı
hissəsində "Vergilər Nazirliyi", nişanın
aşağı hissəsində dəfnə yarpaqları
əhatəsində üçbucaq şəkilli fiqurun
üstündə qızılı rəngli fonda "Vergilər
Nazirliyi" sözlərinin baş hərfləri "VN"
ağ rənglə toxunaraq ümumi kompozisiyada görüntülüdür.
Qol nişanı üst geyimlərinin bir çoxunda daşınır.
Demisezon palto (plaş) - zeytun rənglidir. Paltonun rənginə
uyğun üç adi düymə ilə düymələnən
ikibortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır.
Yan kəsmə cibləri və plastmas toqqadan olan parçadan
kəməri vardır.
Kürəkdə, ortada aşağıdan şlitsa ilə
tamamlanan tikiş vardır. Qolları ikitikişli, içəridən
tikilən, kəmərciklidir. Astarlıdır, astarında
iki kəsmə qoltuq cibi vardır.
Paltonun yaxalıqlarının künclərində yaxa
nişanı ancaq Azərbaycan Respublikasının həqiqi
dövlət vergi xidməti müşavirinin və 1-ci,
2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti
müşavirlərinin demisezon paltosunda tikilir.
Paltonun sol qolunun xarici səthində çiyinlə qolu
birləşdirən tikiş xəttindən 140 mm aşağıda
fərqləndirmə qol nişanı tikilir.
Paltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq
hissəsində üfüqi vəziyyətdə 40 x
120 mm ölçülü xüsusi paqon tikilir. Həmin
tərəfdə paqondan aşağıda 5 mm məsafədə
15 mm ölçülü qızılı rəngli
düymədən Azərbaycan Respublikası Vergilər
Nazirliyinin tanınma nişanı asılır.
Döşəmədən paltonun ətəyinədək
olan məsafə 40-42 sm-di.
Qış yarımpaltosu - zeytun rənglidir, yağışa
davamlı parçadan tikilmişdir. Qatlanan boyunluqludur.
Qabaq bortları koketkalıdır, orta hissədən
iki bort zəncirbəndlə birləşdirilir (bağlanır)
və həm də iki qabaq bortlar yuxarı qurtaracaqdan
və aşağı ətəkdən sağdan sola
bir qızılı rəngli böyük forma düyməsi
ilə (qadınlarda soldan sağa bir qızılı
rəngli kiçik forma düyməsi ilə) düymələnir.
Yarımpaltonun sol qabaq bortunun boyunluğunun aşağı
qurtaracaq hissəsində koketkanın üstündə
üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü
xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan
aşağıda 5 mm məsafədə 15 mm ölçülü
qızılı rəngli düymədən Azərbaycan
Respublikası Vergilər Nazirliyinin tanınma nişanı
asılır.
Qış yarımpaltosunun iki yan tərəflərində
üstdən tikmə qapaqlı cibləri vardır. Ciblərin
ağzı yapışan parça ilə bağlanır.
Qış yarımpaltosunun qolları birtikişlidir.
Hər qolun üstündə bir kiçik kəmərcik
tikilmişdir. Kəmərciyin üstündə isə
bir qızılı rəngli böyük forma düyməsi
tikilmişdir.
Qış yarımpaltosu iki astarlıdır. Üst astar
çıxarılmadır, isti süni vatin tipli parçadan
hazırlanmış, zəncirbəndlə və boyunluğun
yanında bir basma düymə ilə yarımpaltoya bağlanır.
Qış yarımpaltosunun sol qolunun xarici səthində
çiyinlə qolu birləşdirən tikiş xəttindən
140 mm aşağıda fərqləndirmə qol nişanı
tikilir.
Qısaqol köynək - ağ rəngli və ya açıq
sarı rənglidir, qısaqol, qatlanan boyunluqlu, 2 qabaq
bortu ortadan 7 kiçik adi düymələrlə düymələnir.
Üstdən şaquli tikilmiş və qapaqlı qırçınlı
iki döş cibləri var, qapaqlı ciblərin hər
biri qızılı rəngli kiçik forma düymələri
ilə bağlanır. Kürəyi koketkalıdır.
Ətəyi qurşaqlı, yanlardan yığma rezinlidir.
Köynəyin sol cibinin üstündə yuxarı tikiş
xəttində Vergilər Nazirliyinin 40x120 mm ölçüdə
xüsusi paqonu tikilir, paqonun aşağı xəttində
qızılı rəngli kiçik forma düyməsindən
Vergilər Nazirliyinin tanınma nişanı asılır.
Köynəyin sol qolunun xarici səthində Vergilər
Nazirliyinə mənsubiyyəti bildirən xüsusi fərqləndirmə
qol nişanı tikilir.
Köynək qalstuksuz geyilir.
Vəzifəli qadınlar üçün köynəyin
qabağı yan tikişlərlə köklənmişdir.
Köynəyin sol cibinin qapaq hissəsinin üstündə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin vəzifə dərəcəsini
göstərən 40 x 120 mm ölçüdə paqon
tikilir. Paqonun aşağısında cibin qırçın
hissəsinin üstündə Azərbaycan Respublikası
Vergilər Nazirliyinin tanınma nişanı bərkidilir.
Köynəyin sol qolunun çiynindən qıraqdakı
qurtaracaq tikişdən 140 mm aşağıda fərqləndirmə
qol nişanı tikilir.
Yay (qış) şalvarı - zeytun rənglidir. Şalvarın
yan tikişinə söykənən və şalvarın
uzununa doğru, hər birinin eni 2,5 mm olmaqla qara mahud parçadan
uzununa kant tikilir. Hər iki yandan kəsmə cibləri,
sağ arxa tərəfdə kəsmə qapaqlı cibi
vardır.
Şalvarın miyançası qarmaq zəncirbəndlə
bağlanır. Qurşaqda kəmər üçün
7 ensiz halqa (körpü) tikilir.
Furajka - zeytun rəngli, oval formalı dibcikdən, təpə,
dövrə, günlük hissələrindən, qara
rəngli çənəaltı qayışcıqdan
və forma düymələrindən ibarətdir. Kostyumun
hazırlandığı parcadan hazırlanır.
Dövrənin üstündən qara rəngli bəzək
lenti keçir. Furajkanın qabaq tərəfinin dövrəsində
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxsləri üçün müəyyən
edilmiş qızılı rəngdə tikmə kokarda
vardır. Günlüyü zeytun rənglidir. Furajkanın
üst hissəsindəki dairənin kənarında və
oturacaq hissəsindəki dairəsi boyunca eni 2,5 mm olan
qara mahud parçadan kant tikilir.
Azərbaycan Respublikasının Həqiqi dövlət
vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü
dərəcəli dövlət vergi xidməti müşavirləri
üçün müəyyən edilmiş furajkanın
günlüyünün üstündə özünəməxsus
qızılı rəngdə naxış olan zeytun rəngli
parçaya tikilir (toxunur), qızılı rəngli
çənəaltı qayışcıq, üstündə
aypara və səkkizgüşəli ulduz olan iki qızılı
rəngli kiçik forma düyməsinə bağlanır.
Qış papağı - Azərbaycan Respublikasının
Həqiqi dövlət vergi xidməti müşaviri və
1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi
xidməti müşavirləri üçün tünd
boz rəngli qaragül dəridən tikilir.
Papaq (qulaqlı) - qara və ya zeytun rəngli qaragül
dəridən tikilir.
Şlyapa - kənarları yanlardan və arxadan azca qaldırılmış
qara rəngli qayışcığı iki forma düyməsinə
bağlanmış zeytun rəngli baş geyimidir. Kənarlarının
eni 90 mm-dir, kostyumun hazırlandığı parçadan
hazırlanır.
Şlyapanın aşağı qırağı ilə
kənarlarının üstündən eni 30 mm olan qara
rəngli bəzək lenti keçir.
Şlyapanın qabaq hissəsinin ortasında Azərbaycan
Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri
üçün müəyyən edilmiş qızılı
rəngdə tikmə kokarda vardır.
Yaxa nişanları və forma düymələri Azərbaycan
Respublikasının Həqiqi dövlət vergi xidməti
müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli
dövlət vergi xidməti müşavirlərinin geyim
formalarının yaxalıqlarının künclərində
toxunma yaxa nişanları tikilir.
Azərbaycan Respublikasının Həqiqi dövlət
vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü
dərəcəli dövlət vergi xidməti müşavirləri
üçün müəyyən edilmiş furajkanın
günlüyünün üstündə özünəməxsus
qızılı rəngdə naxış olan zeytun rəngli
parçaya tikilir (toxunur), qızılı rəngli
çənəaltı qayışcıq, üstündə
Azərbaycan Respublikasının gerbi olan iki qızılı
rəngli 12 mm-lik forma düyməsinə tikilir. Üstündə
Azərbaycan Respublikasının gerbi olan 15 mm-lik qızılı
rəngli düymələr kostyumun qollarının qurtaracağında
arxa tərəfdən hər qolun üstündə üç
ədəd tikilir.
Üstündə Azərbaycan Respublikasının gerbi
olan 25 mm-lik qızılı rəngli düymələr
kostyumun sağ və sol qabaq bortlarının hər
birində tikilir və soldan sağa düymələnir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin geyim formasının düymələri:
Üstündə aypara və səkkizgüşəli
ulduz olan iki qızılı rəngli 12 mm-lik forma düyməsi
furajkanın çənəaltı qayışcığına
tikilir.
Üstündə aypara və səkkizgüşəli
ulduz olan 15 mm-lik qızılı rəngli düymələr
kostyumun qollarının qurtaracağında arxa tərəfdən
hər qolun üstündə üç ədəd
tikilir.
Üstündə aypara və səkkizgüşəli
ulduz olan 25 mm-lik qızılı rəngli düymələr
kostyumun sağ və sol qabaq bortlarının hər
birində tikilir və soldan sağa düymələnir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli
şəxslərinin rütbələrinə görə
fərqləndirmə nişan və paqonlarının
təsvirləri:
1. Azərbaycan Respublikasının Həqiqi dövlət
vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü
dərəcəli dövlət vergi xidməti müşavirləri
üçün paqonlar 40 x 120 mm ölçüdədir,
toxunmadır. 8 guşəli ulduzların sayı vəzifə
və rütbələrə görə fərqlənir.
İçərisində hər iki baş tərəfdən
yarımkvadrat şəklində toxunma dəfnə yarpaqlarının
arasında aypara və 8 güşəli ulduzlar təsvir
olunmuşdur.
Paqonlar yüksək vəzifədən başlayaraq dərəcələrə
bölünür.
İkitərəfli yarımkvadrat şəklində
dəfnə yarpaqlarının arasında:
Üç böyük ulduz 1-ci dərəcəli dövlət
vergi xidməti müşaviri;
İki böyük ulduz 2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri;
Bir böyük ulduz 3-cü dərəcəli dövlət
vergi xidməti müşaviri vəzifə və rütbəsini
daşıyır.
Vergi xidməti müşavirlərinin fərqləndirmə
nişanı-paqonlarının təsvirləri:
Vergi xidməti müşavirlərinin fərqləndirmə
nişanları - paqonlar 40 x 120 mm ölçüdədir,
toxunmadır.
Ucları iki tərəfdən dörd dəfnə yarpağı
ilə əhatə olunan ayparaları 10 mm-lik toxunma xətlər
birləşdirir. Vəzifələr və rütbələr
bir-birindən paqonun üstündə toxunmuş 8 güşəli
ulduzların sayı ilə fərqlənir:
Baş vergi xidməti müşaviri - 3 ulduz;
Vergi xidməti müşaviri - 2 ulduz;
Kiçik vergi xidməti müşaviri - 1 ulduzla bir-birindən
fərqlənir.
Müfəttişlərin fərqləndirmə nişanı
- paqonlar 40 x 120 mm ölçüdədir, toxunmadır.
Uc tərəflərindən aypara üstündə iki
dəfnə yarpağı ilə əhatə olunmuş
paqonun ortasından 5 mm-lik toxunma xətt keçir. Xətlərin
üstündə toxunan 8 güşəli nisbətən
kiçik ulduzların sayı müfəttişlərin
dərəcələrini bir-birindən fərqləndirir.
1-ci dərəcəli müfəttiş - 4 ulduz;
2-ci dərəcəli müfəttiş - 3 ulduz;
3-cü dərəcəli müfəttiş - 2 ulduz;
Müfəttiş 1 ulduz.
Fərqləndirmə qol nişanı - Azərbaycan Respublikası
Vergilər Nazirliyinin vəzifəli şəxsləri
üçün fərqləndirmə qol nişanı
bütün geyim formalarının hamısında sol
qolun xarici səthində çiyinlə qolu birləşdirən
tikiş xəttindən 140 mm aşağıda tikilir.