AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

"Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasınm Vergilər Nazirliyində aparılmış struktur islahatlarını nəzərə alaraq qərara alıram:

1. "Azərbaycan Respublikası Vergllər Nazirliyi kollegjyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respubllkası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001 -ci il, N° 3, maddə 195) 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1.altıncı abzasda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Nəzarət Baş idarəsinin rəisi" sözləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Audit Baş idarəsinin rəisi" sözləri ilə əvəz edilsin;

1.2. səkkizinci abzasda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin İri Vergi Ödəyjciləri və Xüsusi Vergi Rejimi Müəssisələri ilə İş üzrə Baş Idarənin rəisi" sözləri" Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında İri Vergi ödəyiciləri ilə İş üzrə Departamentın rəisi" sözləri ilə əvəz edllsin;

1.3. onuncu abzasda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin rəisi" sözləri "Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi" sözləri ilə əvəz edilsin;

1.4. on birinci abzasda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisı" sözləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinln rəisi" sözləri ilə əvəz edilsin;

1.5. on ikinci abzasda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Baş Vergilər İdarəsinin rəisi" sözləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinln Bakı şəhəri Vergilər Departamentinin rəisi" sözləri ilə əvəz edilsin.

2. Bu Sərəncam dərc edlldiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23.11.2005
N 1115