| Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8 (üç kitabda), I kitab, maddə 583; 2001-ci il, N 7, maddə 454, N 9, maddə 576, N 12, maddə 734; 2002-ci il, N 5, maddə 249, N 12, maddə 707; 2003-cü il, N 8, maddə 425, N 12 (iki kitabda), I kitab, maddə 671; Azərbaycan Respublikasının 28 sentyabr 2004-cü il tarixli, 766-IIQD nömrəli qa-nunu) aşağıdakı əlavə və dəyişikliklər edilsin: 1. 13.2.1-ci maddədə "beynəlxalq təşkilatlar, onların fılialları, nümayəndəlikləri və digər bölmələri" sözləri "qeyri-rezidentin daimi nümayəndəliyi, fılialı və digər bölməsi" sözləri ilə əvəz edilsin. 2. 13.2.4-cü maddədə "vergi ödəyən" sözləri "vergini ödəməli olan" sözləri ilə əvəz edilsin. 3. 13.2.10-cu maddədə "girov saxlayana" sözlərindən sonra "və ya digər şəxsə" sözləri əlavə edilsin. 4. 13.2.15-ci maddədə "xalis mənfəətinin" sözlərindən sonra "(sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin)" sözləri əlavə edilsin. 5. Aşağıdakı redaksiyada 14.10-cu maddə
əlavə edilsin: 6. 20.1-ci maddənin birinci abzasından "ərazi" sözü çıxarılsın. 7. 22.2-ci maddənin birinci abzasında "hesabına" sözündən sonra ", lakin vergi orqanlarının nəzarəti ilə büdcəyə ödənilməsi təmin olunan vergilərin və qeyri-vergi büdcə daxilolmalarının müvafiq il üçün dövlət büdcəsində nəzərdə tutulmuş həcminin 0,5 faizindən artıq olmamaq şərtilə" sözləri əlavə edilsin. 8. 33.1-ci maddədə ", filial və nümayəndəliklər" sözləri çıxarılsın, "olduqları" sözündən sonra "(dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan)" sözləri əlavə edilsin. 9. 33.2-ci maddəyə aşağıdakı redaksiyada üçüncü və dördüncü abzaslar əlavə edilsin: "Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.". 10. 33.4-cü maddənin dördüncü abzasında "gün" sözü "günədək" sözü ilə əvəz edilsin və həmin maddənin beşinci abzası aşağıdakı redaksiyada verilsin: "Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.". 11. 34.1-ci maddənin ikinci abzasında "və təsis sənədlərinin" sözləri ", nizamnaməsinin (və ya əsasnaməsinin)" sözləri ilə əvəz edilsin və “surətlərini” sözündən sonra “və olduğu yer (ünvanı) haqqında məlumat” sözləri əlavə edilsın. 12. 34.2-ci maddənin birinci abzasının birinci cümləsində "vergi orqanına" sözləri çıxarılsın və "10" rəqəmi "2" rəqəmi ilə əvəz edilsin. 13. 34.3-cü maddəyə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin: "Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir.". 14. 35.1-ci maddənin ikinci cümləsində "ödəyicisinə" sözündən sonra "2 gündən gec olmayaraq" sözləri əlavə edilsin. 15. 35.4-cü maddənin ikinci cümləsində "hissəsi isə bank idarəsinin müvafiq qeydləri aparıldıqdan sonra onu vermiş vergi orqanına qaytarılır." sozləri "hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir." sözləri ilə əvəz edilsin. 16. 35.6-cı maddənin birinci cümləsində "vergi ödəyicisi tərəfindən" sözləri "bank idarəsi tərəfindən" sözləri ilə əvəz edilsin. 17. 39.4-cü maddədə "üsulla" sözündən sonra "aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq" sözləri, "verilir" sözündən sonra isə "və ya göndərilir" sözləri əlavə edilsin. 18. 50.1.1-ci maddədə "uçota durmayan" sözlərindən sonra "və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı”nı almayan" sözləri əlavə edilsin. 19. 50.1.5-ci maddə çıxarılsın. 20. Aşağıdakı redaksiyada 53.8-ci maddə
əlavə edilsin: 21. 58.2-ci maddə aşağıdakı redaksiyada
verilsin: 22. 58.3-cü maddədə "ödənişlərin" sözü "hesabdan pul vəsaitinin silinməsi" sözləri ilə əvəz edilsin. 23. 59.2-ci maddənin birinci cümləsində "vergilər üzrə avans" sözləri "cari vergi" sözləri ilə əvəz edilsin. 24. 63.1-ci maddənin birinci abzasında "baxılır" sözündən sonra “və şikayət vermiş şəxsə yazılı cavab verilir” sözləri əlavə edilsin və həmin maddənin ikinci abzası çıxarılsın. 25. 83.6-cı maddədə “5.0.1-ci maddəsinə” sözləri “5.0.1-ci, 212.4-cü və ya 221.4.1-ci maddələrinə" sözləri ilə, "aldığı ödəmələrdən tutulmuş" sözləri "vergitutma bazasından tutulmuş və ya ödənilmiş" sözləri ilə əvəz edilsin. 26. 87.2-ci maddədə "vergi ödəyicisinə bu barədə 3 gün müddətində bildiriş göndərilir." sözləri "vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir." sözləri ilə əvəz edilsin. 27. 89.5-ci maddədə "yerinə yetirilməsi," sözlərindən sonra "həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının," sözləri əlavə edilsin. 28. 90.6-cı maddədə "və ya dolayısı ilə" sözlərindən sonra "alıcı kimi" sözləri və aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin: "Vergi orqanının sorğusuna əsasən hərracın təşkilatçısı tərəfindən əmlakı hərraca çıxarılmış şəxslərin əmlakının hərraca çıxarılması və satışı barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada məlumat verilir.". 29. 99.3.8-ci maddədə "gəlir" sözündən sonra "(təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə)" sözləri əlavə edilsin. 30. 101.1-ci maddədə 1-ci cədvəldən sonra aşağıdakı redaksiyada ikinci və üçüncü abzaslar əlavə edilsin: "İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Fiziki şəxslərin bu Məcəllənin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu maddədə nəzərdə tutulan 1-ci cədvələ uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir.". 31. 102.1.2-ci maddədə "Azərbaycan Respublikasının rezidenti və ya vətəndaşı olmayan və vergi ilində Azərbaycan Respublikası ərazisində üst-üstə 182 gündən az olan" sözləri "Azərbaycan Respublikasının rezidenti olmayan" sözləri ilə əvəz edilsin. 32. Aşağıdakı redaksiyada 102.1.17-ci maddə əlavə edilsin: "102.1.17. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarına aylıq pul təminatı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının) rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı.". 33. 102.4.5-ci maddəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin: "Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.". 34. Aşağıdakı redaksiyada 106.1.8-ci maddə əlavə edilsin: "106.1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir.". 35. 108-ci maddədə "xərclər" sözündən sonra, "həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər" sözləri əlavə edilsin. 36. 111-ci maddənin adından "və şübhəli" sözləri çıxarılsın. 37. 114-cü maddənin adında "əsas vəsaitlər" sözləri "amortizasiya olunan aktivlər" sözləri ilə əvəz edilsin. 38. 114.3-cü maddədə "Əsas vəsaitlərin kateqoriyalan" sözləri "Amortizasiya olunan aktivlər" sözləri ilə əvəz edilsin. 39. 119.0-cı maddədə "vergilərin" sözündən sonra ", bu Məcəllə ilə nəzərdə tutulmuş vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin" sözləri, 119.0.2-ci maddədə "sanksiyaları" sözündən sonra "və bu Məcəllə ilə nəzərdə tutulmuş vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər" sözləri əlavə edilsin. 40. 124.1-ci maddədə "10" rəqəmi "14" rəqəmi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin: "İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq vergini ozü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.". 41. 124.2-ci maddə aşağıdakı redaksiyada
verilsin: 42. 149.1.4-cü maddə aşağıdakı
redaksiyada verilsin: 43. 149.2-ci maddədə "15-dək" sözləri "15-dən gec olmayaraq" sözləri ilə, "aprel ayının 1-dək" sözləri "mart ayının 31-dən gec olmayaraq" sözləri ilə, 150.3.2-ci maddədə "20 gün əreində" sözləri "növbəti ayın 20-dən gec olmayaraq" sözləri ilə, 201.5-ci maddədə "aprel ayının 1-dək" sözləri "mart ayının 31 -dən gec olmayaraq" sözləri ilə, 217.2-ci və 221.3-cü maddələrdə "20-dək" sözləri "20-dən gec olmayaraq" sözləri ilə əvəz edilsin. 44. 149.6-cı maddənin birinci cümləsində "gəlirin" sözü "verginin" sözü ilə əvəz edilsin. 45. Aşağıdakı redaksiyada 150.1.7-ci maddə
əlavə edilsin: 46. 160.1 -ci maddədən "və ya müəssisədə müstəqil fəaliyyət göstərən bölmənin bütün aktivlərinin" sözləri çıxarılsın. 47. 160.2-ci maddənin birinci və ikinci abzasında 160.3-cü maddədə müvafiq olaraq "(müəssisədə müstəqil fəaliyyət göstərən bölməni)" və "(müəssisədə müstəqil fəaliyyət göstərən bölməyə)" sözləri çıxarılsın. 48. 176.2-ci maddədə "uçotu aparılan sənəd" sözləri "hesabat blankları" sözləri ilə əvəz edilsin. 49. 197.1.1-ci maddədən "avtomobilvə özüyeriyən
təkərli texnika (bundan sonra avtonəqliyyat vasitələri),
sözləri çıxarılsın və həmin
maddənin sonunda "vasitələrinin dəyəri"
sözləri “vasitələri” sözü ilə əvəz
edilsin. 51. 199.4.3-cü maddadə "197.1.2-ci" rəqəmi "211.1.2-ci" rəqəmi ilə əvəz edilsin. 52. 198.1.1-ci maddədə hər iki halda "6000" rəqəmi "5000" rəqəmi ilə əvəz edilsin. 53. 201.3-cü maddəyə aşağıdakı redaksiyada ikinci və üçüncü abzaslar əlavə edilsin: "Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 25 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.". 54. 209-cu maddədə "şəxslər" sözündən sonra ", habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri (bundan sonra bu fəslin məqsədləri üçün - avtomobil nəqliyyatı vasitələri) olan şəxslər" sözləri əlavə edilsin. 55. 210-cu maddədə "dövlətlərin" sözündən sonra ", habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan" sözləri əlavə edilsin. 56. 211.1-ci maddə aşağıdakı redaksiyada verilsin: "211.1. Avtonəqliyyat vasitələrinin növündən, oturacaqlarının sayından, yük götürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlığından, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələrindən vergi aşağıdakı dərəcələrlə hesablanır:". 57. 211.1.1-ci, 211.1.2-ci və 211.1.3-cü maddələr müvafiq olaraq 211.1.1.1-ci, 211.1.1.2-ci və211.1.1.3-cü maddələr hesab edilsin və aşağıdakı redaksiyada 211.1.1-ci maddə əlavə edilsin: "211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrindən:". 58. 211.2-ci və 211.3-cü maddələrdə "211.1.3-cü" rəqəmi "211.1.1.3-cü" rəqəmi ilə əvəz edilsin. 59. Aşağıdakı redaksiyada 211.1.2-ci maddə
əlavə olunsun:
60. 12-ci maddə aşağıdakı redaksiyada verilsin: "Maddə 212. Yol vergisinin tutulması 212.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1.-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər. 212.2. İllik yol vergisinin bu Məcəllənin 212.4-cü
maddəsində göstərilən qaydada ödənildiyini
təsdiq edən sənədlər təqdim edilmədikdə
avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını
aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən
avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən
qeydiyyatı və texniki baxışı keçirilmir. 212.4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər. 212.5. Avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan müvafiq icra hakimiyyəti orqanı hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada müvafıq icra hakimiyyəti orqanına təqdim edir.". 61. 216-cı maddə aşağıdakı redaksiyada verilsin: "Maddə 216. Verginin dərəcələri 216.1. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:
216.2. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
62. 217.5-ci maddənin ikinci abzasından ", yüksək möhkəmliyə malik" sözləri çıxarılsın. 63. 218.1-ci maddəyə aşağıdakı
redaksiyada ikinci abzas "Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyiciləri (bu Məcəllənin 218.1-1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq müvafiq bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim edirlər. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.". 64. Aşağıdakı redaksiyada 218.1-1-ci maddə
əlavə edilsin: 65. 218.2-ci maddənin altıncı abzası aşağıdakı
redaksiyada "- mükiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (avtomobil nəqliyyatı vasitələri, o cümlədən taksi ilə sərnişin və yük daşımalarını, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər istisna olmaqla) qalıq dəyəri şərti maliyyə vahidinin 1000 000 mislindən artıq olanlar.". 66. 219.1-ci maddədə "tərəfindən" sözündən sonra "(bu Məcəllənin 218.1-1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla)" sözləri əlavə edilsin. 67. Aşağıdakı redaksiyada 219.1-1-ci maddə
əlavə edilsin: 68. 220.1-ci maddədə "sadələşdirilmiş vergi" sözlərindən sonra "(bu Məcəllənin 218.1-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyiciləri istisna olmaqla)" söziəri əlavə edilsin. 69. Aşağıdakı redaksiyada 220.5 - 220.7-ci maddələr əlavə edilsin: "220.5. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:
220.6. Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir: 220.6.1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0; 220.6.2. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) - 1,5; 220.6.3. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla) - 1,0. 220.7. Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yük götürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.". 70. 221.1-ci maddədə "sadələşdirilmiş verginin məbləği" sözündən sonra "(bu Məcəllənin 218.1-1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla)" şözləri əlavə edilsin. 71. 221.3-cü maddədə "büdcəyə" sözü "dövlət büdcəsinə" sözləri ilə əvəz edilsin. 72. Aşağıdakı redaksiyada 221.4-cü maddə
əlavə edilsin: 221.4.1. Sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini həmin maddədə qeyd olunan sadələşdirilmiş verginin aylıq məbləğinə, habelə bu Məcəllənin 220.6-cı maddəsində göstərilən əmsallara vurularaq hesablanır və dövlət büdcəsinə ödənilir. 221.4.2. Bu Məcəllənin 218.1-1-ci maddəsində göstərilən vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrinin qeydiyyata alındığı yerdən asılı olmayaraq sərnişin və yük daşımalarının faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.5 - 220.7-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. 221.4.3. Vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş vergjnin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır. 221.4.4. Hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə sərnişın yə yük daşımaları hüquqi şəxsin özu tərəfindən həyata keçırildikdə sadələşdirilmiş vergini həmin hüquqi şəxs ödəyir. 22.4.5. Avtomobil nəqliyyatı yasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. 221.4.6. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən sadələşdirilmiş verginin düzgün hesablanmasına yə vaxtında dövlət büdcəsinə ödənilməsmə müvafıq icra hakimiyyəti orqanı nəzarət edir. 221.4.7. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalannı həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafıq icra hakimiyyəti orqanından təqvim ayının sonunadək növbəti ay (aylar) üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəyicisinin müraciətinə əsasən iki iş günündən gec qlmayaraq verilir. "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin müraciətinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 221.4.8. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsinin xüsusiyyətləri, habelə "Fərqlənmə nişanı"nın və "Xüsusi fərqlənmə nişanı"nın formaları və onların tətbiq edilməsi qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 221.4.9. Vergi ödəyicilərinin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün "Xüsusi fərqlənmə nişanı" alınır. "Xüsusi fərqlənmə nişanı' avtomobil nəqliyyatı vasitələri sahiblərinin müraciətindən sonra beş iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. "Xüsusi fərqlənmə nişanı"-nın alınması üçün hər hansı haqq ödənilmir. "Xüsusi fərqlənmə nişanı" almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə bu maddədə nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl "Xüsusi fərqlənmə nişanı"nı onu vermiş orqana geri qaytarmalıdır. 221.4.10. Vergi ödəyicisinin işçi heyətinin və özünə məxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra həmin avtomobil nəqliyyatı vasitələrinin sahibləri beş gün ərzində müvafıq icra hakimiyyəti orqanına bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş formada məlumat təqdim edirlər. 221.4.11. Avtomobil nəqliyyatı vasitələri ilə sərnışın və yük daşımaları fəaliyyətindən başqa digər fəaliyyət növü ilə məşğul olan vergi ödəyiciləri tərəfindən əldə olunan gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. 221.4.12. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin bu fəaliyyət növü üzrə zərərləri digər sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətlərinə aid edilmir. 221.4.13. Xüsusi nişan və avadanlıqlarla təchiz
olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti
çərçivəsində onlara digər vergi
ödəyiciləri tərəfindən göstərilən
bu cür xidmətlər istisna olmaqla) avtomobil nəqliyyatı
vasitələri üçün "Fərqlənmə
nişanı" və ya "Xüsusi fərqlənmə
nişanı" alınmır. Xüsusi nişan və
avadanlıqlarla təchiz olunmuş bu cür avtomobil
nəqliyyatı vasitələri II. Bu qanunun 1-6-cı və 8-72-ci bəndləri 2005-ci il yanvarın 1-dən, 7-ci bəndi isə 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 dekabr 2004-cü il |