|
Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә әlavәlәr vә dәyişikliklәr edilmәsi haqqında Azәrbaycan Respublikasının Qanunu
1. 3.11-ci maddәdә "şübhәlәri" sözü çıxarılsın. 2. 4.4-cü maddәnin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “Yerli vergilәrin (bәlәdiyyә vergilәrinin) dәrәcәlәri vergi qanunvericiliyindә tәsbit edilmiş hәdlәr daxilindә müәyyәn edilir. Vergi qanunvericiliyinә uyğun olaraq bәlәdiyyәlәr öz әrazilәrindә vergi ödәyicilәrinin ayrı-ayrı kateqoriyalarını yerli vergilәrdәn tam vә ya qismәn azad etmәk, vergi dәrәcәsini azaltmaq barәdә qәrar qәbul edә bilәrlәr”. 3. 5.0.3-cü maddәdә “vergitutma obyektinin dәyәri” sözlәrindәn sonra “vә sahәsi” sözlәri әlavә edilsin. 4. 6.1.9-cu maddә aşağıdakı redaksiyada verilsin ''6.1.9. sadәlәşdirilmiş vergi'' 5. 8.0, 8.0.1, 8.0.2, 8.0.3 vә 8.0.4-cü maddәlәr müvafiq olaraq 8.1, 8.1.1, 8.1.2, 8.1.3 vә 8.1.4-cü maddәlәr hesab edilsin. 6. Aşağıdakı redaksiyada 8.2-ci maddә әlavә edilsin: “8.2. Yerli vergilәrin hesablanması vә ödәnilmәsi qaydaları, vergi ödәyicilәrinin vә bәlәdiyyәlәrin vergi xidmәti orqanlarının hüquq vә vәzifәlәri, vergi nәzarәtinin forma vә metodları, vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәt, bәlәdiyyәlәrin vergi xidmәti orqanlarının vә onların vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt edilmәsi qaydaları müvafiq qanunvericiliklә müәyyn edilir.” 7. 13.2.5.1-ci maddәdә "başa çatan hәr hansı ardıcıl olan 12 aylıq dövr әrzindә" sözlәri çıxarılsın. 8. 13.2.11-ci vә 13.2.12-ci maddәlәr aşağıdakı redaksiyada verilsin: «13.2.11. Xidmәt (iş) – malların tәqdim edilmәsi sayılmayan, nәticәlәri maddi ifadә kәsb edәn fәaliyyәt. ƏDV-nin mәqsәdlәri üçün pul vәsaitinә vә torpağa mülkiyyәt hüququnun başqasına verilmәsi, hәmçinin işәgötürәnә muzdlu işçi kimi xidmәt göstәrilmәsi istisna olunur. Xidmәtlәrin göstәrilmәsi (işlәrin görülmәsi) zamanı istifadә olunan mallar ayrıca tәqdim edilmirsә vә ya xidmәtin (işin) dәyәrinә daxil edilmәyәn konpensasiyalı xәrclәr müqavilәdә vә ya ödәniş sәnәdlәrindә ayrıca göstәrilmirsә, hәmin mallar vә ya xәrclәr xidmәtin (işin) ayrılmaz tәrkib hissәsi hesab edilir. 13.2.12. Satışdankәnar gәlirlәr - digәr müәssisәlәrin fәaliyyәtindә payçı kimi iştirakdan gәlir, müәssisәyә mәxsus sәhmlәr, istiqrazlar vә digәr qiymәtli kağızlardan әldә olunan gәlirlәr, habelә mal vә xidmәt (iş) istehsalı vә satışı ilә bilavaistә bağlı olmayan әmәliyyatdan götürülәn digәr gәlirlәr, o cümlәdәn cәrimә vә zәrәrin ödәnilmәsi şәkilindә alınmış mәblәğ, xarici valyuta әmәliyyatları üzrә artan mәzәnnә fәrqi. 9. 13.2.13-cü maddә çıxarılsın vә 13.2.40-cı maddә13.2.13-cü maddә sayılsın. 10. 13.2.14.1-ci maddәdә «kreditlәrin» sözündәn sonra, «maliyyә lizinqi üzrә kreditlәrin» sözlәri әlavә edilsin. 11. 13.2.21-ci maddәdә «qeyri-maddi aktivlәr vә pul vәsaitlәri» sözlәri «qeyri-maddi aktivlәr, dövriyyә vәsaitlәri vә mülkiyyәt hüququnun digәr obyektlәri» sözlәri ilә әvәz edilsin. 12. 13.2.22-ci maddәdә «müәssisәnin balansında olan» sözlәri çıxarılsın. 13. 13.2.23-cü maddәdә “filmlәr” sözündәn sonra “vә digәr qeyri-maddi aktivlәr” sözlәri әlavә edilsin. 14. Aşağıdakı redaksiyada 15.1.13-cü maddә әlavә edilsin: «15.1.13. Xronometraj metodu ilә aparılan sonuncu müşahidәdәn sonra istehsal hәcminin vә ya satış dövriyyәsinin dәyişmәsi ilә әlaqәdar xronometraj metodu ilә yeni müşahidәnin aparılmasını vergi orqanından tәlәb etmәk». 15. 15.1.13-cü maddә müvafiq olaraq 15.1.14-cü maddә hesab edilsin. 16. 16.1.4-cü maddәdә «tәsdiq olunmaqla tәqdim edilmәsi» sözlәri «yoxlanılması» sözü ilә әvәz edilsin. 17. 20.4-cü maddәdә «yol vergisi» sözlәrindәn sonra «yerli vergilәr (bәlәdiyyә vergilәri) vә» sözlәri әlavә edilsin. 18. 23.1.4-cü maddәdә «aradan qaldırılmasını» sözlәrindәn sonra «habelә vergi ödәyicisi auditor tәrәfindәn yoxlanılmalı olduğu halda auditor rәyini» sözlәri әlavә edilsin. 19. 23.1.8-ci maddәdә «vә qaydada vergi ödәyicisinin hesablaşma, valyuta vә ya digәr hesabları üzrә әmәliyyatlarının dayandırılması üçün banklara vә ya digәr kredit tәşkilatlarına icra sәnәdi olan sәrәncam vermәk» sözlәri «vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarına hәbs qoyulması barәdә mәhkәmәdә iddia qaldırmaq» sözlәri ilә әvәz edilsin. 20. 23.1. 13-cü maddәdә "vergi ödәyicisindә" sözündәn sonra "vә ya onun razılığı ilә vergi orqanlarının vәzifәli şәxslәri tәrәfindәn müәyyәn edilәn yerlәrdә" sözlәri әlavә edilsin. 21. Aşağıdakı redaksiyada 23.1.15-ci maddә әlavә edilsin: «23.1.15. mәhkәmәnin qәrarı ilә müsadirә edilmiş aksiz markası olmayan vә ya saxta aksiz markaları ilә markalanmış malların satışını qanunvericiliyә uyğun olaraq tәşkil etmәk;» 22. 23.1.15-ci maddә 23.1.16-cı maddә hesab edilsin. 23. 32.2-ci maddәyә aşağıdakı redaksiyada ikinci cümlә әlavә edilsin: «Yerli vergilәrin (bәlәdiyyә vergilәrinin) qanunvericiliyә uyğun olaraq hesablanmasına, tam vә vaxtında ödәnilmәsinә nәzarәt bәlәdiyyәlәrin vergi xidmәti orqanları tәrәfindәn hәyata keçirilir.» 24. 33.1-ci maddә aşağıdakı redaksiyada verilsin: «33.1. Vergi nәzarәtinin hәyata keçirilmәsini tәmin etmәk mәqsәdi ilә vergi ödәyicisi olan hüquqi şәxslәr, filial vә nümayәndәliklәr olduqları yer üzrә, fәrdi sahibkarlar vә bu Mәcәllәnin müddәalarına uyğun olaraq bәyannamә vermәli olan rezident fiziki şәxslәr yaşadıqları yer üzrә vergi orqanlarında uçota alınır». 25. 33.2-ci maddәdә “hüquqi şәxsin” sözlәri “vergi ödәyicisinin” sözlәri ilә, “hüquqi şәxs vergi ödәyicisi kimi” sözlәri “vergi ödәyicisi” sözlәri ilә әvәz edilsin. 26. 34.4-cü maddәyә aşağıdakı redaksiyada yeni abzas әlavә edilsin: “Bu Mәcәllәnin 33.2-ci maddәsi ilә nәzәrdә tutulan hallarda hüquqi şәxs hәm özünün olduğu yer üzrә, hәm dә onun filialının, nümayәndәliyinin vә ya digәr tәsәrrüfat subyektinin (obyektinin) olduğu yer üzrә uçota alındıqda, onun filialına, nümayәndәliyinә vә ya digәr tәsәrrüfat subyektinә (obyektinә) vergi ödәyicisinin eynilәşdirmә nömrәsi (VÖEN) verilә bilәr.” 27. 36.3-cü maddәsinin birinci abzası aşağıdakı redaksiyada verilsin: “36.3. Sәyyar vergi yoxlaması mәnfәәt, gәlir, әmlak vә torpaq vergilәri üzrә vergi ödәyicisinin son 3 tәqvim ilindәn çox olmayan fәaliyyәtini, digәr vergilәr üzrә hәmin yoxlamanın keçirildiyi il dә daxil olmaqla vergi ödәyicisinin son 3 ildәn çox olmayan fәaliyyәtini әhatә edә bilәr.” 28. 36.5-ci maddәdә hәr iki halda “tәkrar” sözü ''növbәdәnkәnar'' sözü ilә әvәz edilsin. 29. 37.3, 37.4 vә 37.5-cı maddәlәr aşağıdakı redaksiyada verilsin: «37.3. Kameral yoxlama aparmaq üçün vergi ödәyicisindәn tәqdim olunmuş bәyannamә ilә bağlı sәnәdlәrdә olan mәlumatlar arasında ziddiyyәt vә ya sәhv aşkar edildikdә vergi orqanı vergi ödәyicisindәn әlavә mәlumat, sәnәd vә izahat tәlәb edә bilәr. 37.4. Kameral yoxlama zamanı vergi bәyannamәsindә vergilәrin düzgün hesablanmaması (vergi mәblәğinin az vә ya artıq göstәrilmәsi) aşkar edildikdә, vergi ödәyicisinә 5 gün müddәtindә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi formada vergilәrin hesablanmasına dair bildiriş göndәrilir. Bildirişdә hesablamanın sәbәblәri vә vergi ödәyicisinin bu Mәcәllәnin 62-ci maddәsinә uyğun olaraq şikayәt etmәk hüququ göstәrilmәlidir. 37.5. Bu Mәcәllәnin 15.1.13-cü maddәsinә әsasәn vergi ödәyicisindәn xronometraj metodu ilә yeni müşahidә keçirilmәsi barәdә müraciәt daxil olan dövrәdәk xronometraj metodu ilә sonuncu müşahidәnin nәticәlәri vergilәrin hesablanması üçün әsas götürülә bilәr.» 30. 37.6-cı maddәdә «37.5» rәqәmi «37.4.» rәqәmi ilә әvәz edilsin vә «yol verdiyi» sözlәrindәn sonra «vә kameral yoxlama zamanı müәyyәn edilә bilәn» sözlәri әlavә edilsin. 31. 38.3.1-ci maddә çıxarılsın, 38.3.2 vә 38.3.3-cü maddәlәr müvafiq olaraq 38.3.1 vә 38.3.2-ci maddәlәr hesab edilsin. 32. Aşağıdakı redaksiyada 38.3.3 – 38.3.6-cı maddәlәr әlavә edilsin: ''38.3.3. ƏDV üzrә artıq ödәnilmiş vergi, faiz vә maliyyә sanksiyası digәr vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının ödәnilmәsi hesabına vә ya sonrakı öhdәliklәr üzrә ödәmәlәrin hesabına aid edildikdә. Bu halda növbәdәnkәnar vergi yoxlaması yalnız vergi ödәyicisinin ƏDV-nә cәlb edilәn әmәliyyatları üzrә aparıla bilәr; 38.3.4. artıq ödәnilmiş vergilәr, faizlәr vә maliyyә sanksiyalarının qaytarılması barәdә vergi ödәyicisinin әrizәsi daxil olduqda; 38.3.5. vergi orqanının әldә etdiyi mәnbәyi bәlli olan hәr hansı mәlumat әsasında vergi ödәyicisinin gәlirlәrinin gizlәdildiyi (azaldıldığı) aşkar edildikdә; 38.3.6. Cinayәt-prosessual qanunvericiliyә uyğun olaraq mәhkәmәnin vә ya hüquq mühafizә orqanlarının vergi yoxlamalarının keçirilmәsi barәdә müvafiq qәrarı olduqda.'' 33. 39.4-cü maddә aşağıdakı redaksiyada verilsin: “39.4. Vergi yoxlaması aktının bir nüsxәsi vergi ödәyicisinә (onun sәlahiyyәtli nümayәndәsinә) verilmә tarixini tәsdiq edәn üsulla verilir.” 34. 43.3-cü maddә aşağıdakı redaksiyada verilsin: «43.3. Sәnәdlәrin vergi ödәyicisi tәrәfindәn tәsdiq olunmuş surәtlәri götürülür.» 35. 44.9-cu maddәsinin 1-ci cümlәsindә «rәyi» sözü «rәyinin surәti» sözlәri ilә әvәz edilsin. 36. Aşağıdakı redaksiyada 44.11-ci maddә әlavә edilsin: «44.11. Yoxlanılan şәxsin bu Mәcәllәnin 44.7-ci vә 44.9-cu maddәlәrindә nәzәrdә tutulmuş hüquqları ilә әlaqәdar vәsatәti tәmin edilmәdikdә, vergi orqanının rәhbәri (onun müavini) vәsatәtin rәdd edilmәsinin sәbәblәrini göstәrilmәklә әsaslandırılmış qәrar çıxarır vә qәrarın surәtini yoxlanılan şәxsә tәqdim edir.» 37. Aşağıdakı redaksiyada 53.8-ci maddә әlavә edilsin: “53.8. Vergi ödәyicisinin vә ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi, onları vergi öhdәliklәrini vә vergi orqanlarının vәzifәli şәxslәrinin qanuni tәlәblәrini yerinә yetirilmәsindәn azad etmir.” 38. 57.1-ci maddәnin ikinci cümlәsi çıxarılsın vә aşağıdakı redaksiyada yeni abzas әlavә edilsin: «Vergi ödәyicisinin vergi öhdәliyi yaranmadıqda hesabatın әsas olmadan müәyyәn edilәn müddәtdә tәqdim edilmәmәsinә görә vergi ödәyicisinә aylıq gәlirin vergi tutulmayan mәblәğinin 2 misli miqdarında maliyyә sanksiyası tәtbiq edilir.» 39. 58-ci maddәnin adı aşağıdakı redaksiyada verilsin: «58. Vergilәrin azaldılmasına vә digәr vergi hüqüqpozmalarına görә maliyyә sanksiyaları.» 40. 58.1-ci maddәdә "azaldılmışdırsa" sözündәn sonra ", habelә büdcәyә çatası vergi mәblәği 1 ildәn artıq dövr üzrә hesabat tәqdim etmәmәklә yayındırılmışdırsa" sözlәri, "azaldılmış" sözündәn sonra "vә ya yayındırılmış" sözlәri әlavә edilsin. 41. 58.4 vә 58.5-ci maddәlәr çıxarılsın. 42. 58.6-cı maddәnin әvvәlinә "Bu Mәcәllәnin tәlәblәrinә uyğun olaraq" sözlәri әlavә edilsin vә o, 58.4-cü maddә hesab edilsin. 43. 58.7-ci maddә 58.5-ci maddә hesab edilsin. 44. Aşağıdakı redaksiyada 58.6-cı maddә әlavә edilsin: “58.6. Bu Mәcәllәnin 33.4-cü maddәsindә göstәrilәn müddәtdә vergi orqanında uçota alınmaq üçün әrizәnin verilmәmәsinә görә vergi ödәyicisinә aylıq gәlirin vergi tutulmayan mәblәğinin 2 misli miqdarında maliyyә sanksiyası tәtbiq edilir.” 45. 60.1.3-cü maddә çıxarılsın. 46. 65-ci maddә aşağıdakı redaksiyada verilsin: «65.1. Vergi ödәyicisi vergi öhәdliyini bu Mәcәllә ilә müәyyәn edilmiş müddәtdә yerinә yetirmәkdә vergi orqanı 5 gün müddәtindә vergi ödәyicisinә hesablanmış vә ya yenidәn hesablanmış vergilәrin vә faizlәrin ödәnilmәsinә dair bildiriş göndәrir. 65.2. Hesablanmış vә ya yenidәn hesablanmış vergilәr vә faizlәr vergi ödәyicisi tәrәfindәn bildirişdә göstәrilәn müddәtdә ödәnilmәdiyi halda vergi orqanı vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarından vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması üçün banka vә ya digәr kredit tәşkilatına icra sәnәdi olan sәrәncam verir. 65.3. Vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarında vәsait olduqda vergi orqanının sәrәncamı bank vә ya digәr kredit tәşkilatı tәrәfindәn hәmin sәrәncamın daxil olduğu gün icra edilir. 65.4. Vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarında vәsait olmadıqda vә ya vergilәr üzrә borcların vә faizlәrin yerinә yetirilmәsinә kifayәt etmәdikdә vergi orqanıının sәrәncamı bankda vә ya digәr kredit tәşkilatında saxlanılır vә vergi ödәyicisinin hesablarına vәsait daxil olduqca icra edilir. 65.5. Sәrncamın bank vә ya digәr kredit tәşkilatına daxil olduğu gündәn 90 gün әrzindә borc ödәnilmәdikdә vә borca görә bu Mәcәllәyә müvafiq olaraq әmlakın siyahıya alınması üçün qәrarın verilmәsi barәdә vergi orqanından banka vә ya digәr kredit tәşkilatına növbәti 5 bank günü әrzindә mәlumat daxil olmadıqda sәrәncam geri qaytarılır vә hәmin borca görә sәrәncam tәkrarәn icrayә qәbul edilmir. Əmlakın siyahıya alınması üçün qәrarın verilmәsi barәdә vergi orqanından banka vә ya digәr kredit tәşkilatına mәlumat daxil olduqda sәrәncam vergi ödәyicisinin hәmin borca görә vergi öhdәliyi yerinә yetirilәnәdәk qüvvәdә qalır. 65.6. Vergi orqanlarının vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması haqqında sәrәncamları bank vә digәr kredit tәşkilatı tәrәfindәn Azәrbaycan Respublikasının Mülki Mәcәllәsindә nәzәrdә tutulmuş ödәnişlәrin növbәliliyi ardıcılığına uyğun olaraq icra edilir. 65.7. Vergi orqanının vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması haqqında sәrәncamı vergi ödәyicisinin valyutada olan bank hesabına yönәldildikdә, bank vә ya digәr kredit tәşkilatı hesabdakı vәsaiti bu Mәcәllәnin 60.1.2-ci maddәsindә müәyyәn edilmiş qaydada dondurur vә dәrhal bu barәdә vergi ödәyicisinә mәlumat göndәrir. Vergi ödәyicisi tәrәfindәn konvertasiya әmәliyyatı aparıldıqdan sonra bank vә ya digәr kredit tәşkilatı vergi orqanının sәrәncamını icra edir. 65.8. Vergi orqanının vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması haqqında sәrәncamı bir neçә bank vә ya kredit tәşkilatına verildikdә vә bu zaman vergilәr üzrә borclar vә faizlәr vergi ödәyicisinin hәr hansı hesablaşma, valyuta vә ya digәr hesablarından dövlәt büdcәsinә alındıqda, vergi orqanı digәr banklara vә ya kredit tәşkilatlarnıa verilәn sәrәncamların dәrhal geri qaytarılamasını tәmin edir. 65.9. Vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarından dövlәt büdcәsinә artıq alınmış vәsaitin geri qaytarılması bu Mәcәllәnin 87-ci maddәsi ilә müәyyәn edilmiş qaydada hәyata keçirilir.» 47. 72.2-ci maddәyә aşağıdakı redaksiyada yeni abzas әlavә edilsin: «Vergi hesabatları vergi ödәyicisi tәrәfindәn şәxsәn vә ya hesabatın tәqdim edilmәsi tәsdiq oluna bilәn hәr hansı digәr üsulla (rabitә tәşkilatına tәhvil verilmәsi dә daxil olmaqla) tәqdim edilә bilәr.» 48. Aşağıdakı redaksiyada 72.5-cü maddә әlavә edilsin: «72.5. Bu Mәcәllәnin 163-cü maddәsindә nәzәrdә tutulan hallar istisna olmaqla әvvәlki hesabat dövrlәri üzrә tәqdim edilmiş hesabatlardakı mәlumatlar ilkin uçot sәnәdlәri üzrә mәlumatlara uyğun olmadığı hallarda vergi ödәyicilәri tәrәfindәn hәmin hesabat dövrü üçün dәqiqlәşdirilmiş hesabat tәqdim edilmәlidir. Dәqiqlәşdirilmiş hesabat üzrә büdcәyә ödәnilmәli vergi mәblәği әvvәl tәqdim edilmiş hesabat üzrә büdcәyә ödәnilmәli vergi mәblәğindәn çox olduqda әlavә hesablanmış vergi mәblәği faizlәrlә birlikdә büdcәyә ödәnilir, az olduqda isә hesablanmış vergi vә faiz mәblәğlәri azaldılır. Vergi ödәyicisi tәrәfindәn dәqiqlәşdirilmiş hesabatlar vergi ödәyicisindә sәyyar vergi yoxlamasının keçirilmәsi barәdә qәrar qәbul edildiyi günәdәk tәqdim edilә bilәr.» 49. 75.0.3-cü maddә çıxarılsın vә 75.0.4-cü maddә 75.0.3-cü maddә hesab edilsin. 50. 76..2-ci maddәdә “müvәkkil bank” sözündәn sonra “müvafiq icra hakimiyyәti orqanının tәsdiq etdiyi formada” sözlәri әlavә edilsin. 51. 82-ci maddәnin adı aşağıdakı redaksiyada verilsin: “82. Vergi ödәyicisi tәrәfindәn vergilәrin hesablanması vә ödәnilmәsi qaydası” 52. 83-ci maddәnin adı aşağıdakı redaksiyada verilsin: «83. Vergi orqanları tәrәfindәn vergilәrin hesablanması» 53. 83.9-cu maddәdә “Xarici hüquqi şәxsin Azәrbaycan Respublikasındakı fәaliyyәti ilә әlaqәdar” sözlәri “Vergi ödәyicisinin” sözlәri ilә әvәz edilsin. 54. 85.11-cı maddәdә aşağıdakı redaksiyada yeni abzas әlavә edilsin: «Bu Mәcәllәnin 85.10-cu maddәsindә nәzәrdә tutulmuş müddәtlәrdә vergi öhdәliyi mәrhәlәlәrlә yerinә yetirildikdә vergi orqanının vergi öhdәliyinin yerinә yetirilmәsi müddәtinin uzadılması haqqında qәrarında vergi öhdәliyinin mәrhәlәlәrlә yerinә yetirilmәsi qaydası göstәrilmәlidir». 55. 86.0.2-ci maddә aşağıdakı redaksiyada verilsin: “86.0.2. Bu Mәcәllәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, vergi ödәyicisinin uçotda olduğu yer üzrә.” 56. 87.1-ci maddәdәn “inzibati cәrimәlәr üzrә borclar istisna olmaq şәrti ilә” sözlәri çıxarılsın. 57. 87.1.1-ci maddә aşağıdakı redaksiyada verilsin: «87.1.1. digәr vergilәrin, faizlәrin, maliyyә sanksiyalarının vә inzibati cәrimәlәr üzrә borcların ödәnilmәsi hesabına aid edilir.» 58. 89.1-ci maddәdә “vergi öhdәliyini” sözlәri “vergilәr vә faizlәr üzrә öhdәliklәrini” sözlәri ilә, “bu öhdәliyin” sözlәri “bu öhdәliklәrin” sözlәri ilә әvәz edilsin. Hәmin maddәyә aşağıdakı redaksiyada yeni abzas әlavә edilsin: «Azәrbaycan Respublikasının qanunvericiliyi ilә özәllәşdirilmәsi qadağan olunan dövlәt әmlakının, habelә özәllәşdirilmәsi müvafiq icra hakimiyyәti orqanının qәrarı ilә hәyata keçirilәn müәssisә vә obyektlәrin әmlakının siyahıya alınması müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada hәyata keçirilir.» 59. 89.5-ci maddә aşağıdakı redaksiyada verilsin: “89.5. Yalnız vergi öhdәliyinin vә hesablanmış faizlәrin ödәnilmәsi üçün zәruri vә kifayәt olan әmlak siyahıya alına bilәr.” 60. 105.1-ci maddәdә "27" rәqәmi "25" rәqәmi ilә әvәz edilsin: 61. 106.1.5-ci maddәdә «Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun» sözlәrindәn sonra «(Fondun vәsaitinin yerlәşdirilmәsindәn әldә edilәn gәlir istisna olmaqla)» sözlәri әlavә edilsin. 62. Aşağıdakı redaksiyada 106.3 -106.8-ci maddәlәr әlavә edilsin: «106.3. Azәrbaycan Respublikasının regionları üzrә müәssisәlәr bu Mәcәllәnin 105.1-ci maddәsindә nәzәrdә tutulan vergi dәrәcәsi ilә hesablanmış mәnfәәt vergisini aşağıdakı miqdarda ödәyirlәr: 106.3.1. Gәncә, Sumqayıt, Mingәçevir vә Əli-Bayramlı şәhәrlәrindә (hәmin şәhәrlәrin tabeliyindә olan qәsәbәlәr dә daxil olmaqla) - 80 faiz; 106.3.2. dağ rayonlarında vә Naxçıvan Muxtar Respublikasında - 40 faiz; 106.3.3. digәr rayonlarında (Bakı şәhәri vә Abşeron rayonu istisna olmaqla) - 60 faiz. 106.4.Bu maddәdә göstәrilәn fәaliyyәt növlәri ilә mәşğul olan müәssisәlәr bu Mәcәllәnin 105.1-ci maddәsindә nәzәrdә tutulan vergi dәrәcәsi ilә hesablanmış mәnfәәt vergisini aşağıdakı miqdarda ödәyirlәr: 106.4.1.Turizm fәaliyyәti üzrә- 80 faiz; 106.4.2.Sәnәtkarlığın misgәrlik, qalayçılıq vә saxsı mәmulatlarının, tәsәrrüfat müxәllәfatının, bağçılıq-bostançılıq alәtlәrinin, xalq musiqi alәtlәrinin, oyuncaqların, suvenirlәrin, qamışdan vә qarğıdan mәişәt әşyalarının düzәldilmәsi, keramika mәmulatlarının bәdii işlәnmәsi, bәdii tikmә, әl üsulu ilә xalçaçılıq, ağac materiallarından mәişәt alәtlәrinin hazırlanması sahәsindә fәaliyyәt üzrә - 40 faiz. 106.5. Müәssisәnin bu Mәcәllәnin 106.2-106.4-cü maddәlәrindә nәzәrdә tutulan güzәştlәrә hüququ olduqda, ona güzәştlәrdәn biri, mәblәğcә әn böyük olanı verilir. 106.6. Müәssisәyә bu Mәcәllәnin 106.3 vә 106.4-cü maddәlәrindә nәzәrdә tutulmuş güzәştlәr yalnız o halda verilir ki, vergi ödәyicisi istehsal sahәlәri, daşınmaz әmlakı vә işçi qüvvәsi ilә güzәşt verilәn әrazilәrdә fәaliyyәt göstәrmiş olsun. Güzәşt hüquqi olan müәssisәnin güzәşt şamil edilәn mәnfәәtdәn başqa digәr fәaliyyәti dә olduğda, o, güzәştә düşәn vә güzәşt hüququ olmayan fәaliyyәt növlәri üzrә uçotu ayrı-ayrılıqda aparır. Əks halda güzәşt tәtbiq edilmir. 106.7. Bu Mәcәllәnin 106.3.1, 106.3.2 vә 106.3.3-cü maddәlәrindә göstәrilmiş şәhәr vә rayonlarda vergi uçotuna alınmış, lakin Bakı şәhәrindә vә Abşeron rayonunda fәaliyyәt göstәrәn şәxslәrә Bakı şәhәri üzrә müәyyәn olunmuş vergi dәrәcәlәri tәtbiq edilir. 106.8. Dağ rayonlarının siyahısı müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.» 63. 110-cu maddә aşağıdakı redaksiyada verilsin: "110. Xaricdәn alınmış borclar, habelә qarşılğqlı surәtdә asılı olan şәxslәrin bir-birinә ödәdiklәri faizlәrin faktiki mәblәği (hesablamalar metodundan istifadә edildikdә – ödәnilmәli faizlәrin mәblәği) faizin qaytarıldığı ayda eyni valyuta ilә, oxşar müddәtә verilmiş banklararası kredit hәrracında olan vә ya hәrraclar keçirilmәdiyi tәqdirdә Azәrbaycan Respublikası Milli Bankının dәrc etdiyi banklararası kreditlәr üzrә faizlәrin orta sәviyyәsinin 125 faiz dәn artıq olmamaqla gәlirdәn çıxılır." 64. 111.3-cü maddә aşağıdakı redaksiyada verilsin: «Banklar vә bank fәaliyyәtinin ayrı-ayrı növlәrini hәyata keçirәn kredit tәşkilatları qanunvericiliyә müvafiq qaydaya aktivlәrin tәsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilәn mәblәğlәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş qaydada gәlirdәn çıxmaq hüququna malikdirlәr.» 65. 114.3.1-ci maddәdә «10» rәqәmi «7» rәqәmi ilә әvәz edilsin 66. 114.3.6-cı maddә aşağıdakı redaksiyada verilsin: «114.3.6. qeyri maddi aktivlәr – istifadә müddәti mәlum olmayanlar üçün 10 faizәdәk, istifadә müddәti mәlum olanlar üçün isә illәr üzrә istifadә müddәtinә mütәnasib mәblәğlәrlә.» 67. 114.3.8-cı maddәdәnin birinci abzası aşağıdakı redaksiyada verilsin. ''114.3.8. Cari ildә faktiki dәyәri ödәnilmiş istehsal tәyinatlı kapital qoyuluşları üçün (tәbii inhisar subyektlәrinin, habelә qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mal istehsalı, iş görülmәsi, xidmәt göstәrilmәsi ilә mәşğul olan tәsәrrüfat subyektlәrinin kapital qoyuluşları istisna olmaqla) bu Mәcәllәnin 114.3.1-ci, 114.3.2-ci, 114.3.3-cü vә 114.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş amortizasiya normalarını 2 dәfәyәdәk artırmaqla.'' 68. 114.3.8-cı maddәdәnin ikinci abzasında ''mәhsul'' sözü ''mal'' sözü ilә әvәz edilsin. 69. 114.4-cü maddәdәn «balans üzrә» sözü çıxarılsın. 70. 114.6, 114.7, 114.8 vә 114.9-cu maddәlәr aşağıdakı redaksiyada verilsin: «114.6. Amortizasiya hesablanması mәqsәdlәri üçün әsas vәsaitlәr (vәsait) üzrә vergi ilinin sonuna qalıq dәyәri aşağıdakı qaydada müәyyәnlәşdirilәn (lakin sıfırdan aşağı olmayan) mәblәğdәn ibarәt olur: әsas vәsaitlәrin (vәsaitin) әvvәlki ilin sonuna qalıq dәyәrinә (hәmin il üçün hesablanmış amortizasiya mәblәği çıxıldıqdan sonra qalan dәyәr) bu Mәcәllәnin 143-cü maddәsinә uyğun olaraq cari ildә daxil olmuş әsas vәsaitlәrin (vәsaitin) dәyәri, habelә әvvәlki ildә bu Mәcәllәnin 115-ci maddәsinә әsasәn müәyyәn edilәn tәmir xәrclәrinin mәhdudlaşdırmadan artıq olan hissәsi әlavә edilir, vergi ilindә tәqdim edilmiş, lәğv edilmiş vә ya qalıq dәyәri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 mislindәn vә ya ilkin dәyәrin 5 faizindәn az olduqda әsas vәsaitlәrin qalıq dәyәri çıxılır. 114.7. Əsas vәsaitlәrin (vәsaitin) tәqdim edilmәsindәn әldә olunan mәblәğ hәmin әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrindәn artıqdırsa yaranmış fәrq gәlirә daxil edilir. 114.8. İlin sonuna әsas vәsaitin qalıq dәyәri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 mislindәn vә ya ilkin dәyәrinin 5 faizindәn az olduqda, qalıq dәyәrinin mәblәği gәlirdәn çıxılır. 114.9. Əsas vәsaitlәrin (vәsaitin) tәqdim edilmәsindәn әldә olunan mәblәğ, hәmin әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrindәn azdırsa, yaranmış fәrq gәlirdәn çıxılır.». 71. 115.1-ci maddәnin birinci abzasında «kateqoriyasının» sözündәn sonra «әvvәlki» sözü әlavә edilsin.72. 115.2-ci maddә aşağıdakı redaksiyada verilsin: «115.2. Bu Mәcәllәnin 115.1-ci maddәsindә müәyyәn edilәn mәhdudlaşdırmadan artıq olan mәblәq növbәti vergi ilinin sonuna әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrinin artmasına aid edilir.» 73. 123.1-ci maddәdә ''kreditlәr (ssudalar)'' sözlәrindәn sonra ''depozitlәr (hesablar)'' sözlәri әlavә edilsin. 74. 140.4-cü maddә aşağıdakı redaksiyada verilsin: «140.4. Bu maddәnin mәqsәdlәri üçün maliyyә lizinqi üzrә icarә ödәmәlәrinin cari dәyәrini müәyyәnlәşdirmәkdәn ötrü istifadә edilәn faiz dәrәcәsi ödәmәlәr aid olduğu dövrdә eyni valyuta ilә, oxşar muddәtә verilmiş banklararası kredit hәrracında olan vә ya hәrraclar keçirilmәdiyi tәqdirdә banklararası kreditlәr üzrә faizlәrin orta sәviyyәsinin 125 faizi mәblәğindә götürülür.» 75. 142.3-cü maddә çıxarılsın. 76. 144.4-cü maddә çıxarılsın. 77. 145.3-cü maddә çıxarılsın vә 145.4-cü maddә müvafiq olaraq 145.3-cü maddә hesab edilsin. 78. 146.4-cü maddә çıxarılsın vә 146.5-ci maddә müvafiq olaraq 146.4-cü maddә hesab edilsin. 79. 147.10-cu maddә çıxarılsın. 80. 149.1.4-cü maddә aşağıdakı redaksiyada verilsin: «149.1.4. Ödәmә mәnbәyindә vergiyә cәlb olunması nәzәrdә tutulmayan (tutulması mümkün olmayan) gәlirlәri olan, әmlakın icarәyә verilmәsindәn vә royaltidәn gәlirlәri olan, yaxud Azәrbaycan Respublikasının hüdudlarından kәnarda gәlir әldә edәn rezident fiziki şәxslәr.» 81. 151.3-cü maddә aşağıdakı redaksiyada verilsin: «151.3. Bu zaman vergi ödәyicisi il әrzindә cari vergi ödәmәlәrinin mәblәğini müәyyәnlәşdirmәyin yuxarıdakı iki mümkün metodundan birini seçir vә bu barәdә vergi orqanına mәlumat verir. Vergi ödәyicisi cari vergi ödәmәlәrinin mәblәğini müәyyәnlәşdirmәk üçün tәtbiq etdiyi metod barәdә mәlumat vermәdiyi halda vergi orqanı birinci metodu tәtbiq edir.» 82. Aşağıdakı redaksiyada 151.6-ci maddә әlavә edilsin: «151.6. Cari vergi ödәmәlәri hesabat ili başa çatdıqdan sonra yenidәn haqq-hesab edilir vә bu zaman hesablanmış cari vergi mәblәği hesabat üzrә vergi mәblәğindәn çox olduğu halda artıq hesablanmış cari vergi vә ona uyğun faiz mәblәğlәri azaldılır.» 83. 155.1-ci maddәdә "300" rәqәmi "1250" rәqәmi ilә әvәz edilsin. 84. 158.2-ci maddәdә "2 min" sözlәri "2500" rәqәmi ilә әvәz edilsin. 85. 159.5-ci maddәdә ''istifadә olunması'' sözlәrindәn sonra '', fövqәladә hallardan başqa malların itmәsi, әskik gәlmәsi, xarab olması vә oğurlanması'' sözlәri әlavә edilsin. 86. Aşağıdakı redaksiyada 159.8-ci maddә әlavә edilsin: «159.8. ƏDV ödәyicisi kimi qeydiyyatdan keçmәyәn şәxslәrin ƏDV tәtbiq etmәklә aparılan әmәliyyatları, habelә ƏDV-dәn azad edilәn vә ya sıfır (0) dәrәcә ilә ƏDV-yә cәlb edilәn, lakin ƏDV tәtbiq etmәklә aparılan әmәliyyatları vergitutma obyektidir.'' 87. 164.1.2-ci maddәdәn «maliyyә lizinqi daxil olmaqla» sözlәri çıxarılsın. 88. 164.1.5-ci maddә aşağıdakı redaksiyada verilsin: «164.1.5. Müәssisәnin nizamnamә fonduna (kapitalına) pay şәklindә hәr hansı әmlakın qoyulması.» 89. 164.1.11-ci maddә çıxarılsın. 90. 164.1.12-ci maddәdәn «vә Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun» sözlәri çıxarılsın vә, hәmin maddә 164.1.11-ci maddә hesab edilsin. 91. 164.1.13-cü maddә 164.1.12-ci maddә hesab edilsin. 92. 165.1.3-cü maddә aşağıdakı redaksiyada verilsin: “165.1.3. malların vә bu Mәcәllәnin 168.1.5-ci maddәsindә göstәrilmiş xidmәtlәrin ixracı;” 93. 165.2-ci maddәdә “165.1.1 vә 165.1.4-cü maddәlәri” vә “165.1.1 vә 165.1.4-maddәlәrdә” sözlәri müvafiq olaraq “165.1.1-ci maddәsi” vә “165.1.1-ci maddәsindә” sözlәri ilә әvәz edilsin. 94. 168.1.5-ci maddәnin birinci cümlәsi aşağıdakı redaksiyada verilsin: “168.1.5. İşlәrin vә ya xidmәtlәrin alıcısının yerlәşdiyi vә ya qeydiyyatda olduğu, tәsis edildiyi, işlәr vә xidmәtlәr alıcının daimi nümayәndәliyi ilә bilavasitә bağlı olduğu halda hәmin daimi nümayәndәliyin olduğu yer.” 95. 169.3-cü maddәdә «mәblәğdәn vergi tutulmalıdır» sözlәri «mәblәğә ƏDV hesablamalı vә ödәmәlidir» sözlәri ilә әvәz edilsin. 96. 175.1, 175.5 vә 175.7-ci maddәlәrdә «ödәnilmiş» sözündәn әvvәl «nağdsız qaydada» sözlәri әlavә edilsin. 97. 175.2-ci maddәdә «әmәliyyatlara görә» sözlәrindәn sonra «nağdsız qaydada ödәnilmiş» sözlәri әlavә edilsin. 98. Aşağıdakı redaksiyada 175.8-ci maddә әlavә edilsin: «175.8. Bu Mәcәllәnin 164.1.7-ci maddәsi üzrә ƏDV-dәn azad olunan әmәliyyatların müxtәlif mәrhәlәlәrdә rәsmilәşdirilmәsi müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada hәyata keçirilir.» 99. Aşağıdakı redaksiyada 176.2.9 vә 176.2.10-cu maddәlәr әlavә edilsin: «176.2.9. Qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmә tarixi vә sıra sayı.»; 176.2.10. Vergi hesab-fakturasını imza etmiş mәsul şәxsin vәzifәsi, soyadı, adı, atasının adı.» 100. 176.4-cü maddәdә «Bu sәnәdlәr» sözlәri «Qәbzlәr, çeklәr, müәyyәn edilmiş qaydada sifariş edilmәyәn, çap edilmәyәn vә tәrtib edilmәyәn vergi hesab-fakturaları, nağd aparılan әmәliyyatların rәsmilәşdirildiyi sәnәdlәr (mal, iş vә xidmәt tәqdim edәnin bank hesabına birbaşa nağd qaydada ödәnişlәr istisna edilmәklә)» sözlәri ilә әvәz edilsin. 101. 176.5-ci maddәdә «idxal sәnәdlәri» sözlәrindәn sonra «ödәnişin formasından asılı olmayaraq» sözlәri әlavә edilsin. 102. 181.2-ci maddә çıxarılsın. 103. Aşağıdakı redaksiyada 194.3-cü maddә әlavә edilsin: «194.3. Markalanmalı olan aksizli mallara bu Mәcәllәnin 194.2-ci maddәsindә nәzәrdә tutulmuş nәzarәtin hәyata keçirilmәsi qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir». 104. 197.1.1-ci maddәsinin әvvәlinә "Rezident vә qeyri-rezident" sözlәri әlavә edilsin. 105. 198.4-cü maddә çıxarılsın. 106. 200.1-ci maddәdәn “hәr il yanvarın 1-i vәziyyәtinә müәyyәnlәşdirilәn” sözlәri çıxarılsın. Hәmin maddәyә aşağıdakı redaksiyada yeni abzas әlavә edilsin: "Fiziki şәxslәrin xüsusi mülkiyyәtindә olan binalarına görә әmlak vergisi onların yerlәşdiyi әrazinin bәlәdiyyәsi tәrәfindәn hesablanır." 107. 200.4-cü maddәdә "müvafiq orqanlar" sözlәri "Bәlәdiyyәlәr" sözlәri ilә әvәz edilsin. 108. 201.5-ci maddә aşağıdakı redaksiyada verilsin: «201.5. Müәssisә әmlak vergisinin illik bәyannamәsini hesabat ilindәn sonrakı ilin aprel ayının 1-dәk vergi orqanına verir». 109. 202.0.1-ci maddә aşağıdakı redaksiyada verilsin: «202.0.1. Müәssisәnin әmlakının (avtonәqliyyat vasitәlәri istisna olmaqla) hesabat ilinin әvvәlinә vә sonuna qalıq dәyәri toplanıb ikiyә bölünür.» 110. 211.1.2-ci maddә aşağıdakı redaksiyada verilsin: "211.1.2. avtobuslar üçün oturacaq yerlәrinin sayından vә Azәrbaycan Respublikasının әrazisindә qaldığı müddәtdәn asılı olaraq:
111. 211.1.3-cü maddә aşağıdakı redaksiyada verilsin: "211.1.3. yük avtomobillәri, qoşqulu vә yarımqoşqulu avtonәqliyyat vasitәlәri üçün oxların sayından vә Azәrbaycan Respublikasının әrazisindә qaldığı müddәtdәn asılı olaraq:
112. 211.1.2-ci maddәdәn "211.2.1" rәqәmi çıxarılsın. 113. 211.2.2, 211.3, 211.5-ci maddәlәr çıxarılsın vә 211.4-cü maddә müvafiq olaraq 211.3-cü maddә hesab edilsin. 114. Aşağıdakı redaksiyada 216.3-cü maddә әlavә edilsin: "216.3. Dağ rayonlarında mineral suların istehsalı ilә mәşğul olan müәssisәlәr vә fiziki şәxslәr mәdәn vergisini bu Mәcәllәnin 216.1-ci maddәsindә nәzәrdә tutulan vergi dәrәcәsinin 50 faizi miqdarında ödәyirlәr." 115. XVII-ci fәsil aşağıdakı redaksiyada verilsin: "Fәsil XVII. Sadәlәşdirilmiş vergi Maddә 218. Sadәlәşdirilmiş verginin ödәyicilәri 218.1 Bu Mәcәllәnin XI fәslinin müddәaları nәzәrә alınmaqla ƏDV mәqsәdlәri üçün qeydiyyata alınmamış vә әvvәlki üç aylıq dövr әrzindә vergi tutulan әmәliyyatlarının hәcmi aylıq gәlirin vergi tutulmayan mәblәğinin 1250 mislindәn az olan, habelә dövriyyәsindәn asılı olmayaraq bu Mәcәllәnin 218.2-ci maddәsindә göstәrilәn fәaliyyәtlә mәşğul olan hüquqi şәxslәr vә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәtini hәyata keçirәn fiziki şәxslәr sadәlәşdirilmiş vergi ödәyicisi olmaq hüququna malikdirlәr. 218.2. Avtomobil nәqliyyatı vasitәlәri o cümlәdәn taksi ilә sәrnişin vә yük daşımalarını hәyata keçirәn şәxslәr sadәlәşdirilmiş verginin ödәyicilәridirlәr. 218.3 Aşağıda göstәrilәn şәxslәrin sadәlәşdirilmiş vergitutma sistemini tәtbiq etmәk hüququ yoxdur: -aksizli mallar istehsal edәn şәxslәr; -kredit vә sığorta tәşkilatları, investisiya fondları, qiymәtli kağızlar bazarının peşәkar iştirakçıları, lombardlar; -qeyri dövlәt pensiya fondları; -әmlakın icarәyә verilmәsindәn vә royaltidәn gәlir әldә edәnlәr; -mülkiyyәtindә aylıq gәlirin vergi tutulmayan mәblәğin 50 min mislindәn artıq mәblәğdә әmlakı olanlar. Maddә 219. Vergitutma obyekti219.1. Hesabat dövrü әrzindә vergi ödәyicisi tәrәfindәn (bu Mәcәllәnin 218.2-ci maddәsindә nәzәrdә tutulmuş fәaliyyәtlә mәşğul olan vergi ödәyicilәrindәn başqa) tәqdim edilmiş mallara (işlәrә, xidmәtlәrә) vә әmlaka görә әldә edilmiş ümumi hasilatin, habelә satışdankәnar gәlirlәrin hәcmi vergitutma obyektidir. 219.2. Bu mәcәllәnin 218.2-ci maddәsindә nәzәrdә tutulmuş fәaliyyәt növlәri ilә mәşğul olan vergi ödәyicilәrinin vergiyә cәlb edilәn dövriyәsi müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn regionlar üzrә yükgötürmә qabiliyyәtindәn vә oturacaq yerlәrinin sayından asılı olaraq nәqliyyat vasitәlәrinin ayrı-ayrı növlәri üzrә müәyyәn olunmuş şәrti dövriyyәyә uyğun olaraq müәyyәn edilir. 219.3. Sadәlәşdirilmiş vergi ödәyәn hüquqi şәxslәr ƏDV-nin, mәnfәәt vergisinin vә әmlak vergisinin, hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәtini hәyata keçirәn fiziki şәxslәr bu fәaliyyәt üzrә gәlir vergisinin vә ƏDV-nin ödәyicisi deyildirlәr. Maddә 220. Sadәlәşdirilmiş verginin dәrәcәsi220.1. Sadәlәşdirilmiş vergi, (bu Mәcәllәnin 218.2-ci maddәsindә nәzәrdә tutulmuş fәaliyyәtlә mәşğul olan vergi ödәyicilәrindәn başqa) tәqdim edilmiş mallara (işlәrә, xidmәtlәrә) bu verginin ödәyicilәrinin malların tәqdim edilmәsindәn, işlәrin görülmәsindәn, xidmәtlәrin göstәrilmәsindәn әldә etdiyi vәsaitin mәblәğindәn (ümumi hasilatının hәcmindәn) vә satışdankәnar gәlirlәrdәn aşağıdakı dәrәcә ilә hesablanır: Bakı şәhәrindә 4 faiz Digәr şәhәr vә rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz 220.2. Bu Mәcәllәnin 218.2-ci maddәsindә nәzәrdә tutulmuş fәaliyyәt növlәri ilә mәşğul olan vergi ödәyicilәri 10 faiz dәrәcsi ilә vergi ödәyirlәr. 220.3. Bakı şәhәri istisna olmaqla Azәrbaycan Respublikasının digәr şәhәr vә rayonlarda, o cümlәdәn Naxçıvan Muxtar Respublikasında fәaliyyәt göstәrәn vergi ödәyicilәrinә bu regionlar üzrә müәyyәn edilmiş vergi dәrәcәsi o halda tәtbiq edilir ki, bu vergi ödәyicilәri özünün istehsal sahәsi, daşınmaz әmlakı vә işçi qüvvәsi ilә hәmin әrazilәrdә fәaliyyәt göstәrmiş olsunlar. 220.4. Azәrbaycan Respublikasının şәhәr vә rayonlarında, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna alınmış, lakin Bakı şәhәrindә fәaliyyәt göstәrәn sadәlәşdirilmiş verginin ödәyicilәri verginin Bakı şәhәri üzrә müәyyәn olunmuş vergi dәrәcәlәri ilә ödәyirlәr. 220.5. Müxtәlif vergi dәrәcәlәri ilә vergiyә cәlb edilәn gәlirlәr üzrә uçot ayrı-ayrılıqda aparılmalıdır. Belә uçot aparılmadıqda әn yüksәk vergi dәrәcәsi tәtbiq edilir. Maddә 221. Sadәlәşdirilmiş verginin hesablanması qaydası, ödәmә müddәti vә bәyannamәnin verilmәsi 221.1. Hesabat dövrü üçün sadәlәşdirilmiş verginin mәblәği bu Mәcәllәnin 220-ci maddәsi ilә müәyyәn edilmiş vergi dәrәcәsini hesabat dövrünün ümumi hasilatının hәcminә tәtbiq etmәklә hesablanır. 221.2. Sadәlәşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3. Sadәlәşdirilmiş verginin ödәyicilәri hesabat dövründәn sonrakı ayın 20-dәk ödәnilmәli olan verginin mәblәği haqqında vergi orqanlarına bәyannamә verir vә hәmin müddәtdә vergini büdcәyә ödәyirlәr". II. Müәyyәn edilsin ki, vergi ödәyicisinin 2003-cü il 01 yanvar tarixinә vergiyә cәlb olunan әmәliyyatlarının ümumi mәblәği әvvәlki tam 12 tәqvim ayı әrzindә aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 min mislindәn çox deyilsә, Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 158.1-ci maddәsindә nәzәrdә tutulan hallar istisna edilmәklә, vergi ödәyicisi ƏDV-nin mәqsәdlәri üçün qeydiyyatın lәğv olunmasına dair 45 gün әrzindә әrizә verә bilәr. ƏDV-nin mәqsәdlәri üçün qeydiyyatın lәğv olunması Vergi Mәjәllәsinin 158.2-ci maddәsinin 2-ci cümlәsinә vә 158.3-cü maddәyә uyğun hәyata keçirilir. Bu Qanunun qüvvәyә mindiyi tarixdәn sonra tәqdim olunan vergi bәyannamәlәrindә 2003-cü il yanvarın 1-dәk dövrә aid fәaliyyәt әks etdirildikdә, hәmin dövrdә qüvvәdә olan vergi dәrәcәlәri tәtbiq edilir. 2003-cü il yanvarın 1-dәk vergi ödәyicisi tәrәfindәn nәğd pulla aparılan vә ƏDV cәlb edilәn әmәliyyatlar üzrә vergi hesab-fakturaları, hәmin әmәliyyatların aparıldığı dövr üzrә vergi orqanlarına müәyyәn edilmiş müddәtdә tәqdim edilәn bәyannamәlәrdә әks etdirildiyi halda verginin әvәzlәşdirilmәsinә әsas verir. III. Bu Qanun 2003-cü il yanvarın 1-dәn qüvvәyә minir. Azәrbaycan Respublikasının Prezidenti Heydәr ӘLİYEV Bakı şәhәri, 26 noyabr 2002-ci il |