15/03-25/268-424
11 fevral 2002-ci il

Azәrbaycan Respublikasının yerli vergi orqanlarının rәhbәrlәrinә


Vergi Mәcәllәsinin 89-cu vә 90-cı maddәlәrinә әsasәn vergi ödәyicisinin әmlakının siyahıya alınması zamanı Respublika Nazirlәr Kabinetinin «Ölkәnin iqtisadiyyatı üçün xüsusi әhәmiyyәt kәsb edәn dövlәt müәssisәlәrinin siyahısının tәsdiq edilmәsi barәdә» 29 sentyabr 1997-ci il tarixli 111 saylı Qәrarınının nәzәrә alınıb-alınmaması barәdә sorğulara cavab olaraq bildirilir.
«Normativ-hüquqi aktlar haqqında» Azәrbaycan Respublikası Qanununun 7-ci maddәsinә müvafiq olaraq normativ hüquqi aktların tәtbiqi zamanı müxtәlif hüquqi qüvvәyә malik olan normativ hüquqi aktlar arasında ziddiyyәt olduqda daha yüksәk qüvvәyә malik olan akt tәtbiq olunur. Göstәrilәn normativ hüquqi aktdan daha yüksәk hüquqi qüvvәyә Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi malik olduğu üçün onun müddәaları tәtbiq olunmalıdır.
Buna әsasәn mülkiyyәt vә tәşkilati-hüquqi formasından asılı olmayaraq ödәmә müddәtindәn sonrakı 3 ay әrzindә vergi öhdәliyini yerinә yetirmәmiş bütün vergi ödәyicilәrinin әmlaklarının müәyyәn olunmuş qaydada siyahıya alınması hәyata keçirilmәlidir.
Göstәrilәnlәr rәhbәrlik vә icra üçün bildirilir.

N.Qasımov