15/15-25/10-30
03 yanvar 2002-ci il

Azәrbaycan Respublikasının yerli vergi orqanlarının rәhbәrlәrinәYoxlama ilә müәyyәn edilmiş
vergi mәblәğlәrinә faizlәrin hesablanması barәdә


Sizә mәlum olduğu kimi 2001-ci il 01 yanvar tarixdәn qüvvәyә minmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 59.1 vә 59.2-ci maddәlәrindә vergilәrin qanunla müәyyәn edilmiş ödәnilmәsi müddәtindәn sonrakı ilk 90 gün әrzindә hәr bir ötmüş gün üçün vergi ödәyicisindәn vә ya vergi agentindәn vaxtında ödәnilmәmiş vergi vә ödәniş mәblәğinin 0.05 faizi mәblәğindә vә 91-ci günündәn başlayaraq isә 0.1 faizi mәblәğindә faizlәrin tutulması nәzәrdә tutulmuşdur.
«Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә dәyişikliklәr vә әlavәlәr edilmәsi haqqında» Azәrbaycan Respublikasının 16 noyabr 2001-ci il tarixli Qanunu ilә Vergi Mәcәllәsinә dәyişikliklәr vә әlavәlәr edilmişdir ki, bu Qanun da 01 yanvar 2002-ci il tarixdәn qüvvәyә minmişdir. Hәmin Qanunla Vergi Mәcәllәsinin 59-cu maddәsinә edilmiş dәyişikliyә görә 01 yanvar 2002-ci il tarixdәn başlayaraq vaxtında ödәnilmәmiş vergilәrә vә avans ödәnişlәrinә yalnız 0.05 dәrәcәsi ilә faiz tutulacaqdır.
Vergi Mәcәllәsinin 59-cu maddәsinә әsasәn bu maddәdә göstәrilәn faizlәr (2002-ci il 01 yanvar tarixdәn etibarәn faiz) yoxlama nәticәsindә aşkar edilmiş vaxtında ödәnilmәmiş vergi mәblәğlәrinә vә vergilәr üzrә avans ödәnişlәrinә münasibәtdә bütün ötmüş müddәtә, ancaq bir ildәn çox olmamaq şәrti ilә tәtbiq edilmәlidir.
Belәliklә Vergi Mәcәllәsinin 59-cu maddәsinә müvafiq olaraq yoxlama nәticәsindә aşkar edilmiş vaxtında ödәnilmәmiş vergi mәblәğlәrinә vә avans ödәnişlәrinә tәtbiq edilәn faizlәrin hәcmi 2001-ci ildә aparılmış yoxlamalar üzrә yalnız 32 faizdәn (90 gün x 0.05% + qalan 275 gün x 0.1%), 2002-ci il 01 yanvar tarixdәn başlayaraq isә 18.3 faizdәn artıq olmamaqla tәtbiq edilmәlidir.
Bununla әlaqәdar olaraq Sizә tapşırılır ki, 2001-ci il әrzәndә aparılmış sәyyar yoxlamalarla aşkar edilmiş vaxtında ödәnilmәmiş vergi mәblәğlәrinә vә avans ödәnişlәrinә faizlәrin tәtbişinin düzgünlüyünün diqqәtlә araşdırılmasını tәşkil edin. Müәyyәn edilәrsә ki, göstәrilәn faiz mәblәğlәri 2001-ci ildә aparılmış yoxlamalar zamanı 32 faiz mәblәğindәn artıq tәtbiq edilmişdir, onda artıq tәtbiq edilmiş hәmin faiz mәblәğlәrinin müәyyәn olunmuş qaydada rәy tәrtib edilmәklә silinmәsini tәmin edin.
Göstәrilәn silinmәnin düzgünlüyü araşdırılarkәn nәzәrә alın ki, sәyyar yoxlamalar nәticәsindә aşkar edilmiş vaxtında ödәnilmәmiş vergi mәblәğlәrinә vә avans ödәnişlәrinә münasibәtdә faizlәrin bir ildәn çox olmamaq şәrti ilә tәtbiq edilmәsi o demәk deyildir ki, yoxlamanın nәticәsindә әlavә hesablanmış vergi vә avans mәblәğlәri yoxlamadan sonra da ödәnilmәdikdә ona faiz hesablanmalı vә yaxud bir ildәn çox olmamaqla hesablanmalıdır. Bu halda әlavә hesablanmış, lakin müddәtindә dövlәt büdcәsinә ödәnilmәmiş vergi vә faizlәr üzrә avans ödәnişlәri mәblәğlәrinә faiz, onların ödәnilmәdiyi bütün müddәtlәr üzrә hesablanmalıdır.
Bu mәktubun icrası ilә әlaqәdar görülmüş tәdbirlәr barәdә 01 fevral 2002-ci il tarixdәn gec olmayaraq Vergi borclarının mәcburi alınması işinin tәşkili İdarәsinә әtraflı mәlumat verin.

Vergi borclarının mәcburi alınması işinin tәşkili idarәsinin rәisi
M.Namazov

İqtisadi tәhlil vә uçotun tәşkili idarәsinin rәisi
Ş.Mustafayev