15/15-25/155-2022

10 may 2001-ci il

Azәrbaycan Respublikasının yerli vergi orqanlarının rәhbәrlәrinә
Torpaq vergisi vә digәr vergi vә qeyri vergi ödәnişlәri üzrә dövlәt büdcәsinә borcların tәnzimlәnmәsi haqqında


Vergi borclarının mәcburi alınmasının hәyata keçirilmәsi işi göstәrmişdir ki, bәzi şәhәr vә rayonlar üzrә vergilәr idarәlәri vә şöbәlәrindә, onlarda uçotda olmayan bir sıra vergi ödәyicilәrinin adına torpaq vergisi vә digәr vergi vә qeyri vergi ödәnişlәri üzrә şәxsi hesablar açılmış vә dövlәt büdcәsinә borc mәblәğlәri qeyd edilmişdir.
1997-ci il 01 yanvar tarixәdәk qüvvәdә olmuş «Torpaq vergisi haqqında» Azәrbaycan Respublikasının 02 fevral 1993-cü il tarixli Qanununa әsasәn torpaq vergisinin vergi ödәyicisinin uçotda olduğu әrazi üzrә deyil, torpaqların olduğu әrazi üzrә hesablanıb büdcәyә ödәnilmәsi әvvәllәr hәyata keçirilmişdir. Lakin, hәmin Qanun öz qüvvәsini itirdiyindәn bu qayda lәğv olunmuşdur.
1997-ci il 01 yanvar tarixdәn 2001-ci il 01 yanvar tarixәdәk dövrdә qüvvәdә olmuş Azәrbaycan Respublikasının 24 dekabr 1996-cı il tarixli «Torpaq vergisi haqqında» Qanununda isә torpaq vergisinin torpaqların olduğu әrazi üzrә dövlәt büdcәsinә ödәnilmәsi nәzәrdә tutulmamışdır. Lakin, hәmin qanunda vergi ödәyicisi tәrәfindәn vergi haqq-hesabının vergi orqanına tәqdim edilmәdiyi halda verginin әvvәlki ildә hesablanmış vergi mәblәğinin 110%-i mәblәğindә hesablanılması nәzәrdә tutulmuşdur.
Bәzi vergi orqanları tәrәfindәn Qanunun bu müddәası әsas götürülәrәk, eyni zamanda vergi ödәyicisinin, onlarda uçotda olmadıqları nәzәrә alınmayaraq belә vergi ödәyicilәrinә sәhvәn 110% hәcmindә vergi hesablanması sonrakı illәrdә dә davam etdirilmiş, bu vergi mәblәğlәri ödәnilmәdiyi üçün onlara penya hesablanmışdır.
Bu cür hallar digәr vergi vә qeyri vergi ödәnişlәri üzrә dә mövcuddur.
2001-ci il 01 yanvar tarixdәn qüvvәyә minmiş Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә әsasәn vergilәr vә digәr vergi vә qeyri-vergi ödәnişlәri yalnız vergi ödәyicisinin uçotda olduğu vergi orqanı üzrә dövlәt büdcәsinә ödәnilmәlidir.
Bunlara әsasәn başqa vergi orqanlarında uçotda olan vergi ödәyicilәrinin adına digәr verg orqanında qeyd olunmuş borcların tәnzimlәnmәsinә zәrurәt vardır.
Vergi borclarının mәcburi alınması işinin tәşkili İdarәsi bununla әlaqәdar olaraq Sizә tapşırır:
başqa vergi orqanlarında uçotda olan vergi ödәyicisinin adına Sizin Vergilәr İdarәsindә (şöbәsindә( şәxsi hesablar açılmışdırsa vә onlarda dövlәt büdcәsinә vergi vә neyri vergi ödәnişlәri üzrә borclar qeyd edilmişdirsә, belә borcların siyahısını tәrtib etmәklә onların qanunauyğunluğunu diqqәtlә araşdırın;
göstәrilәn borcların qanunauyğun olmadığı müәyyәn edilәrsә, onları müәyyәn olunmuş qaydada rәsmilәşdirmәklә silinmәsini tәmin edin;
düzgünlüyü yәqin edilmiş qalan borclar üzrә şәxsi hesab vәrәqәlәrini, idarәnin (şöbәnin) rәisinin imzası vә möhürlә tәsdiq etmәklә, vergi ödәyicisinin uçotda olduğu vergi orqanına mәktubla göndәrin;
mәktubda vergi ödәyicisinin tam adı, verginin adı, borcun mәblәği, yaranma tarixi, yaranması üçün әsas olan sәnәdin adı, tarixi vә s. zәruri mәlumatları qeyd edin. Onun surәtini hәm dә Vergilәr Nazirliyinin Vergi Borclarının Mәcburi Alınması İşinin Tәşkili İdarәsinә göndәrin;
eyni ilә, digәr vergi orqanlarından belә mәktubu vә şәxsi hesab vәrәqәlәrini aldıqda, onları müvafiq vergi ödәyicilәri ilә üzlәşdirin, üzlәşdirmә aktı tәrtib etmәk bu borcları i darәnizdә (şöbәnizdә) aparılan müvafiq şәxsi hesab vәrәqәlәrinә daxil edin vә onların alınması, yaxud artıq ödәmәsi varsa, әvәzlәşdirilmәsi üçün müvafiq tәdbirlәr görün;
nәzәrә alın ki, bu işlәrin hәyata keçirilmәsi nәticәsindә Sizin Vergilәr İdarәsindә (şöbәsindә) başqa rayon vә şәhәrlәr üzrә Vergilәr İdarәsindә (şöbәsindә) uçotda olan vergi ödәyicisinin adına vergi vә qeyri vergi ödәnişlәri üzrә heç bir borc qalmamalıdır.
Bu mәktubun icrası ilә әlaqәdar görülmüş tәdbirlәr barәdә cari il 10 iyun tarixdәn gec olmayaraq vergi borclarının mәcburi alınması işinin tәşkili İdarәsinә әtraflı mәlumat tәqdim edin.

İdarә rәisi
M. Namazov